Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə50/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   42   43   44   45   46   47   48   49   50

B u l u d x a n   X ə l i l o v  
 
240 
Bu qədər daş! 
Danış görüm, a daş qardaş! 
Siz nənəmin bacılığı, 
Siz babamın qardaşlığı, 
Təbiətin səpdiyi bir zəmi sanım 
Bəlkə elə bu daşlığı! 
Siz ey qədim əfsanələr
Şeirimə yağ, səsimə yağ! 
Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq 
Bu daşların, qayaların keçmişini oyadacaq, 
Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq. 
Bu basılmaz nərlər-ərlər, 
Bu qaya sərkərdələr 
Onda məni bir balaca daş əsgəri 
Qoyar yəqin qoşulmağa bu cərgəyə, 
Qayaların keçmişini qayalara yazdım, deyə. 
Onda Vətən sanar məni 
Bir balaca Vətən daşı, 
Vətən daşı olmayandan 
Olmaz ölkə vətəndaşı... 
Daşla bağlı atalar sözlərinin yaranması daşın insan 
həyatında oynadığı önəmli roldan qaynaqlanır. Məsələn, 
“Daş atan bəlli, baş tutan bəlli”, “Daş daşa, dırnaq daşa, siz 
savaşa, biz tamaşa”, “Daş daşa söykənərək – divar olar”, 
“Daş düşdüyü yerdə  ağır olar”, “Daş qayaya rast gəlib”, 
“Daşa mıxı çaxanda biri mıxa, üçü özünə  dəyər”, “Daşın 
böyüyü dostdan (yaxından) gəlir”, “Daşürəkli düşmənin 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
241
bağrın yarar yumşaqlıq” və s. Göründüyü kimi, daşla bağlı 
atalar sözlərinin hər birinin arxasında bizə  məlum olan və 
olmayan tarix durur. Ancaq bu tarix onu söyləməyə  əsas 
verir ki, daş  həmişə insanın karına gəlib, onun həyatında 
önəmli rol oynayıbdır. Bunu “Yük əyməsə, daş qəribçiliyə 
düşməz” ifadəsinin izahında da bir daha təsdiq etmək olar. 
Belə ki, qədim zamanlarda yüklərin daşınmasında karvan-
lardan istifadə edilmişdir. Yüklər dəvələrə, qatırlara yüklən-
mişdir.  Əgər yüklənmiş heyvanın sağ  və sol tərəfindəki 
yüklərin çəkisində azacıq da fərq olsaydı, onda heyvan 
yükü aparan zaman yük ağır olan tərəfə doğru  əyilməyə 
başlayırdı. Ona görə  də yük heyvanın üstündən aşmasın 
deyə yükün yüngül tərəfini ağır tərəfi ilə bərabərləşdirmək 
lazım gəlirdi. Belə olan təqdirdə yerdən lazım olan çəkidə 
daşı götürüb yükün yüngül tərəfinə qoyurdular. Bununla da 
yükdə tarazlıq yaranırdı və karvan mənzil başına çatdıqdan 
sonra həmin daşı bir tərəfə atırdılar. Beləliklə, daş götü-
rüldüyü yerdən uzaq düşürdü. (bax: Məmmədəli Qıpçaq. 
Söz aləminə  səyahət. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 
2002, s.97-98) Bununla onu qeyd etmək istəyirik ki, daş 
qədim insanların həyatında, məişətində istifadə etdiyi ən 
gərəkli vasitələrdən biri olub. Hətta daşdan hazırlanan 
kəsici alətlər yenə  də daşın insan üçün faydalı bir vasitə 
olduğuna inandırıcı dəlildir. Onu da qeyd edək ki, daş insan 
həyatında ilk silah olub.  
25.11.2015 


B u l u d x a n   X ə l i l o v  
 
242 
 
 
Tarixi yaşadan daşlar – III yazı 
 
Daş qədim türklərin həyat, cəmiyyət, dünya barədə 
düşüncəsini qoruyub saxlayan mənbələrdən olmuşdur. 
Orxon-Yenisey yazıları, Gəmiqaya və Qobustan abidələri 
buna sübutdur. Bu da sübutdur ki, qədim türklər çay, göl, 
bulaq ətrafında, bir sözlə, su obyektlərinin yanında yaşa-
maqla yanaşı, həm də dağlıq ərazilərdə, daş və qayalarla 
örtülü olan yerlərdə  məskunlaşmağa da üstünlük ver-
mişlər. Bəzi bölgələrdə bu izlər indi də qorunur. Məsələn, 
Qərbi Azərbaycan  ərazisində yaşayış  məntəqələrinin  ək-
səriyyətinin  ətrafında, yaxınlığında daş abidələr mövcud 
olmuşdur. Bu ərazilərdə qeyri-adi “Oğuz qəbirləri” aşkar-
lanmışdır. Həmin “Oğuz qəbirləri”nin qeyri-adiliyi onda-
dır ki, onlar qeyri-adi dəfn otaqlarında yerləşdirilmişdir. 
“Oğuz qəbirləri” iri sal daşlarla hörülmüşdür. Həmin sal 
daşların hündürlüyü 2,5 metr, uzunluğu 3 metr, eni 2 
metr olmuşdur. Qərbi Azərbaycanın coğrafiyasını, təbiə-
tini yaxşı bilənlərin hər biri bu qeyri-adi mənzərələrlə 
yaxşı tanışdır. Onlardan biri (Niftalı Göyçəli) yazır: “Ən 
çox ermənilərin “yunan qəbirləri” adlandırdıqları tuf 
qəbir daşlarının üzərində alban yazılı kitabələrə rast 
gəlinirdi. Erməni alimlərinin göstərişilə həmin yazılar ya 
pozulurdu, ya da hərflərə əl gəzdirilib erməniləşdirilirdi. 
Qədim alban xaçlarının ucları aypara şəkillidir, ermənilər 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
243
xaçların uc hissəsindəki  əyriləri pozub düz formaya sal-
maqla təqdim edirdilər ki, erməni xaçıdır”. Öz gözləri ilə 
ermənilərin bu qərəzli hərəkətlərini görən soydaşlarımız 
indi-indi bu məsələlər barədə fikir söyləyir, məqalələr 
yazırlar.  
Göyçə mahalının Pəmbək kəndindəki qəbristanlıq-
da olan böyük tuf daş üzərindəki rəsmlər barədə Niftalı 
Göyçəli yazır: “Göyçə mahalının Pəmbək kəndinin qər-
bində,  Şivri dağının  ətəyində “yunan qəbri” adlandırılan 
bir qəbristanlıqda (uzunluğu bir metr, eni səksən santi-
metr olan) böyük tuf daş üzərində belə bir rəsmlər var 
idi: daşın baş  tərəfində günəş  şüaları ilə, ondan aşağı at 
üstündə əyləşmiş dəmir zirehli geyimli, başında şiş dəbil-
qə, çiynində kaman döyüşçü rəsmi və ondan aşağıda 
əllərini yuxarı günəşə sarı qaldırıb şükr oxuyan başqa pi-
yada döyüşçü, qarşıda isə maral başının rəsmi çəkilmiş-
dir. Bu yazı qədim piktoqrafik yazı idi: yəni iki döyüşçü 
ova getmişlər, ov uğurlu olduğuna (Atəşpərəstlik rəmzi 
olan günəşə üz tutub) Ahrumazdaya dua edirlər. Həmin 
döyüşçünün dünyasını  dəyişdikdən sonra mahir ovçu 
olmasını bildirmək üçün belə bir piktoqrafik qəbirüstü 
kitabə  həkk olunmuşdur. Pəmbək kəndinin sakinlərinin 
əksəriyyəti bu görüntünü təsdiq edərlər. Rayonun erməni 
millətindən olan tarixi abidələri mühafizə idarəsinin işçi-
ləri həmin tuf daşı hava çəkici ilə uzununa deşmişdilər. 
Deyilənlərə görə, daşın içində  qızıl olub-olmamasını 
yoxlayırmışlar...  


B u l u d x a n   X ə l i l o v  
 
244 
Əfsuslar olsun ki, belə yazılı və rəsmi daşlara az-az 
olsa da, Qərbi Azərbaycan  ərazilərində rast gəldiyimiz 
zamanlar heç olmasa, onların foto şəkillərini çəkib götür-
məmişik...” Deməli, qədim türklərin tarixi sözün həqiqi 
mənasında daşlarda yaşayır. Belə daşlar türklərin yaşa-
dıqları  ərazilərdə kifayət qədərdir. Onların hər birinin 
tədqiq olunması, siyahıya alınması olduqca vacibdir. 
Qədim türklərdə qaya, daş güc, qüvvət verən, el-obanın 
hakimiyyətini qoruyub saxlayan inam və inanc kimi 
qəbul edilmişdir. Məsələn, “Köç” dastanında qeyd olunur 
ki, Tanrı dağının yaxınlığında Kutlu dağ adında bir qaya 
varmış. Uyğurların hakimiyyəti, onların gücü bu qayadan 
asılıymış. Ona görə  də çinlilər uyğurların hakimiyyətini 
sarsıtmaq üçün qayanı yox etmək istəyirlər. Daha doğru-
su, bu qayanı özləri ilə Çinə aparmaq niyyətində olurlar. 
Uyğur hökmdarı öz oğlunu Çin hökmdarının qızı ilə 
evləndirmək istəyir. Çin hökmdarı bunun əvəzində Kutlu 
dağındakı qayanı istəyir. Uyğur hökmdarı razılaşır. 
Ancaq bu böyük qayanı aparmaq mümkün olmur. Ona 
görə  də çinlilər qayanın  ətrafına odun yığır və tonqal 
qalayırlar. Qayanı möhkəm qızdırdıqdan sonra onun üzə-
rinə sirkə töküb parçalayırlar. Beləliklə, qayanın parça-
lanmış parçalarını Çinə aparırlar. Qayanın parçalanma-
sına  ətrafdakı bütün canlılar – quşlar, heyvanlar ağı 
deyirlər. Qayanın parçalanması uyğurlara fəlakət gətirir. 
Yeddi gündən sonra uyğur hökmdarı ölür. Uyğur elində 
xalq rahatlıq tapmır, ölkəyə başçılıq edən hökmdarlar 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
245
tez-tez ölür. Ona görə də uyğur hökmdarı paytaxtın yerini 
dəyişir. Deməli, uyğurların xoşbəxtliyi qayada olduğu 
üçün onun parçalanması və Çinə aparılması ölkəyə bəd-
bəxtlik gətirir. 
“Köç” dastanının başqa bir variantında da yenə  də daşa 
olan inamı görməmək mümkün deyildir. Belə ki, Buku 
xanın yuxusuna ağ saqqalı, ağ  dəyənəkli bir qoca girib 
ona fıstıq boyda daş verir. Və ona deyir ki, bu daşı sax-
lamaqla hakimiyyətinizin genişlənəcəyinə nail olacaq-
sınız. Sonralar Buku xanın övladlarından biri daşı itirir. 
Bu zaman bütün heyvanlar “köç!..”, “köç!..” deyərək 
qışqırırlar. Xalq bundan həyəcanlanır və qaçmağa baş-
layır. Beş Balıq deyilən əraziyə çatanda “köç!..”, “köç!..” 
səsləri kəsilir. Xalq burada dayanır və  məskən salır. 
Göründüyü kimi, xalqın xoşbəxtliyi fıstıq boyda bir daş 
ilə bağlı olur. Onu itirmək xalqın xoşbəxtliyini  əlindən 
alır, xalqın başına bəlalar gətirir. Bir daha qeyd edək ki, 
daşa daş kimi baxmaq olmaz. O həm də sehrdir, 
möcüzədir, qeyri-adi qüvvədir, tarixdir. 
 
01.12.2015 


B u l u d x a n   X ə l i l o v  
 
246 
 
 
Tarixi yaşadan daşlar – IV yazı 
 
Hələ elmi-texniki tərəqqinin mövcud olmadığı 
dövrdə insan öz düşməninə daş atmaqla ona öz nifrətini, 
qəzəbini bildiribdir. Bu mənada Əli Kərimin “Daş” şeiri 
yerinə düşən bir şeirdir.  Əli Kərimin “Daş”  şeirində  qə-
dim insanın daş atması, daşı sonralar qılınc, güllə, mərmi, 
atom əvəz etməsi öz fəlsəfi izahını poetik formada tapır. 
Şeirdə vaxtilə  qədim insanın atdığı daş bu gün elmi-
texniki tərəqqinin yaratdığı atomla, neytronla, elektronla 
müqayisə olunur. Deməli, düşmənə olan münasibət də 
qədim insanın düşüncəsində daşdan başlamışdır. Bir daha 
qeyd edək ki, qədim insanın daşla başladığı düşmənçiliyi 
Əli Kərim qədər fəlsəfi və poetik şəkildə ifadə edən baş-
qa birisi yoxdur. Bu şeir insanların insanlara, millətlərin 
millətlərə, dövlətlərin dövlətlərə düşmənçiliyinin ifadəsi-
nin daşdan başladığını təsdiq edir. Ona görə də Əli Kəri-
min “Daş”  şeirini hər bir insan oxumalı, öyrənməli və 
əzbərdən bilməlidir. Bu şeir hər bir kəsi dərketməyə çağı-
rır. Hər bir kəsi düşünməyə  məcbur edir. Fürsətdən isti-
fadə edib bu şeiri təqdim etməyi məqsədəuyğun bilirik. 
Yarıçılpaq  
 Qədim insan 
Düşməninə bir daş atdı, 
Qana batdı. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
247
Daş düşmədi 
 Amma yerə. 
Uçub getdi 
Üfüqlərdən üfüqlərə. 
Deməyin ki, daş yox oldu. 
Oldu qılınc, 
 güllə, 
 mərmi. 
Dayanmadı fikir kimi. 
Atom kimi 
Meridianı qırıq-qırıq, 
Arzuları zərrə-zərrə, 
Okeanı parça-parça 
Edib keçdi... 
Həmin o daş 
İndi yenə dayanmayır 
 uçur hara? 
O neytron, 
 elektron - 
Dönüb 
 nələr, 
 nələr olur. 
Alov olur, 
 ölüm olur, 
 zəhər olur. 
Ey həməsrim, 
Həqiqətin qan qardaşı, 


B u l u d x a n   X ə l i l o v  
 
248 
Dayandırmaq olmazmı, de, 
Yarıçılpaq, 
 yarıvəhşi 
Qədim insan 
 atan daşı?! 
Daş yer üzərində insanın insanı öldürməsi üçün isti-
fadə olunan ilk silah olubdur. Hamımız Adəmlə Həvvanın 
övladları Qabil və Habil arasında nə baş verdiyini yaxşı 
bilirik. Yaxşı bilirik ki, Habili öldürmək fikrinə düşən 
Qabil yerdən iri bir daş götürüb Habilin başına vurur. 
Bununla da yer üzündə ilk insan qanı tökülür. Görəsən daş 
olmasaydı, insan qanı tökülərdimi? Daş olmasaydı, Qabil 
Habilin başına nə vurardı? Hər halda ilk ölüm və ilk qan 
tökülməsi daşın başa vurulmasından başladı. Bundan 
sonra dünya və onun suları bulandı. Bundan sonra insanlar 
bir-birinə daş atmağa başladılar. Bu pis əməl bir vərdişə 
çevrildi. Daş yaddaşdan gələn bu pis vərdişə qarşı  nə 
qədər mübarizə aparılsa da, heç bir fayda vermədi. Vaxtilə 
Səməd Vurğun “Qalib gələcəkmi cahanda kamal” söylədi. 
Ancaq heç bir ağıl, kamal, müdriklik bu pis vərdişin 
qarşısını ala bilmədi və bu pis vərdiş sahiblərini tərbiyə 
edə bilmədi. Bizcə, daş yaddaşımızdan gələn bu pis 
vərdişə qarşı poeziya vuruşdu və insan həyatı üçün əbədi 
rol oynayan ədəbiyyat bu pis vərdişə qarşı  həmişə 
vuruşacaqdır. Ancaq bu, fayda verəcəkmi?! 
Bizə elə gəlir ki, ilk addım atıldıqdan sonra o, vər-
dişə çevrilir və onun qarşısını almaq heç cür mümkün 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
249
olmur. Təbii ki, bunun qarşısını almağa  ədəbiyyatın da 
gücü çatmır. Ancaq Azərbaycan  ədəbiyyatında  Əli 
Kərimdən sonra Ramiz Rövşənin “Daş”  şeiri də daş 
yaddaşımızın pis vərdişlərinə qarşı  həm fəlsəfi, həm də 
poetik baxımdan yaxşı bir etiraz nümunəsidir. 
 
Bu sulara kim daş atdı? 
Bu suları kim oyatdı? 
Sular oynadı, daş yatdı, 
Ağlama, daşım, ağlama. 
 
Ağaclarım yaşıl-yaşıl, 
Yarpaqları aşıb-daşır, 
Yarpaqların arasında 
Daşla vurdular bir quşu 
Ağlama, ağacım, ağlama. 
 
Daş altından bir quş uçdu, 
Gözündəki bu nə yaşdı?! 
Qəbrimin üstündəki daş 
Bir quşa atdığım daşdı, 
Ağlama, bacım, ağlama!.. 
 
İlk tökülən qan, ilk ölüm atılan daşdan başladı. Bu-
nunla belə, son mənzildə insanın məzarı üzərində  də 
daşdan sinədaşı, başdaşı qoyuldu. Qəribədir. Elə deyilmi?! 
 
07.12.2015 


B u l u d x a n   X ə l i l o v  
 
250 
MÜNDƏRİCAT 
Yaşamaq istəyən adam.................................................  3 
Mirzə İbrahimovun jurnalistlə əhvalatı…   ................ 10 
Mir Cəlalla Mehdi Hüseynin zarafatı ......................... 14 
Hər şeydən yazan Mirzə Cəlil...   ............................... 17 
Molla kitab açır........................................................... 22 
Azərbaycanda tələbələrin problemlərini necə həll  
etməli –TƏKLİFLƏR ................................................ 25 
Təhsilin inkişafı üzrə Dövlət Strategiyası:  
Ən vacib hədəflər ....................................................... 35 
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas  
hədəfi .......................................................................... 39 
Əziz dost,  nə vaxt qayıdıb gələcəksən?! ................... 49 
İnsan sığınacaqlara doğru tələsir................................. 59 
Tarix insanların gözünü qamaşdırır ............................ 63 
Həyat əbədi olmadığı kimi gözəllik də əbədi deyil ...  66 
İnsan ömrü nəyə sərf olunur?...................................... 73 
Yaxşı və pis, arzu və istək, sevgi və məhəbbət .......... 75 
İnsan bunları bilməlidir............................................... 79 
“Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası”
 –
  
I məqalə ...................................................................... 83 
“Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası” – 
II məqalə ..................................................................... 94 
Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim –  
I yazı ......................................................................... 104 
Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim – 
II yazı ....................................................................... 109 
Mən - biz, sən - siz, o – onlar barədə deyimlərim 
III yazı....................................................................... 117 
Mən - biz, sən- siz, o – onlar barədə deyimlərim 

 
IV yazı....................................................................... 127 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
251
Mən - biz, sən- siz, o – onlar barədə deyimlərim 

 
V yazı........................................................................ 137 
Mən - biz, sən- siz, o – onlar barədə deyimlərim 

 
VI yazı....................................................................... 144 
Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim 

 
VII yazı ..................................................................... 156 
Mən- biz, sən- siz, o- onlar barədə deyimlərim 

 
VIII yazı.................................................................... 168 
Mən - biz, sən- siz, o- onlar barədə deyimlərim 

 
IX yazı....................................................................... 182 
Mən-biz, sən-siz, o-onlar barədə deyimlərim 

 
X yazı........................................................................ 195 
Mən - biz, sən - siz, o – onlar barədə deyimlərim 

 
XI yazı....................................................................... 209 
Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim 

 
XII yazı .................................................................... 218 
Diri ikən özlərinə qəbir qazdıranlar...    .................... 228 
Bədxahlıqlarını “şöhrət” hesab edənlərə................... 230 
Tarixi yaşadan daşlar 

 I yazı................................... 234 
Tarixi yaşadan daşlar 

 II yazı.................................. 238 
Tarixi yaşadan daşlar 

 III yazı ................................ 242 
Tarixi yaşadan daşlar 

 IV yazı ................................ 246 


B u l u d x a n   X ə l i l o v  
 
252 
BULUDXAN XƏLİLOV 
 
ZAMANIN SINAĞINDAN 
KEÇƏNLƏR... 
 
 
 
 
 
 
 
 
 
 
 
Çapa imzalanmışdır: 15.11.2016 
Formatı: 84
108 1/32 
Həcmi:15,75 ç.v. 
Sifariş:41 
Miqdarı: 500 
Qiyməti:  Müqavilə ilə. 
 
 
 
 
«Adiloğlu Çap Evi»nin mətbəəsində  
çap olunmuşdur. 
 
 
Ünvan. Bakı şəh., Ə.Salamzadə 9c 
 

Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə