16
halda bank risklərinin səviyyəsi azalır, onların fəaliyyəti stabil xarakter alır, likvidlik
dərəcəsi yüksəlir.
qtisadi böhran vəziyyətində tənəzzül baş verir, inflyasiya, maliyyə
vəsaitlərinin çatişmamazlığı, sabitliyi pozan amillərə çevrilir. Bu şəraitdə banklar
üçün vəsaitlərin cəlb edilməsi çətinləşir, onların apardığı əməliyyatların həcmi ciddi
surətdə azalır, risklərin səviyyəsi yüksəlir, Belə hallarda banklar demək olar ki,
uzunmüddətli kreditləşməni dayandırırlar. nflyasiya bankların malik olduqları
kapitalı qiymətdən salır. Büdcə çatışmamazlığı əlavə pul kütləsinin emissiyasını
labüd edir ki, bu da çox hallarda vəziyyəti daha da gərginləşdirir.
5. Siyasi amillər. Ən vacib siyasi amillərdən biri ölkədə aparilan siyasətin
inkişaf istiqamətləridir. Əgər ölkədə bazar iqtisadiyyatının inkişafina imkan
yaradılarsa, şəxsi mülkiyyət inkişaf etdirilirsə, bu halda bank kapitalının həcminin,
bankların və ümumiyyətlə, kredit təşkilatlarının sayının artması, bank sisteminin
möhkəmlənməsi, onun iqtisadiyyatdaki mövqeyinin daha da möhkəmlənməsi üçün
müsbət zəmin yaradır.
Siyasi aləmdə qeyri-müəyyənlik baş verdikdə isə bank sisteminin inkişafi
ləngiyir, valyutanın ölkədən xaricə axını baş verir. Eyni zamanda, ölkə rəhbərliyinin
dəyişməsi də bank sisteminin inkişafina təsirsiz qalmır.
6. Mövcud banklararası rəqabətin səviyyəsi. Bazar iqtisadiyyati şəraitində
çoxsaylı müstəqil bankların meydana gəlməsi, onları yeni müştəri uğrunda
mübarizəyə sövq edir, göstərilən xidmət növlərinin çoxalmasına, xidmətin
keyfiyyətinin yüksəlməsinə, yeni xidmət sahələrinin yaradılmasına məcbur edir.
7. Ölkənin iqtisadi siyasətindəki dəyişikliklər, iqtisadi inkişafm səviyyəsi;
Bank sisteminin inkişafina təsir edən amillərdən biri də ölkənin iqtisadi siyasətindəki
dəyişikliklər iqtisadi inkişafın səviyyəsi və dövlətin cari iqtisadi siyasətidir. Dövlətin
iqtisadi siyasətinin həyata keçirilməsini təmin edən orqanlardan biri də Mərkəzi
Bankdır. Mərkəzi banklar dövlətin iqtisadi siyasətində baş verən istiqamət
dəyişiklikləri ilə əlaqədar dərhal öz strukturlarında dəyişiklik edir. Qanunvericilik
ə
sasında Mərkəzi banklar təkcə ayrı-ayrılıqda kommersiya banklarına deyil, eyni
zamanda bütövlükdə bank sisteminə təsir edə bilir. Bank sistemi fəaliyyətinin
17
sabitləşməsini həyata keçirərək Mərkəzi banklar kommersiya banklarında öz
ehtiyatlarını artırmağı, kreditlər verilməsini tələb edən, mərkəzləşdirilmiş kredit
ehtiyatlarından istifadəyə görə faiz dərəcələrini dəyişə bilər. Azərbaycan
Respublikasında faiz dərəcələrinin dəyişmə dinamikasını aşağıdakı qrafik 1. də aydın
izləmək olar.Eyni zamanda yeni filiallar yaradılmasını gecikdirə və ya sürətləndirə
bilər, bu və ya digər pozuntulara görə lisenziyaları geri ala bilər.
2013-ci ildə dövlət büdcəsinin gəlir və xərclərinin
qeyri-neft ÜDM-ə nisbəti(%-lə)
Qrafik.1
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
8. Mövcud vergi siyasəti.Bank sisteminin inkişafına təsir edən amillərdən biri
də mövcud vergi siyasəti, vergi dərəcələri və növləri, kifayət dərəcədə bank
kapitalının olmaması, ixtisaslı, peşəkar kadr potensialı, xidmət olunan müştərilərin
vəziyyəti və digər səbəblərdir.
1.3 Bank sistemi və onun fəaliyyətinin həyata keçirilmə istiqamətləri
Bank sistemi anlayışı öz məzmununa görə sistem anlayışına uyğun olmaqla
müvafiq elementlərin məcmusudur, bu elementlər birlikdə müəyyən tamlığa malikdir,
bu elementlər qarşılıqlı surətdə əlaqəlidir.Konkret olaraq isə bank sistemi- bankların,
bank infrastrukturu, bank qanunçuluğu və bank bazarının məcmusudur. qtisadi
sistemin tərkib hissəsi olmaqla bank sistemi cəmiyyətdəki iqtisadi münasibətləri əks
etdirir.
18
Bank sistemini digər sistemlərdən fərqləndirən bir neçə xüsusiyyətləri var.Bank
sistemi bir məqsədə xidmət edən müxətlif hissələrin, elementlərin vəhdəti kimi
təsəvvür edilir.Bank sisteminin özünəməxsusluğu onun tərkibinə daxil olan
elementlərin və onların qarşılıqlı münasibəti ilə müəyənləşdirir.Bu zərurət olduqda
sistemin elementlərinin bir-birini əvəz edə bilməsi deməkdir.Əgər hər hansi səbəbdən
banklardan biri bağlanarsa və ya ləğv edilərsə sistem öz fəaliyyət qabiliyyətini
itirmir.Onun funksiyalarını digər banklar yerinə yetirir, zərurət olduqda isə təzəsi
yaranır.Beləliklə sistemin bütövlüyü pozulmur.
Azərbaycan Respublikasında bank sisteminin formalaşması çox da uzaq dövrə
təsadüf etmir, onun tarixi böyük deyil. Keçmiş SSR -nin tərkibində olarkən
Azərbaycanda da bütün SSR -də olduğu kimi mərkəzləşdirilmiş və birpilləli sovet
bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSR Dövlət Bankı və bank fəaliyyəti
haqqında qanun qəbul olundu. Bu qanunla ikipilləli bank sisteminə keçid reallaşdı.
1996-cı ildə yeni bank qanunları hazırlanıb qəbul olundu və əvvəlki qanunlar öz
qüvvəsini itirdi. Azərbaycan Respublikasında hazırda ikipilləli bank sistemi tətbiq
olunur. Azərbaycan Respublikasının bank sistemi Mərkəzi Bankdan və
Respublikanın kredit təşkilatlarından ibarətdir. Bank sisteminin ən mühüm tərkib
hissəsi isə, Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Mərkəzi Bank respublikanın
mərkəzi bankı statusundadır və bütövlükdə dövlət mülkiyyətindədir. O, hüquqi
şə
xsdir, möhürü var və mərkəzi bankın bütün vəzifələrini yerinə yetirir. Mərkəzi
Bank fəaliyyətində mənfəət güdmür, bütün vergidən azaddır, lakin xərcləri öz
gəlirləri hesabına ödəyir.
Respublikamızın müasir bank sisteminin strukturu 4 amilin təsiri altında
formalaşmışdır:
Birinci amil, kredit idarələrinin iki funksiyasının olmasıdır.Bildiyimiz
kimi,banklar emissiya və kredit funksiyalarını həyata keçirirlər.Bankların
ixtisaslaşması ona gətirib çıxarmışdır ki,tarixən emissiya funksiyası Mərkəzi
Bankda,xalq təsərrüfatının və əhalinin kreditləşməsi isə işgüzar kommersiya
banklarında cəmləşmişdir.Nəzəri cəhətdən bankların ixtisaslaşmasında belə bölgü
özünü doğruldur.Buna görə də respublikada pul nisbətlərini təhlil və pul dövriyyəsini