Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

55 



Adi mexanizmlə

Ehtiyat payı 

Ölkə öz ilk tələbi ilə öz ehtiyat mövqeyi həddində xarici valyuta ala bilər.  

Ehtiyat payı ölkənin öz vəsaiti olduğundan, ondan istifadə kreditləşdirmə 

deyil  –  ölkə  buna  görə  borc  qaytarmır  və  milli  valyutasını  almaq 

məcburiyyətində deyil. 

Kredit payı 

Ölkə öz kvotasının 125% və ya daha çox məbləğdə ehtiyat payından əlavə 

xarici valyutada vəsait əldə edə bilər.  Bu payda kreditlər mərhələli verilir 

və  onun  kvotasının  25%-i  təşkil  edir.    Onu  almaq  üçün  ölkə  ödəmə 

balansındakı  problemləri  həll  etməyə  hazır  olduğunu  göstərə  bilməlidir.  

Hər  bir  növbəti  paya  keçərkən  Beynəlxalq  Valyuta  Fondu  daha  sərt 

kreditləşmə  şərtləri  irəli  sürür.    kinci  kredit  payından  başlayaraq  vəsait 

ayrılması praktiki olaraq stand-by kreditləri şərtləri ilə baş verir.  

Stand-by kreditləri barədə razılaşma  

Ardıcıl  olmayan  və  ya  dövri  xarakter  daşıyan  ödəmə  balansı  kəsrinin 

maliyyələşməsinə  yardım  üçün  Beynəlxalq  Valyuta  Fondu  üzvlərinə 

qısamüddətli (adətən 1-2 illik) yardım üçün nəzərdə tutulur.  Ölkəyə milli 

valyuta qarşılığında razılaşdırılmış həddə və müəyyən şərtlərə əməl etmək 

şə

rti  ilə  razılaşdırılmış  müddətlə  xarici  valyutanı  mərhələli  şəkildə  əldə 



etmək  imkanı  qarantiya  edilir.    Şərtlərə  əməl  edilməməsi  halında  dövlət 

növbəti  krediti  almaqdan  imtina  edə  bilər.    Kreditləşmə  müddəti  bitəndə 

milli valyutanı geri almaq tələb olunur.  

Kreditin genişləndirilməsi mexanizmi  

Ölkə ciddi makroiqtisadi və struktur problemləri yaradan ödəmə balansını 

maliyyələşdirməkdə 

ciddi 

çətinliklər 



çəkəndə 

tətbiq 


olunur. 

Genişləndirilmiş  kreditləşdirmə  çərçivəsində  ölkəyə  milli  valyuta 

qarşılığında  razılaşdırılmış  şərtlərlə  onun  kvotasına  nisbətən  kredit  payı 

mexanizmində  olandan  böyük  həcmdə  3-4  il  müddətinə  valyuta  verilir.  

Valyuta  müəyyənləşdirilmiş  hissələrdə  (tranşlarda)  müəyyən  aralıqlarla 

verilir.  Müddət bitdikdən sonra milli valyuta geri alınmalıdır.  



Xüsusi mexanizmlə

Sistemli 

yenidənqurmanın 

maliy-


yələşdirilməsi  mexanizmi  (1993-1995-ci 

illərdə tətbiq olunub) 

Bazar qiymətlərindən kənar beynəlxalq dövlət ticarətindən bazar qiymətli 

bazar  münasibəti  əsaslı  çoxtərəfli  ticarətə  keçən  ölkələrin  (keçmiş  MDB 

ölkələri  kimi)  bununla  əlaqədar  ödəmə  balansında  yaranan  kəsiri  örtmək 

üçün  Beynəlxalq  Valyuta  Fondu  üzvlərinə  maliyyə  yardımı  edilirdi.    Bu 

mexanizm  çərçivəsində  ölkə  yarımillik  aralıqlarla  iki  bərabər  ölçüdə, 

kvotasının 50%-ə qədər vəsait cəlb edə bilərdi.  

Kompensasiya  və  fövqəladə  maliy-

yələşdirmə mexanizmi  

Fövqəladə  xarici  faktorlarla  əlaqədar  ödəmə  balansında  kəsir  yaranan 

ölkələrin  kreditləşdirilməsi  üçün  istifadə  olunur  (təbii  fəlakət,  dünya 

bazarlarının  gözlənilməz  dəyişməsi  və  sair).    Yuxarı  kreditləşmə  həddi 

ölkənin  kvotasının  30%  həcmindədir  və  uzunmüddətli  pay  və  digər 

fövqəladə  maliyyələşdirmə  növləri  istifadə  olunanda  kvotanın  95%-ə 

qədər.  



56 

Bufer 


ehtiyatını 

maliyyələşdirmə 

mexanizmi  

Dünya  bazarında  qiymətlərin  sabitləşdirilməsi  məqsədi    ilə  ölkənin 

xammal ehtiyatının yaradılmasında iştirakı ilə əlaqədar ödəmə balansında 

yaranan çətinlikləri maliyyələşdirmək üçün istifadə olunur.  Bu mexanizm 

çərçivəsində ölkə kvotasının 35%-ə qədər borc götürə bilər. 

 

Ə



lavə  ehtiyatların  maliyyələşdirilməsi 

mexanizmi 

Dünya  valyuta  sisteminin  sabitliyinin  pozulmasına  gətirə  biləcək  milli 

valyutaya  inamın  kəskin  azalması,  ölkədən  kapital  axını  və  qızıl 

ehtiyatlarının  müvafiq  surətdə  azalması  ilə  əlaqədar  ödəmə  balansında 

kəskin  kəsir  olduqda  üzv  dövlətlərin  ehtiyatlarını  artırmaq  üçün  nəzərdə 

tutulur.  Bu  mexanizm  çərçivəsindəki  kreditləşdirməyə  limit  qoyulmur  və 

ölkələrin  stand-by  və  ya  kreditləşmənin  genişlənməsi  razılaşmaları  ilə 

aldıqları vəsaitlərə əlavə verilir.  Kreditlər bir qayda olaraq ilyarıma verilir 

və ölkələr buna görə artırılmış faiz dərəcəsi ödəyirlər.  



Güzəştli əsaslarla maliyyələşdirmə mexanizmləri 

Struktur 

yenidənqurmasının 

maliy-


yələşdirilməsi mexanizmi (1986-1993-cü 

illərdə tətbiq olunub) 

Tədiyyə balansı üzrə xroniki çətinliklər çəkən və adambaşına gəlirin aşağı 

olduğu ölkələrə kömək etmək üçün tətbiq olunurdu.  Ortamüddətli makro-

iqtisadi  stabilləşdirmə  və  struktur  yenidənqurması  proqramlarının 

dəstəklənməsi  üçün  müstəsna  olaraq  güzəştli  şərtlərlə  borc  şəklində 

verilirdi.  Maksimal məbləğ ölkənin kvotasının 50%-ni təşkil edə bilər. 

Struktur 

yenidənqurmasının 

geniş 


maliyyələşdirilməsi mexanizmi 

qtisadiyyatın ciddi struktur yenidənqurmasını həyata keçirən, adambaşına 

gəlirin  aşağı  olduğu  ölkələrə  əlavə  yardım  kimi  nəzərdə  tutulub.    Mak-

simum  məbləği  ölkənin  kvotasının  190%,  müstəsna  hallarda  isə  255% 

təşkil edir.  Borc 3 ilə, mərhələli verilir. 

Fövqəladə yardım 

Beynəlxalq  Valyuta  Fondu  üzvlərinə  fövqəladə  hallarla  əlaqədar  ödəmə 

balansındakı  kəsri  örtmək  üçün  valyutanın  birbaşa  satın  alınması 

formasında  edilir.    Yardımın  həcmi  bir  kredit  payına  bərabər  məbləğlə 

məhdudlaşır və yalnız müstəsna hallarda daha iri məbləğdə ayrıla bilər. 



Mənbə: www.imf.org (BVF rəsmi saytı)

 

Dünya  Bankı-  Birləşmiş  Millətlər  Təşkilatının  ixtisaslaşmış  təsisatıdır  və 

fəaliyyəti yoxsulluğun azaldılması, həyat səviyyəsinin artırılmasına yönəldilib, həmçinin 

inkişaf  etməkdə  olan  və  keçid  dövrünü  yaşayan  ölkələrin  iqtisadiyyatlarının  sabit 

inkişafına yardım etmək məqsədi daşıyır.  Dünya Bankı bu ölkələrə digər mənbələrdən 

yardım almağın çətin olduğu sahələrdə maliyyə yardımı edir.  Xüsusilə də, kənd təsərrü-

fatının inkişafı, ətraf mühitin mühafizəsi, təhsil və səhiyyənin inkişafı, elektrik enerjisi 

istehsalının  artırılması,  rabitə  xətlərinin  artırılması  və  sair  sahələrdə  maliyyə  yardımı 

edir. 


Dünya  Bankı  Beynəlxalq  Valyuta  Fondu  kimi  1944-cü  ildə,  Bretton-Vudsdakı 

beynəlxalq  valyuta-maliyyə  konfransının  qərarı  ilə  yaradılıb.  Bu  təsisatların  ümumi 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə