Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
192 
*** 
Bir neçə  sənət vardır ki, onunla məşğul olanların 
fəaliyyəti maraqlı  və düşündürücüdür. Bunladan biri 
geoloqdur. Heç nə itirməyib, ancaq ömrü boyu nəyisə 
axtarır. Digəri müəllimlikdir. Ömrü boyu danışır, izah 
edir. Ancaq hər danışığından, izahından sonra deyir ki, 
elə deyilmi, elədirmi. Sanki dediklərinə  və izahına özü 
inanmır. Başqa bir sənət isə sürücülükdür. Hər yerə 
maşınla gedir, evinə piyada. 
 
*** 
Dilçi Azər Hüseynov mənim barəmdə de-
di: Qardaşların yekunu, qızılı, xalqa lazım olanı sənsən. 
 
*** 
Birindən soruşursan ki, bu iş niyə belə oldu? Cavab 
verir ki, əcəb oldu. Yaxud da deyir ki, yaxşı oldu. Bəzən 
də deyir ki, əlimin içindən gəlir,  əcəb oldu. Bəzən də 
utanmadan deyir ki, yaxşı eləmişəm və s. Ancaq bu 
cavabların heç birində  məntiq yoxdur. Başqa xalqlarda 
bu məntiqə söykənən ifadə forması da yoxdur. 
 
*** 
Tənbəldən soruşurlar ki, yemək yaxşıdır, yoxsa 
yatmaq. Tənbəl cavab verir ki, yeyə - yeyə yatmaq. Fikrə 
baxın, yeyə - yeyə yatmaq. Görəsən bu mümkündürmü? 
Bunu fizioloji cəhətdən etmək olarmı? Burada da bir 
məntiq yoxdur. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
193
 
*** 
İş dalınca qaçanın işi də olur, pulu da. Pul dalınca 
qaçanın işi də olmur, pulu da. 
 
*** 
Sevən kəs sevdiyini ürəyinin  ən dərin guşəsində 
həbs edir. Sevginin həbsini heç nə ilə müqayisə etmək 
olmaz. Ona görə ki, haqsız həbs olunmuş  hər bir kəs 
bəraət ala bilər. Vəkil tuta bilər, öz haqqını qoruya bilər. 
Ancaq sevən kəs bunu öz sevdiyinə qarşı edə bilməz. 
 
*** 
Həqiqəti heç nəyə dəyişmək olmaz. Həqiqət elə bir 
gerçəkdir ki, onun qarşısında hamı acizdir. 
 
*** 
Hər hansı bir peşəyə, sənətə bağlanan insan ondan 
əl çəkə bilməz. Heç onsuz yaşaya bilməz. İnsanlara olan 
bağlılıq da belədir. Kiməsə bağlanırsansa, ondan 
ayrılmaq, yaxud onu itirmək çox çətin olur. 
 
*** 
İnsan bəzən öz hisslərini, duyğularını, istəyini söz-
lərlə, cümlələrlə ifadə edə bilmir. Nə qədər istəsə də, öz 
istəyini çatdıra bilmir. Bu, insanın acizliyi deyil, bəlkə də 
səmimiliyi və  təmizliyidir. Sevginin təmizliyidir. Sevgi-
nin saflığıdır. Sevginin kor, kar, lal olması ayrı bir məsə-
lədir: Kor, kar və lal yolla gedirlərmiş. Birdən kar dün-
yasını dəyişir. Bu zaman lal kora karın dünyasını dəyiş-


B u l u d x a n   X ə l i l o v  
 
194 
məsini deyə bilmir. Axı bu mümkün deyil. Bunu necə 
deyə bilər?! 
 
*** 
Yaxşı adamlar yaxşı meyvələrə, pis adamlar yaxşı 
meyvələrin içərisindəki qurdlara bənzəyir. 
 
*** 
Xoşbəxtlik barədə hərə bir cür fikirləşir. 
Anrı Matiss yazır: “Xoşbəxt o kəsdir ki, təmiz və 
açıq bir ürəklə oxuya bilir. Hər yerdə – göydə, yerdə, 
ağaclarda belə sevinc tapmağı bacarır. Müğənninin səsi 
olduğu kimi, rəssamın da rəngi hiss etmək qabiliyyəti 
olmalıdır”. 
 
*** 
Səslə sözün bir fərqi də odur ki, səs tərcümə 
olunmur. Ancaq söz tərcümə olunur. 
 
*** 
Müdriklərdən biri deyib ki, yaxşı nə varsa onu 
istəyin, o, sizin olacaq. Bu, ümumdünya cazibə 
qanunudur. 
 
 25.06.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
195
 
 
Mən-biz, sən-siz, o-onlar 
barədə deyimlərim – 
X yazı 
 
Övladların valideynlərinə olan hörməti bir də odur 
ki, valideynlərinin üzünü ağartsınlar. 
Bir kişi rəsullahdan soruşdu: “Valideynin övlad 
üzərində haqqı nədən ibarətdir?” 
Peyğəmbər buyurdu: “Onlar sənin cənnətin və 
cəhənnəmindir”. 
Övlada gözəl tərbiyədən, yaxşı  təhsildən qiymətli 
hədiyyə vermək olmaz. Ona görə  də  tərbiyəli övlad, 
bilikli övlad öz əməlləri ilə valideynlərinə həmişə rəhmət 
oxudur. Bu oxunan rəhmətlər də valideynlərə cənnət qa-
zandırır. Eyni zamanda rəhmət qazanmayan valideynlər 
cəhənnəmlik olurlar. 
Bir dəfə koordinasiya şurasının iclasında təsdiq 
olunan mövzulardan birinin adı çox qarmaqarışıq idi. 
Mən mövzunun adını hamının qəbul etdiyi, hamını razı 
salan bir formaya saldım. Bu, akademik Tofiq Hacıyevin 
ürəyincə oldu. Dedi ki, Allah atana rəhmət eləsin. Sonra 
məndən soruşdu ki, atan rəhmətə gedibmi? Dedim ki, 
bəli. Dedi ki ikiqat Allah rəhmət eləsin. 
Ölülərə  rəhmət oxutdurmaq lazımdır. Dirilər üçün 
ən böyük tərbiyə budur. 


B u l u d x a n   X ə l i l o v  
 
196 
*** 
Böyük adamlar, istedadlı adamlar evdə, ailədə, 
qohumlar arasında adi olurlar. Ailədə, evdə, qohumlar 
arasında bəzən böyük adamların böyüklüyünü, istedadlı 
adamların istedadını görmürlər. Bunları (böyüklüyü, 
istedadı) qohumlar adi sayırlar. 
 
*** 
Mənim içimdəki böyüklüyü, istedadı aurası müsbət 
olanlar tez görə bilir, tez duya bilirlər. 
 
*** 
Filologiya üzrə elmlər doktoru, professor Adil 
Babayev dedi ki, bizim universitetdə (yəni Azərbaycan 
Dillər Universitetində) sizin tələbələriniz – məzunlarınız, 
ADPU-nun filologiya fakültəsinin məzunları magistratu-
rada təhsil alırlar. Dahilərdən söhbət düşdü... Həmin 
magistrlər Buludxan müəllimin ... (!) qeyri-adi keyfiy-
yətindən ağızdolusu danışdılar. 
Adil Babayev onu da dedi ki, Buludxan Xəlilov heç 
kəsə  bənzəməyən, heç kəsə oxşamayan heç kəsi təqlid 
etməyən orijinal alim və şəxsiyyətdir. 
 
*** 
İstedadlı adamlar ciddi olurlar. Bu ciddiliyin içəri-
sində məsuliyyət, nizam - intizam və özünə inam olur. 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə