Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
202 
mən qorxuram. O isə üzünü çevirib gedir, buna məhəl 
qoymur. Arxadan onu qorxan adam tez-tez çağırır. Bu 
çağırışın müqabilində o geri dönüb deyir ki, mən də ölü-
lərdən qorxuram. 
Nəyə görə insanlar dirilərdən yox, ölülərdən 
qorxurlar? Bunun sirrini heç kəs bilmir. Görəsən nəyə 
görə insanlar ölülərdən qorxurlar?! 
 
*** 
Yaşamaq o qədər də asan deyil. Asan olmadığı 
üçün günlərin bir günü ağsaqqal bir kəs cavana üzünü 
tutub deyir ki, biz öz ömrümüzü bu dünyada yaşadıq, 
başa vurduq. Vay siz gənclərin halına. 
 
*** 
Aqşin Babayev deyir ki, birisi onun hal - əhvalını 
soruşur. Hal - əhvaldan sonra deyir ki, yaxşı ki, torpağın 
üstündəyəm, torpağın altında deyiləm. 
Doğrudan da, torpağın hikməti adamı  dəhşətə 
gətirir. Torpaq insanları üstündə də gəzdirir, torpaq insanı 
qoynuna alıb öz bağrında uyudur da. Torpaq müqəddəs-
dir. Fərq insandadır. İnsanların bir qismi torpağın altında, 
bir qismi isə torpağın üstündədir. 
 
*** 
Mən klassikləri həm də ona görə sevirəm ki
oxuyuram ki, onlardan hər zaman öyrənirəm. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
203
*** 
Mən öyrəndiyim adamların hər birinə özümü 
borclu sayıram. 
*** 
Mərdlik, mərdlik və sərtlik kişilik xüsusiyyətidir. 
 
*** 
Mənəm - mənəm dəyənlər məşğul olduqları sahəyə 
faciə gətirə bilərlər. 
 
*** 
Təmənnasız dost olanlar çox azdır. 
 
*** 
Ürəkdən gələnlərə görə insanları qınamaq olmaz. 
 
*** 
Mənim atam da, anam da çox doğru, dürüst, 
zəhmətkeş, mərd adamlar olublar. 
 
*** 
Anam qədər zərif, kövrək, humanist, övladına 
məhəbbətli qadın-xanım görməmişəm. 
 
*** 
İnsan idrakdan, ağıldan kənarda nə iş görürsə, başa 
düşməlidir ki, nəticə faciəyə doğru gedə bilər. 
 
* * * 
Ruhən, qəlbən yaxın olan bütün adamları özümə 
qohum hesab edirəm. 


B u l u d x a n   X ə l i l o v  
 
204 
* * * 
Adamlığı zəif olan adamlar elə bilirlər ki, hər şeyi 
bilirlər. Halbuki hər şeyi bilmək yalnız və yalnız Allaha 
məxsusdur. 
 
* * * 
Qabaran və  çəkilən dalğalar olmasa, dəniz təmiz-
lənməz. 
 
* * * 
Sevgi elə bir hissdir ki, onu uzun müddət gizli 
saxlamaq olmaz. 
 
* * * 
Haqqı dərk etmək ən böyük dərkdir. 
 
* * * 
Haqqı dərk etmək insanlarda qorxaqlıq və yaltaqlıq 
hissini heçə endirir. 
 
* * * 
Sevgisi olmayan insanlar var. 
 
* * * 
Kamil olmaq ali olmaqdır. 
 
* * * 
Maddi aləmin mənəvi aləmi üstələdiyi yerdə  eşq 
(ilahi eşq) yoxdur. 
  


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
205
* * * 
Elmdən kənarda heç nə yoxdur. Hər bir şey elmin 
ölçüsündə yaranır. 
 
* * * 
Allahın ən sevimli bəndələri ruhunun quludur. Belə 
insanlarda nəfs ruha tabe olur.  
 
* * * 
Deyilənə görə, iki ovçu ceyran ovuna çıxıbmış. 
Onlar bir ceyranı qovub haldan salırlar. Ceyran haldan 
düşüb yorulanda dayanır. Ovçuların üzünə mənalı-mənalı 
baxır. Bəlkə  də bu mənalı baxışda ovçulardan soru-
şurmuş ki, məndən nə istəyirsiniz?! Bu mənalı baxışın 
müqabilində ovçular ceyrandan əl çəkirlər. 
 
* * * 
Adam var ki, heç kimi eşitmir. Səni, məni, onu, 
bizi, sizi, onları eşitmir. Ancaq adam var ki, eşitmək bir 
yana, hiss edir, duyur. Səni, məni, onu, bizi, onları hiss 
edir, duyur. 
 
* * * 
Sovet dövründə Tibb Universitetində rus dili fən-
nindən bir tələbəni müəllim qəsdən kəsibmiş. Müəllimin 
tələbənin yaxın bir qohumu ilə (dayısı ilə) ziddiyyəti 
varmış. Həmin tələbə  hər dəfə göndəriş alıb imtahana 
girirmiş, müəllim isə yenidən onu kəsirmiş. Bu hadisəni 
tələbə valideynlərinə demirmiş.  İş o yerə  gəlib çatır ki, 


B u l u d x a n   X ə l i l o v  
 
206 
sonuncu göndərişi tələbəyə verirlər. Tələbə vəziyyəti də-
rindən bildiyindən məsələni atasına çatdırır. Atası oğluna 
deyir ki, imtahana getməsin. Sabah onun özü gedib 
müəllimlə görüşəcəkdir. Oğlu fikirləşir ki, atası 
müəllimin yanına gedib ona nə deyəcəkdir. Axı müəllim 
neçə vaxtdır öz tərsliyindən dönmür. Tələbənin atası 
səhər tezdən müəllimi görmək üçün Tibb Universitetinə 
gedir. Axşam evə qayıdanda oğluna deyir ki, narahat 
olmasın və sabah imtahanını verməyə getsin. Belə  də 
olur. Səhərisi tələbə gedib imtahanını verir, müəllim 
onun qiymətini yazır. Ancaq tələbə  həmişə fikirləşir ki, 
necə oldu ki, rus dili müəllimi ona qiymət yazdı. Günlə-
rin birində atasından bunu soruşur. Atası deyir ki, o, rus 
dili müəllimi ilə görüşüb, hal-əhval tutduqdan sonra ona 
belə bir sual verir. Deyir ki, əgər sən həyətində bir ağac 
əkib fikirləşirsən ki, nə vaxtsa bu ağacın kölgəsində 
əyləşəcəksən. Birdən bu ağacı  gəlib bir uşaq kəssə  nə 
edərsən? Müəllim deyir ki, uşağa nə etmək olar. Bu za-
man tələbənin atası deyir ki, əgər ağacı böyük bir adam, 
ağıllı bir adam kəssə  sən nə edərsən? Müəllim deyir ki, 
mən o böyük, ağıllı adama əsəbiləşərəm. Bu vaxt 
tələbənin atası deyir ki, axı mən də əsəbiləşirəm. Mənim 
arzumdur ki, oğlum həkim olsun. Qocalanda mənə bax-
sın, xidmətimdə dayansın.  İndi sən onu kəsirsən. Mən 
buna əsəbiləşirəm. Bu söhbətdən rus dili müəllimi böyük 
bir dərs alır. Tələbənin qiymətini yazır. Deməli, ağıllı 
söz-söhbət hər  şeyi həll edə  bilir.  Bu  ağıllı söhbətin 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə