Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
39
 
 
 
Təhsilin İnkişafı üzrə Dövlət 
Strategiyasının əsas hədəfi 
 
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə 
Dövlət Strategiyasında təhsil sahəsində beynəlxalq təcrü-
bə və meyillər yüksək təhsil səviyyəsinə nail olmaq üçün 
diqqət mərkəzində saxlanılır. Bu da çox düzgün seçilmiş 
və elmi-nəzəri  əsası olan bir hədəfdir. Ona görə ki, 
təhsilin sosial, iqtisadi, mədəni həyatda böyük rolu var-
dır. Ölkədə təhsilin səviyyəsi nə qədər yüksək olarsa, pe-
şəkar kadrlar, intellektual səviyyəli insanlar da çoxalar. 
Nəticədə ölkədə iqtisadi, sosial, mədəni həyatda inkişaf, 
yüksəliş baş verə bilər. Dayanıqlı inkişaf mərhələsində 
olan ölkəmizdə bunun davamlı  və  uğurlu gələcəyi üçün 
insan kapitalının inkişafına nail olmaq olduqca vacib və 
əhəmiyyətlidir. 
İndi dünya elə bir mərhələyə qədəm qoymuşdur ki, 
burada hər bir vətəndaşın biliyinin, bacarığının cəmiyyətə 
inteqrasiyası mühüm rol oynayır. Hərtərəfli bilik, bacarıq 
və vərdişlərə malik olan vətəndaşlar cəmiyyətə inteqrasi-
ya olunmaqla təkcə özlərinin deyil, həm də cəmiyyətin də 
tələbatını ödəyə bilərlər. Belə vətəndaşlar ölkənin iqtisadi 
inkişafına, sosial inkişafına, mədəni inkişafına öz elmləri
bilik və bacarıqları ilə yardımçı ola bilərlər. Təbii ki, bi-


B u l u d x a n   X ə l i l o v  
 
40 
lik və bacarığın cəmiyyətə inteqrasiyasında müasir ixti-
saslara yiyələnmək imkan verir ki, bilik və bacarıqlar ye-
niləşsin, müasirləşsin, dünyəvi bir mahiyyət və məzmun-
da olsun. Məhz bilik və bacarığın yeniləşməsi təhsilin 
prioritetliyini daha da artırır. Bu da tələb edir ki, təhsilin 
keyfiyyəti yüksəlsin və əhatəliliyi artsın. Təhsilin keyfiy-
yətini artırmaq təkcə təhsil müssisələrinin sayı və təhsilin 
müddəti ilə bağlı deyil. Düzdür, bunlar da vacib şərtdir. 
Ancaq bunlardan da vacib olanlar vardır. Vacib olanlar 
sırasında təhsil prosesinin özünün keyfiyyətini artır-
maqdır. Təhsil prosesinin keyfiyyəti artmasa, təhsildə 
müsbət nəticələrin əldə olunması asan olmayacaqdır. Onu 
da qeyd edək ki, təhsildə infrastrukturun yeniləş-
dirilməsi, təhsil müəssisələrinin yeni avadanlıqlarla təmin 
edilməsi hələ  təhsilin keyfiyyətində irəliləyişlər  əldə 
etmək deyildir. Bu mənada Strategiyada beynəlxalq təc-
rübəyə istinad edərək qeyd olunur ki, bir sıra ölkələrdə 
yazmaq, oxumaq, hesablamaq vərdişlərinə yiyələnə bil-
məyən çoxlu sayda insanlar vardır. Halbuki həmin ölkə-
lərdə  təhsilə xeyli xərclər ayrılmış, təhsil müəssisələri 
avadanlıqlarla təhciz olunmuş, təhsil infrakstrukturu ye-
niləşmişdir. Bunlara baxmayaraq, həmin ölkələrdə  təh-
silin keyfiyyətində müsbət irəliləyiş olmamışdır. Ona gö-
rə də təhsilin keyfiyyətini, ədalətliliyini prioritet sahə ki-
mi diqqət mərkəzində saxlamaq lazımdır. Həm də Strate-
giyalı təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni 
tələbləri həyata keçirmək lazımdır. Həmin tələblər sıra-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
41
sında formal (dövlət təhsil sənədinin verilməsi ilə başa 
çatan), informal (özütəhsil yolu ilə biliklərə yiyələnmə), 
qeyri – formal (müxtəlif kurslarda, dərnəklərdə  və  fərdi 
məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin veril-
məsi ilə müşayiət olunmayan) təhsil formaları da nəzər-
dən yayınmır. Eyni zamanda zehni inkişafın təməlinin er-
kən yaş dövrlərində başlanması əldə rəhbər tutulur. Ona 
görə də uşaqların zehnini erkən yaş dövrlərindən inkişaf 
etdirmək üçün məktəbəqədər təhsilin inkişafı dövlət 
siyasətinin prioritet sahələrindən biri kimi dəyərləndirilir. 
Strategiyada beynəlxalq təcrübədən çıxış edərək bir 
çox qabaqcıl ölkələrin ümumi təhsil müddəti təkcə müqa-
yisə olunmur, həm də  təhsilin keyfiyyətini artırmaq ba-
xımından hər bir təhsil işçisini düşündürür. Məsələn, Ka-
nadada, Fransada, Hollandiyada, Çexiyada ümumi təhsi-
lin müddətinin 14 il, Almaniyada, Böyük Britaniyada, 
İsveçdə, Avstraliyada, Yeni Zelandiyada 13 il, Amerika 
Birləşmiş  Ştatlarında, Finlandiyada, Cənubi Koreyada, 
Polşada və digər ölkələrdə 12 il, az sayda ölkələrdə 11 il 
olması təsadüfidirmi? Əlbəttə, bu, təsadüfi deyil. Belə ki, 
İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatının məlumatına 
görə, istənilən bir ölkədə istənilən təhsil pilləsinin təhsil 
müddətinin bir il artırılması həmin ölkədə Ümumi Daxili 
Məhsulun 3-6 faiz artımı ilə nəticələnir. Deməli, ümumi 
təhsil müddətinin artırılması təhsilin keyfiyyətinə xidmət 
edir. Və  təhsilin keyfiyyətinin inkişafı Ümumi Daxili 
Məhsulun artımına gətirib çıxarır. 


B u l u d x a n   X ə l i l o v  
 
42 
Strategiyada təhsil sahəsində beynəlxalq təcrübə və 
meyillər sırasında təhsilin məzmunu mühüm yer tutur. 
Belə ki, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı 
meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial – 
iqtisadi inkişaf tələbləri ilə əlaqələndirilməsidir. Yəni ku-
rikulumların məzmunu elə bilik, bacarıq, səriştə aşılama-
lıdır ki, onlar iqtisadi inkişafa xidmət etsinlər. Bilik, 
bacarıq, vərdiş, səriştə praktik yönümlü olmalıdır. Sırf 
nəzəri xarakterli bilik, bacarıq, vərdiş, səriştə fundamen-
tallıqdan uzaqlaşır, tətbiq imkanlarını itirir. Ona görə də 
indi təhsilin məzmununun formalaşmasında nəzəri, aka-
demik biliklərlə yanaşı, praktik bilik, bacarıq, vərdiş  və 
səriştələr ön plana keçir. Əgər istənilən bir insanın bilik, 
bacarıq və vərdişləri konkret praktik imkana malik deyil-
sə, onun heç bir effekti olmur. Bu baxımdan kurikulum-
ların məzmunu  şəxsiyyətin hərtərəfli formalaşmasına 
xidmət etməklə yanaşı, əmək bazarının tələblərinə uyğun 
qurulmalıdır. Məhz strategiyada təhsilin məzmununda bu 
məqam xüsusilə diqqət mərkəzində saxlanılır. 
Strategiyada təhsil sahəsində beynəlxalq təcrübə və 
meyillər sırasında müəllim və tədris metodikaları mühüm 
amillər kimi qiymətləndirilir. Doğrudan da, müəllim də, 
tədris metodikaları da təhsil prosesində ən vacib amillər-
dəndir. Belə ki, təhsilalanın formalaşmasında müəllimin 
biliyi, bacarığı, vərdişi, səriştəsi aparıcı rol oynayır. Ona 
görə  də müəllim müntəzəm olaraq bilik və bacarıqlarını 
inkişaf etdirməlidir. Belə olmasa, o, təhsilalana yeni-ye-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə