Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.

səhifə46/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
1   ...   42   43   44   45   46   47   48   49   50

B u l u d x a n   X ə l i l o v  
 
222 
çılpaq ətəyi ağaclarla dolur. İndi həmin əraziyə ağac əkən 
kişinin adı ilə Abbasın bağı deyirlər. Bu cür bağ salmaq 
ən böyük xidmətdir. Bir ağacı  əkməyənlərə, bir daşı 
daşüstə qoymayanlara yaxşı bir nümunədir. 
 
*** 
Rəsul Rzanın doğum gününü qeyd etmək üçün 
“Fəxri xiyaban”a getmişdik. Şair Oqtay Rza tənqidçi Va-
qif Yusifliyə dedi ki, məqalənizi qəzetdə oxudum. O da 
qayıdıb dedi ki, yazmaqdan başqa əlimizdən nə gəlir ki. 
 
*** 
Yoluma nə  çıxırsa, qismətimdir. Yoluma qızılgül 
də çıxır, qanqal da, tikan da. Bunların hamısı qismətim-
dir. Hələ onu demirəm ki, arxadan və öndən əsən külək-
lər başıma nələr gətirir. Bəzən üst-başımı, sir-sifətimi o 
qədər döyəcləyirlər ki, lap məni  əldən salırlar. Başımın 
üstündə  şığıyan günəş  şüası ilə bulud topaları bir-birinə 
güzəşt etmək istəmirlər. Onlar bir-birini və elə  mənim 
özümü də  əldən salırlar. Hiss edirəm ki, uzaqda, lap 
uzaqda bir işıq var. Orada məni əldən-dildən salan heç nə 
yoxdur. O işığın xatirinə hər şeyə dözürəm. O işığın xati-
rinə incimiş ruhuma sığal çəkirəm. O işığın xatirinə inci-
miş ruhumun ağrılarına dözürəm. O işığın xatirinə inci-
miş ruhumu özümlə gəzdirirəm. O işığın xatirinə incimiş 
ruhumu yaşadıram. O işığın xatirinə incimiş ruhuma 
vəkillik edirəm. O işığın xatirinə yaşayıram, içdiyim 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
223
zəhər və  çəkdiyim  əzablara dözürəm. Ömrümə, günümə 
buxov vuranların buxovlarına dözürəm. Havam çatmasa 
belə, öz ürəyimə, özümə gücüm çatdığından dözürəm. 
Axı qarşıda işıq var... 
 
*** 
Hərdən siqaret çəkənlərə qibtə edirəm. Onlar bu 
dünyanın ağrı-acısını çəkdikləri siqaretin içindəki tütündə 
yandırır, tüstüsünü göyə sovururlar. Bununla da ağrı-
acının özünə bir dərs verirlər. 
 
*** 
Gözünə eynək taxıb gözlərini günəşdən, küləkdən, 
soyuqdan, sudan qorumaq istəyənlər də az bilmir. Bəlkə 
də başqalarını görə bilməyənlərin gözlərində ikiqat, 
üçqat, yüzqat eynək vardır. Ona görə  də onlar yalnız 
özlərini görürlər. Belələri az bilmirlər. 
 
*** 
İnsanların xarakteri müxtəlif olduğu kimi, bədbəxt 
və xoşbəxt insanların da xarakteri bir-birindən fərqlənir. 
Eləsi var ki, özü xoşbəxtdirsə, çalışır ki, hamı xoşbəxt 
olsun. Eləsi də var ki, özü bədbəxtdirsə, çalışır ki, hamı 
bədbəxt olsun. Eləsi də var ki, özü bədbəxt olsa da, baş-
qalarının bədbəxt olmasını istəmir. Belə ki, arvadı 
deyingən olan bir kişidən soruşurlar: 

 Həyat yoldaşın deyingəndir. Onu niyə boşamırsan? 


B u l u d x a n   X ə l i l o v  
 
224 
Kişi cavab verir: 

  Mənim baş-beynimi aparmaqla məni bədbəxt 
edibdir. Mən onu boşasam, başqa birisinə ərə gedəcək və 
onu da bədbəxt edəcəkdir. Məni bədbəxt etdiyi bəs 
deyilmi? 
 
*** 
Cazibədarlıq nədir? İddiadır, gücdür, bədbəxtlikdir, 
xoşbəxtlikdir? Bilmirəm. Onun nə olduğunu itirəndən 
sonra bilmək olar. 
 
*** 
Bəzən ölümün özü ölür. 
 
*** 
Buludlar ağlamağa yer axtarır. 
 
*** 
Çayın, gölün, dənizin, okeanın suları buludun hansı 
damcılarını gözləyir? Bunu çaydan, göldən, dənizdən, 
okeandan soruşa bilərsənmi? 
 
*** 
Heç ulduzlar da əbədi və möhtəşəm parlamır. Bunu 
gecədən yox, gündüzdən soruşsan, sənə açıq danışacaq. 
 
*** 
Həyalı yaşamaq hər adamın işi deyil. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
225
*** 
İnsan beynində çoxlu fikirlər mehmandır. 
 
*** 
Səmanın üzü qarışanda günəş, ay, ulduz görünmür. 
 
*** 
Duman, toz, torpaq müharibədir. Yerin, göyün ba-
şını qatmışdır. 
 
*** 
Vəhşi çiçəklər içərisində zanbaq görünmür. 
 
*** 
Buludlar yağışa çevrilmədən sulara qarışa bilməz. 
 
*** 
Ölüm o qədər çoxalıb ki, dəyərdən düşübdür. 
 
*** 
Yazda yağan yağış təbiətə nəğmə oxuyur. 
 
*** 
Ölüm o qədər çoxalıb ki, artıq adiləşibdir. 
 
*** 
Görəsən yer üzünü işıqlandıran Günəşin, göy üzünə 
çıxan Ayın və sayrışan ulduzların Allahdan başqa kim-
lərəsə borcu varmı? 


B u l u d x a n   X ə l i l o v  
 
226 
*** 
Ölümü çoxları heç vecinə almır. 
 
*** 
Birisinin bağında çoxlu sayda meyvə  ağacları var-
mış. Bağ sahibi o qədər səxavətli imiş ki, dost-tanışdan 
başqa, hər yoldan keçən də onun bağının meyvəsindən 
dadarmış. Günlərin birində yoldan ötən bir kişi bağdakı 
meyvələrdən dadmaq istəyəndə  həyətdəki it hürməyə 
başlayır. İt fasiləsiz olaraq o qədər hürür ki, kişinin baş-
beynini aparır. Vəziyyəti belə görən kişi deyir ki, ay 
Allahın heyvanı, niyə hürürsən?! Bağ o qədər böyükdür 
və meyvələr o qədər çoxdur ki, sənə  də, mənə  də, 
hamımıza da çatar. Bağ sahibinin səxavətinə isə söz ola 
bilməz. Daha niyə hürürsən?! 
 
*** 
Gərək sözü deməyi də bacarasan. Sözü elə deyəsən 
ki, qarşıdakının kimliyindən, nəçiliyindən asılı olmayaraq 
səni anlaya bilsin. Nə isə... Bir kişi qonşu kənddəki bir 
tanışının oğlunun toyuna gedirmiş. Həyətindəki iti də 
ondan əl çəkmir və arxasına düşüb gedir. Kişi nə qədər iti 
geri qaytarmaq istəsə də, it geri qayıtmır. Birdən kişi gö-
rür ki, artıq qonşu kəndə yaxınlaşıb, it isə ondan ayrılmır. 
Elə bu dəmdə bərk əsəbləşir. İtin üstünə qışqıraraq deyir 
ki, ay Allahın iti, onda sən al bu pulu, get toya, iştirak et 
toyda, pulu da yazıl. Mən isə geri qayıdım və  sənin 




Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə