Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   42   43   44   45   46   47   48   49   50

B u l u d x a n   X ə l i l o v  
 
236 
sədilə  həmin daşı yerdən qaldırırlar.  Əgər kim o daşı 
yerdən qaldıra bilirsə, onda onun arzu və niyyəti gələcək-
də baş tutur. Qəribə burasıdır ki, həmin daş zahirən o 
qədər də  ağır deyildir. Ancaq onu qaldıran adamların 
bəziləri üçün daş yüngül, bəziləri üçün isə ağır olur. Onu 
da qeyd edək ki, Babasəmt piri qəbristanlığın içərisin-
dədir. Bu qəbristanlıqda keçmişdə ancaq nüfuzlu, müqəd-
dəs adamlar dəfn olunubdur. İndi isə burada kiminsə dəfn 
olunmasına icazə verilmir. 
Deyilənlərə görə, Bakının Fatmayi kəndində bir 
ziyarətgahın qabağında iri daş  və  həmin daşın  ətrafında 
xırda, yumurta boyda, bəziləri yumurtadan iri daşlar var-
mış. Bəzən bu daşları böyük daşın  ətrafından uşaqlar 
uzaqlaşdırar, yerindən tərpədər, başqa yerə atarmışlar. 
Uşaqlar böyük daşın ətrafından kiçik daşları kənara atanda 
böyük daş yaş, nəm olarmış. Həmin balaca daşları böyük 
daşın  ətrafına yığdıqdan sonra böyük daşın nəmişliyi 
çəkilərmiş. Ağsaqqallar, ağbirçəklər belə hesab edərmişlər 
ki, bu balaca daşlar böyük daşın balalarıdır. Ona görə də 
guya balaca daşların hər hansı birini böyük daşdan uzaq 
salmaq onu incidir və  ağladırmış. Bu səbəbdən balaca 
daşlardan hər hansı biri böyük daşdan aralı düşsə, böyük 
daş yaş, nəm olurmuş. Belə bir hadisəni nəzərimdən 
keçirməklə aşağıdakı misraları yazmalı oldum. 
Gördünmü daş ağladı? 
Ah çəkdi daş ağladı. 
Təkcə insanlar deyil, 
Dərd çəkib daş ağladı. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
237
Əziziyəm o daşı 
Daşlar gördü o daşı. 
Daşın dərdi olarmı?! 
Dərd yandırdı o daşı. 
 
Gördünmü böyük daşı? 
Balalı böyük daşı. 
İnsan kimi dərd çəkir
Anlasan böyük daşı. 
 
Daş, özü də iri daş (və daşlar) tarixin elə mərhələ-
rində  və  təbiət hadisələrinin elə dövrlərində yaranmışdır 
ki, onları incəliklərinə  qədər təhlil etməyə elmin gücü 
çatmır. Ancaq daş yarandığı vaxtdan insanın karına gəlib. 
Ən azı insan yorulanda onun üzərində oturub. Yaxud 
özünə ev tikərkən ondan istifadə edib. Başqa birini 
qorxutmaq üçün, vurmaq üçün ona daş atıb və s. Ta 
qədim dövrdən başlayaraq indiyə  qədər insanlar şeytana 
daş atmış, pis əməl sahiblərini daşa basmışlar. Bunların 
hamısı onu göstərir ki, şər qüvvələrə, bədxah qüvvələrə 
qarşı daşdan ilk silah kimi istifadə olunmuşdur. 
Sonralar iri daşları  və onların olduğu yeri pirlərə, 
ziyarətgahlara çeviriblər. Görünür ki, qədim insanlar bə-
şəriyyətin qədim çağlarında daşlıq, qayalıq yerləri 
sığınacaq yeri kimi seçiblər. Daşa sığınmaq, daşdan 
istifadə etmək sonralar insanların düşüncəsində daş 
pirlərin, ziyarətgahların yaranması ilə nəticələnibdir. 
 
18.11.2015 


B u l u d x a n   X ə l i l o v  
 
238 
 
Tarixi yaşadan daşlar – II yazı 
 
Daş insanların, o cümlədən türklərin məişətində, hə-
yatında, inam və inancında böyük rol oynadığı üçün yer-
yurd adlarında daş komponenti izini qoruyub saxlayıbdır.  
Məsələn, Amasiyada Daşkörpü (kənd adı),  Şəki-
də DaşbulaqDaşüz (kənd adı), Daşağıl(kənd adı), Aşağı 
Daşağıl (kənd adı), Yuxarı Daşağıl (kənd adı),  Daşqaya  
(Şəkinin girəcəyində yer adı), Naxçıvanda Biçənək 
adlanan ərazidə Sandıq daşMiz daşSaat daşı (yer-yurd 
adlarıdır), Oğuzda Daşüz (yer-yurd  adı), Daşağıl (yer-
yurd adı), Göyçənin Ağbulaq kəndində Daşdıqlı  dərə 
 (dərə adı), Daşçıxan (örüş  və yurd adı),  Daşdı  gəzdək  
(örüş və yurd adı) və s. Həm də qaya sözü daş sözü kimi 
öz izini yer-yurd adlarında mühafizə edibdir. Məsələn, 
Amasiyada Qayabaşı (biçənək yeri), Naxçıvanda Biçə-
nək adlanan ərazidə Ağ qaya (yer-yurd  adı), Qara 
qaya (yer-yurd adı), Ballı qaya (yer-yurd adı), Sarı qaya  
(yer-yurd adı), Gəlin qayası (yer-yurd  adı), Göyçənin 
Ağbulaq kəndində Kəmənd qaya (qaya  adı), Danaçı 
qayası (qaya  adı),  Qatar qaya (qaya  adı), Muqoyun 
qayası (qaya adı), Məkə qayası (qaya adı), Aralıq dərənin 
qayası (qaya  adı), Ağıllı qaya (qaya  adı), Qaçaq qayası 
 (qaya  adı), Kazım düşən qaya (qaya  adı), Ovux 
qaya (qaya adı), Sarı qaya (qaya adı), Şişqaya (qaya  adı) 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
239
və s. Burada daş və qaya sözlərinin bütün yer-yurd adla-
rında qorunub saxlanılmasını vermək məqsəd deyildir.  
Məqsəd odur ki, daş və qaya komponentinin  yer-
yurd adlarında işlənməsi səbəbinin bu komponentlərə 
olan inamla bağlı olmasını diqqətə çatdırmaqdır. Daş, qa-
ya qədim türkün düşüncəsində mifonimləşmiş bir obraz-
dır. Yaddaş kodumuz bu mifonimə arxalanır, güvənir. Bu 
mənada M.Arazın aşağıdakı  şeiri təsadüfi sayılmamalı-
dır: 
Bir qayaya söykənmişəm, deyirəm kaş: 
Bax beləcə daşa dönəm yavaş-yavaş 
Taleyimi qayaların taleyinə bağlayam mən. 
Bircə insan düşüncəmi saxlayam mən. 
Daş ayaqlı, daş əlli bir insan kimi 
Enib daşdan-daşa düşəm. 
Qayaların lal dilini başa düşəm. 
Onların daş qulağına bir daş atam, 
Qayaların keçmişini qayalara xatırladam, 
Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar. 
İnsanların nərəsindən doğulub bu qayalar. 
Nər igidlər düşmən üstə gedən zaman 
Babalar da baş qaldırıb yer altından, 
Qaya kimi, dayaq olub, yumruq olub, ox olublar. 
Qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar
Bu torpağın taleyində o da elə bir gün idi. 
İgidlərin yaşaması daş olmaqla mümkün idi. 
Yoxsa onun qismətinə hardan düşə 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə