Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
182 
 
 
Mən - biz, sən- siz, o- onlar 
barədə deyimlərim – 
IX yazı 
 
Bəlkə  də dünyada istər maddi, istərsə  də  mənəvi 
cəhətdən əziyyət çəkənlər bu dünya üçün artıq olanlardır. 
Dünyanı nizam-intizama, qayda-qanuna salmaq istəyən-
lərdir. Ədaləti, haqqı qoruyan və yaşadanlardır. Dünyanı 
yaşatmaq naminə dünya üçün artıq sayda olanlardır. 
Hərdən fikirləşirəm ki, mən ailəmizdə beşinci 
övladam, beşinci qardaşam. İndi isə ailələrdə bir, iki, çox 
nadir hallarda üç övlad olur. Bəlkə də mən beşinci övlad 
kimi müasir dünyanın ailələrindəki övladların sayında 
artıq olanlardanam. Bəlkə  də ona görə  mənəvi cəhətdən 
daha çox əziyyət çəkirəm. Bəlkə də mənim kimi mənəvi 
cəhətdən əziyyət çəkənlər də belədir. 
*** 
Birisi o birisinə  gəl-getdən, olub keçənlərdən 
danışır. Onun danışdıqlarının doğruluğunu təsdiq etmək 
üçün ondan şoruşanda ki, bu dediklərin düzdürmü? O 
cavab verir: Öz gözlərimlə görməsəm də, onu deyə 
bilərəm ki, dediklərimdə düz olmayan nə varsa, günah 
qulağımdadır. Günah qulağımdadır ifadəsində  dərin 
məna vardır. Yəni dediklərimi eşitmişəm. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
183
*** 
Allahdan qorxan adam başqa heç kəsdən qorxmaz. 
Ona görə ki, Allahdan qorxan kəs Allah xatirinə günah 
işlətməz. Günahı olmayanın da başqa kəslərdən nə 
qorxusu olmalıdır?! 
 
*** 
Deyilənə görə, Anar uşaq vaxtı  Səməd Vurğungilə 
gedir. Səməd Vurğun zarafatla soruşur ki, kim böyük şair-
dir. O cavab verir ki, Rəsul Rza, Sabit Rəhman (ona Sabit 
əmi deyirmiş). Səməd Vurğun gülür və deyir ki, bəs mən?! 
 
*** 
Səttar Axundov adlı bir dramaturq Azərbaycan 
Yazıçılar Birliyində dramaturgiyamız barədə  məruzə 
edirmiş. İclasın sədri Səməd Vurğun imiş. Səməd Vurğun 
çox diqqətlə qulaq asırmış. Səməd Vurğundan bu diqqəti 
görən Səttar Axundov daha da ürəkli danışmağa başlayır. 
O, danışıb qurtardıqdan sonra Səməd Vurğun deyir ki, 
indi neçə dramaturq vardır. O cavab verir ki, qırx. Səməd 
Vurğun deyir: Kaş bu qırx dramaturq öləydi, ancaq Cəfər 
Cabbarlı sağ olaydı, yaşayaydı. 
 
*** 
Azərbaycan Yazıçılar  İttifaqında olan söhbətlərin 
birində deyilir ki, ədəbi tənqidin özü də axsayır. Belə 
olan yerdə  ədəbiyyatın inkişafından danışmaq olmaz. 
Onu da qeyd edək ki, bu söhbətdə  Səməd Vurğun da 
iştirak edirmiş. Odur ki, Səməd Vurğun deyir: 


B u l u d x a n   X ə l i l o v  
 
184 

 Ədəbi tənqid ona görə axsayır ki, tənqidçilərimiz 
Əkbər Ağayev, Yəhya Seyidov, Pənah Xəlilovdur. 
Səməd Vurğun bu tənqidçilərin adını ona görə çə-
kir ki, onlar fiziki cəhətdən qüsurlu olublar, ayaqları 
axsaq olub. 
 
*** 
Deyilənlərə görə, istedadsız şairlərdən biri şeirlərini 
çap etdirmək üçün Azərbaycan Yazıçılar Birliyinin 
mətbuat orqanlarına aparır.  Şeirlər zəif olduğu üçün 
redaktor onu çap etmək istəmir. Həmin istedadsız  şair 
Azərbaycan Yazıçılar  İttifaqının sədri Mirzə  İbrahi-
movun yanına  şikayətə gedir. Mirzə  İbrahimov həmin 
redaktoru yanına çağırıb deyir ki, özünü qorumaq üçün 
belə istedadsızları da çap et. Ona görə ki, istedadsızlar 
sayca çoxdur. Onlar sənə qənim kəsilə bilərlər. 
 
*** 
Haqsızlıq həmişə olub. Haqqı olan adamlara qarşı 
haqsızlıq həmişə tüğyan edib. Belə haqsızlıqlar Azərbay-
can Yazıçılar İttifaqında da az olmayıbdır. 
İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqında katib 
işləyirmiş. Günlərin birində ona haqsızlıq edirlər, tənqid 
edirlər və  tənqidlər baş alıb gedir. Hətta tənqid etmək 
üçün az qala növbəyə dayanırlar. Bu zaman Anarı bu 
haqsız tənqidlər çox kövrəldir. Gözləri dolur. Bu haqsız 
tənqidlərə doluxsunaraq etiraz edir. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
185
*** 
Deyilənə görə (Səməd Vurğunun qızı Aybəniz 
xanımın dediyinə görə), Səməd Vurğun xanımların 
(qızların, qadınların) şairliyinə, yazıçılığına çox da ciddi 
yanaşmamış və bu işin onlara aid olmadığını söyləmişdir. 
 
*** 
Şair Oqtay Rza görür ki, onun dostlarından biri 
özünə deyir ki, boyu alçaqdır. Oqtay Rza onun bu səhvini 
düzəldir. Və deyir ki, sənin boyun alçaq yox (alçaq 
sözünün pis mənasını  nəzərdə tutur) bəstəboydur. Ona 
görə də özünün boyun barədə belə demə... 
 
*** 
Şair Oqtay Rza dostları ilə birgə Azərbaycanın 
cənub bölgəsinə  tədbirə gediblərmiş. Bu tədbirdən 
qayıdan zaman onun dostlarından biri deyir ki, sən (yəni 
Oqtay Rza) mənimlə qayıdacaqsan. Məqsədi də o imiş ki
Oqtay Rzaya yaxşı bir qonaqlıq versin. Belə  də olur. O 
biriləri qayıdır. Axşama tərəf isə Oqtay Rzagil qayıdır. 
Yolda dostu Oqtay Rzaya yaxşı qonaqlıq verir. Gecə də 
qonaq evində qalırlar. Hər  şey ürəkaçan olur. Birdən 
Oqtay Rza deyir ki, yaxşı olardı ki, mən də o biri 
dostlarımızla  şəhərə qayıdaydım. Bu söz Oqtay Rzanın 
dostunun xətrinə  dəyir. Oqtay Rza görür ki, dostunun 
kefi yaxşı deyil. Və dostu Oqtay Rzaya deyir ki, niyə 
belə deyirsən? Oqtay Rza cavab verir ki, o biri 
dostlarımızla mənim  şəhərə qayıtmağım yaxşı olardı, 


B u l u d x a n   X ə l i l o v  
 
186 
ancaq səninlə qayıtmağım əladır. Beləliklə, Oqtay Rzanın 
dostunun kefi açılır. 
 
*** 
İş olan yerdə güc olmalıdır. Gücsüz hər hansı bir işi 
görmək olmur. Təsadüfi deyil ki, dilimizdə iş-güc sözü 
var. 
İki yaxın adam bir-biri ilə səhər vaxtı görüşür. Biri 
o birindən soruşur ki, hara gedirsən? O deyir 
ki, işə gedirəm. Bu biri isə soruşur ki, bəs sən hara 
gedirsən. O isə cavab verir ki, mən də gücə gedirəm. 
 
*** 
İki eşşəyin arpasını bölə bilmir ifadəsi belə 
yaranıbdır.  İki ağıldan kəm adam bir ağıllı adama 
yaxınlaşıb deyir ki, üç kiloqram arpanı iki eşşəyə necə 
bölərsən? Ağıllı adam deyir ki, bir kiloqramını  sənə, 
birini dostuna verərəm (yəni ikiniz də eşşəksiniz), birini 
isə özüm götürərəm. 
 
*** 
Yaxşı deyilibdir: 
Qalmaqallı bir məclisə 
Salam versən yelə gedər. 
Qoca kişi cavan qızı 
Alarsa da, elə gedər. 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə