Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə105/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   101   102   103   104   105   106   107   108   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

319

 

ridir.  Ən azı ona görə ki, həmin birləşmələr nə zaman? nə vaxt? 



haçan? və s. kimi suallara yox, nə  qədər? sualına cavab  verir. 

Maraqlıdır ki, müəllif bu cür birləşmələri həm də miqdar, ölçü, 

dərəcə zərfliyi başlığı altında təqdim edir: O ki dünyada səksən üç 

il ömür sürmüşdü (İ.Əfəndiyev)

1

.  Yuxarıda təqdim etdiyimiz üç 



gün, bir ay, yedi gün yedi gecə  və  s.  kimi    birləşmələr də  məhz 

zaman miqdarı ifadə edən miqdar zərflikləridir. Burada bir detala 

da aydınlıq gətirmək lazım gəlir: birləşmələrdəki “gün” sözü 

“gündüz” mənasında çıxış edir. İ.Tahirov “gün” sözünün bu se-

mantik yükünü daha geniş müstəvidə araşdırıb: “Gün” sözünün iş-

tirakı ilə  yaranan birinci növ təyini söz birləşmələri bir çox hal-

larda “gecə” sözünün iştirakı ilə yaranmış müvafiq birinci növ 

təyini söz birləşmələrinə əks məna yaradır, yəni “gün” sözü o hal-

da “gündüz” mənasında işlənir: Sən olanda üç gün - üç gecə ayaq 

üstə olmuşam (Dan.)”

2



– əsas tərəfi zaman məzmunlu “gün” və “yil” isimləri, asılı 



tərəfi “hər” təyini  əvəzliyi ilə ifadə olunanlar: 

hər gün. “Hər gün Beyrəgi görməgə gəlürdi” (D-97);  

hər yil (il). “Hər yil altun-aqça gəlürdi, yigidə-bəgə verirdiη, 

xatirləri xoş olurdı” (D-235); 

– əsas tərəfi “zəman”, asılı tərəfi ”axır” (son) sözləri ilə ifadə 

olunanlar; 



axır zəman (zaman). “Axır zəmanda xanlıq gerü – Qayıya 

dəgə, kimsənə əllərindən almıya” (D-2); 

– əsas tərəfi “dəfə” anlamlı “gəz” və “kərrə” (kərə) zərfləri, 

asılı tərəfi “bir” sayı və “bu” işarə əvəzliyi ilə ifadə olunanlar:  



bir gəz. “Bir gəz adam ətinə toyam, derdim”; 

bu kərrə. “Bu kərrə at oğlanıη biləgindən boşandı, qaçdı” 

(D-265). 

                                                            

1

 Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.150. 



2

 İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.225. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

320

 

Təqdim etdiyimiz I növ təyini söz birləşmələrinin ümumi 



mənzərəsi aşağıdakıları da söyləməyə imkan verir: 

– bu tip birləşmələrin asılı  tərəfində ol, bu, hər  əvəzlikləri, 

əsas tərəfində isə gün, zəman, vəqt və s. kimi zaman məzmunlu 

isimlər üstün mövqedə görünür; 

– bu tip birləşmələrin hamısı cümlədə zərflik vəzifəsində çı-

xış edir. Daha dəqiqi,  əksəriyyəti zaman zərfliyi (ol gün, bu 

gün...), bir qismi isə zaman miqdarını bildirən miqdar zərfliyi (üç 

gün, bir yil...) vəzifəsində işlənir...; 

– birləşmələrin birinci tərəfində “bir” sayının intensivliyi 

açıq-aydın şəkildə görünür (bir gün, bir ay, bir yil, bir gecə...);  

– bu tip birləşmələrdən sonra qoşmaların işlənməsinə az tə-

sadüf olunur: qırq günə  dəkin (qırx günədək). “Qırq günə  dəkin 

sıravardı geyəgüz” (D-89); üç yıladaq (üç ilədək). “Üç yıladaq taşı 

düşdigi yeriη otı bitməzdi” (D-57). 

– bu tip birləşmələrdə hər üç zaman (keçmiş, indiki, gələcək) 

mənasının ifadə olunduğu mətn kontekstində asanlıqla  müəyyən-

ləşir. Amma onu da qeyd etməyi vacib hesab edirik ki, “Kitab”ın 

dilində keçmiş zaman mənasını ifadə edən I növ təyini söz bir-

ləşmələri daha üstün mövqedə çıxış edir. Bu da, heç şübhəsiz ki

“Dastan” poetikası ilə bağlıdır. 

 

Zaman anlayışının II növ təyini 

 söz  birləşmələri ilə ifadəsi 

 

Qorqudşünaslıqda bu tip birləşmələrdən müəyyən qədər bəhs 



olunub. Məsələn, E.Hümbətov II növ təyini söz birləşmələrinin se-

mantik variantlarından bəhs edərkən göstərir: “Birləşmənin birinci 

tərəfi ikinci tərəfi zaman baxımından təyin edir. Müq.et: sağış 

günü (KDQ, 32), qocalığım vəqti (KDQ, 74), qırış günü KDQ, 

102), qiyamət günü (KDQ, 125), ayna günü (KDQ, 32)”

1

. İlk ola-



                                                            

1

 E.Hümbətov. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində təyini söz birləşmələri. 



NDA, Bakı, 2002, səh.21. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

321

 

raq qeyd edək ki, müəllif nümunələri “Kitab”ın 1988-ci il Bakı 



nəşrindən götürüb. İkincisi, müəllifin təqdim etdiyi birləşmələrin 

heç biri mətn daxilində konkret olaraq II növ təyini söz birləşməsi 

deyil. Həmin birləşmələri belə səciyyələndirmək olar: “sağış güni” 

və “qiyamət güni” II növ təyini söz birləşməsi modelində olan fra-

zeoloji vahidlərdir; “qocalığın vəqti”, “qırış güni”, “ayna güni” 

birləşmələri mətndən kənar II növ təyini söz birləşməsi kimi gö-

rünsə də, mətn kontekstində feli birləşmənin birinci tərəfi funksi-

yasındadır. Daha dəqiqi, belədir: “qocalığım vəqti aldırduğım” 

(“Qocalığım vəqti aldurdığım yalηuz oğul!”; D-141); “qırış güni 

ögdin dəpən” (“Qırış güni ögdin dəpən alpımız Salur oğlı Qa-

zan!”; D-231); “ayna güni oqıyanda” (“Ayna güni oqıyanda qutbə 

görkli”. D-6). Deməli, ilk iki nümunə feli sifət tərkibli, sonuncusu 

isə feli bağlama tərkiblidir. Yaxud R.Kamal “Kitab”dakı “şivən və 

öfkə”: oğuz impulsivliyi” məsələlərini təhlil süzgəcindən keçirər-

kən maraqlı mülahizələr irəli sürür: “...epos poetikasında “ömrün 

sonu” (“ölüm vəqti”, “axır zaman”, “axır vəqti”) leksik zamanı ay-

rıca ekzistensial dəyərə malikdir. Bu inanc-dəyər duyğusu yumlar-

da da əksini tapır: “Ölüm vəqti gəldügində arı imandan ayırma-

sun!”; “Axır vəqtində arı imandan ayırmasun!”

1

. Düzdür, zaman, 



vəqt (vaxt), axır, son, ölüm kimi sözlər leksik zamanın ifadə va-

sitələridir. Amma “Kitab”ın dilində feli birləşmənin birinci tərəfi 

kimi işlənmiş “ölüm vəqti” II növ təyini söz birləşməsi (Ölüm 

vəqti gəldügində arı imandan  ayırmasun!”), eləcə  də digər iki 

birləşmə (axır zəman, axır vəqti) leksik zaman mənasında çıxış 

etsə də, əslində, sintaktik zamanın ifadə vasitələridir. 

Yanaşma-uzlaşma  əlaqəsi ilə qurulan II növ təyini söz 

birləşmələri sistemində zaman anlayışını ifadə edən birləşmələrə 

də  rast gəlinir. Bəri başdan deyək ki, “Kitab”ın dilində bu tip 

birləşmələr o qədər də intensiv görünmür. 

                                                            

1

 R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt. 



Bakı, 2013, səh.125. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə