Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə107/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   103   104   105   106   107   108   109   110   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

325

 

− birinci tərəfi əvəzlik, ikinci tərəfi zaman məzmunlu isimlə 



ifadə olunanlar: 

mənim keçmiş günim. “Ola kim, mənim keçmiş günimi aη-

dırtmayasan” (D-246). Bu birləşmənin tərəfləri arasına daxil olan 

“keçmiş” feli sifəti ikinci tərəfə aiddir, ikinci tərəfi təyin edir. 

Maraqlıdır ki, həmin birləşmə “Kitab”ın dilində başqa formada, 

dəqiq desək, “keçmiş mənim günim” şəklində də işlənib: “Keçmiş 

mənim günimi nə aηdırarsan?” (D-149). Burada da “keçmiş” sözü 

birinci tərəfdəki “mənim” sözünə yox, ikinci tərəfdəki “gün” sözü-

nə aiddir. Birləşmədəki keçmiş zaman mənası da məhz “keçmiş” 

feli sifəti ilə reallaşıb. 

− birinci tərəfi əvəzlik, ikinci tərəfi zərflə ifadə olunanlar:  



bunıη ardınca. “Bunıη ardınca, xanım, görəlim kimlər yetdi 

(D-60). Bu birləşmə Drezden nüsxəsinin 59-63-cü səhifələrində 8 

dəfə təkrarlanır ki, bu da davamlılıq mənasını ifadə edir. Heç şüb-

həsiz ki, bu məna  yükü daha çox “ardınca” (dalınca, arxasınca...) 

sözünün semantikası ilə bağlıdır; 

anıη ardınca (onun ardınca). “Anıη ardınca, görəlim, xanım, 

kimlərt yetdi (D-150). Bu birləşmə Drezden nüsxəsinin 150-151-

ci səhifələrində 5 dəfə təkrarlanıb. “Bunuη ardınca” birləşməsində 

olduğu kimi, burada da davamlılıq mənası ifadə olunub. Hər iki 

birləşmənin  (bunuη ardınca, anıη ardınca) bir neçə    dəfə  təkrar-

lanması isə mətndəki obrazlılığı qüvvətləndirib. 

 

ZAMAN ANLAYIŞI FELİ BİRLƏŞMƏLƏR 

MÜSTƏVİSİNDƏ 

 

Bəri başdan qeyd edək ki, “Kitab”ın dilində zaman mənası-

nın məsdər tərkibi ilə ifadəsinə çox az təsadüf olunur. Burada tər-

kibində zaman məzmunlu sabah, öylən və axşam leksik vahidləri 

işlənmiş bir nümunəni təqdim etməklə kifayətlənmək olar: “Oğul, 

sabah varub öylən gəlmək olmaz. Öylən varub axşam gəlmək ol-

maz” (D-172). Buradakı “sabah varub”, “öylən varub” vahidləri 

“zərf+feli bağlama”, “öylən  gəlmək”, “axşam gəlmək” isə “zərf+ 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

326

 

məsdər” modelindədir. Hər iki birləşmədə birinci tərəf ikinci tərəf-



də ifadə olunmuş iş və hərəkətin zamanını bildirir ki,  bu da bütöv-

lükdə cümlədəki ümumi zaman semantikasını qüvvətləndirir.  

“Kitab”ın dilində zaman anlayışının  feli sifət və feli bağla-

ma tərkibləri ilə ifadəsi üstün mövqedə görünür. Bu tip birləşmə-

lərə ayrılıqda diqqət  yetirək: 

 

Zaman anlayışının  feli sifət tərkibləri ilə ifadəsi



 

 

Bəlli olduğu kimi, türkologiyada feli sifət şəkilçiləri həm də 

keçmiş, indiki və  gələcək zamanlar üzrə qruplaşdırılaraq təhlil 

süzgəcindən keçirilir. Bu baxımdan “Kitab”ın dilində zaman anla-

yışını ifadə edən feli sifət tərkiblərinin həmin sistem üzrə araşdı-

rılmasını məqbul hesab edirik: 



Keçmiş zaman mənasının ifadəsi: 

− ikinci tərəfi -mış

4

  şəkilçili feli sifətlərlə ifadə olunan 



birləşmə keçmiş zamanı bildirir: “üç gün dünli yortmış yigit... 

yatdı – uyıdı” (D-263). Bu birləşmə ilə cümlənin xəbərindəki 

(əsas feildəki) keçmiş zaman mənası eyni xətdə birləşir:  

“Qıraη yerdə tikilmiş otraxlarıη o zalım yıqdırdı ola, qar-

daş!” (D-222). Bu cümlədəki feli sifət tərkibi  keçmişdə baş verən 

hərəkətin zamanını bildirir; 

− ikinci tərəfi -dığım, -dügim, -duğı, -digi şəkilçili feli sifət-

lərlə ifadə olunmuş birləşmə daha çox keçmiş zaman mənasını bil-

dirir: “On ay deyəndə dünyaya gətürdigim oğul!” (D-52); “Bərü 

gəlgil,  aq südin əmdigim, qadunım ana!” (D-28); “Qocalığım 

vəqti aldırduğım yalηız oğul! – dedi” (D-141). Keçmiş zaman 

mənasını ifadə edən sonuncu birləşmədə leksik (qocalıq, vəqt), 

morfoloji (-duğım feli sifət şəkilçisi) və sintaktik (feli sifət tərkibi) 

temporallıq vasitələri sintez şəklindədir, daha  doğrusu, leksik və 

morfoloji temporallıq vasitələri sintaktik temporallığın daxilində 

ərimiş vəziyyətdədir; 

− ikinci tərəfi-dügində şəkilçili feli sifətlərlə ifadə olunanlar: 

“Bu haları gördügində Qazanın qara qıyma gözləri qan-yaş 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

327

 

toldı” (D-44); “Çobanı gördügində  xəbərləşdi” (D-47). Qeyd 



etdiyimiz  kimi, “Kitab”ın dili üçün səciyyəvi olan -dügində feli 

sifət şəkilçisi sonrakı dövrlərdə fonetik tərkibini dəyişmiş şəkildə 

sabitləşib. Bu mənada yuxarıdakı birləşmələri müasir ədəbi dili-

mizdə belə ifadə etmək olar: bu halları gördüyü anda (vaxtda, za-

manda...), çobanı gördüyü anda (vaxtda, zamanda...)... Keçmiş za-

man məzmunlu -dügin feli sifət şəkilçisindən sonra “ləyin” (kimi) 

qoşmasının işlənməsinə də təsadüf  olunur: “Qazılıq qoca anı gör-

düginləyin  yel kibi yetdi” (D-203). Bu cümlədəki “anı gördügin-

ləyin” birləşməsi “onu görən kimi” mənasındadır. 



İndiki zaman mənasının ifadəsi:  

− ikinci tərəfi -an şəkilçili feli sifətlə ifadə olunan birləşmə 

indiki zamanı bildirir: 

Alan sabah yerindən turan qızlar!” (D-105). Bu misradakı 

semantik tutum, o cümlədən indiki zaman mənasının ifadəsi son-

rakı iki misra üçün assosiativ mərkəz funksiyasını yerinə yetirir: 

Ağ otağı qoyuban qara otağa girən  qızlar!  Ağ  çıqarıb qara 



giyən qızlar!” (D-105); 

“Xanım,  ürkdigimiz vəqtin düşən  mənim oğlancığımdır, 

bəlkə?” (D-98). Bu cümlədəki feli sifət tərkibində zaman anlayışı 

ifadə edən üç vasitə müşahidə olunur: keçmiş zaman məzmunlu    

-digimiz feli sifət şəkilçisi; zaman anlamlı “vəqt” (vaxt) ismi; indi-

ki zaman məzmunlu -ən feli sifət  şəkilçisi. Digər tərəfdən, həmin 

cümlədə III növ təyini söz birləşməsi ilə ifadə olunmuş ismi xəbər 

də indiki zaman sferasındadır (-dır xəbərlik şəkilçinin qrammatik 

semantikasına görə). Deməli, indiki  zamanı ifadəetmə baxımın-

dan  birləşmə və ismi xəbər eyni xətdə birləşir, həm də bunlardan  

birincisi ikincisini konkretləşdirməyə xidmət edir – qənaətinə gəl-

mək mümkündür. Amma cümlənin ümumi semantik yükü, xüsu-

sən də -digimiz şəkilçili feli sifətə görə birləşmə  məhz keçmiş 

zaman mənasını ifadə edir. 

Bu tip  tərkiblərin ümumi qrammatik semantikasından bəhs 

olunarkən o da qeyd edilməlidir ki, feli sifət və feli sifət tərkibləri 

təkcə indiki zaman mənasını ifadə etmir. Eyni zamanda “qoşuldu-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə