Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
150 
*** 
Dərdsiz adam yoxdur, arsız adam var. 
05.10.2008-ci il 
 
*** 
Amerika Prezidenti Obama “Orucluq”da iftar süf-
rəsindəki nitqində deyir: 
“Çayların, gölməçələrin, göllərin və axınların hərə-
sinin öz adı olsa da, onlar hamısı sudan ibarətdir. Din də 
eynilə bunun kimidir – onların hamısını inam birləşdirir”. 
02.09.2009-cu il 
 
*** 
Dilimizdə belə bir misal var: “Sənə  mələməmiş 
quzu kəsim”. Əslində bu deyimin izahına ehtiyac vardır. 
Bu, ona görə belə deyilir ki, mələməmiş (körpə) quzunun 
dərisindən daha yaxşı papaq tikilir və belə quzunun 11-
nin dərisindən bir papaq tikmək olur. Papaq milli simvol-
lardan biri olduğu üçün mələməmiş quzunun dərisindən 
papağın tikilməsi daha yüksək qiymətləndirilmişdir. Və 
“Sənə mələməmiş quzu kəsim” deyimi də təsadüfi deyim 
olmamışdır. 
 
*** 
Türk yazarlarından biri tanınmış bir yəhudidən soru-
şur ki, siz yəhudilər bütün sahələrdə niyə tanınırsınız? O 
deyir ki, biz ən müqəddəs kitablarımızı oxuyur, öyrənirik. 
Öz dilimizi öyrənməklə başqa bir dili də öyrənirik. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
151
Yaxşı olar ki, biz də övladlarımıza müqəddəs kitab-
larımızı, nağıllarımızı, dastanlarımızı oxudaq və öyrədək. 
Onlar buradan öyrəndikləri biliklər  əsasında sonradan 
dünyaya baş vursunlar. Eyni zamanda doğma ana dilimi-
zi yaxşı öyrətdikdən sonra dünya dillərindən  ən nüfuzlu 
olanının birini öyrədək. 
28.XII.2009-cu il 
 
*** 
Papağı arxası üstə qoymaq olmaz. Bu o deməkdir 
ki, onda milləti arxası üstə qoyursan. Papağı üzü üstə də 
qoymaq olmaz. Belə olanda milləti üzü üstə qoyursan. 
Papaq milli simvol olduğu üçün ona hörmət və ehtiramla 
yanaşmaq lazımdır. 
28.XII.2009-cu il 
 
*** 
Belə bir məsəl var: Oğlum olsa, adını qoyaram Nəzə-
rəli. Mənə baxsa da, baxmasa da nə zərəri. Yenə də oğlum-
dur. 
 15.05.2010-cu il 
 
*** 
Ağıla paxıllıq yoxdur. Belə ki, hər bir kəs özünü 
başqasından ağıllı sayır. 
Sual olunur: İnsanlar nə üçün bir-birinin ağılına pa-
xıllıq etmir, amma onların bir-birinə başqa cür paxıllıq-
ları olur?! 
22.05.2010-cu il 


B u l u d x a n   X ə l i l o v  
 
152 
*** 
Müdriklərdən birinin belə bir deyimi var: Bütləri 
Tanrı  yıxır, heykəlləri isə insan. Bütlər yıxılanda bəşər 
üçün yeni mərhələ başlayır. Heykəllər yıxılanda cəmiyyət 
ardı-arası  kəsilməyən faciələr silsiləsinə  qədəm qoyur. 
Düşən heykəllərin yerində başqaları otuzdurulur. 
05.09.2010-cu il 
 
*** 
Dəyirman daşı buğdanı  əzir, üyüdür, zamansa 
insanları. 
07.09.2010-cu il 
 
*** 
Ölümdən heç kəs qaça bilməz. 
08.09.2010-cu il 
 
*** 
Həmişə yağış göydən yerə yağır. Görəsən, bir gün 
yağış yerdən göyə yağacaqmı?! 
09.09.2010-cu il 
 
*** 
Vaxtından  əvvəl qınından çıxan qılınc öz sahibinə 
ziyan gətirə bilər. 
09.09.2010-cu il 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
153
*** 
Çörək sınağına çəkilmək ən böyük cəzadır. 
09.09.2010-cu il 
 
*** 
Zillətin son mərhələsindən izzətin yüksək mərhələ-
sinə qalxmaq hər kəsin işi deyildir. Zillət də, izzət də hər 
bir kəsin haqqıdır. 
09.09.2010-cu il 
 
*** 
Hər bir bəlanın bir hikməti var. 
 
*** 
Ay həmişə bulud arxasında qalmır ki?! 
 
*** 
Aşiqlər həmişə intizarda olur. 
 
*** 
Evin küncündə oturmaq aşiqə yaraşmaz. 
 
*** 
Saray kimi ev-eşik bəzən zindan kimi qaranlıq olur. 
 
*** 
Bir yalanı çox təkrarlamaq bəzən yalan deyənin 
özünün də ona inanmasına səbəb olur. 


B u l u d x a n   X ə l i l o v  
 
154 
*** 
Zirvədən dərəyə düşənlərin nəvazişə ehtiyacı var. 
 
*** 
Məbudumu istəyirdim. İndi onun hüzurundayam. 
 
*** 
Biz hər şeyə görə Allaha borcluyuq. 
 
*** 
Hər bir şey barəsində Allahla razı-niyaz etmək 
lazımdır. 
 
*** 
İlahi məhəbbətin mehi həmişə insana tərəf axmır. 
 
*** 
Uca yaradana eşq olduğu halda, yerdəki eşqə 
ehtiyac varmı?! 
 
*** 
Eşq nələr eləmir?! 
 
*** 
Allah istəyən kəsə heç kim heç nə edə bilməz. 
 
*** 
Dan yeri sökülən vaxt edilən dualar qəbul olunur. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
155
*** 
Görəsən mələklər hansı anda göz yaşı tökürlər?! 
 
*** 
Allahın seçdiyi adamla heç kəs mübarizə apara 
bilməz. 
 
*** 
Deməli, sən də hicran çəkmisən?! 
 
*** 
Ayrılıq qəmi acıdır? 
 
*** 
Amma vüsalın şirinliyi ayrılığın acısını unutdurur. 
 
*** 
Anasına hürən küçük canavarlara yem olar. 
 
*** 
Biz hamımız Allahdanıq və ona tərəf qayıdacağıq. 
 
*** 
Ölümdən heç kəs qaça bilməz. Hətta övliyalar və 
peyğəmbərlər də... 
 
*** 
 Ölümlə həyat Allahın əlindədir. 
 05.06.2015 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə