Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 0,71 Mb.

səhifə10/26
tarix14.09.2018
ölçüsü0,71 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

28 

II Fəsil 

qtisadiyyatın inkişafında bankların rolunun təhlili 

2.1.Bank fəaliyyətinin hüquqi əsasları 

         Azərbaycanda  bank  sisteminin  hüquqi  əsasını  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  Azərbaycan  Respublikası  Prezitentinin  sərəncam  və  fərmanları, 

Nazirlər  Kabinetinin  qərarları,  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

haqqında”,“Azərbaycan  Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında”, 

“Azərbaycan Respublikasının banklar haqqında” qanunları və digər normativ-hüquqi 

aktlar,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdıgı  beynəlxalq  müqavilələr 

təşkil edir. 

Konstitusiya  qanununa  uyğun  olaraq  “Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  yaradılması  haqqında”    Azərbaycan  Respublikası  Prezisentinin  1992-ci  il 

11  fevral  tarixli  Fərmanı  ilə  Dövlət  Bankının  keçmiş  SSSR-i  Sənaye-Tikinti 

Bankının,  SSSR-i  Aqrar-Sənaye  Bankının  Azərbayacan  respublikası  bankları 

bazasında  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yaradılmışdır.  Mərkəzi 

Bankın kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət 

münasibətlərini  yenidən,  bütövlükdə  bank  sisteminin  fəaliyyətini  tənzimləyən  və 

ehtiyyat bank funksiyasını icra edən ali emissiya idarəsi elan edilmişdir. 

 

1992-ci  il  7  avqust  tarixində    “Azərbaycan  Respublikası  Qanunu”    ilə  yanaşı 



“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Qanun”    da  qəbul 

olunmuşdur.  Həmin  ayın  15-də  Azərbaycan  respublikasının  milli  valyutası  –  manat 

tədavülə buraxılmışdır. 1992-ci il 1 dekabr tarixində isə Azərbaycan Respublikasının 

Milli  Məclisi  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  Nizamnaməsinin 

təsdiq edilməsi haqqında”  qərar qəbul etmişdir. Həmin qanunda Mərkəzi Banka bank 

sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir. 

 

1996-ci  il  30  iyun  tarixində    “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 



haqqında”,  14  iyun  tarixində  isə  “Azərbaycan  Respublikasında  banklar  və  bank 

fəaliyyəti  haqqında”    Qanunlar  yeni  redaksiyada  qəbul  edildi.  Yeni  bank  qanunları 

respublikanın  bank  sisteminin  qabaqcıl  dünya  bank  təcrübəsinə  yaxınlaşmasına  və 

etibarlı təşkilatlarının yaradılmasına imkan yaratdı. 




29 

 

“Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”  sonuncu qanun 2004-cü 



il  12  dekabrda  qəbul  edilmişdir.  Bu  Qanun  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  hüquqi  statusunu,  onun  məqsəd,  funksiya  və  səlahiyyətlərini,  habelə 

idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət 

hakimiyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir. 

        “Azərbaycan  Respublikasının  banklar  haqqında”  qanunu  isə  2004-cü  il  16 

yanvar  tarixində  qəbul  edilmişdir.Bu  Qanun  Azərbaycanda  bank  sisteminin  hüquqi 

bazasının  beynəlxalq  standartlara  tam  uyğunlaşdırılması,  iqtisadiyyatda  bank 

xidmətlərinin  rolunun  artırılması,  bank  əmanətçilərinin  və  kreditorlarının 

müdafiəsinin  gücləndirilməsi  və  bütövlükdə  bank  sisteminin  stabil  və  təhlükəsiz 

fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  bankların  təşkili,  daxili  idarəedilməsi, 

fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını 

müəyyən edir. 

        “Azərbaycan  Respublikasının  banklar  haqqında”  qanununun  2-ci  maddəsinə 

ə

sasən  Azərbaycan  Respublikasının  bank  sistemi  Azərbaycan  Respublikasının 



Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Mərkəzi Bank dövlət bankıdır 

və  onun  fəaliyyəti  Azərbaycan  Respublikasının  Konstitusiyası,  “Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu, 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  banklar  haqqında  Azərbaycan 

Respublikasının  qanunu  və  bunlara  müvafiq  olaraq  qəbul  edilmiş  digər  normativ 

hüquqi  aktlar,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdıgı  beynəlxalq 

müqavilələrlə tənzimlənir.  

        Azərbaycan  Respublikasında  kredit  təşkilatlarının  fəaliyyəti  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  banklar  haqqında  Azərbaycan  Respublikasının 

qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının 

Mərkəzi Bankı haqqında” və “Kredit  ttifaqları haqqında” Azərbaycan Respublikası 

qanunları,  Mərkəzi  Bankın  bunlara  müvafiq  olaraq  qəbul  edilmiş  normativ  aktları, 

Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktları,habelə  Azərbaycan 

Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.  




30 

        Cari  bank  fəaliyyəti  ilə  bağlı  qərarları  qəbul  edərkən  kredit  təşkilatları  dövlət 

hakimiyyəti  və  bələdiyyə  orqanlarından  asılı  deyildir  və  onlar  kredit  təşkilatlarının 

fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid 

edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.  

         Kredit  təşkilatlarının  və  dövlətin  müvafiq  öhdəlik  götürdüyü  hallardan  başqa 

bütün  digər  hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit  təşkilatlarının 

öhdəlikləri üçün məsuliyyət daşımır.  

       Banklar  haqqında  qanunun  3-cü  maddəsinə  əsasən  bank  fəaliyyətinin  həyata 

keçirilməsinə dair ümumi qaydalar aşağıdakı kimidir: 

3.1.Azərbaycan  Respublikasının  ərazisində  banklar  və  bank  olmayan  kredit 

təşkilatları  bank  fəaliyyətinı  Mərkəzi  Bankın  verdiyi  xüsusi  razılıq  (lisenziya) 

ə

sasında həyata keçirilə bilər.  



3.2. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.  

3.3.  Bu  Qanunun  3.4-cü  maddəsi  istisna  olmaqla  digər  müddəaları  ”Kredit 

ttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə 

müvafiq  olaraq  lisenziyalaşdırılan  və  tənzimlənən  kredit  ittifaqlarına  və  başqa  bank 

olmayan kredit təşkilatlarına şamil olunmur.  

3.4.  Bu  Qanunun  3.3-cü  maddəsində  göstətilən  bank  olmayan  kredit 

təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan 

qanunvericilik  və  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  ilə  həyata  keçirilir. 

Bank  olmayan  kredit  təşkilatlarına  rəhbərlik  edən  işçilərin  peşə  ixtisasına  və 

təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

3.5.  Mərkəzi  Bank  hər  hansı  şəxsin  lisenziyası  olmadan  bu  Qanunun  3.1-ci 

maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu 

fəaliyyətinə  xitam  verilməsi  haqqında  tələb  göndərir  və  müvafiq  dövlət  orqanlarına 

bu barədə məlumat verir. 

         Bank  fəaliyyəti  ilə  məşğul  olmaq  istəyən  bütün  qurumlar  Mərkəzi  Bankın 

lisenziyasına malik olmalıdır. Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq 

səhmdar  cəmiyyəti  formasında  yaradılır.  Bank  fəaliyyətinin  lisenziyalaşdırılması 

qaydası    “Banklar  haqqında”  qanununa  əsasən  həyata  keçirilir.  Azərbaycan  Dövlət 






Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə