Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   2   3   4   5   6   7   8   9   10   ...   26

19 

idarə  edən  xüsusi  aparatın  olması  zərurəti  yaranır.Belə  halqa  əsas  funksiyası  pul 

dövriyyəsinin  tənzimlənməsi  olan  respublikanın  Mərkəzi  Bankıdır.  Bu  vəziyyət 

kreditləşmə  üzrə  əməliyyatlar  və  respublikanın  ssuda  fondunun  idarə  olunmasını 

həyata keçirən kommersiya banklarına aiddir. 

kinci  amil,  bank  sisteminin  strukturuna  təsir  göstərən  mülkiyyətin 

xarakteridir.Məlumdur ki, uzun illər iqtisadiyyatda dövlət mülkiyyəti üstünlük təşkil 

edirdi.Buna  görə  ölkədə  yalnız  dövlət  mənşəli  banklar  fəaliyyət  göstərirdi.  Son 

illlərdə mümkün olan mülkiyyət çoxluğu müxtəlif tipli bankların yaranmasına gətirib 

çıxarmışdır.Bunu Cədvəl.2 də daha geniş müşahidə edə bilərik. 



           Bank və kredit təşkilatları haqqında ümumi məlumat 

                                                                                                                         

Cədvəl.2   

  llər  Bank əməliyyatları 

aparmaq üçün 

lisenziya alan 

kredit təşkilatlarnın 

sayı 


Bankların 

sayı 


Bankların 

filiallarının 

sayı 

Xarici 


nümayəndə

-liklər 


Törəmə 

banklar 


Bank  olmayan 

kredit 


təşkilatlarının 

sayı 


2002  116 

53 


191 



63 

2003  93 

46 

220 


47 



2004  106 

45 


220 



61 

2005  114 

44 

305 


70 



2006  121 

44 


420 



77 

2011  169 

44 

629 


125 



2012  176 

43 


618 



133 

2013  191 

43 

676 


148 



Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı 

        Cədvəl.2  də  göründüyü  kimi  hal-hazırda  bank  sektorunda  43  bank  vardır  ki, 

onlardan  42-si  özəl,  1-i  isə  dövlət  bankıdır.  Banklardan  22-nin  kapital  strukturunda 

xarici kapital vardır ki, 6 bankda bunların miqdar 50-100%, arasında, 14 bankda isə 

50%-dən az miqdarda təşkil edir. 2 bank isə xarici bankın yerli filialı hesab olunur. 

Bankların yerli filiallarının sayı 36-sı dövlət, 640-ı isə özəl bank filialı olmaqla 676-

yə bərabərdir.Bu da öz növbəsində müstəqilliyin ilk illərinə nisbətdə xeyli artmışdır. 

Bank  olmayan  kredit  təşkilatlarının  sayı  148,və  ümumilikdə  bank  əməliyyatları 




20 

aparmaq  üçün  lisenziya  alan  kredit  təşkilatlarının  sayı  191,yerli  filialları  olan 

bankların  sayı  39,  bank  şöbələrinin  sayı  134,  bankların  yerli  nümayəndəlikləri  1, 

xarici  bankların  yerli  nümayəndəliklərinin  sayı  4,  bankların  xarici  strukturları  10, 

törəmə  banklar  4,  bankların  xarici  nümayəndəlikləri  7  və  ləğv  edilməkdə  olan 

bankların sayı 6-dır. 

 

Üçüncü  amil,  ümumi  iqtisadi  siyasətlə-iqtisadiyyatın  idarə  edilməsinin 



mərkəzləşdirilməsi kursu ilə əlaqədardır.Təsərrüfat təşkilatları müstəqilliyinin artması 

təsərrüfatların mənafeyinə uyğun gələn, təsərrüfat dəyişiklərinə operativ uyğunlaşan, 

təsərrüfat  orqanlarının    iqtisadi  təşəbbüslərinə  müvafiq  pul  resursları  ilə  vaxtında 

yardım edən bankların  təsis edilməsi iqtisadi zərurətə çevrilir. 

 

Dördüncü  amil  isə  xərclərin  ictimai  zəruri  səviyyəsidir.  Məlumdur  ki, 



bankların  formalaşması  prosesi   bank işçilərinin  əməyinin  ödənilməsi  və hesablama 

texnikasının  alınması  ilə  əlaqədar  xərclərlə  bağlıdır.Bu  kimi  xərclər  yeni  bankın  öz 

fəaliyyəti  nəticəsində  əldə  edəcəyi  mənfəətlə  tutuşdurulmalıdır.  Yeni  qurulan  bank 

zərərlə  işləməməlidir.  darəetmə  sistemindəki  bütün  yenidənqurmalar  süni  sürətdə 

idarəetməyə çəkilən xərclərin artmasına gətirib çıxarmamalı, əksinə gəlir gətirməlidir. 

       Bank  sistemi    özünü  təşkil  edən  və  özünü  tənzimləyən  bir  sistemdir.  Belə  ki, 

ölkənin  iqtisadiyyatında  və  iqtisadi  siyasətində,  eləcə  də  siyasi  aləmdə  baş  verən 

dəyişikliklər  bank  siyasətinin  dəyişilməsinə  gətirib  çıxara  bilər.  Əgər  ölkədə  qeyri-

stabillik  yaranarsa,  iqtisadi  böhran  baş  verərsə  banklar  istehsala  uzunmüddətli 

investisiyaları  məhdudlaşdırır,  kreditləşdirmənin  müddəti  qısalır,  bəzən  də  tam 

dayandırır,  qeyri-ənənəvi  yollarla  mənfət  əldə  etməyə  başlayır,  iqtisadi  stabillik 

yaranan kimi banklar yenidən risqlərin azalmasını hiss edərək öz ənənəvi fəaliyyətini 

bərpa edir, topladığı faizlər hesabına mənfəət əldə edir.  

        Bazar  yönümlü  bank  sistemi  şəraitində  ikipilləli  sistem  fəaliyyət  göstərir  və 

banklar  üzərində  müxtəlif  mülkiyyət  formaları  (dövlət,  səhmdar,  kooperativ,  şəxsi, 

qarışıq və s.) mövcud olur. Bankların yaradılmasında dövlət inhisarı yoxdur, istənilən 

hüquqi və fiziki şəxslər qanun çərçivəsində bank yarada bilərlər.Bankların təşkilati və 

idarəetmə strukturları bank şuraları tərəfindən müəyənləşdirilir , eyni zamanda bank 

ş

uranın  qərarı  ilə  ləğv  edilə  ibilər.  Bu  sistem  şəraitində  çoxsayli  banklar  siyasəti 




21 

həyata keçirilir və qeyri-mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Məhz 

elə  bu  səbəblərdən  də  dövlət  bankların  öhdəliklərinə  görə  cavabdeh  deyil,  eyni 

zamanda  banklar  da  dövlətin  öhdəliklərinə  görə  cavabdeh  deyil.  Bankların  apardığı 

ə

məliyyatın tərkibi, siyahısı bank şuraları, təsisçilər tərəfindən müəyyənləşdirilir. Bu 



sistem  şəraitində  emissiya  əməliyyatlarını  yalnız  Mərkəzi  Bank,  müəssisələrin  və 

fiziki şəxslərin kreditləşməsini isə müxtəlif komersiya bankları icra edirlər. 

      Bank  sisteminə  malik  istənilən  ölkənin  pul-kredit  sistemlərinin  əsasını  mərkəzi 

banklar  təşkil  edir.  Mərkəzi  bank  yuxarıda  qeyd  etdiyimiz  kimi  ikipilləli  bank 

sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat 

arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə 

pul  və  kredit  axınını  tənzimləyən  bir  təşkilatdır.  Kredit  sisteminə  daxil  olan  2-ci 

qurum kommersiya banklarıdır. Kommersiya bankları, bank qanunvericiliyinin imkan 

verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində 

ə

sas  rol  kommersiya  banklarına  məxsusdur.  Belə  ki,  məhz  kommersiya  bankları 



ölkədə  kredit  resurslarının  əsas  hissəsinin  toplanmasına  xidmət  göstərir  və 

müştərilərə  maliyyə-kredit  xidmətlərinin  bütöv  kompleksini  təqdim  edir.  Bu  gün 

kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək 

qabiliyyətinə  malikdir.    Kommersiya  bankının  yerinə  yetirdiyi  ən  əsas  vəzifə  pul 

yaratmaqdır.  Borc  alana  kredit  vermək  vasitəsilə  banklar  əlavə  ödəmə  qabiliyyəti 

olan tələbat yaradır. 

Kommersiya  banklarının  fəaliyyəti  ikili  xarakter  daşıyır.  O,  bir  tərəfdən 

fəaliyyətini  maksimum  dərəcədə  mənfəət  əldə  etməyə  yönəldir,  bu  son  məqsədinə 

çataraq  kommersiya  təşkilatı  kimi  mövcudluğunu  davam  etdirir.  Digər  tərəfdən, 

sosial  qurum  kimi  ölkə  büdcəsinin  formalaşmasında  iştirak  edir.  ctimai  və  iqtisadi 

məna  və  mahiyyətinə  görə  bankların  fəaliyyətinin  son  nəticəsi  olan  mənfəət  digər 

kommersiya qurumlarının, həmçinin müəssisə və təşkilatların mənfəətindən fərqlidir. 

Çünki  bankların  mənfəətli  işləməsində  həm  dövlət,  həm  onun  müştəriləri  olan 

təşkilatlar və insanlar, həm də bütün bank sisteminin özü maraqlıdır.  

Bankların  fəaliyyətinin  təmin  olunmasında  bank  resurslarından  səmərəli 

istifadə edilməlidir. Bank resurslarını xüsusi  cəlb olunmuş vəsaitlərin cəmini təşkil 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə