__________________________________________Ə
hmə
d-Cabir Ə
hmə
dov
133
3.8.2._Zeytun_ya_ğı_x_ərç_əng_x_əst_əliyinin__qar_şısını_alır'>3.8.2. Zeytun yağı xərçəng xəstəliyinin
qarş
ısını alır
«The Archives of nternal Medicine» jurnalında
dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış
yağ istifadə edən qadınların döş xərçənginə düçar olması
riskinin az olduğunu göstərmişdir.
Nyu-Yorkda
Buffalo
Universiteti
tədqiqatçılarının apardığı başqa bir çalışmada isə bitki
yağlarından biri kimi zeytun yağının B-sitosterolun
prostat xərçəng hüceyrələrinin yaranmasının qarşısını
almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar B-
sitosterolun hüceyrələrin bölünməməsi əmrini verən
hüceyrədaxili
xəbərləşmə
sistemini
gücləndirdiyi,
bununla da hüceyrə böyüməsi nəzarətdən çıxmadan
xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəliblər.
Oksford Universitetinin həkimləri tərəfindən
aparılan sonuncu araşdırmada da zeytun yağının bağırsaq
xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar
edilib. Həkimlər zeytun yağının bağırsaq xərçənginin
başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə
reaksiyaya girdiyini kəşf ediblər. Oksford tədqiqatçıları
zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO
(diamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək
anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu
olduğunu da üzə çıxarıblar.
3.8.2.
Zeytun yağ
ı sümüyün
inkiş
afına kömə
k edir
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda
zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaqla-
Zeytun və zeytun yağı_________________________________
134
rındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablanmaya)
səbəb olan revmatizmal artrit keçirmək riski azalır.
Zeytun yağının tərkibindəki E, A, D və K vita-
minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına
kömək etməsi, kalsium miqdarını sabitləşdirərək
sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu
yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm
olunması asandır və minerallarla bədəndə istifadəsinə
kömək edir. Həmçinin sümük mineralizasiyasını (mine-
ralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kalsium
itkisinə əngəl olur. Sümüklər orqanizmin mineral
quruluşunun anbarını yaradır və sümüklərdə mineral
yığımı olmayanda sümük yumşalması kimi ciddi problem
ə
mələ gəlir. Bu baxımdan zeytun yağının skelet
quruluşuna çox müsbət təsiri var.
3.8.4. Zeytun yağı qocalmağın
qarş
ısını alır
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda
zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaqla-
rındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablanmaya)
səbəb olan revmatizmal artrit keçirmək riski azalır.
Zeytun
yağının
tərkibindəki
vitaminlər
hüceyrələri təzələmək xüsusiyyətinə malik olduğu üçün
ondan qocalığın qarşısının alınmasında da istifadə edilir,
çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar
bədənimizdə enerjiyə çevrilərək oksidant adlı bəzi
maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva etdiyi
çoxsaylı antioksidant maddələrlə bədənin zərərli
maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələrimizi
təzələyir, toxuma və orqanlarımızın yağlanmasını
ləngidir. Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər
verən, onları qocaldan «sərbəst radikallara» təzyiq edən E
__________________________________________Ə
hmə
d-Cabir Ə
hmə
dov
135
vitamini baxımından da zəngindir.
3.8.5. Zeytun yağı uşaqların inkişafına
müsbət təsir göstərir
Zeytun və zeytun yağı tərkibində olan linolen
turşusuna (omeqa-6 yağ turşusu) görə təzə doğulmuş
körpələr, inkişaf mərhələsində olan uşaqlar üçün çox
faydalı bir qidadır. Linolen turşusunun az olması uşağın
inkişafının ləngiməsinə və bəzi dəri problemlərinin
yaranmasına səbəb ola bilər. Zeytun yağında bədənimizdə
olan zərərli maddələrin təsirinin qarşısını alan
antioksidant elementlər və insan üçün böyük əhəmiyyət
kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək
olur və hüceyrə zərinin əmələ gəlməsinə kömək edir.
Zeytun yağı ana südündəki yağ turşusu nisbətinə oxşayır,
bununla bərabər bir çox doymamış tərkiblərə də malikdir.
Zeytun yağı insan bədəni tərəfindən əldə edilə
bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu əsas
yağlı turşular baxımından kifayət edəcək bir mənbədir.
Bu amillər zeytun yağını təzə doğulan körpələr üçün çox
faydalı maddəyə çevirir. Doğuşdan əvvəl və sonra körpə
beyninin və sinir sisteminin təbii inkişafına müsbət təsiri
olduğuna görə, mütəxəssislər tərəfindən analara məsləhət
görülən yeganə yağ yenə zeytun yağıdır. Bu yağ ana
südündəkinə yaxın miqdarda linolen turşusu ehtiva edir.
Bununla yanaşı, yağsız inək südünə zeytun yağı əlavə
ediləndə, o ana südü qədər təbii bir qida xüsusiyyəti
qazanır.
3.8.6. Zeytun yağı təzyiqi aşağı salır
«The Archives of nternal Medicine» jurnalının
2000-ci il 27 mart tarixli sayında dərc olunan bir
Zeytun və zeytun yağı_________________________________
136
araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət
təsirini bir daha vurğulamışdır. Bundan başqa, zeytun
yağının yarpağından təzyiqi aşağı salan dərmanlar
hazırlanır.
3.8.7. Zeytun yağının daxili
orqanlara faydası
sti və ya soyuq halda qəbul edilməsindən asılı
olmayaraq zeytun yağı mədə turşusunu azaldaraq mədəni
qastrit və xora kimi xəstəliklərdən qoruyur. Bununla
yanaşı, öd ifrazatını sürətləndirərək onun ən mükəmməl
hala gəlməsini təmin edir. Öd kisəsinin boşalma
fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır.
Tərkibindəki xlor sayəsində də qaraciyərin çalışmasına
kömək edir. Bununla da bədənin tullantılardan xilas
olmasını asanlaşdırır. Bunlardan başqa, beyin, aorta
damarlarının da sağlamlığına müsbət təsir göstərir.
Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son
dövrlərdə
mütəxəssislərin
diqqətini
cəlb
edir.
Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq.
Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxs-
lərdən biri sayılan, «Qida əczaxanası» («The Food
Pharmacy») və «Qidalar – möcüzəli dərmanlarımız»
(«Food – Your Miracle Medicine») kitablarının müəllifi,
SNN telekanalının mükafatlı müxbiri, beynəlxalq köşə
yazarı olan Jan Karper:
« taliyada aparılan yeni tədqiqatlar nəticəsində
zeytun yağının özündə LDL xolesterinin arteriya
damarlarına tıxac yaratmaq xüsusiyyəti də daxil olmaqla
bəzi xəstəlik mərhələləri ilə döyüşən … antioksidantlar
ehtiva etdiyini aşkarlayıb».
Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:
«Zeytun yağının hərtərəfliliyi…onun bədənin