Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   42   43   44   45   46   47   48   49   50

B u l u d x a n   X ə l i l o v  
 
232 
Onlar elə hesab edirlər ki, hamıdan çox hamıya gərəkli 
və lazımdırlar. Onlar elə hesab edirlər ki, onlarsız heç nə 
yoxdur, hər  şey lazımsızdır. Belələrinin nə  qədər ikrah 
doğurduğunu ölçən tərəzi yoxdur. Heç onlar imkan 
verməzlər ki, belə bir tərəzini quraşdıran olsun. Axı onlar 
sayca o qədər çoxdur ki, qarşılarındakıları  məhv etmək 
yolları da saysızdır, hesabsızdır. Onlar bir-birini tez tapır, 
tez başa düşür, tez anlayırlar. Ancaq nizam tərəzisini 
qurmaq istəyənlər bu barədə fikirləşmirlər. Yəni bir-biri 
ilə birləşmək fikrindən çox-çox uzaqdadırlar. Onlar bir-
birindən uzaq olduqları üçün bədxahlar, intriqantlar bir-
biri ilə yaxındırlar, tez birləşib tez də  hərəkətə keçməyə 
hazırdırlar. Dünyadakı bütün hadisələrin kökündə 
bədxahların, intriqantların  əli var. Belələrinin vətəni və 
milləti olmur. Onlar bütün bədxahlıqlarını “şöhrət” hesab 
edirlər. Ancaq bu “şöhrət”dən xilas olub insanları qoru-
maqla təsəlli tapmaq olur. Dantenin “İlahi” komedi-
yasında deyildiyi kimi: “Ən gözəl, dadlı sözlər, nə var – 
işə salaraq, Get onu xilas elə, bu böyük zəhməti çək, 
Bundan sonra təsəlli tapa bilərəm ancaq”. 
Yaxud: 
“Yoxsa eşitməyirsən nələr çəkir o insan?  
Görmürsənmi taqətdən salıb aparır onu  
Dəniz fırtınasından daha dəhşətli tufan?” – 
Qəlbində təkrarlayıb hər sözü, hər vurğunu 
Kədərin əllərindən qurtarıb, sevinclərə 
Gedən bir insan kimi qəbul etdim mən bunu, 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
233
Uğurlu pillələrlə gəlib çıxdım bu yerə, 
Sənin tərifə layiq dadlı kəlamlarını, 
Şərəfli sözlərini dinləməkçün bir kərə” 
Yaxud da: 
Birdir arzumuz bizim, buyur, gedək bərabər: 
Sən mənim müəllimim, rəhbərim, şah vüqarım! 
Səfərimiz başlandı qurtarantək bu sözlər
Biz getdik arasıyla vəhşi uçurumların. 
Səsləyirəm mən sizi səfillər aləminə,  
Səsləyirəm əsrlik nalələrin içindən, 
Səsləyirəm məhv olan nəsillər aləminə. 
(Dante.  İlahi Komediya. Bakı, “Öndər nəşriyyat”, 
2004, s.26-28) 
 03.08.2015 


B u l u d x a n   X ə l i l o v  
 
234 
 
 
Tarixi yaşadan daşlar – I yazı 
 
Azərbaycan dilində elçi daşı ifadəsi işlənir. Belə 
bir elçi daşı evimizin qabağında vardı. Mən onun elçi 
daşı olduğunu sonralar başa düşmüşəm. Təbii ki, uşaq 
olanda anlamamışam. Həmin daş uzun və kvadrat şəkilli 
böyük bir daş idi. Onun üzərində rahatlıqla 3-4 nəfər 
əyləşə bilirdi. Uşaqlıqda bu daşın üzərində otururduq. 
Hətta bir işin arxasınca gedəndə bu daşın üzərində oturub 
onun halallığını alıb gedərdilər. Bu elçi daşının xeyir 
duası ilə insanlar arzu və istəklərinə çatırdılar. Görünür 
ki, bu daşda qeyri-adi bir güc, enerji varmış. Yeri gəlmiş-
kən, onu da qeyd edək ki, daş mənfi enerjini, gözdə olan 
pis nə varsa, onun hamısını öz üzərinə götürə bilir. Təsa-
düfi deyil ki, hər bürcün öz daşı var. Və həmin daşlardan 
daş-qaş kimi istifadə edirlər. Bu daş-qaşlar insanları 
xəbis gözlərdən qoruyur. Birisi mənə danışdı ki, o, öz 
bürcünün daşından hazırlanmış daş-qaşı taxıb toya gedir. 
Əgər o, toyda bəd gözlü, bəd niyyətli, mənfi enerjili 
adamların mühitində olursa, evə qayıdan kimi həmin 
daşlar sınır, dağılır. Deməli, daş  mənfi enerjini özünə 
çəkməklə onu üstündə  gəzdirən adamı qoruyur. Tarixən 
iri sal qayaların, nəhəng və iri qayalıqların, daşların 
olduğu yer müqəddəs hesab edilmişdir. Bu müqəddəs 
yerlərdən biri də Amasiya rayonunun Ellərkənd kəndində 
idi. Ellərkənd kəndinin yuxarı hissəsində   Maraldaş  


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
235
deyilən bir yer vardı. Burada çox qeyri-adi bir iri daş 
istər-istəməz insanı özünə çəkirdi. Bu daşa nə yumrudan 
yumru, nə  də kvadratdan kvadrat daş demək olurdu. 
Ancaq olduqca iri və qeyri-adi daş idi. Deyilənlərə görə, 
vaxtilə marallar bala verərəkən, yaxud bir təhlükə olar-
kən bu daşın  ətrafına yığışarmışlar. Bu daş bütün çətin-
liklərdən, bəlalardan bura yığışan maralları xilas edərmiş. 
İnsanlar bu daşın və onun ətrafının təmiz saxlanılmasına 
xüsusi diqqət yetirərdilər. Bu daşı  və onun yerləşdiyi 
ərazini müqqədəs bir yer sayardılar. Onu da qeyd etməyi 
vacib bilirik ki, Amasiya rayonu, o cümlədən Ellərkənd 
kəndi dağlıq ərazidir. Yəni burada meşəlik yoxdur. Görü-
nür ki, burada maralların yaşaması daha əski çağlarda 
olmuşdur. Və   Maraldaş   deyilən yer də daha əski 
çağlarda yaranmışdır. Həmin əski çağlarda bu ərazilərdə, 
görünür ki, meşəlik olmuşdur. Sonra təbiət dəyişmiş, 
iqlim dəyişmişdir. Bir sözlə, Maraldaş bu ərazilərin tarixi 
coğrafiyası  və  təbiəti barədə müəyyən məlumat verən 
mənbə, qaynaq rolunu oynayır. Onu da qeyd edək ki, bu 
ərazidə  və Ellərkənd kəndinin digər  ərazilərində  ağac 
kolluqlarına rast gəlinirdi. Bu da təsdiq edirdi ki, həmin 
ərazilərin təbiəti, iqlimi sonralar dəyişmişdir. 
Nəvaidə  dəvənin diz çöküb oturduğunu xatırladan 
daş ziyarətgah var. Deyilənlərə görə, onun arxa hissəsin-
dən keçib çıxan adamların duaları qəbul edilir, onlar istək 
və arzularına çatırlar. 
Sabirabad rayonunda Babasəmt deyilən pir vardır. 
Bu pirin içərisində yumurtavari (uzunu enindən böyük 
olan) qara çay daşı vardır. Müəyyən arzu və niyyət məq-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə