Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   2   3   4   5   6   7   8   9   ...   26

10 

halında  həyata  keçirməyə  müstəsna  səlahiyyət  malik  xüsusi  maliyyə-kredit  təşkilatı 

olmaqla hüquqi şəxs kimi fəaliyyət göstərir. 

       Bank  krediti  -  bağlanmış  müqaviləyə  uyğun  olaraq  qaytarılmaq,  müəyyən 

müddətə (müddətin uzadılmasına hüququn verilməsi ilə) və faizlərə uyğun komissyon 

haqları  ödənilmək  şərti  ilə  ciddi  əmlak  təminatı  və  ya  heç  bir  maddi  təminat  tələb 

etmədən müəyyən kəmiyyətdə verilən borc pul vəsaitidir. Eyni şərtlərlə pul vəsaitinin 

verilməsi  haqqında  müştəri  tərəfindən  götürülmüş  hər  hansı  öhdəlik,  zəmanət,  borc 

qiymətli kağızlarının diskontlaşdırılması və ya faizlər ödəməklə onların satın alınması 

və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etmək 

səlahiyyətinə malik hüquqi qayda və ya kredit verilməsi əməliyyatları başa düşülür. 

        Bank  təşkilatı  müvafiq  müqavilə  şərtləri  ilə  faizlər  və  ya  komissyon  haqlar 

ödənilməklə  və  ya  ödənilmədən  müştərilər  bank  əmanətçilərinin  tələbi  ilə 

qaytarılmasını  və  ya  başqa  hesaba  köçürülməsini  nəzərdə  tutan  bankın  balansında 

aparılan cari, əmanət (depozit) şəklində xüsusi hesaba qoyulmuş və ya tələb olunan 

hesaba köçürülmüş pul vəsaitidir. 

       Banklarda əsas iştirak payı səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və 

ya  daha  çox  faizini  təşkil  edən,  yaxud  müqavilə  əsasında  iştirakçısı  olduğu  hüquqi 

şə

xsin qərarlarının qəbul edilməsinə əsaslı göstərməyə imkan verən paya və ya dolayı 



yolla  sahib  olma  hüququdur.  nzibatçı  kimi  bankın  Müşahidə  Şurasının  baş  katibi, 

Audit  təşkilatlarının  və  darə  Heyətinin  üzvləri,  habelə  bankın  baş  mühasibi  və  ya 

mühasibat xidmətinin rəhbəri audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin 

və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri qəbul olunur. Banka aidiyyəti olan 

şə

xslər qrupuna bankın inzibatçıları, quruluş bölmələrinin rəhbərləri, qərarların qəbul 



edilməsinə iştirak edən bankın əməkdaşları daxildir. Bank işçiləri ilə yaxın qohumluq 

münasibətlərində  olan  şəxslərin-işçinin  əri  arvadı,  valideyni,  o  cümlədən  ərinin  və 

arvadının valideyni, babası,  nənəsi,  övladı,  o  cümlədən övladlığa götürülən, qardaşı 

və bacısıda həmin qrupun tərkib hissəsi sayılır. Bankda mühüm iştirak payı olan hər 

hansı  şəxs  və  ya    bank  kapitalında  mühüm  iştirak  payı  olan  hüquqi  şəxs  və  banka 

aidiyyəti  olan  şəxsin  nümayəndəsi  bank  müəssisənin  fəaliyyətində  iştirakçı  kimi 

nəzərdə tutulur. Bankların həyata keçirdikləri klirinq əməliyyatları içərisində müxtəlif 



11 

hesablaşmalar  qurumunun  bir  və  ya  bir  neçə  iştirakçısına  verdiyi  və  ya  onlardan 

aldığı  ödəniş  məbləğləri  üzrə  yaranan  tələblərin  və  öhdəliklərin,  onların  fərqi  olan 

xalis  tələb-iddiaya  və  ya  bir  xalis  öhdəliyə  çevrilməsi  prosesidir.  “Yerli”  ifadəsi 

banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə  əsas  fəaliyyət  yeri  Azərbaycan 

Respublikasında  olan  bank,  filial  və  ya  nümayəndəlik  başa  düşülür.  Maliyyə 

məsələlərinin  həllində  iştirak edən  “Kredit  təşkilatı”-xarici  bankın  yerli  filialı və  ya 

bank  olmayan  qurumdur.  Bank  fəaliyyətində  iştirak  edən  “Məqbul  və  lazımı 

keyfiyyətlərə  malik  şəxs”-vətəndaş  qüsursuzluğuna  malik  olan,  habelə,  ictimai 

mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar  keyfiyyətləri, təcrübəsi, 

işgüzar  mənafeləri  ona  bankın  mühüm  iştirak  payının  sahibi,  inzibatçısı  müvəqqəti 

inzibatçısı  və  bank  fəaliyyətindən  kənarlaşdırılan  fiziki  şəxslər  nəzərdə  tutulur. 

Bankın  gündəlik  fəaliyyətində  iştirak  edənlərin  etibarlığını  artırmaq  sahibləri  və  o 

hüquqi  şəxs  olduqda  onun  icra  təşkilatının  rəhbərləri  fəaliyyət  göstərə  bilərlər. 

nzibatçısı,  müvəqqəti  inzibatçı  keçmişdə  mülkiyyət  əleyhinə  və  iqtisadi  fəaliyyət 

sahəsində  məsuliyyətə  cəlb  edilməsi  faktının  olmaması  bank  təşkilatında  müvafiq 

vəzifəni  tutmasına  və  peşə  fəaliyyəti  ilə  məşğul  olmasına  imkan  yaradır.  Bankın 

təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsinə  istiqamətlənmiş  normativlərə,  qaydalara, 

tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsulu 

onun  əməkdaşlarının  gündəlik  vəzifə  borcları  olmaq,  hər  bir  işçinin  səlahiyyət 

dairəsini müəyyənləşdirmək üçün istifadə olunan əmək normalarının məcmusudur. 

         Bankın  məcmu  kapitalı  əsasən  onun  öz  vəsaitindən  ibarət  olmaqla  gündəlik 

hesabatında  haqq-hesabat  məqsədləri  üçün  istifadə  olunur  və  onun  miqdarı  ölkənin 

Mərkəzi Bank tərəfindən müəyyən olunmuş normativ xassəli aktlarla sərhədlənən  I 

dərəcəli  (əlavə)  bank  təşkilatı  sayılmaqla  onun  əsas  kapitala  daxil  olan  bütün 

hissələrin cəmi və bank ödəmələrin miqdarına nisbətən müəyyənləşdirilir. 

        Azərbaycan  Respublikasının    ərazisində  banklar  və  bank  olmayan  kredit 

təşkilatları  bank  fəaliyyətini  Mərkəzi  Bankın  verdiyi  xüsusi  razılıq  (lisenziya)  icazə 

ə

sasında  həyata  keçirə  bilərlər.  Depozit  əməliyyatları  yalnız  bank  təşkilatları 



tərəfindən  müəyyən  olunmuş  normalar  əsasında  reallaşdırılır.  Bank  olmayan  kredit 

təşkilatlarının  bank  fəaliyyətinə  xüsusi  icazə  verilməsi  və  gündəlik  fəaliyyətinin 




12 

tənzimlənməsi  qüvvədə  olan  qanunvericilik  və  Mərkəzi  Bank  tərəfindən  yaranmış 

şə

raiti iqtisadi-siyasi vəziyyətə uyğun bank fəaliyyəti qaydaları müəyyən edilir.             



         Bank  hər  hansı  fiziki  və  hüquqi  şəxsin  xüsusi  icazə  olmadan  bankçılıq 

fəaliyyətilə  məşğul  olduğunu  müəyyən  etdikdə,  həmin  şəxsə  həmin  fəaliyyətinə 

xitam  verilməsi  haqqında  tələb  göndərir  və  müvafiq  dövlət  qurumlarına  bu  barədə 

rəsmi yazılı məlumat göndərilir.Bankın müəssisəsinin adı əsasən onun nizamnaməsi 

ilə  müəyyən  edilmiş  xüsusi,  yəni-məxsusi  adında  mütləq  surətdə  “bank”  sözü 

olmalıdır.  Heç  bir  bank  istənilən  sənəddə,  elanlarda  və  ya  reklamda  özünün 

nizamnaməsində  göstərilən  addan  fərqli  olaraq  digər  adla  adlandırıla  bilməz  və  ya 

fəaliyyət sahəsini dəyişdirmək səlahiyyətinə malik olması qeyri-mümkündür. 

        Bankın  törəmə  banklarının  adında  əsas  bankın  adı  göstərilməlidir  və  onun 

filiallarının, şöbələrinin və ya nümayəndələrinin adında bank sözü hüquqi bağlılıq və 

mənsubiyyət  mənasında  işlədilir.  Bank  fəaliyyətinə  başlamaq  üçün  verilmiş  xüsusi 

icazənin  ləğv  olunmuş  bankların  adında  “ləğv  prosesində  olan”  sözləri  əlavə 

edilməklə onun tam mahiyyətilə müştəriləri vaxtında məlumatlandırmağa borcludur. 

        Ölkədə  fəaliyyət  göstərən    hər  bir  bank  müəssisənin  adında  “Azərbaycan 

Respublikası”,  “dövlət”,  “milli”  sözlərindən  istifadə  edilməsinə  yalnız 

qanunvericilikdə  nəzərdə  tutulduğu  hallarda  yol  verilir,  bununla  yanaşı  ölkə 

ə

razisində bir neçə bank müəssisəsinin şərti olaraq eyni adda fəaliyyət göstərməsi yol 



verilməzdir. 

 

1.2.  qtisadiyyatın real sektoru, və onun inkişafında bankların rolu və yeri 



 

Son  illərdə  Azərbaycanda  müşahidə  olunan  yüksək  iqtisadi  inkişaf,  aparılan 

məqsədyönlü siyasət və ona müvafiq həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının 

potensial imkanlarından daha səmərəli istifadə nəticəsində əldə olunmuşdur. Həyata 

keçirilən  iqtisadi  islahatlar  ölkədə 

makroiqtisadi  dayanıqlığın  qorunub 

saxlanılmasına, investisiya mühitinin və infrastruktur təminatının yaxşılaşdırılmasına 

imkan  vermişdir.  Real  sektorun  strukturunun  təkmilləşdirilməsi,  onun  potensialının 

artırılması,  iqtisadi  fəaliyyətin  diversifikasiyası  əsasında  ölkənin  rəqabət 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə