Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
172 
*** 
Yaxşı şeir insan ruhunun qida mənbəyidir. 
 
*** 
Şairin işi gül-çiçəkdən bal toplayan arıya bənzəyir. 
Balın təmizliyi gül-çiçəkdən asılı olur. Şeirin də gücü, 
təsiri onun poetikliyindən asılıdır. Oxucu şeirin poetik-
liyini hiss etdikdə həmin şeir təmiz bala bənzəyir, təmiz 
balın dadını verir. 
 
*** 
Ətalətdə olan insan xəstədir. Bu, ən böyük xəstə-
likdir. 
 
*** 
Ləyaqətli adamın yanında ləyaqətsizi tərifləmək 
ləyaqətliyə (ləyaqətli adama) ən böyük hörmətsizlikdir. 
 
*** 
Yaxşı müəllim həm də keçdiyi mövzunun 
bəstəçisidir. Yəni bəstəkarıdır. Belə olanda mövzu 
müəllim tərəfindən bəstələnərək sanki dinləyicinin, 
tələbənin sevimli musiqisinə çevrilir. 
 
*** 
İnsanlar yaxşılıq və pislik edəndə öz genlərinin 
kodunu yaşadırlar. Yaxşılıq və pislik etmək gendən gəlir, 
soydan, kökdən gəlir... 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
173
*** 
Yaxşı söhbətlər və yaxşı insanlar ruhu təmizləyir, 
ruhu sağlam edir, həyat eşqini artırır. 
 
*** 
Öyrənmək heç vaxt gec deyil. 
 
*** 
Görəsən ayağımızı tapdalayanlar, bizə pislik edən-
lər tapdalamaqlarının və pislik etmələrinin səbəbini bilir-
lərmi?! Əgər bilmirlərsə, onlara yazığım gəlir. 
 
*** 
O övlad yaxşı, xoşbəxt övladdır ki, o, atasına, 
anasına rəhmət oxudur. Onun əməli, fəaliyyəti başqaları 
tərəfindən rəğbətlə qarşılanır və deyilir ki, Allah bunun 
atasına, anasına rəhmət etsin. 
Günlərin birində bir yaşlı, təqaüddə olan ziyalı 
qadın mənim əl telefonuma zəng etdi. Mənim televiziya-
da olan çıxışımdan məmnun olduğunu bildirdi. Danışı-
ğım, nitqim xoşuna gəldiyini dedi. Və onu da dedi ki, 
sənin kimi övladın ata-anası sağdırsa, Allah can sağlığı 
versin, rəhmətə gedibsə, Allah rəhmət eləsin. 
10.XII.2013 
 
*** 
Birisi Üzeyir Hacıbəyova deyir ki, iki nəfər bir-biri 
ilə yola getmir. Mən nə edim ki, onlar yola getsinlər. 
Həmin adam acığından yola getməyənləri eşşək adlan-


B u l u d x a n   X ə l i l o v  
 
174 
dırır. Yəni iki eşşək yola getmir deyir. Üzeyir bəy isə 
cavab verir ki, sən iki eşşəyin arpasını bölə bilmirsənsə, 
nəyə və kimə lazımsan. 
 
*** 
Vətəni, milləti, öz məşuqunu sevənlər çox vaxt 
əzab və əziyyət çəkirlər. Axı Məcnun da Leylini sevdiyi 
üçün çox əzab və əziyyət çəkmişdir. 
20.XII.2013-cü il 
 
*** 
Əslində insanlar təbiəti təqlid edirlər. İnsanlar həm 
də heyvanları  təqlid edirlər. Hər bir insanın içində bir 
heyvan xisləti yatır. Hər bir insanın üz cizgilərində müəy-
yən heyvanın prototipi var. Hətta qarışqalar, tarakanlar 
daha nələr, nələr və nələr xislətində olan insanlar var. 
21.XII.2013-cü il 
 
*** 
Yalan, böhtanla yaşayan insanlarda ləyaqət, vicdan 
olmaz. Ləyaqəti, vicdanı olmayanlar həyatda  əziyyət 
çəkmədən yaşayırlar. 
 
*** 
Səməd Vurğun istedadlı olduğu üçün istedadsız-
ların qaragüruhçuluğu ilə çox üzləşibdir. Bir dəfə həmin 
garagüruhçulara üz tutub deyibdir ki, siz məndən nə 
istəyirsiniz. Bu zaman həmən garagüruhçulardan birinin 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
175
gözləri yaşarıbdır. Görünür ki, həmin məqamda garagü-
ruhçulardan birinin vicdanı ayılıb, baş qaldırıbdır. Ancaq 
elə garagüruhçular var ki, onların vicdanı heç zaman 
ayılmır. Bəlkə də bütün ömrü boyu heç vicdanları olmur. 
 
*** 
Nadan adam eşitməyi bacarmır, ona görə  də  məc-
bur edir ki, ağıllı adam ucadan danışsın. Eyni zamanda 
nadan adam dinləməyi də bacarmır, ona görə də məcbur 
edir ki, ağıllı adam astadan, pıçıltı ilə danışmasın. 
22.XII.2013-cü il 
 
*** 
Pulun açmadığı qapı yoxdur. Ancaq pul cənnətin 
qapılarını aça bilmir. Bu istisnadır. 
 
*** 
Hər bir insan xatırlamağı, axtarmağı, üzr istəməyi, 
bağışlamağı bacarmalıdır. Şəms Təbrizi deyirdi: 
“Bir an dayan, arxana bax və unutduqlarını xatır-
la...  İtirmisənsə, axtar, qırmısansa, üzr istə, qırılmısansa 
bağışla... Çünki həyat çox qısadır”. 
 
*** 
Hər birimiz alçaqlığa tələsənlərlə tez-tez qarşıla-
şırıq. Platon deyirdi: 
“Abırsızlıq ruhun öz mənfəəti üçün alçaqlığa tələs-
məsidir”. 


B u l u d x a n   X ə l i l o v  
 
176 
*** 
Bir kişinin bir qadına, bir qadının da bir kişiyə 
həmişə ehtiyacı var. Onların hər ikisi qocalanda bu 
ehtiyac sadiqliyə çevrilir. 
İmmanuel Kantdan soruşurlar: 

 Hansı qadınlar  ərlərinə sadiq olurlar: Qara 
saçlılar, yoxsa sarı saçlılar? 
Filosof cavab verir: Ağ saçlılar. 
 
*** 
Əlibala Hacızadə ilə söhbət edirdik. Söhbətimizdə 
bir neçə  dost  da  iştirak edirdi. Soruşduq ki, Əlibala 
müəllim, siz ağsaqqalsınız, bilərsiniz, bizim düşmənimiz 
ermənidir, rusdur, ingilisdir? O dedi ki, bizim düşməni-
miz bir-birimizə olan paxıllığımız və qısqanclığımızdır. 
 
*** 
Zahid Xəlillə Adil Cəmil Bakı  şəhərinin orta 
məktəblərinin birində görüşdə olurlar. Məktəbin 
direktoru uşaqlara Zahid Xəlili Zeynal Xəlil, Adil Cəmili 
Əhməd Cəmil kimi təqdim edir. Hər iki şair pərt olur. 
Direktor deyir ki, nə fərqi var, şair şairdir, əsas odur ki, 
uşaqlar bildilər ki, şairlər görüşə gəliblər. 
 
*** 
“Azərbaycan” jurnalının baş redaktoru İsmayıl 
Şıxlı, baş redaktorun müavini isə Qabil imiş. Həmin vaxt 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə