Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 0,71 Mb.

səhifə2/26
tarix14.09.2018
ölçüsü0,71 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   26

yeni nəzəri- metodoloji müddəaların və praktiki prosedurların işlənib hazırlanmasına 

imkan verir. 

Problemin öyrənilmə səviyyəsi. Bank sisteminin təşkili, pul-kredit siyasətinin 

müxtəlif  tərəfləri  dünyanın  bir  sıra  iqtisadçı  alimlərinin  -  A.  Smit,  D.  Rikardo,  K. 

Marks,  Y.  Şumpeter,  C.  Keyns.  C.Helbreyt,  L.Lerner,  M.Fridmen,  V.Leksis, 

O.S.Bulko,  E.Jukov,  O. .Lavruşin,  V. .Rıbnim,  Q.A.Şvarcem  və  başqalarının 

ə

sərlərində işıqlandırılmışdır. 



Azərbaycan  Respublikasında  da  bir  sıra  iqtisadçı  alimlər  -  Ş.H.Hacıyev, 

Z.F.Məmmədov, 

D.A.Bağırov, 

R.A.Bəşirov, 

E.M.Sadıqov. 

M.M.Bağırov, 

S.M.Məmmədov, və başqaları transformasiya olunan iqtisadiyyatın inkişafında bank 

sektorunun yeri və rolu ilə bağlı məsələlərə öz əsərlərində geniş yer vermişlər. 

Bununla  yanaşı  bank  sisteminin  fəaliyyət  səmərəliliyini  yüksəltmək  hesabına 

ölkədə  iqtisadi  artımın  təmin  edilməsi  üzrə  praktiki tədbirlərin  işlənib  hazırlanması, 

araşdırılan  problemin  çoxplanlı  xarakteri  bu  sahədə  nəzəri  tədqiqatların  həyata 

keçirilməsi zərurililiyni şərtləndirir. 



Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Dissertasiya  işinin  məqsədi 

Azərbaycan  Respublikası  iqtisadiyyatının  real  sektorunun  banklar  tərəfindən 

maliyyəşdirilməsinin  müasir  vəziyyətini  araşdırmaq  və  iqtisadi  artımı  təmin  edən 

bank münasibətlərinin təkmilləşdirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış təklif və 

tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir. 

Məqsədə  uyğun  ofaraq  aşağıdakı  vəzifələrin  həll  edilməsi  zəruri  hesab 

edilmişdir: 

-real sektorun formalaşması və maliyyələşməsinin sosial-iqtisadi mahiyyəti və 

məzmununun yeni nəzəri-metodoloji aspektlərindən öyrənilib aşkara çıxarılması; 

-iqtisadi inkişafın hazırki mərhələsində bank-kredit siyasətınin fəallaşdırılması 

zəruriliyini əsaslandırmaq; 

-real sektorun formalaşmasına fiskal və monetar yanaşmaları tədqiq etmək; 

-davamlı iqtisadi inkişafın təmin edilməsinə uyğun pul-kredit siyasətinin nəzəri 

konseptual əsaslarını araşdırmaq; 




-real  sektorun  maliyyələşdirilməsində  daxili  və  xarici  maliyyə  mənbələrindən 

istifadəni təhlil etmək; 

-real  sektorun  banklar  tərəfindən  kreditləşdirilməsinin  müasir  səviyyəsini 

araşdrmaq; 

-bankların maliyyə sabitliyinin təmin edilməsində iqtisadi inkişafın investisiya 

potensialının yüksəldilməsinin mühüm amili olduğunu əsaslandırmaq; 

-Azərbaycan Respublikasında iqtisadiyyatın real sektorunun banklar tərəfindən 

maliyyələşdirilməsinin  təkmilləşdirilməsi  üzrə  praktiki  tövsiyyələr  işləyib 

hazırlamaq. 



Tədqiqatın  predmeti  və  obyekti.Tədqiqatın  predmeti  kimi  Azərbaycan 

Respublikasında 

real 

sektorun 



maliyyələşdirilməsində 

bank 


sisteminin 

formalaşdırılması,  inkişafı  və    təkmilləşdirilməsi;  obyekti  isə  bank  sistemi, 

iqtisadiyyatın real sektorunda onun təzahür formaları çıxış edir. 

Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.Tədqiqatın 

informasiya  bazasını  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin 

məlumatları,  Nazirlər  Kabinetinin,  Maliyyə  Nazirliyinin,  Mərkəzi  Bankın, 

qtisadiyyat və Sənaye Nazirliyinin bülletenləri, hesabatları, bir sıra elmi təşkilatların 

materialları, dövrü mətbuatın məlumatları təşkil edir. 

Tədqiqat  işində  abstraksiya,  təhlil  və  sintez,  induksiya  və  deduksiya,  sistemli 

yanaşma, müqayisəli təhlil, qrafik  və s. metodlarından istifadə edilmişdir. 

Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işinin  elmi  yeniliyi  aşağıdakılardan 

ibarətdir: 

-bazar  münasibətləri  şərnitində  real sektorun  formalaşması  və maliyyələşməsi 

yeni nəzəri-metodoloji aspektlərdən öyrənilib aşkara çıxarılmışdır; 

-bank  sisteminin  yeni  şəraitə  uyğun  qaydada  təşkili  prinsipləri  tədqiq  edilib 

öyrənilmiş və onun real sektorun formalaşmasında rolu əsaslandırılmışdır; 

-iqtisadi inkişafın hazırkı mərhələsinə uyğun pul-kredit siyasətinin elmi-nəzəri 

konsepsiyası işlənib hazırlanmışdır; 

-real  sektorun  maliyyələşdirilməsində  daxili  və  xarici  maliyyə  mənbələrindən 

istifadənin optimal nisbəti müəyyən edilmişdir: 




-müasir 


şə

raitdə 


Azərbaycanda 

real 


sektorun 

banklar 


tərəfindən 

maliyyələşdirilməsinin müasir vəziyyəti və ona təsir edən amillər təhlil edilmişdir. 



Tədqiqatın  praktik  əhəmiyyəti.  Tədqiqat  işinin  nəticələri  və  dissertasiyanın 

ümumiləşdirilmiş  müddəaları  “Pul,  Banklar”,  “Bank  işi”  fənnlərinin  tədrisi 

prosesində istifadə oluna bilər.  

Tədqiqatın  elmi-nəzəri  əhəmiyyəti.  Tədqiqat  işində  irəli  sürülən  vəzifələr, 

istifadə olunan üsullar,  təkliflər tədqiqatın elmi-nəzəri əhəmiyyətini təcəssüm etdirir. 



Dissertasiyanın  quruluşu  və  həcmi.  Dissertasiya  giriş,  3  fəsil,  nəticə  və 

istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Tədqiqat işi 76 səhifə həcmindədir. 

ş

də 9 cədvəl və 8 qrafik-sxemlərdən istifadə edilmişdir. Ədəbiyyat siyahısı 63  addan 



ibarətdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə