Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
121
*** 
Bəzən çox oxumaq imkan vermir ki, insan yazsın. 
 
*** 
Pulun da, var-dövlətin də  həddi olmalıdır. Bəzən 
pul, var-dövlət o qədər çox olur ki, onun içərisində itib-
batırlar. Hətta pul, var-dövlət öz içərisinə insanı alaraq 
onu boğur, öldürür. 
 
*** 
İnsanlar öz təbiətlərindən və ümumiyyətlə, təbiət-
dən uzaqlaşıblar. Elə bunun nəticəsidir ki, insanlar öz 
təbii olmalarını itiriblər. Bəlkə də öz təbiətlərini itiriblər, 
süniləşiblər. Süni xarakter yiyəsi olublar. İnsanların 
böyük  əksəriyyətinin xarakterində sünilikdən başqa heç 
nə yoxdur. Ona görə də cəmiyyəti qanunlardan daha çox 
süniliklər, saxtakarlıqlar, riyakarlıqlar... idarə edir. Hətta 
belə olanda cəmiyyətin həyat tərzi meşə  həyatından da 
geridə qalır.  Əgər meşədə  ən güclü heyvanla hesablaş-
malı olurlarsa, burada isə (cəmiyyətdə) güclülüyün 
prinsipləri itir. Ağıllı olmaq, istedadlı olmaq, xeyirxah 
olmaq, vətənpərvər olmaq, bir sözlə, dəyərli hesab olu-
nan dəyərləri yaşatmaq bir prinsip kimi heç olur. Onda 
yaşamaq da çətinləşir. Eyni zamanda insanın ağlı və zə-
kası heç nə olur. Ağıla və zəkaya qiymət verilmir. Ağıllı 
və  zəkalı adamlar isə süniləşməyi və öz təbiətlərindən 
uzaqlaşmağı bacarmırlar. 


B u l u d x a n   X ə l i l o v  
 
122 
*** 
İnsanın həyatı yola çıxan, səfərə  çıxan bir insanın 
taleyinə bənzəyir. Səfərdə nələr baş verəcək, bunu səfərə 
gedən bilmir. Eləcə də insanın həyatında baş verəcəkləri 
insan bilmir. Arabir olub keçənləri xatırlayır və ömrünün 
sonuna qədər bu cür yaşayır. 
 
*** 
Dünyada qəlbində  eşq olmayan insan yoxdur. 
Ancaq elələri var ki, bunu çoxdan unudub. 
 
*** 
Bəzi vəzifəli adamlar kabinetindən həyatı öz 
istədiyi kimi görür. Bəzən bomboz səhralara yaşıllıqlar 
kimi baxır, bəzən isə yaşıllıqlara bomboz səhralar kimi 
baxır. Vay o gündən ki, onun bu baxışlarına yaşıllıqlar 
tuş gəlsin. Axı o yaşılı və yaşıllığı yaşıl və yaşıllıq kimi 
görməyəcəkdir. 
 
*** 
İnsanın qəlbi bağlı bir otaqdır. Heç kəs bilmir ki
orada nə baş verir. 
 
*** 
Bəzən bir ağılsız səni öz iradəsinə tabe etdirir. Bu 
zaman doğru olmayanı başa düşsən də, heç nə edə 
bilmirsən. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
123
*** 
İnsanın başqasına ehtiyacı olanda bir az uşaqlaşır. 
Axı uşağın özü geyinib-soyuna bilmir. Uşağın məsləhətə 
ehtiyacı olur. Uşağın gücü çatmayanda gücsüz olur. Uşaq 
zərif və zəif olur. 
 
*** 
Sənə mehribançılıq göstərənlər sənə olan mükafat 
deyil. Mehribançılıq göstərən adama olan mükafatdır. 
 
*** 
Bu dünyada hərəyə bir şey lazımdır: kimiyə 
gündüz, kimiyə gecə, kimiyə məğrurluq, kimiyə nə isə... 
 
*** 
Bu dünyada oxunmalı, öyrənilməli, yazılmalı çoxlu 
kitablar var. Ancaq onları oxumağa, öyrənməyə, 
yazmağa vaxt çatmır. 
 
*** 
Başqalarından fərqli düşünənləri yalnız fərqli 
düşünənlər, fərqli düşünməyi bacaranlar başa düşür. 
 
*** 
Qulağı ilə yaşayan, qulağı ilə idarə edən adamlar 
var. Onlarda hissiyyat, duyğu, ürək çırpıntıları arxa plana 
keçir. Onlar qulaqları ilə eşitdiklərini mütləq kimi qəbul 
edirlər. Bu adamların faciəsi də bundadır. Ona görə ki, 
onların qulaqlarına deyilən sözlərin, fikirlərin hamısı düz 


B u l u d x a n   X ə l i l o v  
 
124 
olmur. Ətrafdakılar bilir ki, o qulağı ilə yaşayır. Ona görə 
də onun qulağını yalan-palanla, böhtanla doldururlar. 
 
*** 
Şeytanın gözü hər bir insana doğru yönəlibdir. 
Odur ki, şeytanın gözündən yayınmaq da bir bacarıqdır. 
 
*** 
Uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq, ahıllıq 
insana verilən bir hədiyyədir. Bunların hər biri insanı 
xahiş etmədən tapır.  İnsanlar isə bu tapıntını yaşamala-
rına görə fərqlənirlər. Ancaq bu tapıntıları da bir-birindən 
fərqləndirmək olur. Məsələn, uşaqlıq dövründən 
sonrakıları insanlar qazanırlar. Bəziləri isə  uşaqlıq 
dövründən sonrakıları qazana bilmirlər. Əslində qocalıq, 
ahıllıq insanın sanki alın təri ilə olan qazancıdır. Elələri 
var ki, heç qoca, ahıl yaşına gəlib çatmırlar. 
 
*** 
Mən varam deyənlərdən qorxmaq lazım deyil. 
Onlara yaxınlaşmaq, onların gücünü və özünü yoxlamaq 
lazımdır. 
*** 
 Yazıq adam təsəvvürünü yaradanlara göz qoymaq
onları nəzərdə saxlayıb hər şeyi yəqinləşdirməyi unutmaq 
olmaz. Əks təqdirdə aldanmış olarıq. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
125
*** 
Uşağa ad qoyanda nəzərə almaq lazımıdır ki, bir 
dəfə ad qoyulur. Ad nəcib olmalıdır. İnsanın bütün həya-
tı, taleyi bəzən bundan asılı olur. Elə ad qoymaq lazımdır 
ki, gələcəkdə  həmin adın  əzabını  çəkməsinlər, acıma-
sınlar. Yaxşı ad torpağa səpilmiş yaxşı toxum kimidir. 
 
*** 
 Uşaq barədə düşünənlər və onun qeydinə qalanlar 
Allaha  şükür edənlərdir. Bəzən öz itinin, pişiyinin qay-
ğısına qalan adamlar heç bir insanın qayğısına qalmırlar. 
 
*** 
Heç kəsin  əzab çəkməyə ehtiyacı yoxdur. Ancaq 
ehtiyacı olmayan bu işə bəzən insanlar məhkum olurlar. 
 
*** 
 Yaşadığımız bu dünya və  həyat bizim üçün 
qabaqcadan hazırlanır. Ona görə  də bu dünyada və 
həyatda hər  şeyi hazır görürük. Gözümüz nəyi görürsə, 
onlar bizdən qabaq mövcud olan həqiqəti təsdiq edir. 
 
*** 
İnsan bütün ömrü boyu öz həyat və  fəaliyyəti ilə 
nəyisə axtarır. Ancaq kimi axtarır, nəyi axtarır heç özü də 
bilmir. 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə