Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   42   43   44   45   46   47   48   49   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
217
yaşayırlar. Onları  bəzən səhv olaraq avar adlandırıblar. 
Hər kəsi öz adı ilə niyə çağırmırlar? 
 
* * * 
Oyuncaqlar da, robotlar da insanların yaratdığı 
əllamələrdir. Bu əllamələr çoxaldıqca insanlıq azalır. 
İnsan öz insanlıq məsuliyyətini itirir. 
 
* * * 
Dünyanın başını qatanlar bir vaxt ayılıb görəcəklər 
ki, özlərinin də axırı çatıbdır. 
 
* * * 
İnsanlar dünyadan həmişə narazı qalır. Ancaq 
dünyaya həmişə insan gəlir. 
 
09.07.2015 


B u l u d x a n   X ə l i l o v  
 
218 
 
Mən - biz, sən - siz, o - onlar 
barədə deyimlərim – 
XII yazı 
 
İnsan iki ömrü yaşayır. İnsanın birinci ömrünü bü-
tün insanlar kimi, bütün canlılar da yaşayır. İnsan ikinci 
ömrünü öləndən sonra yaşayır. Daha doğrusu, öləndən 
sonra insanın ikinci ömrü başlayır.  İkinci ömrünü yaşa-
yan insanlar az olur. Onlar minlərin, milyonların içərisin-
dən seçilənlər olur. Onlar minlərin, milyonların içərisin-
dən seçilən ləyaqətlilər, qeyrətlilər,  ədalətlilər, mərhə-
mətlilər, xeyirxahlar olur. Onların sayı çox olmur. 
 
*** 
Adamlardan istifadə edənlər yalançı adamlar qədər 
qorxuludur. Onlar yalançı adamlar qədər etibarsızdır. 
Onlar yalançı adamlar qədər sədaqətsizdir. Belələri tez-
gec inamını itirir. Tez-gec onlara inanan olmur. Belə 
olduqda onlar dəyərdən düşürlər. 
 
*** 
Mən bir məsələyə  həmişə  təəccüblə baxıram: bəzi 
insanlar bu ağılla bu qədər işləri necə görürlər?! 
 
*** 
Təbii seçmə yolu ilə insanlar seçilir. Onlar təbii 
seçmə yolu ilə bir-birinin həyatından, tərcümeyi-halından 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
219
çıxıb gedir. Qalanlar az olur. İnsanların həyatında, tərcü-
meyi-halında qalanlardan söhbət gedir. Həmin qalanlar 
içərisində dostları, yaxınları, sədaqətliləri axtarmaq olar. 
Həm də həmin qalanlar içərisində düşmənləri və namərd-
ləri də axtarmaq olar. Əslində həyat (insanın həyatı) dost-
lar, yaxınlar, sədaqətlilərlə yanaşı, düşmənlərin, namərd-
lərin mövcud olduğu illərin, günlərin, anların içərisin-
dədir. 
*** 
Bəzi adamlar səhv olduqlarını başa düşmürlər. Ona 
görə də belələri öz səhv işlərini, adam içinə çıxmağa üzü 
olmayan işlərini utanmadan, çəkinmədən təqdim edirlər, 
göstərirlər. Onlar elə  işlər törədirlər ki, elə  işlərin arxa-
sında dayanırlar ki, bunu yalnız və yalnız dayaz adamlar 
edə bilər. Təəssüflər olsun ki, onlar dayaz olduqlarını 
bilmirlər. 
 
*** 
Elmi-texniki tərəqqi insanların mənəviyyatına təsir 
edir.  İnsanları qeyri-səmimi edir. İnsanları yalan danış-
mağa vadar edir. İnkişaf elmi-texniki tərəqqiyə söykən-
mədikdə hər şey təbii olur. Elmi-texniki tərəqqi təbiiliyi 
insanların əlindən alır. Təbii düşünənlər, təbii danışanlar, 
təbii olanlar çox azdır. Ancaq onların təbiiliyini qısqa-
nanlar gün-gündən çoxalır.  İnsanlar öz təbiiliklərini itir-
məkdən usanmayıb təbiətin təbiiliyini itirməyə çalışırlar. 
Təbiətin başına elə olmazın oyunlar açırlar ki, təbiət nə 
edəcəyini bilmir. Təbiətə hakim olan insanlar təbiətin 


B u l u d x a n   X ə l i l o v  
 
220 
təbiiliyini əlindən alıblar. Təbiət qədər insanın şıltaqlıqla-
rına dözən heç nə yoxdur. 
 
*** 
Şadlıq evlərinin qapısından içəri girən kimi insanı 
ilk qarşılayanlardan biri də pul qutusu olur. Birinin 
üstünə “Oğlan evi”, digərinin üstünə “Qız evi” yazılmış 
bu pul qutuları təzəcə qurulacaq ailənin təməlini belə əks 
etdirir. Buradan da aydınca görünür ki, mənəvi marağı 
maddi maraq üstələyir. Bəy və gəlinin xoşbəxt olmasına 
gedən yol pul qutularının nəzarətindən keçir. Yenə də hər 
şey gəlib çıxır pulun üstünə. Ancaq bu pulun bəy və 
gəlinə nə xeyri?! 
 
*** 
Bir övlad atasından pul istəyir və ona deyir ki
özümə geyim alacağam. Atası övladına deyir ki, nə 
alacaqsan? Övlad atasına deyir: 

  Şalvar-malvar, ayaqqabı-mayaqqabı, köynək-
möynək, kostyum-mostyom... 
Atası deyir: 

 Nə qədər pul lazımdır? 
Övlad cavab verir: 

 İki yüz manat. 
Ata övladına yüz manat pul verir. Övlad narazılıqla: 

 Ata, axı iki yüz manat dedim. 
Ata səbrlə, təmkinlə deyir: 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
221

 Bala, alacağın geyimlərin içərisindən malvarı, 
mayaqqabını, möynəki, mostyomu... çıxsan bu pul sənə 
bəs edəcəkdir. 
 
*** 
Bir yaşlı qadın dedi ki, onun həyat yoldaşı çox 
vətənpərvər olubdur. O, dünyasını  dəyişən zaman həyat 
yoldaşı fikirləşib ki, son sözü onu övladlarına tapşırmaq 
olacaqdır. Ancaq ömrünün son anında kişi yatağında dir-
səklənərək yumruğunu sıxır və deyir: Yaşasın vətən! Bu-
nunla da canını tapşırır. Bu hadisə  vətənindən qaçqın 
olan bir kişi ilə bağlı olan hadisədir. 
 
*** 
Birisi bir yerdə torpaq zəbt edir və ora gətirib tikiliş 
aparmaq üçün daş tökdürür. Ancaq iş elə gətirir ki, həmin 
zəbt etdiyi torpağı ala bilmir, rəsmiləşdirə bilmir. Başqa 
birisi bu torpağı  rəsmi  şəkildə alır və  rəsmiləşdirir. Və 
daş tökən adama deyir ki, sənin gətirib tökdüyün daşı 
mən divara qoya bilmərəm. Odur ki, bu daşlarını yığışdır 
və apar. Belə də olur. Daş tökən adam daşlarını yığışdırıb 
aparır. Torpağı qanuni yolla alan adam bunu halallıq 
naminə edir. 
 
*** 
Gəncə tərəfdə bir kişi dağın çılpaq ətəyinə ağaclar 
əkirmiş. O, meşədən saysız-hesabsız ağacları kökündən 
çıxarıb dağın çılpaq  ətəyinə basdırırmış. Sonralar dağın 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə