Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
197
*** 
Birisi nəşriyyatların birinin sifarişi ilə kitab yazır. 
Kitab tamamlanır, nəşr olunur. Ancaq nəşriyyat müəllifin 
qonorarını vermir. Müəllif nəşriyyata tez - tez getdiyin-
dən yorulur, usanır. Günlərin birində maddi ehtiyacı 
olduğu üçün yenə  də  nəşriyyata üz tutmalı olur. Birdən 
nəşriyyatın yanında yerləşən bir mərmər sexinə gözü 
sataşır. Görür ki, sexin qabağında belə bir reklam yazılıb-
dır: Qəbir daşı, xatirə lövhəsi sifariş etmək istəyənlər 
müraciət edə bilərlər. Gözünə sataşan bu reklam hər şeyi 
dəyişir. O, hər bir şeyin sonunu yada salır. Əl - ayağı hər 
şeydən soyuyur. Beləliklə, qonorar almaq üçün 
nəşriyyata getmək fikrini dəyişir. 
 
*** 
Dünyada insanın ömrünə, gününə balta vuran işlər-
dən biri də harasa tələsməkdir. Tələsə - tələsə insan öm-
rünü - gününü yeyir. Axı fikirləşəndə  hər  şeyin sonu 
vardır. Tələsmək isə insanı sona doğru aparır. Məntiq 
belə deyir, həyat isə bunu təsdiq edir. 
 
*** 
Ucqar kəndlərin birində öz işini, məsuliyyətini yaxşı 
bilən məktəb direktoru müəllimlərinə  nəzarət edirmiş ki, 
vaxtı - vaxtında dərslərinə getsinlər, dərsə yubanmasınlar. 
Bir gün belə olur ki, zəng içəri vurulur. Ancaq müəllimlə-
rin bir qismi dərsə getməyə yubanırlar. Ağsaqqal müəllim-


B u l u d x a n   X ə l i l o v  
 
198 
lərdən biri görür ki, məktəb direktoru müəllimlərin bir 
qisminin dərsə yubanmasına əsəbləşibdir. Yeri gəlmişkən 
onu da qeyd edək ki, məktəb direktorunun pəncərəsindən 
kəndin qəbiristanlığı görünürmüş. Odur ki, ağsaqqal 
müəllimlərdən biri direktora yaxınlaşır. Onun qoluna keçib 
pəncərənin qabağına gətirir. Pəncərədən qəbiristanlığı 
göstərərək deyir ki, o, qəbiristanlıqda yatanların heç biri 
işini qurtarmayıbdır. Ancaq o biri dünyaya köçüblər. İndi 
məzarlarda uyuyurlar. Çox da narahat olma, bəzi 
müəllimlərin isə dərsə yubanmasına əsəbləşmə. 
 
*** 
Zəlimxan Yaqub bir dəfə müsahibələrinin birində 
heyvanların hissiyyatının güclü olması barədə belə bir 
hadisəni danışdı. Dedi ki, o, Hüseyn Ariflə birlikdə ova 
gedibmiş. Meşəbəyi onların başının üstünü alır və deyir 
ki, indi sizə qeyri - adi bir hadisə göstərəcəyəm və qəribə 
bir səs çıxarır. Bu zaman onların  ətrafına xeyli maral 
toplaşır. Meşəbəyi bir alma götürüb yeyir. Sonra ikinci 
almanı bir dəfə dişlədikdən sonra marallardan birinə 
uzadır. Həmin maral üz çevirib gedir. Meşəbəyi sübut 
etmək istəyir ki, görün maral nə  qədər təmiz, həssas 
heyvandır. Ona görə də maral başqasının (hətta insanın) 
ağzı dəymiş meyvəni yemir, üz döndərib gedir. 
 
*** 
Cavanlıq çağında çoxlu ov etmiş bir ağsaqqal mənə 
bir hadisəni danışdı. O, dedi ki, meşəyə donuz ovuna ge-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
199
dibmiş. Maqnitofona yazdırdığı donuz səsini səsləndir-
məklə  ətrafına xeyli donuz yığır. Sonra onun üçün ov 
etmək asanlaşır. 
Deməli, heyvanlar bir - birinin səsinə səs verə bilir-
lər. Bir - birinin səsinə (eynicinsli heyvanlar) toplaşa 
bilirlər. 
*** 
Qara günüm, yaxud qara günlərim o vaxt başlayır 
ki, qarşıma biganə, laqeyd, etinasız, ürəksiz, qara-
güruhçu, pis niyyətli adamlar çıxır. Onlar şeytan əməlləri 
ilə mənim qara günümə çevrilirlər. 
 
*** 
Mənim üçün nə  əvvəl, nə  də axır vardır.  Əvvəl 
yoxdur, ona görə ki, ora gedib çıxa bilmirəm. Axır 
yoxdur, ona görə ki, axıra qala bilmirəm. 
 
*** 
Mən kimin qəlbində, sevgisində yoxamsa, həmin 
adamları axtarın. Görəcəksiniz ki, həmin adamlar yaxşı 
adam deyildir. 
 
*** 
Haqqa,  ədalətə , vicdana əyilmək onları  dəyərə 
çevirir, onların hər birini qiymətli edir. 
 
*** 
Hələ əllərini heç nədən, heç kimsədən üzmə. Sabah 
var və ona olan inam var... 


B u l u d x a n   X ə l i l o v  
 
200 
*** 
Allah yaratdığı bəndələrinə hər şeyi səxavətlə ver-
mək istəyir. Və verir də... Ancaq bədxah olan bəndələr 
min cür yolla bunun qarşısını almaq istəyirlər. Allah isə o 
bədxahlara gülür. 
 
*** 
Sevgi olmayan yerdə hər şey soyuq məzar kimidir. 
 
*** 
Dünyanın birinci qapısından içəri girdim. Bu 
qapıdan açılan qırxıncı qapını açmağa hələ ki vaxtım və 
zaman çatmayıbdır. 
 
*** 
Bil ki, var olan hər bir şey tükənə də bilər. 
 
*** 
Təsadüfi baş verən bir şey görünür ki, həm də 
zərurətdir. 
 
*** 
Poeziyanın silahı  mənalı  və  məqamında deyilən 
sözdür. 
 
*** 
Dalğaların qayaya çırpılması çox əzəmətli və 
poetik görünür. Sadəcə olaraq bu mənzərəni görmək, 
gördükdən sonra duymaq, anlamaq lazımdır. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
201
*** 
Əyilən adamlar bic olur, əyilən adamlar gic olur, 
əyilən adamlar əyri olur, əyilən adamlar öz işlərinin 
xatirinə ləyaqətdən, şərəfdən, mərdlikdən uzaq olurlar. 
 
*** 
Əyilməyi özünə vərdiş edənin birisi deyir ki, o, ona 
görə  əyilir ki, sonra dikələ bilsin. Dikəlmək deyəndə o, 
dolanmağı, yaşamağı  nəzərdə tutur. Beləliklə, o, 
əyilməyi, bu aciz işi həyatının tərkibinə çevirir. 
 
*** 
Hər bir şeyə hazır olmaq lazımdır. Yaşamağa da, 
yaratmağa da, mübarizəyə də, hətta ölməyə də... 
 
*** 
“Qurban olum düşmənə, qoymur məni düşməyə”. 
Bu fikirlər nə  qədər mənalı  və  məzmunludur. Bu fikri 
deyilənlərə görə, Zərifə xanım Əliyeva (Heydər Əliyevin 
həyat yoldaşı) deyirmiş. 
 
*** 
Ölülərdən yox, dirilərdən qorxmaq lazımdır. Lakin 
insanlar bunun əksinə  əməl edirlər. Dirilərdən yox, ölü-
lərdən qorxurlar... 
Birisi qəbristanlığın yanından keçirmiş. Görür ki, 
bir kişi qəbirlərin birinin yanında dayanıb. Elə dayanıb 
ki, üzü görünmür. Qəbristanlığın yanından keçən ona 
üzünü tutub deyir ki, məni qəbristanlığın yanından keçir, 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə