Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   2   3   4   5   6   7   8   9   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
11
lərin birində  səhər tezdən (saat 9:00-da) Mirzə  İbrahi-
mova zəng edir. Təsadüfən iş elə  gətirir ki, telefonun 
dəstəyini Mirzə müəllimin özü götürür. Salam-kalamdan 
sonra Rövşən Novruzoğlu Mirzə müəllimin xoş damarına 
düşür. Mirzə müəllimin dilini tapır. Rövşən Novruzoğlu 
ona deyir: 

 Evə kəndindən (Cənubi Azərbaycanda Mirzə İb-
rahimovun anadan olduğu kənd) məktublar yazırlar və 
deyirlər ki, Mirzə müəllimin səsini eşitmək istəyirik. 
Bu fikir Mirzə müəllimi tutur. Yeri gəlmişkən, 
Rövşən Novruzoğlu nə dediyini yaxşı bilir. Bilir ki, Mir-
zə müəllimi bu yolla ələ almaq olar. Yazıçı səhərisi gün 
saat 9:00-da onu gözləyəcəyini deyir. Rövşən Novruz-
oğlu  əhəmiyyət vermir ki, Mirzə müəllim onu harada 
gözləyəcək. Səhəri gün onun görüşünə gedəndə yadına 
düşür ki, bəs onlar harada görüşəcəklər?! Birtəhər öyrənir 
ki, Mirzə  İbrahimov səhər tezdən görüşəndə öz evində 
görüşür. Və Rövşən Novruzoğlu Mirzə müəllimgilə 
gedir. Yazıçı onu qəbul edir. Sonra soruşur: 

 Ay oğul, harada işləyirsən? 
– 
Cənubi Azərbaycan Radiosunda Aqşin Babayevin 
yanında. 
Mirzə müəllim görür ki, Rövşən çox diribaş, vətən-
pərvər oğlandır. Elə həmin gündən yazıçının, necə deyər-
lər, quşu Rövşənə qonur. Rövşənə geniş bir müsahibə ve-
rir. Onların arasında səmimiyyət yaranır. Bir müddətdən 
sonra Mirzə müəllim Rövşəni mətbuat katibi kimi öz ya-


B u l u d x a n   X ə l i l o v  
 
12 
nında işə götürür. Və bu da Mirzə  İbrahimovun jur-
nalistlərə müsahibə verməsi işini də asanlaşdırır. 
Rövşən Novruzoğlu tez-tez Mirzə müəllimin maddi 
cəhətdən qayğısını da görür. Adətən belə qayğını Mirzə 
İbrahimov o vaxt gənclərə edərmiş.  İş elə  gətirir ki, bu 
qismət Rövşən Novruzoğluna da nəsib olur. Günlərin bi-
rində o, Mirzə müəllimin evinə  gəlir.  Əynindəki pencə-
yini soyunub asılqandan asır. Çay içib, çörək yedikdən 
sonra təbii ki, getməli olur. Pencəyini  əyninə geydikdən 
sonra yolda əlini cibinə salanda görür ki, orda nəsə var. 
Hiss edir ki, puldur. Elə bilir ki, kimsə çaşıb qoyub. Geri 
qayıdıb bunu demək istəyir. Ancaq həyətdə Mirzə müəl-
limi yaxşı tanıyan ağsaqqal bir kişi Rövşən Novruz-
oğlunu görüb deyir: 

 Bala, sən indi Mirzə müəllimin yanından çıxdın. 
Nə tez geri qayıtdın. 
Rövşən Novruzoğlu: 

 Dayı, Mirzə müəllimə sözüm var... 
Ağsaqqal deyir: 

 Bala, mən bilirəm niyə qayıdırsan. Qayıtmaq 
lazım deyil. Mirzə müəllimin özü hər şeyi yaxşı bilir. O 
kişi ilə görüşməyə ehtiyac yoxdur. 
Ağsaqqal bilirmiş ki, Mirzə müəllim evinə  gələn 
gənclərə belə qayğını heç zaman əsirgəmir. Mütləq onları 
yedirib-içirdir, ciblərinə hansı yollasa pul qoyur. Onların 
ehtiyaclarını az da olsa, ödəmək istəyir. Və belə hadisələr 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
13
tez-tez təkrar olunduğundan ağsaqqal bilir ki, Rövşən 
Novruzoğlu niyə tez bir vaxtda geri qayıtdı. 
Beləliklə, Mirzə  İbrahimovun qayğısını görənlər 
onu unutmur və yəqin unutmayacaqlar da… 
22.09.2014 


B u l u d x a n   X ə l i l o v  
 
14 
 
Mir Cəlalla Mehdi Hüseynin 
zarafatı 
 
Mir Cəlal Paşayev Mehdi Hüseynin xətrini çox is-
təyirmiş. Təbii ki Mehdi Hüseynin də Mir Cəlala böyük 
hörməti və məhəbbəti varmış. Hətta onların arasında tez-
tez zarafatlar da olurmuş. Zarafatları ilə bir-birinin xətrini 
xoş edərlərmiş. Günlərin birində Qazaxdan Mehdi Hü-
seynin yaxınlarından - qohumlarından biri onun yanına 
gəlir. Mehdi Hüseyndən məsləhət almaq istəyir. Mehdi 
Hüseynə deyir: 

 Qağa, mənim oğlum olmur, məsləhətin nədir? 
Mehdi Hüseyn zarafatından qalmayaraq öz həm-
yerlisinə deyir: 

 Sən Mir Cəlalın yanına get, o, məsləhət versin. O 
daha hörmətli, nüfuzlu adamdır. Həm də seyiddir. Onun 
göstərdiyi yol daha yaxşı olar. 
 Belə də olur. Mehdi Hüseynin qohumu Mir Cəlalın 
yanına gəlir. Mir Cəlal müəllimə müraciətlə: 

 Ay müəllim, hər bir əyər-əskik işimiz barədə 
Mehdidən məsləhət alırıq. Onun yanında oldum. Məni 
sizin yanınıza göndərdi. Dedi ki, siz ondan da hörmətli, 
nüfuzlu adamsınız. Başınıza dönüm, mənə bir yol 
göstərin. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
15
Mehdi Hüseynin qohumu kənd adamı olduğundan 
hiylə - məkr nə olduğunu bilmir. Ürəyində  nə varsa, 
dilində də onu deyir: 

 Qağa, qurbanın olum, mənim başqa elə bir ada-
mım yoxdur ki, ondan məsləhət alım. Mehdi qağam idi, o 
da sizin yanınıza göndərdi. İndi məsləhət yerim sizsiniz. 
Qağam Mehdidir, bir də siz. Qağam Mehdi sizi daha 
ağıllı, müqəddəs adam hesab eyləyir. Odur ki, məni sizin 
yanınıza göndərdi. Mənə  məsləhətinizi  əsirgəməyin. Bu 
qağanız da elə-belə adam deyil. Sizin xəcalətinizdən 
çıxar... 
Mir Cəlal müəllim işin nə yerdə olduğunu başa 
düşür. Bilir ki, bu xata Mehdi Hüseyndən keçibdir. Ona 
görə  də özünü o yerə qoymur. Soyuqqanlı  və ciddi bir 
görkəm alır. Öz təmkinini pozmadan kişiyə  məsləhət 
verir: 

 Ay kişi, axşam ailənlə yatanda başına papağını 
qoy və yat. Axşam yatanda heç zaman başından papağını 
çıxartma. 
Kişi olduqca sadəlövh olur, Mir Cəlalın verdiyi 
məsləhətə qulaq asır. Və Allahın izni ilə vaxt-vədə yetişir 
və  həmin kişinin oğlu dünyaya gəlir. Mir Cəlalın 
seyidliyi kişinin gözündə daha da böyüyür. Bakıya 
Mehdi qağasının yanına əlidolu, sovqatla gəlir. 

 Ay  qağa, bu kişi nə  qədər Allah adamıymış. 
Onun dediyini elədim, oğlum oldu. 
Mehdi Hüseyn deyir: 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə