Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   2   3   4   5   6   7   8   9   10   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
30 
Dövlət Pedaqoji Universiteti və digərləri bu sahədə 
fəaliyyət dairələrini genişləndirə bilər. Universitetlərdəki 
müvafiq dil kafedraları bu işi təşkil edə bilər. 
IX. Universitetlərə yardım verilsə, onların fəaliyyə-
ti daha da yaxşılaşar. Məsələn, Kanadada Toronto Uni-
versiteti 1 milyard yardım alır. 
Universitetlər fəaliyyətlərini elə qura bilər ki, döv-
lətdən kredit götürməklə müasir tələblərə uyğun görkəm 
və imic qazana bilərlər. 
X. 
Bu gün Azərbaycandakı universitetlərin bir 
çoxunun yataqxanası yoxdur. Özəl universitetlərin ümu-
miyyətlə yataqxanası yoxdur. Dövlət Universitetlərinin 
isə yataqxanaları  məlum səbəbdən tələbələrə xidmət 
etmir. Halbuki yatqxanalar tələbələrin ictimai adaptasiya 
prosesinə yardım edir. Həm də yataqxanada tələbələr 
kollektiv  şəkildə  fəaliyyət göstərir, oxuyurlar. Bu da 
tələbələrin formalaşmasına yaxşı təsir göstərir. 
XI. Bu  gün  Universitet əməkdaşlarının universitet-
dən əməkhaqqından əlavə aldıqları yardımlar təkcə elmi 
dərəcələrə görə deyil, həm də məhsuldar iş qabiliyyətinə 
görə  fərqlənməlidir. Ümumiyyətlə, universitetlərdə 
əməkdaşların əməkhaqqı hər kəsin qabiliyyətinə, elminə, 
faydasına görə olmalıdır. Məsələn, ABŞ-da Braun 
Universitetində müəllimlərin  əməkhaqqı onların elmi 
dərəcələrindən asılı olaraq dəyişir. Belə ki, professor orta 
hesabla ildə 134500, elmlər diktoru 87276, dosent 75768, 
müəllimlər 59858, stajlı müəllimlər isə 71983 ABŞ 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
31
dolları  dəyərində maaş alır. Bu universitetdə  əməkhaq-
qının məbləği universitetin məktəb və fakültəsindən asılı 
olaraq dəyişir. 
XII. Azərbaycanda iş adamları heç də az deyil. An-
caq nədənsə onlar məktəbə, təhsilə pul ayırmırlar, vəsait 
qoymurlar. Söhbət təkcə  iş adamlarının təhsilə pul 
ayırmasından deyil, həm də onların tələbələrə, magistr-
lərə təqaüd təsis etmələrindən gedir ki, bu da işin xeyrinə 
olar. Dünyanın müxtəlif universitetlərində bu təcrübə 
vardır. Məsələn, ABŞ-da Braun Universitetində 2007-ci 
ildə  iş adamı Uorren Alpert Universitetə 100 milyon 
dollar məbləğində yardım edibdir. Bizdə evlər, binalar, 
məscidlər tikən iş adamları var, ancaq məktəb, universitet 
tikən və təhsilə pul ayıran iş adamları yoxdur. 
XIII. Dünyadakı universitetlərin bir qisminin 
imicini həmin universitetlərin tələbələr, magistrlər üçün 
təsis etdikləri yüksək məbləğli təqaüdlər daha da artırır. 
Məsələn, ABŞ-dakı Los-Anceles Kaliforniya Universiteti 
tələbələr və magistrlər üçün çoxsaylı təqaüdlər təklif edir. 
Onlardan  ən mühümü Kot-Robles təqaüdüdür. Onun 
məbləği 20 min ABŞ dolları məbləğindədir. Los-Anceles 
Kaliforniya Universitetindəki bu vəziyyət tələbələrdə o 
qədər həvəs yaradır ki, onların yarıdan çoxu burada qalıb 
işləmək və  tədqiqatlarını davam etdirmək arzusunda 
olurlar. Tələbələrin 33 faizi Pell qrantı alır. 
XIV. Bu gün belə bir sual bütün universitetləri dü-
şündürməlidir: Universitetlərin özəl xüsusiyyətləri nədən 


B u l u d x a n   X ə l i l o v  
 
32 
ibarətdir? Yeri gəlmişkən onu da qeyd edək ki, keçmiş-
dəki institutlar universitetlərə çevrildikdən sonra onların 
özünəməxsus özəllikləri də “universitet” adı altında 
sıradan çıxdı. Məsələn, Azərbaycan dili və  ədəbiyyatı 
müəllimliyi ixtisasını Azərbaycan Dövlət Pedaqoji Uni-
versiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Univer-
siteti, Azərbaycan Dillər Universiteti və digərləri hazırla-
yır. Bir sözlə, biz mövcud universitetlərimizi necə 
xarakterizə edə bilərik? 
Ancaq Los-Anceles Kaliforniya Universitetinin 
konseri Sen Blok rəhbərlik etdiyi ali təhsil ocağını belə 
xarakterizə edir: “Los – Anceles Kaliforniya Universiteti 
tədris və tədqiqatların səviyyəsinə görə dünya liderlərin-
dən biridir. Tələbələrimiz yaxşıların ən yaxşısıdır, müəl-
limlərimizin hər biri isə öz sahələri üzrə aparıcı alimlər-
dir. Onlar təhsili və yeni-yeni kəşfləri çox sevirlər. Mən 
ümid edirəm ki, siz bizim gözəl kampusumuzu ziyarət 
edəcək, mədəni və idman tədbirlərimizə qatılacaqsınız”. 
Bizim hazırladığımız kadrlar Biləcəridən o yana 
getmir. Fikir verin, İngiltərədə Bristol şəhərində olan 
Bristol Universitetinə  rəhbərlik edən Universitetin vitse-
konsleri Erik Tomas yazır: “Bristol Universiteti gözəl 
Bristol  şəhərinin mərkəzində yerləşən valehedici akade-
mik reputasiyaya malik bir elm mərkəzidir. Tələbələrimiz 
cəmiyyətin müxtəlif təbəqəsini təmsil edirlər, bu isə uni-
versitetimizi daha da zənginləşdirir. Biz bütün insanların 
bərabərliyinə inanırıq və  bəşəriyyət üçün hərtərəfli 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
33
inkişaf etmiş  şəxsiyyətlər yetişdiririk”. Yaxud Osaka 
Universiteti (Yaponiyada Osaka şəhərində yerləşir). 
1724-cü ildə yaranıb. İllik gəliri 128 milyard yapon 
yeni, illik xərcləri 128 milyard yapon yeni. Osaka Uni-
versitetinin prezidenti Uoşida Kiyokazu rəhbərlik etdiyi 
ali təhsil müəssisəsi haqqında deyir: “Osaka Universiteti 
cəmiyyətin tam inamını qazana biləcək mütəxəssis və 
tədqiqatçılar yetişdirir. Başqa sözlə, əsl müdrik, nəcib və 
yüksək səviyyədə ünsiyyət qurmağa malik insanlar bu ali 
məktəbin məzunlarına çevrilir. Universitetin hər bir işçi-
si, tələbəsi, tədqiqatçısı bütün qüvvələrini birləşdirərək 
çalışır ki, cəmiyyət onların haqqında “Osaka Univer-
sitetini bitirən  şəxslər həqiqətən başqa insanlardan bir 
addım qabaqdadır” desin. 
Yaxud Tsinxua Universiteti (Çin Xalq Respubli-
kası, Pekin şəhəri) Dövlət tipli Universitetdir, 1911-ci 
ildə yaranıbdır. 
Devizi “Şəxsi intizam və ictimai məsuliyyət”, əzmi 
isə “Fəaliyyət sözlərdən daha uca danışır” kəlmələrindən 
ibarət olan Tsinxua Universiteti özünü Çin cəmiyyətinin 
rifahı və dünya elminin inkişafına həsr edib. 
Tsinxua Universiteti özünün yüksək elmi səviyyəsi 
və  təhsil keyfiyyəti ilə dünyada xüsusi nüfuza malikdir. 
Universitet yüksək səviyyəli kadr hazırlayan ali təhsil 
ocağıdır. Ali məktəb Mərkəzi hökümət və Maarif Nazir-
liyinin köməyi ilə onların tədqiqatlara ayırdığı qrantlar, 
“Layihə - 211” və “Layihə - 985” Dövlət Proqramlarının 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə