Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   2   3   4   5   6   7   8   9   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
16 

 Ay  kişi, indi də get Mir Cəlala minnətdarlıq et. 
Qoy bilsin ki, yaxşılığı unutmursan. Belə xeyirxah adamı 
heç yerdə tapa bilməzsən. Hər zaman sənə lazım olan 
adamdır. 
Mehdi Hüseynin bu qohumu tənbəllik etmir. Mir 
Cəlal müəllimin yanına gedir. Mir Cəlala öz minnətdar-
lığını da bildirir. Həmin vaxtdan kişinin məsləhət aldığı 
adamın biri də Mir Cəlal olur. Kişi tez-tez Mir Cəlal 
müəllimin yanına gəlir qayğı  və problemləri ilə bağlı 
ondan məsləhətlər alır. 
 
08.10.2014 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
17
 
 
Hər şeydən yazan Mirzə Cəlil... 
 
O, bütün zamanların yazıçısıdır. 
 
Allah rəhmət eləsin Mirzə  Cəlilə. Cəlil Məmməd-
quluzadəni deyirəm. Rəhmətlik nədən yazmayıb? Hər 
şeydən yazıb. Özü də elə yazıb ki, adamın ürəyindən ti-
kan çıxarır. Elə yazıb ki, onun yazdıqları ilə  hər gün 
dəfələrlə qarşılaşırsan. Onun yaratdığı tipləri hər gün 
görürsən. Onlarla təmasda olursan. Nə isə... 
Rəhmətlik Mirzə  Cəlil qədər milləti tanıyan, onun 
psixologiyasını bilən, az qala millətin hər bir fərdini də-
rindən öyrənən ikincisi yoxdur. Söhbət Mirzə Cəlil qədər 
tanıyandan gedir. Rəhmətlik nədən yazıbsa, gözəl yazıb. 
Yazdıqları içərisində bir dənə  də olsun elə - beləsi 
yoxdur. Hamısı orijinaldır: felyetonu da, hekayəsi də, 
dramları da. Ay qardaş, bu kişi Nobel mükafatına layiq 
görülmüşlərdən də yaxşı mənada fərqlənir. Nobel müka-
fatı alanların heç biri onun qədər öz millətini tanımayıb, 
dərk etməyibdir. Bu kişi elə bil ki, hər bir fərdin yanında 
olub, onu öyrənib, müşahidə edib, sonra da yazıb. Elə 
dərindən yazıb ki, yazdıqları  həmişə aktual görünür. 
Yenə də deyirəm ki, rəhmətlik Mirzə Cəlil nədən yazma-
yıb? Onun yazdıqları bu gün də  həyatda təkrar olunur. 
Onun yazdıqlarını bu gün də görürük. Onun yazdıqları ilə 


B u l u d x a n   X ə l i l o v  
 
18 
bu gün də qarşılaşırıq. Onun yazdıqlarında bu gün də 
özümüzü tapa bilirik. Kim özünü axtarırsa, Mirzə  Cəlili 
oxusun. Kim özünü görmək istəyirsə, yenə  də onu 
oxusun. Kim özünü tanımaq istəyirsə, yenə  də onun 
yazdıqlarına üz tutsun. Bir sözlə, Mirzə  Cəlil bütün 
zamanların yazıçısıdır. 
Hər gün qarşılaşdığım hadisə Mirzə  Cəlilə  rəhmət 
oxudur. Bilirsinizmi niyə? Ona görə ki, qarşılaşdığım ha-
disələrdən rəhmətlik yazıb, sadəcə olaraq yazmayıb, həm 
də atasını yandırıb. Onun yazdıqları hadisələr indi də baş 
verir. Ancaq bir az fərqli formada, fərqli ölçüdə, fərqli 
məkanda. Mirzə  Cəlilin yazdıqlarının qarşısında bunlar 
nədir ki? Ancaq hər nə olsa da, mətləbə keçmək istəyi-
rəm.  İstəyirəm ki, gördüyümü sizlərə  nəql edim. Elə bu 
yaxınlarda gördüm ki, Dəymədüşər kişi ilə Naznaz xanım 
bazara gedirlər. Olan hadisədir. Bircə adları dəyişmişəm. 
Kişinin adını  Dəymədüşər, xanımın adını Naznaz 
qoymuşam. Əlqərəz... Dəymədüşər kişi ilə Naznaz xanım 
bazara gedir. Dəymədüşər kişi iti sürətlə qabaqda gedir, 
xanımı isə onunla ayaqlaşa bilmir. Avtobusa minmək 
üçün dayanacağa gedən ər və arvad yolda bir-birini itirir. 
Ər qabaqda iti sürətlə gedərək dayanacağa çatır. Arvad 
isə arxada qalır və  ərini gözdən itirir. Avtobus gəlir. 
Dayanacaqda saxlayır. Dəymədüşər avtobusa minhamin-
də bir də görür ki, Naznaz xanım onu arxadan səsləyir: 

 Məni də gözlə, gəlirəm. 
– 
Gəl, gözləyirəm. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
19
Bunlar bir-birinə  səs verməkdə olsunlar, görək 
avtobus  şoferi nə edir. İndiki avtobuslar axı saniyələrlə, 
dəqiqələrlə işləyirlər. Pah atonnan! Bir saniyə, bir dəqiqə 
belə yubanmırlar. Odur ki, avtobus şoferi dəymədüşərin 
xahişini eşitmir: 

 Xahiş edirəm, gözlə, arvad da gəlsin. 

 Gözləyə bilmərəm. Yubanıram. 

 Ay kişi, görürsən arvad arxadan çağırır. 

 Mənə nə, mənim gözləməyə vaxtım yoxdur. 
Birdən arxadan Naznaz xanımın səsi gəlir: 

 Gözlə, çatdım. 

 Avtobus şoferi gözləmir. Mən avtobusla getdim. 

 Bəs mən nə edim? 

 Sən də gəl. 

 Hara? 

 Ora. 
Ay qardaş, bu Bakı şəhərində o qədər bazar var ki... 
Axı bu yazıq Naznaz xanım hara gəlsin?! “Ora” deməklə 
iş bitmir. Bir də “ora” deyəndə yadıma “Bəyin oğurlan-
ması” filmində Arif Quliyevin qızın “Hara gəlim” sualına 
“ora” deməsi düşür. Bəlkə də Arif Quliyev “ora”da qızla 
çox görüşüb. Bəs Dəymədüşərlə Naznaz xanım necə? 
“Ora” deyəndə haranı nəzərdə tuturlar. Nə isə... Avtobus 
şoferi tələm-tələsik avtobusu sürüb gedir. Dəymədüşər 
kişi də avtobusun içində. İndi avtobusun içində nələr baş 
verir onu bir Allah bilir, bir də  Dəymədüşər, sürücü və 


B u l u d x a n   X ə l i l o v  
 
20 
sərnişinlər.  İndi sizə kimdən xəbər verim – Naznaz xa-
nımdan. Naznaz xanım dayanacağa çatanda avtobus get-
miş olur. O, kor-peşman dayanacaqda oturub Dəymədü-
şər kişini gözləyir. Fikirləşir ki, Dəymədüşər kişi hara 
getsə  də, gəlib buradan keçəcək. Mirzə  Cəlilin Novruz-
əlisi məktubu poçt qutusuna salıb gözlədiyi kimi, Naznaz 
xanım da Dəymədüşər kişini gözləməli olur. Xeyli vaxt 
keçir, Dəymədüşər qayıtmır. Ağsaqqal bir kişi görür ki, 
bu xanım neçə saatdır ki, dayanacaqda gözləyir. Yaxın-
laşıb ona deyir: 

 Ay  bacı, sən neçə saatdır nə gözləyirsən, kimi 
gözləyirsən? 

 Yoldaşımı gözləyirəm. Birlikdə bazara getməliy-
dik. O, avtobusla getdi, mən isə avtobusa çata bilmədim. 
İndi gözləyirəm ki, yoldaşım geri qayıdanda heç olmazsa
yükünə kömək edim. 
– 
Ay bacı, bəlkə yoldaşın taksi ilə qayıdacaq, bəlkə 
ayrı bir avtobusla qayıdacaq. Sən burada neçə saatdır 
gözləməkdən yorulmadınmı?! 
Hə, belə yerdə Allah Mirzə  Cəlilə  də, onun Nov-
ruzəlisinə  də  rəhmət eləsin! Rəhmətlik Mirzə  Cəlil elə 
dərin yazıb ki, oxuyanlar onun Novruzəlisini təqlid etmə-
yi bir savab kimi başa düşürlər. Novruzəliyə  də  rəhmət 
eləsin ona görə ki, axı o yazıq nə pis iş görübdür?! Əgər 
pis bir iş görübsə, bəs onda indiki Novruzəlilər niyə onun 
işini təkrar edirlər? Deməli, Novruzəlinin  əməli yaxşı 
əməl kimi cahanda məşhurdur.  Əlqərəz... Allah Mirzə 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə