Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
144 
 
 
Mən- biz, sən- siz, o- onlar 
barədə deyimlərim – 
VI yazı 
 
Ləyaqətdən uzaq olan bir adam vəzifəli bir şəxsin 
otağına girir və  qəbulda dayanan başqa birisini o ki var 
pisləyir. Sonra otaqdan çıxarkən qəbul otağında pislədiyi 
adama üzünü tutub deyir ki, səni içəridə təriflədim. 
16.IV.2007-ci il 
 
*** 
Kim olursa-olsun, dost ya düşmən, insan gərək öz 
ləyaqətini itirməyə. 
17.IV. 2007-ci il 
 
*** 
Sel gələndə çör-çöp gətirir. Sonra isə iri kötükləri. 
 
*** 
İndi insanlar bir-birinə çoxlu pul, sonra cansağlığı 
arzulayırlar. Halbuki, cansağlığı puldan əvvəldir. 
17.IV.2007-ci il 
 
*** 
Qoçaq olan yalnız öküzə qoşulan alət kotandır. 
17.IV.2007-ci il 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
145
*** 
Söz dodaqdan kəpənək kimi uçmalıdır. Söz 
dodaqdan qırılıb tökülməməlidir. 
18.IV.2007-ci il 
 
*** 
Keçmişdə uşaqlar acarkən özləri yemək istəyirdilər. 
İndi isə uşaqların arxasınca gəzərək zorla, qaşıqla yemək 
yedirdirlər. 
 18.IV.2007-ci il 
 
*** 
İt üçün leş, kişi üçün vəzifə əbədi deyil. 
20.IV. 2007-ci il 
 
*** 
Belə bir məsəl var: “İnsanı geyiminə görə qəbul et, 
ağlına görə yola sal”. Mən bu qənaətə  gəldim ki, insanı 
qəbul et, qabiliyyətinə, ağılına görə yola sal. 
 21.IV.2007-ci il 
 
*** 
İnsanların böyük əksəriyyəti öz mayasına turş 
demir. Bunun səbəbi nədir?! 
22.IV.2007-ci il 
 
*** 
Bəzi insanlar layiq olduğundan daha çox iddialı 
olurlar.  İstəkləri, arzuları haqqı,  ədaləti üstələyir... Az 


B u l u d x a n   X ə l i l o v  
 
146 
qala hər bir kəsi özlərinə borclu sayırlar. Görünür ki, 
insan özünü hələ də tam şəkildə dərk etmir. Dərketmənin 
zəifliyi, qeyri-obyektivliyi insanı layiq olduğundan artıq 
iddialı olmağa gətirib çıxarır. 
22.IV.2007-ci il 
 
*** 
Görkəmli yazıçı Əlibala Hacızadənin belə bir sözü 
var: “Padşahların sözü sözlərin padşahıdır”. 
 22.IV.2007-ci il 
 
*** 
İki  şey insanı hörmətdən salar: biri sözü vaxtı 
gələndə deməmək, ikincisi, sözü vaxtı keçəndən sonra 
demək. 
23.IV.2007-ci il 
 
*** 
Bəxtiyar Vahabzadə yaradıcılığı  həm də ona görə 
sevilir ki, onun əsərlərində  məntiq, fəlsəfə, idrak Azər-
baycan dilinin zənginlikləri (dil, üslub, ifadə formaları) 
ilə birləşir. 
 30.IV.2007-ci il 
 
*** 
“Bəxtəvər” bəxtim də məndən üz döndəribdir. 
4 may 2007-ci il 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
147
*** 
Tələbələrimin birinin dəftərində (dəftərin üz qabı-
ğının içərisində) belə bir cümlə yazılmışdı: “Sən doğu-
landa yağış yağırdı, yağış deyildi, ulduzların göz yaşları 
idi, çünki onların ən gözəli yerə enmişdi”. 
8 may 2007-ci il 
 
*** 
Vaxtilə  tələbəm olmuş bir türkdən bayramların 
birində telefonuma belə bir məlumat göndərilmişdi: 
“Özəl insanlar özəl günlərdə xatırlanır. Gözəl diləklər 
gözəl insanlara yollanılır. Bütün gözəlliklər Sizin olsun, 
sevincləriniz bir-birinə qarışsın. Sevilən Siz, sevən Siz, 
Sevindirən Siz olasınız”. 
9 may 2007-ci il 
 
*** 
Pis adamlar şeytanın övladlarıdır. Pis adamlar şey-
tanın törəmələridir. Pis adamlardan pislikdən başqa heç nə 
gözləmək olmaz. Pis adamlar heç zaman öz pisliklərindən 
əl çəkməzlər. Pis adamlar yaxşı  işlərə qol qoymazlar. Pis 
adamlar haqq - ədalətdən, insafdan uzaqda olarlar. 
12 may 2007-ci il 
 
*** 
Yazıçı yaşadığı torpağın bir qarışından ömrü boyu 
yazsa, bu işə ömrü çatmaz. Bir qarış torpaqdan yazmağa 


B u l u d x a n   X ə l i l o v  
 
148 
bir ömür bəs eləməz. Daha doğrusu, bir qarış torpaqdan 
bütün ömrün boyu yazsan da, axıra qədər yazıb qur-
tarmaq olmaz. 
18 may 2007-ci il 
 
*** 
Eqoizmdən xilas olmağın yeganə yolu başqaları 
üçün yaşaya bilməkdir... 
 
*** 
Dünyanın  ən yaxşı yeri quyunun dibidir. Çünki, 
oradan daha yüksəklərə qalxa bilirik. 
8 avqust 2007-ci il 
 
*** 
Lənkəranın Həftəno (Yeddi bulaq) kəndində VI 
sinifdə oxuyan bir qıza sual verdim ki, həyətinizdə hürən 
bu itlər qonşuları narahat edirmi? O isə cavab verdi ki
itlərin hürməsinə görə qonşular arasında narazılıq olmur. 
İnsanlar bir-biri ilə yola getmir, bir-birini başa düşmür. 
İnsanları itlər yox, insanların özü incidir. 
8 avqust 2007-ci il 
 
*** 
Xalq şairi Fikrət Qoca ilə olan görüşdə o, belə bir 
söz dedi: “Hər bir kəs dekan ola bilər, amma hər bir kəs 
Buludxan müəllim – Buludxan Xəlilov ola bilməz”. 
22 oktyabr 2007-ci il 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
149
*** 
Yuva yıxanın yuvası olmaz. 
 09.03.2008-ci il 
 
*** 
Qızıl sahibinin deyil, şeytanındır. 
 
 
*** 
Var-dövlət, qızıl şeytanın kirayəşinidir. 
25.03.2008-ci il 
 
*** 
Ana yanan od, ata yandan keçən (yan gəzən), 
qardaş qara daş (möhkəm daş), bacı böyük acıdır. 
26.03.2008-ci il 
 
*** 
Pessimist ən yaxşı informasiyaya malik optimistdir. 
31.08.2008-ci il 
 
*** 
Böyük adamların ölümü vaxtsız ölümdür. 
28.09.2008-ci il 
 
*** 
Daş atmaq adamı hörmətdən salar. 
29.09.2008-ci il 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə