Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

52 

çərçivədə  risk  menecerlərinin  qabaqcıl  səviyyədə  sertifikasiyası  həyata  keçirilməli, 

risk menecmenti gücləndirilməlidir. 

    Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini və pul-kredit siyasəti alətlərinin 

tətbiqi variantlarını təhlil etməklə belə bir qənaətə gəlmək olar ki, müasir pul-kredit 

siyasəti iqtisadi tənzimlənmənin iki variantının (monetarist və keynsian) sintezinə və 

onların  kompleks  tətbiqinə  əsaslanmalıdır.  Bu  siyasətin  mahiyyəti  ən  qısa  şəkildə 

ondan  ibarətdir  ki,  pul-kredit  mexanizmi  real  sektorun  investisiya  təminatının 

artırılmasına yönəldilməlidir. Yaxın gələcəkdə təsərrüfat subyektlərinin və bankların 

investisiya  aktivliyini  artırmaq  məqsədilə,  kompleks  tədbirlər  sistemi  həyata 

keçirilməsi və bankların donor funksiyası canlandırılmalıdır. 

   Perspektivdə xarici investisiyaların və neft dollarlarının valyuta bazarına ehtimal 

olunan  irimiqyaslı  axını  ilə  əlaqədar  pul  kütləsinin  qeyri-adekvat  hissəsinin 

sterilizasiyası tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Pul 

kütləsinin  növbəti  illər  üçün  nəzərdə  tutulan  artım  templəri  bütövlükdə  pul-kredit 

siyasətinin  iqtisadiyyata  ötürücü  (transmissiya)  təsirini  gücləndirməklə,  məcmu 

tələbin genişlənməsinə əlavə monetar impuls verməlidir. Bu isə, təbii olaraq məcmu 

təklifin  ekspansiyasına  adekvat  reaksiya  doğurmaqla  makroiqtisadi  şəraiti  daha  da 

yaxşılaşdırmalıdır.  qtisadi  artımın  monetar  kanallar  ilə  qidalanan  amillərinin 

fəallaşması  və  qiymətlərin  sabitliyi  şəraitində,  bunun  güclü  makroiqtisadi 

multiplikator  effekti  yaratması  deməkdir.  Həm  monetar,  həm  də  fiskal  ekspansiya 

hesabına  yaranacaq  makroiqtisadi  səmərədən  maksimum  istifadə  olunması  və  bu 

səmərənin  daxili  istehsalın,  qeyri-neft  sektorunun  və  regionların  inkişafına 

yönəldilməsi xüsusi aktuallıq kəsb etməlidir. Eyni zamanda, yoxsulluğun azaldılması 

və  iqtisadi  inkişaf  proqramında  nəzərdə  tutulmuş  tədbirlərin  vaxtında  həyata 

keçirilməsi,  qeyd  olunan  səmərənin  real  sektorun  inkişafına  multiplikativ  təsirini 

gücləndirəcəkdir.  Sözsüz  ki,  əsas  ötürücü  həlqə  kimi  maliyyə  sektorunda  həyata 

keçirilən  islahatların  sürətləndirilməsi  iqtisadi  inkişafın,  xüsusilə  də,  orta  və  kiçik 

sahibkarlığa  maliyyə  yardımının  genişləndirilməsinə  təkan  verməlidir.  Maliyyə 

xidmətlərinin  həyata  keçirilməsində  elektron  informasiyanın  inkişafı  ən  aktual 

məsələlərdən biridir. Belə ki, XX əsrin sonlarında elektron informasiya bütün iqtisadi 



53 

nəşrlərin,  nüfuzlu  beynəlxalq  konfransların  və  forumların  əsas  mövzularından  biri 

olmuşdur.  Bank  fəaliyyətində  kredit  risklərinin  və  portfel  investisiyalarının  idarə 

olunmasında  internet  texnologiyasından  istifadə  etməklə,  elektron  informasiya 

xüsusilə  vacib  əhəmiyyət  kəsb  edir.  Kommersiya  banklarında  və  digər  maliyyə 

institutlarında  pul  vəsaitlərinin  və  qiymətli  kağızların  saxlanılması  əhalinin  bu 

maliyyə  vasitəçilərinə  inamından  xəbər  verir.  Belə  olan  halda  bu  maliyyə 

vasitəçilərinin  sabit  fəaliyyəti,  onun  tənzimlənməsi  hökumətin  əsas  vəzifələrindən 

biri olmaqla, Mərkəzi Bankın daim nəzarətində saxlanılmalıdır. 

 

 



     3.3  Bank sektorunun beynalxalq maliyyə qurumları ilə əməkdaşğının 

inkişaf etdirilməsi 

 

          Beynəlxalq  maliyyə  və  kredit  təşkilatları  beynəlxalq  razılaşma  ilə  dünya 

iqtisadiyyatının  stabilliyinin  təmin  olunması  üçün  valyuta-kredit  və  maliyyə 

münasibətlərinin  idarə  olunması  üçün  yaradılıb.  Beynəlxalq  maliyyə-kredit 

institutlarına  daxildir:  Beynəlxalq  Valyuta  Fondu,  Dünya  Bankı,  Avropa 

Yenidənqurma və  nkişaf Bankı, Beynəlxalq Hesablaşmalar Bankı və Asiya, Amerika 

və Afrikanın regional inkişaf bankları və digərləri. 

Azərbaycanın  konkret  aşağıdakı    beynəlxalq  maliyyə  təşkilatları  ilə 

ə

məkdaşlığı haqqında danışaq:  



   Beynəlxalq Valyuta Fondu. Beynəlxalq valyuta tənzimlənməsinin bu orqanı 1944-

cü  ildən  Bretton-Vudsda  (ABŞ)  keçirilən  beynəlxalq  valyuta-maliyyə  konfransında 

təsis olunmuşdur. Onun nizamnaməsi 1945-ci ilin dekabrında qüvvəyə minib. 1946-cı 

ilin  iyulunda  Beynəlxalq  Valyuta  Fondu  fəaliyyətə  başlayanda  39  üzvü  vardı.  

Hazırda 183 üzvü var. 

BVF-nin  Direktorlar  Şurası  2  iyul  2001-ci  ildə  Yoxsulluğun  Aradan 

Qaldırılması  və  nkişaf  Proqramı  çərçivəsində  80,45  milyon  SDR  məbləğində 

(kvotanın 50 faizi) üç illlik razılaşmanı təsdiq etmişdir. 2003-cü ilin dekabrına kimi 

bu  razılaşma  çərçivəsində  dörd  ödəniş  həyata  keçirilmişdir.  Proqramın  üç  əsas 

vəzifəsi  aşağıdakılardır:  makroiqtisadi  sabitliyin  təmin  edilməsi,  idarəetmənin 




54 

təkmilləşdirilməsi və iqtisadiyyatın qeyrineft sektorlarının inkişafı. Hökumət bu günə 

kimi həmin proqamın həyata keçirilməsinin təmin etmişdir. Proqramın nəticəsi olaraq 

Hökumət  Yoxsulluğun  Aradan  Qaldırılması  Strategiyasını  yekunlaşdırmış  və 

gömrük,  vergilərin  idarəolunması,  maliyyə  sektoru,  Dövlət  Neft  Fondunun 

faradılması  və  idarəolunması,  enerji  sektoru,  idarəetmə,  büdcə  siyasəti  və  ticarət 

siyasəti  sahələrində  islahatlar  həyata  keçirmişdir.  2004-cü  ilin  noyabrında 

Azərbaycan  VIII  Maddənin  2,  3  və  4-cü  tələblərini  qəbul  edərək  cari  beynəlxalq 

ə

məliyyatlar  üçün  ödənişlərin  və  pul  köçürmələrinin  həyata  keçirilməsi  zamanı 



məhdudiyyətsiz  valyuta  kursu  təmin  etmək  öhdəliyini  öz  üzərinə  götürmüşdür. 

Nəhayət,  22  dekabr  2004-cü  ildə  BVF-nin  Direktorlar  Şurası  Yoxsulluğun  Aradan 

Qaldırılması  və  nkişaf  Proqramı  çərçiəvsində  dördüncü  və  sonuncu  təhlili 

tamamlamışdır. 

                               BVF-nın proqnozlari                   

                                                                                    

Dioqram.7

 

               

3,9

7,4


2,1

2,7


1

1,7


6

4,3


4,1

2,4


2,4

1,6


2,2

6,3


BVF-in proqnozları

2010


2011

 

               Mənbə: www.imf.org (BVF rəsmi saytı) 



            Beynəlxalq Valyuta Fondu ehtiyatları onun üzvlərinin sərəncamına ən  müxtəlif 

yanaşma və mexanizmlərlə verilə bilər və əsasən tədiyyə balansının maliyyələşdirilməsi 

probleminin  həll  olunması  üsuluna  görə  və  Beynəlxalq  Valyuta  Fondunun  şərtlərinin 

məzmununa görə fərqlənir. Cədvəl 6-da daha ətraflı müşahidə edək. 



Beynəlxalq Valyuta Fondu vəsaitləri hesabına maliyyələşmə və kreditləşmə 

mexanizmləri                                                  

                                                                                                                    

Cədvəl.6 

Mexanizm növü 

Maliyyələşmə şərtləri 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə