Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
177
gənc  şairlərin “Azərbaycan” jurnalında bir şeirdən artıq 
şeiri çap olunmurmuş. Çox təsadüfi hallarda gənc şairlə-
rin jurnalın bir nömrəsində bir neçə şeiri çap olunurmuş. 
Adil Cəmil şeirlərinin bir qismini çap olunmaq üçün şair 
Qabilə təqdim edir. Qabil elə bilir ki, Adil Cəmil Əhməd 
Cəmilin qardaşı  oğludur. Bir neçə gündən sonra Qabil 
Adil Cəmilə deyir ki, əminə salam de. Adil Cəmil heç nə 
başa düşmür və Qabilin bu sözlərinə  əhəmiyyət vermir. 
“Azərbaycan” jurnalı çap olunanda görür ki, onun Qabilə 
verdiyi  şeirlərin hamısı çap olunubdur. İşi başa düşür... 
Qabil də işi başa düşür. Artıq hər şey gec imiş... 
 
*** 
Şair Qabil “Azərbaycan” jurnalında baş redaktorun 
müavini olanda gənc şairlərin çap olunmaq üçün təqdim 
etdikləri  şeirlərin  ən yaxşısını seçib çap edərmiş, 
digərlərini isə geri qaytarıb deyərmiş ki, bunları da 
məşhur olandan sonra çap etdirərsən. 
 
*** 
Şair Qabil xoşu gəlməyən adamla bir yerdə olmağı 
da sevməzdi. Günlərin birində Adil Cəmillə bir yerdə çay 
içirlərmiş. Bu zaman üçüncü bir adam da gəlir. Həmin 
adamdan Qabilin xoşu gəlmirmiş. Qabilin xoşu gəlməyən 
həmin adam onlardan ayrılıb getmək istəyir. Tez-tez 
deyir ki, getmək istəyirəm, tələsirəm. Onun fikri Qabilin 
ürəyincə olsa da, dediyinə  əməl etmir. Qabil nə  qədər 


B u l u d x a n   X ə l i l o v  
 
178 
gözləyir ki, bu adam çıxıb getsin, ancaq getmir. Növbəti 
dəfə bir də deyəndə ki, getmək istəyirəm, bu zaman Qabil 
deyir ki, sən getsən yaxşıdır. 
 
*** 
Günlərin bir günü Qabil Yazıçılar Birliyində keçi-
rilən tədbirlərdən birini aparırdı. Tədbirdə  iştirak edən 
adamlara bir-bir söz verirdi. Bir aşığa da söz verdi. Söz 
verdi ki, həmin aşıq çalıb oxusun. Ancaq aşıq çalıb 
oxumaq  əvəzinə başladı uzun-uzadı danışmağa. Bu 
zaman Qabil aşığın sözünü kəsib dedi ki, a kişi, burada 
danışanlar çoxdur. Sənə söz verdim ki, oxuyasan... 
 
*** 
Adil Cəmil və digər bir şair Azərbaycanın regionla-
rından birinə ezam olunubmuş. Ezam olunduqları rayo-
nun avtovağzalında onları qarşılayacaq adamı gözləyir-
lərmiş. Birdən görürlər ki, avtovağzalda Hüseyn Arif də 
göründü. Onlar Hüseyn Arifə yaxınlaşırlar və deyirlər ki, 
qulluğunda olaq. Hüseyn Arif deyir ki, bura gəlmişik ki
öz pulumuzla bir-birimizə xidmət edək?! Bizə xidməti 
bizi bura dəvət edənlər etməlidir. Bu vaxt onları avtovağ-
zalda qarşılayacaq vəzifəli adam peyda olur. Görüşürlər. 
Səhər tezdən yeməkxanaya gedirlər. Süfrəyə şor, pendir... 
gəlir. Hüseyn Arif şoru çörəyin üstünə yaxıb ləzzətlə 
yeyir. Yedikcə deyir ki, bu şor olmasaydı Böyük Vətən 
Müharibəsində acından qırılardıq. Onu da deyir ki, nə 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
179
yaxşı ki, bu şor varmış. Birdən vəzifəli şəxs deyir ki, indi 
şor, pendir... süfrədən yığışdırılsın və süfrəyə balıq gəti-
rilsin. Elə bu dəmdə səhərdən şoru, pendiri tərif edən Hü-
seyn Arif deyir: Başın haqqı düz deyirsən, bu köhnəliyin 
qalığını  (şoru, pendiri nəzərdə tutur) yığışdırın, süfrəyə 
müasirliyi gətirin. 
 
*** 
Müdriklərdən biri deyib ki, mən keçmişimə görə 
məsuliyyət daşımıram. Ona görə ki, mən keçmişdə 
yaşamıram. 
 
*** 
Bu tarixlər məni düşündürür: Atam Əzizin doğum 
və ölüm tarixi – 1927-ci il yanvar ayının 17-si doğum 
tarixi, 2008-ci il dekabr ayının 17-si ölüm tarixi. Anam 
Sonanın doğum və ölüm tarixi – 1929-cu il yanvar ayının 
12-si doğum tarixi, 2007-ci il fevral ayının 21-i ölüm 
tarixi. 
Atam Əzizin doğum və ölüm tarixinin 17 olması – 
bu rəqəm. Görəsən niyə hər ikisi 17-dir?! 
Anam Sonanın doğum tarixinin 12, ölüm tarixinin 
21 fevral Beynəlxalq Ana Dili gününə  təsadüf etməsi 
yenə də məni düşündürür. Yadımdadır 2007-ci ilin fevral 
ayının 21-i Atatürk Mərkəzində Beynəlxalq Ana Dili 
gününə həsr olunmuş tədbirə məni dəvət etmişdilər. Hə-
min gün gecə saat 2
00
-da anam dünyasını dəyişdi. Həmin 
gün saat 13
00
-da anamın dəfni idi. Yenə də deyirəm, ana-


B u l u d x a n   X ə l i l o v  
 
180 
mın ölüm tarixinin 21 fevrala təsadüf etməsi – Beynəl-
xalq Ana dili gününə təsadüf etməsi məni düşündürür... 
 
03.I.2014-cü il 
 
*** 
Atamın qəbrində sinə daşının üstünə  aşağıdakı 
sətirləri mən yazdırmışam və bu sətirləri mən yazmışam: 
Əziz o Əzizdir ki, əzizlərə hörmət. Ondakı bütöv-
lük, kişilik, mərdlik, izzət, hörmət və ədalətlilik nadirdir. 
Anamın qəbirində sinə daşının üstünə  aşağıdakı 
sətirləri də  mən yazdırmışam və bu sətirləri də  mən 
yazmışam: 
Ağlasan mən narahat, 
Sən sevinc tap, mən – rahat. 
Oyatma öz yuxumdan 
Mən Allaha əmanət. 
 
 
*** 
Bu dünyada kimsəsiz heç kim, yiyəsiz heç nə yox-
dur. Ancaq bəzən kimsəsizlərə və yiyəsizlərə rast gəlmək 
olur. Onlar nədənsə Allahın da diqqətindən yayınırlar. 
Dünyada dirilərin yiyəsi olduğu kimi, ölülərin də 
yiyəsi var. Ancaq bəzən dirilərin də, ölülərin də yiyəsi 
olmur. 
Ceyranbatan qəbristanlığına atamın, anamın qəbrini 
ziyarət etməyə getmişdim. Gördüm ki, qəbristanlıqda 18 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
181
yaşlı bir gəncin qəbri var. Ancaq baxımsızlıq ucbatından 
qəbrin yan-yörəsini ot, kol-kos basmışdı. Hiss olunurdu 
ki, bu gəncin qəbrinə baxan yoxdur. 
 
*** 
Müqəddəs yerlərə ziyarət zamanı  məkan olduğu 
kimi qalır, həm də zaman dəyişmir. Müqəddəs yerləri nə 
zaman ziyarət etsən zaman dəyişmir. 
Dostum Tahir 2013-cü ilin oktyabr ayında Məkkə 
ziyarətinə getmişdi. Qayıdanda mənə dedi ki, Məkkə 
ziyarətində 24 saat ərzində zaman dəyişmir. Ziyarətçilər 
üçün 24 saatın hər anı, hər saatı eynidir. Məncə, bunun 
səbəbi müqəddəsliyin əbədiliyindədir. 
 
*** 
Qafiyə şeirin nəqliyyat vasitəsidir. 
19.06.2015 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə