Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə1/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
  1   2   3   4   5   6   7   8   9   ...   153


                                                                                                                                                  



ƏZİZƏ CƏFƏRZADƏ 



ALƏMDƏ SƏSİM  

VAR MƏNİM 

"ŞƏRQ-QƏRB"  

BAKI-2006 

 

 




                                                                                                                                                  

 



  

Bu kitab "Əzizə Cəfərzadə. Aləmdə səsim var mənim" 

(Bakı, Gənclik, 1978) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 

894.3613-de 21  

AZE 

Əzizə Cəfərzadə. Aləmdə səsim var mənim. Bakı, "Şərq-Qərb", 2006,  

432 səh. 

Müasir  Azərbaycan  ədəbiyyatında  daha  çox  tarixi  romanlar  müəllifi  kimi 

tanınmış yazıçı Əzizə Cəfərzadənin ümumi "Şirvan" başlığı ilə məlum olan silsilə

əsərlərinə daxil olan "Aləmdə səsim var mənim" romanı XIX əsrin böyük şairi və

maarifçisi  Seyid  Əzim  Şirvaninin  həyatından  bəhs  edir.  Şairin  maarifə,  məktəb 

açmağa  meyil  göstərməsi  Şirvanda  baş  verən  əhvalatlarla  bağlı  şirvanda  qələmə

alınmışdır. Romanda Seyid Əzimin bir maarifçi olaraq formalaşması təsviri olunan 

dövrün səciyyəvi hadisələri fonunda göstərilir. 

ISBN10        9952-34-014-1  

ISBN13 978-9952-34-014-3 



                                                                                                                                                  

 




                                                                                                                                                  

 



ÖN SÖZ 

İyirminci  yüzilin  Azərbaycan  ədəbiyyatının  istedadlı  nümayəndələrindən  biri 

olan  xalq  yazıçısı  Əzizə  Cəfərzadə  özünəməxsus  bir  yaradıcılıq  yolu  keçmişdir. 

Daha çox tarixi roman ustası, etnoqrafik yaddaşımızın mahir salnaməçilərindən biri 

kimi  tanınan  yazıçının  ədəbi-bədii  irsi  özünün  zənginliyi,  əhatəliliyi  və

çoxcəhətliliyi ilə diqqəti çəkməkdədir. 

Əzizə Cəfərzadənin yaradıcılıq yolunu şərti olaraq üç mərhələyə bölmək olar. 

1937-1970-ci  illəri  əhatə  edən  birinci  mərhələ  ilk  yaradıcılıq  axtarışları  kimi 

dəyərləndirilə  bilər.  Yazıçı  bu  dövrdə  tarixi  və  müasir  mövzularda  hekayə

yaradıclığı  ilə  məşğul  olmuş,  eyni  zamanda  gələcək  tarixi  romanlarının  ilkin 

zəminini təşkil edən elmi-publisistik fəaliyyətini davam etdirmişdir. 1970-1990-cı

illərlə  hüdudlanan  ikinci  mərhələdə  isə  yazıçı  ədəbi  və  siyasi  şəxsiyyətlərin 

həyatından  bəhs  edən  bir  sıra  mühüm  tarixi  romanlarını  yaratmış,  bir  nasir  kimi 

özünü  tam  təsdiq  etmişdir.  Nəhayət,  1991-2003-cü  illəri  əhatə  edən  sonuncu 

mərhələdə  yaradıcılığı  mahiyyətcə  yeni  məzmun  kəsb  etmiş  yazıçı  diqqəti 

Azərbaycan siyasi tarixinin ən aktual problemlərinə yönəldə bilmiş, həmçinin milli 

mənəviyyatımızın ağrılı məsələlərini işıqlandırmışdır. 

Əzizə Cəfərzadə bədii yaradıcılığa "Əzrayıl" adlı hekayə ilə başlamışdır. 1937-

ci  ildə  "Ədəbiyyat  qəzeti"ndə  dərc  olunmus  bu  hekayədə  yazıçı  dövrün  sosial 

həyatının  canlı  bədii  mənzərəsini  yarada  bilmişdir.  Məhz  bu  dövrdən  etibarən 

hekayələri, povestləri, elmi və publisistik yazıları ilə o, vaxtaşırı olaraq mətbuatda 

çıxış etmiş, bir sıra maraq və məzmunlu sənət örnəkləri ortaya çıxarmışdır. 

Qeyd edək ki, 1948-ci ildə Azərnəşr ədibin "Hekayələr" adlı ilk kitabını çapdan 

buraxmış,  lakin  kitab  satışa  çıxarılmadan  yandırılmışdı.  Ədibin  mülahizələrinə

görə,  ilk  kitabının  satışa  buraxılmadan  yandırılmasına  səbəb  Mixail  Zoşşenko  və

Anna Axmatova şəxsiyyəti fonunda yaranan mübahisə, ÜİK(b)P MK-nın "Zvezda" 

və "Leninqrad" jurnalları haqqında" (14 avqust 1946) və "Dram teatrının repertuarı

və  onu  yaxşılaşdırmaq  tədbirləri  haqqında"  (26  avqust  1946)  qərarı  və  həmin 

qərarın Azərbaycan ədəbi mühitinə təsiri olmusdur. Onu da deyək ki, ilk kitabının 

yandırılmasından sonra Əzizə Cəfərzadənin 1963-cü ilə kimi heç bir kitabı işıq üzü 

görməmişdir,  ancaq  yazıçı  bu  illər  ərzində  bir  an  belə  olsun  yaradıcılıq 

dünyasından  ayrılmamışdır.  Müəllif  uzun  illərdən  sonra  ədəbiyyata  qədəm 

qoyduğu ilk dövrü belə xatırlayır: "...İlk kitabım 1948-ci ildə oxuculara çatmalıydı. 

Kitabın ilkin nüsxəsini alan mərhum tənqidçimiz Cəlal Məmmədov onun haqqında 

"Azərbaycan  gəncləri"  qəzetində  (11  iyun  1948)  hətta  məqalə  ilə  çıxış  etmişdi, 

lakin kitab işıq üzü görmədi, yandırıldı, əlimə bircə nüsxəsi belə keçmədi, 

 

 



                                                                                                                                                  

 



üzünü  də  göstərmədilər  mənə.  Çünki  məni  o  zaman  "Axmatovşina"da,  adını

bilmədiyim  "salon  lirikası"  tərənnümündə  günahlandırmışdılar.  Bəlalı  il  idi. 

Jdanovun çıxışından sonra gözəl ədibimiz, görkəmli dramaturqumuz Sabit Rəhman 

həmin illərdə "zoşşenkoçuluq"da ittiham edilirdi. İlk kitab müəllifi olaraq kövrək, 

1945-ci  ildə  əlində  "xalq  düşməni  sayılan  ərəb  əlifbası"  ilə  türk  nasirinin  romanı

tutulduğuna görə universitetin birinci kursundan qovulan kimsəsiz qız üçün bundan 

ağır, qorxulu nə ola bilərdi? Elə buna görə də birinci kitabını çox sonralar, 1963-cü 

ildə "Natəvan haqqında hekayələr" adı ilə çap olundu". 

Əzizə  Cəfərzadənin  yaradıcılığı  üçün  hekayə  janrı  səciyyəvidir.  O,  bu  janrda 

bütün  yaradıcılığı  boyu  qələm  çalmışdır.  Ədibin  hekayələrinin  mühüm  bir  qismi 

kitab  kimi  nəşr  olunmuşdur.  "Natəvan  haqqında  hekayələr"  (1963),  "Qızımın 

hekayələri"  (1964),  "Sahibsiz  ev"  (1966),  "Əllərini  mənə  ver"  (1969)  və  digər 

kitablarında toplanmış bədii nümunələr bu qəbildəndir. Yazıçı hekayə yaradıcılığı

ilə yanaşı, povest janrında da bir sıra maraqlı sənət nümunələri yaratmışdır. 

Əzizə Cəfərzadənin yaradıcılığında tarixi mövzulu əsərlər aparıcı yer tutur. O, 

bütün ədəbi fəaliyyəti boyu bu mövzuya sadiq qalmış, nəticədə xalqımızın uzaq və

yaxın  tarixinin  bir  çox  səhifələrini  bədiiləşdirən  əsərlər  ortaya  çıxarmışdır. 

Müəllifın  "Aləmdə  səsim  var  mənim"  (1972),  "Vətənə  qayıt"  (1977),  "Yad  et 

məni"  (1980),  "Bakı-1501"  (1981),  "Cəlaliyyə"  (1983),  "Ağlar-güləyən  Sabir" 

(1989) kimi roman və povestləri bu baxımından gözəl sənət nümunələridir. 

Azərbaycanın istiqlaliyyət əldə etməsi Əzizə Cəfərzadənin yaradıcılığının daha 

da çiçəklənməsinə, mahiyyətcə dəyişməsinə səbəb olmuş, tarixi mövzuda yeni-yeni 

əsərlərin  yaranmasına  təkan  vermişdir.  "Eldən-elə"  (1992),  "Gülüstan"dan  öncə" 

(1996),  "Zərrintac  -  Tahirə"  (1996),  "Bir  səsin  faciəsi"  (1997),  "İşığa  doğru" 

(1998),  "Bəla"  (1999),  "Rübabə-Sultanım"  (2000),  "Xəzərin  göz  yaşları"(2002), 

"Eşq sultanı" (2003) romanları buna misal ola bilər. Diqqətəlayiq haldır ki, ədibin 

tarixi  romanlarında  bir  tərəfdən  dövrün  panoramı  çəkilmiş,  xalqımızın  etnoqrafik 

yaddaşının  aparıcı  cizgiləri  qabardılmış,  digər  tərəfdən  ədəbi  və  siyasi 

şəxsiyyətlərin canlı, real bədii obrazları yaradılmışdır. 

Əzizə  Cəfərzadə  yaradıcılığının  mühüm  bir  qolu  elmi-nəzəri  istiqamətlidir. 

Onun  tərtibatı  ilə  işıq  üzü  görən  "Fatma  xanım  Kəminə"  (1971),  "Könül 

çırpıntıları" (1972), iki cilddən ibarət "Azərbaycanın aşıq və şair qadınları" (1974, 

1991,  2003),  "Şirvanın  üç  şairi"  (1976),  Abdulla  Padarlının  "Seçilmiş  şeirləri" 

(1979), "Hər budaqdan bir yarpaq" (1983) kitabları ciddi elmi dəyər daşımaqdadır. 

Alimin Azərbaycan poeziyasında xalq şeri üslubuna dair monoqrafik araşdırmaları

müasir 


milli 

ədəbiyyatşunaslıq 

və 

folklorşünaslığın 



əhəmiyyətli 

nümunələrindəndir. 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə