Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
156 
 
 
Mən-biz, sən-siz, o-onlar  
barədə deyimlərim – 
VII yazı 
 
Allah heç bir bəndəsinin pisliyini istəmir. Amma 
bəzi bəndələr şeytanla əlbir olub yollarından çıxırlar. 
 
*** 
Uşaqları ən yaxşı qoruyan valideynlərdir. Xüsusən 
də körpə uşaqları. 
 
*** 
Bəzən şeytana güc çatmır. 
 
*** 
Allahdan başqasına bel bağlayan çarəsiz qalar. 
 
*** 
Qaranlıqda insanın çirkin üzü görünməz. 
09.09.2010-cu il 
 
*** 
Poeziya sözlərin riyaziyyatıdır, riyaziyyat isə 
rəqəmlərin poeziyasıdır. Düz deyiblər ki, qəlbi  şair 
olmayan riyaziyyatçılar yaxşı riyaziyyatçı ola bilməz. 
17.04.2011-ci il 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
157
*** 
Niyə insanlar güclülərə xəyanət edirlər? 
Niyə insanlar güclü adamları qısqanırlar? 
Niyə insanlar güclü adamların əl-ayağına dolaşırlar? 
Niyə insanlar güclü adamlara qənim kəsilirlər? 
Niyə insanlar qorxaqlara, yaltaqlara meydan verirlər? 
29.01.2012-ci il 
 
*** 
Bütün yeraltı, yerüstü sərvətlər nə vaxtsa tükənə-
cəkdir. Ancaq dil elə  zəngin sərvətdir ki, heç vaxt 
tükənmir. 
 
*** 
Söz və ağıl... 
Söz və səs... 
 
*** 
Övlad Allahın valideynə verdiyi nə mükafatdır, nə 
müjdədir. Bir sınaqdır. 
 
*** 
İstedadlı insanların ömür-gün yoldaşı olmaq da 
istedaddır. 
 
*** 
İnsan səbrin hesabına hər şeyi udur. 


B u l u d x a n   X ə l i l o v  
 
158 
*** 
Filankəs xanım kişi kimidir demək onu söyləməyə 
əsas verir ki, deməli, kişilər öz funksiyasını yerinə yetirə 
bilmir. 
04.XI.2011-ci il 
 
*** 
“Durğu işarələri cümlədə nəfəslik rolunu oynayır”. 
Xalq artisti Canəli Əkbərovla söhbətim zamanı bu fikri o 
söylədi. 
25.03.2013-cü il 
*** 
Bizim hər birimiz (yaradıcı insanlar) kitablardan 
çox öyrənmişik. Kitablar kitabxanada saxlanılır. Bizim 
(yaradıcı insanların) yazıb yaratdıqlarımız da (kitablar) 
kitabxanada qorunur. Deməli, kitabxana bizi həm mənəvi 
cəhətdən qidalandırır, həm də bizi əbədi yaşadır. Ona 
görə də hər bir yaradıcı adam kitabxanaya borcludur. 
31.01.2013-cü il 
 
*** 
Mirzə  İbrahimovun belə bir sözü varmış: “Şərəfi 
şəkərə satan şərəfsizlər”. Bu fikrin nə ilə bağlılığı belə ol-
muşdur:  İranda seçki zamanı  şəkərlə,  şəkər verməklə 
insanları ələ almışlar. 
26.05.2013-cü il 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
159
*** 
Rəvayətə görə, ömür paylanan zaman bütün canlı-
lara eyni ömür – 40 illik ömür verilmişdir.  İnsan isə 
ömrünün azlığından şikayət etmiş və nəticədə Allah onun 
40 illik ömrünün üzərinə 40 il də artırmışdır. Allah artır-
dığı bu 40 ilin 20-ni eşşəyin, 20-ni isə itin ömründən 
kəsib insana vermişdir. Ona görə  də insan həyatının 
müəyyən dövrünü (40-dan sonrakı) çox işləyir (məcazi 
mənada eşşək kimi işləyir), müəyyən dövrünü (60-dan 
sonrakı) çox deyingən olur (məcazi mənada it kimi hü-
rür). Yəni, insan həm insana, həm eşşəyə, həm də itə aid 
olan ömür yaşayır... 
 26.05.2013-cü il 
 
*** 
“Allah bildiyi məsləhətdir”. “Allah bizi qarşıdakı 
daha qorxulu bəlalardan qorusun”. Bu deyimlərin çoxlu 
izahı var. Bir izah da belədir: Bir gün çoban öz sürüsünü 
çayın kənarında otarırmış. Görür ki, çayda bir kəllə var. 
O kəlləyə üz tutub deyir ki, niyə bu günə qalmısan? Kəllə 
deyir ki, buna da şükür, Allah bilən məsləhətdir, Allah 
qarşıdakı  bəlalardan qorusun. Günlərin bir günü çoban 
görür ki, həmin kəllə çayın kənarındakı bir qayaya dəyib 
və  sınıq-sınıq olubdur. Çoban onda başa düşür ki, kəllə 
ona deyəndə ki, Allah qarşıdakı bəlalardan qorusun, bax 
onda bunu deyirmiş. 
 26.05.2013-cü il 


B u l u d x a n   X ə l i l o v  
 
160 
*** 
Məqalələrim, kitablarım, çıxışlarım xoşuna gələn 
bir adam məni hər dəfə görəndə deyir ki, bu gün işim 
yaxşı olacaq. Hətta onu da deyir ki, necə edim ki, hər gün 
səni görüm, işim yaxşı getsin... 
 
*** 
Ləyaqəti, böyüklüyü olmayan adamlar böyük işlər 
görə bilməzlər. 
 
*** 
Mən pul deyiləm ki, hamı məni sevsin. 
 
*** 
“Buqələmun” insan yaxşı insan ola bilməz. 
 
*** 
Səhvini etiraf et, görək səni bağışlamaq olarmı?! 
 
*** 
Məhəbbət suya, yağışa ehtiyacı olan cadar-cadar 
torpağa bənzəyir. 
 
*** 
Məhəbbət əbədi hissdir. 
 
*** 
İki nəfər bir-birilə torpaq üstündə döyüşürlər. Bir 
addım torpağın kimə  məxsus olduğu barədə mübahisə 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
161
edirlər. Bir ağıllı adamdan soruşurlar ki, bu bir addım 
torpaq kimindir? Həmin ağıllı adam qulağını bir neçə 
dəqiqə torpağa söykəyir və sonra ayağa durur. Deyir ki
mən torpaqdan torpağın kimə  məxsus olduğunu soruş-
dum. O isə dedi ki, torpaq üstündə döyüşənlər də, hər bir 
kəs də  mənə  məxsusdur. Torpaq üstündə döyüşənlər də, 
hər bir kəs də mənimdir. 
1.08.2013-cü il 
 
*** 
Yayın isti günlərindən biri idi. Avtobusla evə gedir-
dim. İsti olduğundan avtobusun qabaq qapısı açıq idi. Bir 
cavan qız avtobus dayanacaqlardan birinə yaxınlaşanda 
sürücüyə dedi ki, açın qapıları. Qız bu açıq qapının düz 
yanında dayanmışdı. Dayanacaqda düşmək istəyirdi. Elə 
bu zaman sürücü cavab verdi: “Neçə qapını açmaq 
lazımdır, sənə lazım olan qapı açıqdır”. 
 
*** 
Gənclik açılmamış mücrüdür. Onu yalnız qocalar 
aça bilir. 
18.08.2013-cü il 
 
*** 
Yol ilə gedən yorulmaz. Doğrudan da, dağ ilə, dərə 
ilə, təpə ilə, daş-kəsəklə gedən tez yorulur. 
15.09.2013-cü il 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə