Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   2   3   4   5   6   7   8   9   ...   26



I Fəsil 

Bankın yaranması və təşkilinin nəzəri-metodoloji əsasları 

1.1.Bank anlayışı, onun təşkilinin nəzəri əsasları 

Banklar  xüsusi  bir  qurumdur  və  iqtisadiyyatın  inkişafında  özünəməxsus  yeri 

var. Bankların yaranması və inkişafı da dünya mədəniyyəti və cəmiyyətin inkişafı ilə 

bərabər  getmişdir.Cəmiyyətin  inkişafı  tarixində  isbata  ehtiyacı  olmayan  bir  həqiqət 

də  bankların  inkişaf  səviyyəsi  ilə  bütövlükdə  sosial-iqtisadi  inkişafın  düz 

mütənasibliyindən ibarətdir. Hansı məmləkətdə bankların yüksək səviyyəsi müşahidə 

olunursa, orada sürətli iqtisadi inkişaf, yüksək mədəniyyət var. 

Bankların  yaranma  tarixi  ayrı–ayrı  iqtisadçılar  tərəfindən  müxtəlif  cür 

qiymətləndirilir. Bu diskussiyanın dərinliyinə getmədən göstərmək lazımdır ki, bank 

italyanca  “banco”  sözündən  götürülmüş,  hərfi  mənada  masa  deməkdir.  Hətta  bu 

sözün mahiyyətinə uyğun olaraq qədim Yunanıstanda bankirlərə trapezidlər (trapeza 

-stol,masa  deməkdir),  qədim  Romada  mensarlar  (mensa  -stol  deməkdir) 

deyirdilər. qtisadiyyat inkişaf etdikcə ticarətə, alqı-satqıya daha çox ehtiyac yaranırdı. 

Bununla  əlaqədar  olaraq  malların  alınıb-satılması  üçün  qızıldan  istifadə  olunmağa 

başlanmışdır.  Amma  istehsal  elə  səviyyəyə  çatırdı  ki,  artıq  malların  qızıl  örtüyünü 

daşımaq  çətinləşirdi,  həm  də  böyük  xərc  tələb  edirdi.  Buna  görə  qızıl  ustaları 

meydana  gəldi,  onlar  xüsusi  yerlər,  zirzəmilər  hazırlayaraq  qızılları  saxlamaq  üçün 

qəbul  etməyə  başladılar.  Tacirlər  müəyyən  müddət  üçün  xidmət  haqqı  ödəyərək 

qızıllarını onlarda saxlayırdılar. Onlar isə təbii ki, bu qızılların qəbulu haqqında əks 

tərəfə  qəbz  verirdilər.  Tezliklə  mallar  bu  qəbzlərlə  alınıb-satılmağa  başlandı.  Qızıl 

ustaları burada 100% -li ehtiyatala çalışırdılar, yəni saxlancda nə qədər qızıl var idisə, 

bir  o  qəsər  də  qəbz  verirdilər.  Sonralar  kağız  pullar  buraxılaraq  ehtiyat  azaldıldı. 

Bank  sözü  də  stol  arxasında  oturaraq  pulların  dəyişdirilməsi  və  ya  saxlamaq  üçün 

alınması  prosesi  ilə  əlaqədar  yaranmışdır.Sonralar  banklar  pulların  saxlanması  və 

hesablaşmalarla yanaşı, kredit də verməyə başladılar. Babilistanda bizim eradan əvvəl 

bank  işini  qiba  və  Turaşanın  tacirləri,  qədim  Yunanıstanda  isə  tacir  –trapezidlərlə 

yanaşı  kilsə  xidmətçiləri  də  yerinə  yetirirdilər.  XII  –XIV  əsrlərdə  Lombarda  və 

Venesiyanın bankirləri xeyli məşhurlaşmışdılar. 




Bir çox tədqiqatçıların fikrincə, ilk banklar manufaktura dövründə yaranmışdır. 

Lakin digərləri tərəfindən bu fikir inkar olunur və bankların yaranma tarixinin daha 

ə

vvəlki  dövrlərə  təsadüf  edildiyi  sübut  olunur.  Tarixçilərin  fikrincə,  hələ  bizim 



eramızdan 2300 il əvvəl həm də kredit verən ticarət şirkətləri olmuşdur.Bizim eradan 

ə

vvəl  VI  əsrdə  qədim  Babilistanda,  IV  əsrdə  Yunanıstanda  əmanət  alıb  suda  verən 



təşkilatlar var idi. Amma bunlar əsl bank deyildi. Əsl maliyyə -kredit institutu kimi 

bank  1407-ci  ildə 

taliyanın  Genuya  şəhərində  (Banka  di  San  Corco) 

yaradılmışdır.Amma  bütün  bunlarla  yanaşı  normal  bank  sisteminin  yaranması  XVII 

ə

srə  təsadüf  edir.  ngiltərədə  ilk  dəfə  XVII  əsrin  sonunda  banklar  əsasən  ticarət  –



sənaye  sahələrinin  kreditləşdirilməsi  ilə  məşğul  olurdular.  Dövlətdən  banknot 

buraxmaq  hüququnu    alan  ilk  səhmdar  bank  (Bank  of  English)  1964-ci  ildə 

ngiltərədə təsis edilmişdir. 

Beləliklə, banklar iqtisadiyyatın pul və kredit ehtiyacını ödəyən qurumlardır və 

iqtisadiyyatın dinamik və səmərəli inkişafında böyük rola malikdirlər. Bank – fiziki 

və hüquqi şəxslərin pul vəsaitlərini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və 

faizlə  geri  qaytarmaq  şərti  ilə  öz  adından  və  öz  hesabına  yerləşdirmək,  fiziki  və 

hüquqi şəxslərin hesablarını açmaq və  əməliyyatlarının məcmusunu həyata keçirmək 

üçün müstəsna hüquqa malik kredit təşkilatıdır. 

        Bank xüsusi müəssisə kimi əmtəə istehsal edir, lakin onun istehsal etdiyi əmtəə 

maddi istehsal sahəsinin mallarından fərqlənir. Bank sadə əmtəə istehsalı ilə məşğul 

deyil. O, xüsusi növ olan ödəmə vəsaiti – pul istehsal edir. Banklar pul vəsaitlərinin 

toplanılması,  kreditin  verilməsi,  pulla  hesablaşmaların  həyata  keçirilməsi,  dövriyyə 

üçün  kredit  vəsaitlərinin  emissiyası,  müxtəlif  qiymətli  kağızların  buraxılması  və  s. 

funksiyalarını yerinə yetirən xüsusi iqtisadi institiutlardır. Kredit idarələri sistemində 

ə

sas  yer  müəssisə  və  təşkilatların  kreditləşməsi  qaydalarını  müəyyən  edən  banklara 



məxsusdur.  Artıq  məlumdur  ki,  iqtisadiyyatın    maliyyə  vəsaitlərinin  çatışmazlığını 

hiss  edən  bütün  subyektlərə    kreditləri  məhz    banklar  verir.  Banklar    kredit 

ə

məliyyatları  həyata  keçirmək  üçün  təkcə  özünəməxsus  kapitaldan  deyil,  eyni 



zamanda, cəlb edilmiş vəsaitlərdən də istifadə edir. 


        Bank- xüsusi icazəyə malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş 

ofisin qurumunun yerləşdiyi ölkənin bank idarəetmə institutları və təşkilatı tərəfindən 

tənzimlənən  və  nəzarət  olunan  müstəqil  maliyyə  qurumudur.Bank  Nizamnamə 

kapitalında  səsvermə  hüququ  verən,  səhmlərin  əlli  faizi  təsisçi  banka  və  ya  bank 

holdinq şirkətinə məxsus olan törəmə bank kimi fəaliyyətə başlaması onunla təsisçi 

bank  və  ya  bank  holdinq  şirkəti  arasında  bağlanmış  müqaviləyə  əsasən  həyata 

keçirilir.  Təsisçi  banka  və  ya  bank  holdinq  şirkətinə  törəmə  bankın  qəbul  etdiyi 

qərarlarının  qanuna  uyğunluğuna  və  icra  edilməsinə  dair  xüsusi  təsir  göstərmək 

səlahiyyətləri verilir. 

       Bankın  filialı-hüquqi  şəxs  olmayan  bankın  olduğu  yerdən  kənarda  yerləşən, 

öhdəlikləri  üçün  bankın  özünün  məsuliyyət  daşıdığı,  banka  icazə  verilmiş  bank 

fəaliyyətinin  hamısının  və  ya  bir  hissəsini  həyata  keçirə  bilən  bankın  ayrıca 

bölməsidir.Xarici  bankın  filialı  -  Azərbaycan  Respublikasında  Mərkəzi  Bankın 

lisenziyası ilə ona icazə verilmiş bank əməliyyatlarını həyata keçirmək  hüququ olan 

xarici bankın ayrıca bölməsidir. 

         Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı 

olan və fəaliyyəti  Mərkəzi Banklar tərəfindən tənzimlənən  şirkətdir.  

        Bankın  şöbəsi-hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən, 

öhdəlikləri  üçün  bankın  özünün  məsuliyyət  daşıdığı,  onun  respublika  ərazisində 

depozitlər  cəlb  edən  və  ya  köçürmə,  hesablaşma-kassa  əməliyyatları  aparan  ayrıca 

bölməsidir. 

        Bankın  nümayəndəliyi-hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda 

yerləşən,  bank  fəaliyyəti  ilə  məşğul  olmağa  hüququ  olmayan,  yalnız  onun 

mənafelərini təmsil və müdafiə edə bankın ayrıca bölməsidir. 

        Bank  olmayan  kredit  təşkilatı-öz  vəsaiti  və  ya  cəlb  edilmiş  vəsait  hesabına 

(depozitlər  istisna  olmaqla)  yalnız  pul  formasında  kreditlər  verməklə  məşğul  olan 

hüquqi  şəxsdir.  Bank  müəyyən  edilmiş  qaydada  xüsusi  icazə  ilə  verilən,  fiziki  və 

hüquqi  şəxslərdən  depozitlərdən  və  ya  digər  qaytarılan  vəsaitlər  cəlb  etmək,  öz 

adından  və  öz  hesabına  kreditlər  vermək  ilə  bağlı  fəaliyyəti,  habelə  müştərilərin 

tapşırığı  ilə  müxtəlif  pul  köçürmə  və  hesablaşma  xəzinə  əməliyyatlarını  məcmu 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə