Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   2   3   4   5   6   7   8   9   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
21
Cəlilə  də, onun Novruzəlisinə  də  rəhmət eləsin. 
Dəymədüşər kişi ilə Naznaz xanım isə, necə deyərlər
Mirzə Cəlillə Novrzuəlinin torpağı sanı yaşasınlar. Amin! 
 
13.10.2014 


B u l u d x a n   X ə l i l o v  
 
22 
 
Molla kitab açır 
 
Yəqinki, belə adamlarla tez-tez qarşılaşırsınız. 
Deyə bilərsiniz ki, necə adamlarla? Bir az səbirli olun, 
indi deyəcəyəm. Hər zaman “Allaha şükür”, “Allah kə-
rimdir”, “Yaxşı olar” deyənləri nəzərdə tuturam. Bir tə-
rəfdən onlar Allah adamıdır, bütün işləri Allahın icazə-
sində, iznində görürlər. Allaha hər zaman şükranlıq 
edirlər. Belələri olanları, baş verənləri Allahın məqbul 
saydığı işlərdən hesab edirlər. Başqa sözlə, belələri Alla-
hını tanıyır, bəndələrinə isə hörmətli, izzətli və  mərhə-
mətli olurlar. Ancaq belələri bəzən daha çox əziyyət çə-
kirlər. Ona görə əziyyət çəkirlər ki, onlar bəzən zəhmət-
dən daha çox duadan, itaətdən asılı qalırlar. Elə fikirlə-
şirlər ki, Allah onların  əvəzinə  hər işi görməlidir. Allah 
isə deyir ki, səndən hərəkət, məndən bərəkət. Yenə  də 
mətləbdən uzaqlaşmayaraq qayıdıram ora ki, çoxları tez-
tez “Allaha şükür”, “Allah Kərimdir”, “Yaxşı olar” 
deməklə həyatdakı ictimai və sosial məsuliyyətdən qaçır-
lar. Elə hesab edirlər ki, yaxalarını yana çəkməklə nəyəsə 
nail olurlar. Ancaq unudurlar ki, nə itirirlərsə, elə özləri 
itirir. Hansı  işdə geri qalırlarsa, günah özlərinindir. Bu 
barədə saysız-hesabsız həyat hadisələri,  əhvalatlar var. 
Birisini yada salmaq istəyirəm. Belə ki, birisinin var-
dövləti – bircə inəyi varmış. Günlərin birində inək meşə-
dən qayıtmır. İnəyin otlaq sahəsi meşədə imiş. İnəyin sa-
hibi çox narahat olur. Heyvan nə  qədər axtarırsa, tapa 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
23
bilmir. Kimdən soruşursa, inəyi gördüm deyən də olmur. 
Əli hər yerdən üzülür. Mollaya üz tutur. Mollaya hadisə-
ni danışır, ondan kömək istəyir. Molla kitab açır və tez-
tez deyir: 

 Yaxşı olar. Şükür Allaha. Allah kərimdir. 

 Yəni deyirsiniz inək tapılacaq? 

 Əlbəttə. Tapılacaq. 
Molladan başqa bir inam yeri qalmayan inək sahibi 
bir az təsəlli tapır və onun müqabilində minnətdarlıq 
etməyini də unutmur. 

 Çox sağ ol, molla qardaş. 

 Get axtar, kitab da deyir ki, axtarsan taparsan. 
Sahibi bir daha öz inəyini axtarmalı olur və  nəha-
yət, meşənin içərisində tapır. Ancaq necə tapır?! Görür 
ki, inək yerə  sərilib, bir tərəfindən bir canavar, digər 
tərəfindən başqa canavar didişdirir. Belə bir vəziyyətdə o 
heç nə edə bilmir. Geri qayıdır və mollanın yanına gəlir. 

 Molla qardaş, inəyi tapdım. 

 Dedim axı tapacaqsan. Harada idi? 

 Meşədə idi. Ancaq inəyin bir tərəfindən  Şükür, o 
biri tərəfindən Kərim tutub dartışdırırdı. Mən onların əlin-
dən inəyi ala bilmədim.  Əsas odur ki, sənə inanmayan 
kafirdir. Demişdin ki, get axtar, tapılacaq. Elə də tapıldı. 
Belə - belə  işlər dünyada tez-tez baş verir. Ancaq 
nə inək sahibləri öz sadəlövlüyündən əl çəkir, nə də mol-
la öz əməlindən.  Əksinə... Sadəlövhlər də gün-gündən 
çoxalır, mollalar da gün-gündən artır. 


B u l u d x a n   X ə l i l o v  
 
24 
Hələ onu demirəm ki, itkisi olanlar, var-dövlətini
mal-mülkünü itirənlər bütün dost-tanışlarına, qohum - əqra-
balarına mollanın “Allah kərimdir, naümid olmayın” kimi 
müqəddəs kəlamlarını  təbliğ edirlər. Deyirlər ki, bu molla 
nə qədər savadlı, bilikli adamdır. Hər şeyi bilir. Elə ki itir-
diyiniz barədə deyirsə ki, tapılacaq, mütləq tapılır. Nə isə... 
İnəyi itən kişidən onu da deyim ki, bütün hamıya 
indiyə  qədər car çəkir ki, mənim mollaya borcum var. 
Görün nə deyir: 

 Molla açılmayan bütün sirləri aça bilir. Yetər ki, 
mollaya kitab açdırasınız. 
Ancaq kişinin işi də, mollanın işi də xatalı işdir. Ay 
qardaş, xatalı  iş birdir, ikidir, üçdür?.. Birincisi budur. 
İkincisi, üçüncüsü, dördüncüsü də var... Danışmaqla qur-
tarmaz. Yaxşısı budur ki, elə buradaca qurtaraq. Yoxsa 
başqa məmləkətlərdə itkisi olanlar da bu mollanın qeyri-
adi istedadını eşidər, durub gələrlər onun görüşünə. Mol-
lanın növbəsi o qədər çox olar ki, heç bizim özümüz də 
aylarla onun qəbuluna düşə bilmərik. Yaxşısı budur ki, 
çox danışmayaq. Mollanı başqa məmləkətin adamlarına 
tanıtmayaq. Sizdən də xahişim budur ki, belə əhvalatları 
əcnəbilərə danışmayın. Onları ayıq-sayıq etməyin. Qoyun 
molladan bixəbər olsunlar. Yoxsa mollamızı  əlimizdən 
alarlar. Axı  əcnəbilər belə qeyri-adi istedad sahiblərini 
əllərinə çıraq alıb axtarırlar... 
 
20.10.2014 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
25
 
 
 
Azərbaycanda tələbələrin problemlərini 
necə həll etməli –TƏKLİFLƏR 
 
Təhsil millətin gələcəyidir. Bu sahəyə qoyulan 
xərclər tez-gec cəmiyyətə və onun inkişafına fayda gəti-
rəcəkdir. Odur ki, müasir dövrdə universitetlərin maliyyə 
imkanlarının genişlənməsinə ehtiyac var. Həm də univer-
sitetlərdə  təhsil alan tələbələrin sosial problemlərinin 
həlli istiqamətində mühüm işlər görülməlidir. Bu mənada 
bəzi təklif, fikir və mülahizələrimizi söyləməyi vacib 
sayırıq.  
I. Yaxşı olar ki, maddi imkanı olmayan tələbələr 
maliyyə yardımı ala bilsinlər. Bu yardım tələbələrin so-
sial problemlərinin, təhsil haqqının ödənilməsi xərcləri-
nin stimullaşmasında mühüm rol oynaya bilər. Azərbay-
canın ən ucqar rayonlarından, kəndlərindən, qəsəbələrin-
dən ali məktəblərə  təhsil almaq üçün gələn tələbələr 
(gənclər) maddi imkan olmadan necə oxuya bilər, kadr 
kimi yetişə bilər? Dünyada tələbələrin maliyyə yardımı 
alması barədə  təcrübə vardır. Məsələn, ABŞ-da, Massa-
çusets ştatında, Kembric şəhərində yerləşən Harvard Uni-
versitetində tələbələrin üçdən ikisi maliyyə yardımı alır. 
Tələbə  təhsil haqqını ödəmək üçün dövlətdən borc 
götürsə, nəticədə  tələbənin ictimai məsuliyyəti də arta 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə