Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
207
sahibi isə, yəni tələbənin atası Kürdəmirli Aşıq Ağalar 
olur. Məşhur Mirzə Bilalın (aşığın) oğlu Aşıq Ağalar. 
Tələbə isə onun övladı, oğlu Rauf olur. 
 
* * * 
Molla qəbristanlıqda ölünü dəfn edərkən  ərəb 
dilində quran oxuyurmuş. Ölünü qəbrin içinə qoyarkən 
onun yaxın qohumlarından birinin qəbrin içinə düşməsini 
deyir. Yaxın qohumlardan biri qəbrin içinə düşür. Molla 
həmin adama deyir ki, quranı oxuduqca o da ölünü tez-
tez  əli ilə dümsükləsin. Guya belə olduqda ölü quranı 
eşidir, anlayır. Ölünün yaxın qohumu əsəbiləşir. Mollaya 
deyir ki, a kişi, 60 ildən çoxdur mən buna Azərbaycan 
dilində  nə dedimsə, məni eşitmədi, anlamadı.  İndi bu 
ölüb, ərəb dilində sənin oxuduqlarını necə anlaya bilər?! 
 
* * * 
Dünya öz tarazlığını itirir. Bunun çoxlu göstərici-
ləri var. Biri də odur ki, dünyanın əksər yerlərində insana 
insan kimi qiymət yoxdur. Sanki insanlığın sonuna 
yaxınlaşmaq, yaxud da ona doğru hərəkət etmək faciədir. 
Dünyanın düzəlməsi üçün hər bir insana insan kimi 
yanaşmaq lazımdır. Hər bir insanın özünə, qabiliyyətinə, 
fəaliyyətinə, insani keyfiyyətlərinə görə qiymət vermək 
lazımdır. Ancaq belə deyil. İnsanlara özlərinə görə yox, 
arxalarına, himayədarlarına, kimin adamı olmalarına görə 
qiymət verirlər.  İnsanlara olan münasibəti də bu cür 


B u l u d x a n   X ə l i l o v  
 
208 
qururlar. Bu isə dünyanı  fəlakətə aparır. Bu cür 
münasibət üzrə yaranan fəlakəti heç cür qəbul etmək 
istəmirəm. Bunlara son qoymaq üçün insan, eləcə  də 
insanlar kamilləşməlidir. Səməd Vurğun demişkən: 
Qalib gələcəkmi cahanda kamal?! 
 
* * * 
Bəzən deyirlər ki, filankəsin gözündə var. Yəni 
filankəsin gözü dəyə bilər. Bu, mif deyil, həqiqətdir. 
Günlərin birində birisi vəzifəyə keçmiş, təzəcə 
vəzifə tutmuş bir adamın yanına gedir. Sən demə bu 
adamın gözündə varmış. Elə oradaca vəzifəli adamın 
oturduğu stolun ayağının biri sınır. Gözdə olana bax... 
 
* * * 
Təbiətlə bağlı verilişlərin birində  cənnət quşunu 
göstərirdilər. Nə  qədər gözəl görkəmi olan bir quş idi. 
Quş  bəzən elə bir vəziyyət alırdı ki, xanım geyimində 
olurdu. Sanki xanım kofta geyinmiş vəziyyətdə ayaq üstə 
durur. Cənnət quşunun görkəmi ilahi bir gözəlliyi xatır-
ladırdı. 
 
03.07.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
209
 
 
Mən - biz, sən - siz, o - onlar 
barədə deyimlərim – 
XI yazı 
 
Dan yeri qızaranda günəşin yaratdığı poetikliyi heç 
nə ilə müqayisə etmək olmaz. 
 
* * * 
Günəş qürub edəndə diqqəti çox cəlb edir. 
 
* * * 
Qarışqalar həyatın qaynadığı məqamı təsdiq edir. 
 
* * * 
Bütün canlılar yaratdığını qoruyur. 
 
* * * 
Tısbağalar çox yumurtalayır və uzun ömürlü olur. 
 
* * * 
Təbiətin rəngarəngliyi və qeyri-adiliyi Allahın mö-
cüzəsidir. 
 
* * * 
Su quzğunu suyu seyr edir. Suda balıq görən kimi 
suya cumur və balıqları ovlayır. 


B u l u d x a n   X ə l i l o v  
 
210 
* * * 
İnsanın daxilindəki sevgi onun özündən də güc-
lüdür. 
 
* * * 
XIX əsr heç bir əsrə bənzəmir. XIX əsrdə elmlərin 
sahələri müstəqilləşdi. XIX əsrdə millət formalaşdı. XIX 
əsrdə maarifçilik genişləndi. Odur ki, XIX əsr xüsusi 
olaraq araşdırılmalıdır. XIX əsrin  ədəbi simaları xüsusi 
olaraq tədqiq olunmalıdır. 
 
* * * 
İnsanlarda yaşamaq istəyi güclənir. Həyata bağlılıq 
artır. XXI əsrdə insanlarda həyat eşqi güclənir. Yaşamaq 
həvəsi böyüyür. Görünür ki, elmi - texniki tərəqqinin 
imkanları insanlarda yaşamaq və  həyat eşqini zövqə 
çevirir. Elə bir zövq ki onun əsasında həyatı dərk etmək, 
həyatı anlamaq, dünyanın mahiyyət və  məzmununa 
varmaq dayanır. 
 
* * * 
İnsanın ağlına, yoxsa ürəyinə güc düşür? Bu suala 
hərə bir cür cavab verə bilər. Mənim cavabım belədir ki, 
ürəyə daha çox güc düşür. Ağıl ürəkdən yuxarıda olduğu 
üçün o da ürəyi yükləyir. 
 
* * * 
Xeyirxah adamlar xeyirxahlıq edəndə gül kimi 
açılırlar. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
211
* * * 
Bədxah adamlar bədxahlıq edəndə gül kimi 
açılırlar. 
 
* * * 
Yaltaq adamlar, ikiüzlü adamlar bədxahlıq edəndə 
adamın üzünə gülürlər. 
 
* * * 
Adamlığı olmayan “adamlar” lazım olana qədər 
istifadə edirlər. Lazım olanı  əldə etdikdən sonra səni 
tanımırlar, heç tanımaq da istəmirlər. 
 
* * * 
Görəsən həyatın nəbzini tutanların nəbzi dəqiqədə 
neçə dəfə vurur?! 
 
* * * 
Özünü haqlı hesab edənlərin haqqını kim yoxlayır? 
 
* * * 
Gözüm görənə  qədər səni görürəm. Ağlım kəsənə 
qədər səni dərk edirəm. Ancaq gözüm görməyən yerdə
ağlım kəsməyən yerdə nə etdiyini bilmirəm. 
 
* * * 
Çox bilmiş adamlar bəzən istedadlı, enerjili adam-
ları əllərində tutub saxlayırlar. Məhz əllərində tutub sax-
layırlar. İmkan vermirlər ki, həmin istedadlı adam qabağa 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə