Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
138 
unudurlar ki, qabiliyyət və gücləri onları yarıyolda 
qoyacaq. 
 
*** 
Hər bir kəsin Allahdan müəyyən istəkləri və di-
ləkləri var. Onların sırasında bunlar xüsusi yer almalıdır: 
Allahım, mənə güc ver! Allahım, mənə dinclik ver! 
Allahım, mənə bacarıq ver! Allahım, mənə yorulmazlıq 
ver! Allahım, mənə bilmək qabiliyyəti ver! 
 
*** 
Adam var ki, onun nə  gəncliyi, nə  də qocalığı bir 
şey deyil. Ancaq yeməkdən sonra yatmaq arzusunda 
olanlar kimi hər ikisini arzulayır. 
 
*** 
Əsas odur ki, Allahın dərgahında yüksək səviyyədə 
olasan. Bu barədə Nobel mükafatı laureatı Tomas Eliotun 
“Kilsədə qətl” dramında belə bir yer var: 
 
 “Sən şəhidlik yolunu seç, sən dünyada özünü 
 Ən alçaq səviyyədə hiss et ki, 
 Allahın dərgahında ən ucada durasan”. 
 
*** 
Bəzi adamların ömrünə payız və qış çox tez gəlir. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
139
*** 
 İnsanlar eyni pəncərədən bayıra baxsalar da, müx-
təlif mənzərələri görürlər. Hətta eyni mənzərəni gördükdə 
də qənaətləri müxtəlif olur. 
 
*** 
 Biz nərdivanla yuxarı çıxdıqda bəzən fikirləşmirik 
ki, həmin nərdivanla da aşağı düşəcəyik. 
 
*** 
 Bizi nə gözlədiyini bilmirik. 
 
*** 
 Maraqlıdır ki, gündüzü də, gecəni də Allah xəlq 
edibdir. Ancaq biz gündüzü sevirik. Gecədən xoflanırıq, 
qorxuruq. Sevdiyimiz gündüz bizi yorur. Biz gündüz 
işləyirik, fəaliyyətdə oluruq, özümüzü yoruruq. Amma 
gecə dincəlirik, bədənimiz istirahət edir. Bəs onda gecəni 
niyə sevmirik, gecədən niyə xoflanırıq?! 
 
*** 
 Gənc nəsil kef məclisini çox xoşlayır. Bunu daha 
çox gənc olmayanlar deyir. Axı onlar gənc olmadıqları 
üçün gənclərdən, onların arzu və istəklərindən uzaqdırlar. 
 
*** 
 Biz  həmişə  gələcəyə doğru gedirik. Axı  gələcək 
tikilir. Özü də keçmiş üstündə tikilir. Keçmiş üstündə 
tikilməyən gələcək bic olur. 


B u l u d x a n   X ə l i l o v  
 
140 
*** 
 Sən bilsəydin əsən küləklər haralardan keçib gəlir, 
onun qədrini yaxşı anlayardın. 
 
*** 
 Şimal ölkələrinə bahar gec gəldiyi kimi, bədbəxt 
adamların taleyinə də xoşbəxtlik gec gəlir. 
 
*** 
 Bizi bu gün bir nəfər başa düşən varsa, ona da 
şükür etməliyik. Ona görə ki, sabah neçə  nəfərin başa 
düşəcəyini bilmirik. 
 
*** 
 İnsanın xoşbəxt ola bilməməsinin səbəbləri çox-
dur: biri özündədir, biri özgəsindədir, biri günah-
larındadır, biri dəcəlliyindədir, biri qismətindədir və s. 
 
*** 
 Görəsən ölülər geri qayıtmaq istəyirlərmi?! 
 
*** 
 İnsan ömrü boyu saysız-hesabsız,  əhəmiyyətsiz 
qorxularla qarşılaşır. 
 
*** 
 Nə yaxşı ki, insan gün ərzində bir neçə dəqiqə özü 
ilə tək qala bilir. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
141
*** 
 Bədbəxtlik insanların yuxusuna haram qatır. 
Görəsən, bədbəxtlər necə yatır?! 
 
*** 
 Dünyadakı bütün adamların səhvlərini qanun da 
qaydasına qoya bilmir. 
 
*** 
 Şəxsi məsələlər qəzetlərə yol tapırsa, ictimailə-
şirsə, deməli, şəxsiyyət deyilən anlayış dəyərdən düşür. 
 
*** 
 Mənim qapım ADAM olan bəndəyə açıqdır. Sözün 
həqiqi mənasında ADAM olan bəndəyə. 
 
*** 
 Məhəbbət bir açardır. O, qarşı  tərəfə düşüb onu 
aça biləcəkmi?! 
 
*** 
 Bəla yavaş-yavaş  gəlir. Bəla gəlir ki, işini sona 
yetirsin. O nə tələsir, nə də ləngiyir. O heç öz yolunu da 
səhv salmır. Onu yolundan döndərmək də mümkün 
deyildir. O, güclüdür. 
 
*** 
 Xəyal  şirindir.  İnsan xəyalda olduqda özünü xoş-
bəxt hiss edir. 


B u l u d x a n   X ə l i l o v  
 
142 
*** 
 Allah insana hər cür şans verir. Lakin bu şansdan 
istifadə edə bilməyənlər elə bu dünyada cəhənnəmin 
içində olurlar. Bu dünyada cəhənnəmin içində olanlar 
verilən  şansdan istifadə etməyi bacarmayanlardır. Onlar 
heç bir iş görməyə qadir olmurlar. 
 
*** 
 Görəsən, cahil bilirmi ki, o, cahildir? Riyakar 
bilirmi ki, o, riyakardır? Yalançı bilirmi ki, o, yalançıdır? 
Yaltaq bilirmi ki, o, yaltaqdır? Bilmədiklərinə görə də öz 
əməllərindən əl çəkmirlər. 
 
*** 
 Bəzən elə faktlar var ki, onlar heç kəsə lazım deyil. 
Belə faktlar ölü faktlardır. 
 
*** 
 Mən düşdüyüm mühitin aurasını hiss edirəm. Hətta 
oradakı pis auralı bir adam olsa belə, onu hiss edirəm. 
Dərs dediyim auditoriyada bunu daha tez duyuram. Bir 
süfrə arxasında  əyləşən zaman süfrə arxasındakı  mənfi 
auraları hiss edirəm. Avtobusda yol gedərkən içəridəki 
mənfi auraları hiss edirəm. Hissiyyatım məni aldatmır. 
Hissiyyatımın verdiyi əzablar məni yorsa da, hissiyyatım 
məni aldatmır. Bu hissiyyatı  mənə  hədiyyə edən 
Allahıma borcluyam. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
143
*** 
Təpəgöz Oğuz boyunun içərisində yetişdi və bu 
boya qənim kəsildi. Bəzən öz aramızda və içərimizdə tə-
pəgözlər yetişdiririk. Onlar bir müddətdən sonra bizim 
hər birimizə  qənim kəsilirlər, bizim hər birimizə zülm 
edirlər. 
 
*** 
İnsan həm də özü olanda xoşbəxt olur. Elələri var 
ki, ömrü boyu özü ola bilmir. Bəlkə bir an, bir dəqiqə, bir 
saat, bir gün özü ola bilmir. Çoxlu uğurları olur, çoxlu 
mərtəbələrə yüksəlir. Ancaq özü ola bilmir. 
 
*** 
Göydəki ulduzlar yerdən bizə çox balaca görünür. 
Əslində isə onlar balaca deyildir. Ulduzlar bizdən o qədər 
uzaqdır ki, biz onları uzaqdan balaca görürük. 
 
*** 
Professor  Əbdüləzəl Dəmirçizadə Azərbaycan 
dilinin özüdür. 
 
 30.05.2015 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə