Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə109/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   105   106   107   108   109   110   111   112   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

331

 

75). Sonuncu birləşmədə ümumi zaman və ya gələcəkdə  icra olu-



nacaq iş və hərəkətin zamanı,  birinci və ikinci birləşmələrdə (ox 

atanda, hər atanada) isə keçmişdə icra olunmuş iş və hərəkətin za-

manı ifadə olunub. Bu da, qeyd etdiyimiz kimi, birbaşa həmin 

cümlələrin  əsas feillərindəki morfoloji göstəricilərin qrammatik  

semantikası ilə bağlıdır; 

− ikinci tərəfi -dıqda, -dikdə şəkilçili feli bağlama ilə  ifadə 

olunan birləşmələrdə cümlənin feli xəbəri (əsas feil) hansı zamanı 

ifadə edirsə, birləşmədə ifadə  olunan    hərəkət də  həmin zamana 

aid olur: “Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır 

oldı” (D-26); “Oğuzuη ala gözli qızı-gəlini bildıqda, hər kişi sö-



zün söylədikdə sən orada turasan, ögyəsən...” (D-197). Bu tip bir-

ləşmələrə “Kitab”ın dilində az rast gəlinir; 

− ikinci tərəfi -madın, -mədin  şəkilçili feli bağlama ilə  ifadə 

olunan birləşmə  əsas feildən  əvvəlki iş  və  hərəkətin zamanını 

ifadə edir: “Mən qaraquç atıma binmədin ol binmax gərək” (D-

81); Qaytabanda dəvələrin bozlatmadan...” (D-299). “Kitab”ın 

dilində bu tip birləşmələrə uyğun modellərin təkrarlanması ilə 

poetikliyin qüvvətləndirilməsi qabarıq  şəkildə görünür. Sonuncu 

nümunəyə sintaktik bütöv daxilində diqqət yetirək: 

  

 



Yigitlərim, Aruz oğlu Basat gəlmədin, 

Elim-günim çapılmadın, 

Qaytabanda dəvələrim bozlatmadın 

Qaraqucda Qazlıq atım kişnətmədin 

Ağca qoyunlarım məηrişmədin, 

Ağca yüzlü qızım-gəlünim əkşəşmədin, 

Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadın, 

Elim-günim çapmadın 

Qazan maηa yetişsün. 

Mənim qanım Aruza qomasun. 

Ağca yüzlü görklümi oğlına alı versün. 

Axirət həqqini həlal etsün... 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

332

 

Göründüyü kimi, ikinci tərəfi -madın, -mədin  şəkilçili feli 



bağlamalarla ifadə olunmuş birləşmələrin ardıcıl olaraq sıralan-

ması (“Qazan maηa yetişsün” cümləsinə  qədər) ilə  təkcə ahəng-

darlıq yaradılmayıb, eyni zamanda poetik məna qüvvətləndirilib. 

Bu cəhət həmin birləşmələrin daxil olduğu  əmr cümlələrini də 

əhatə edir. Bu tip vahidlərdəki zaman mənasını isə belə  səciyyə-

ləndirmək olar: paralel birləşmələr və cümlələrin xəbərindəki 

(əsas feildəki) iş və hərəkət gələcək zamana yönəlmiş vəziyyətdə-

dir. Amma bu da var ki, əsas feildəki (yetişsün, mənim qanım qo-

masun, versün, həlal etsün) iş və hərəkət icra olunarsa, birləşmədə 

ifadə olunmuş iş və hərəkət baş verməyə də bilər. Bu da  -madın,  

-mədin (-madan, -mədən)  şəkilçisinin qrammatik semantikası ilə 

bağlıdır;  

− ikinci tərəfi -ınca, -incə, -yınca, -yıncə  şəkilçili feli bağla-

malarla  ifadə olunan birləşmələr cümlədəki feli xəbərin (əsas 

felin) ifadə etdiyi hərəkətin zamanı kontekstində müəyyənləşir. Bu 

tip birləşmələrin “ifadə etdiyi hərəkət əsas felin ifadə etdiyi hərə-

kətdən  əvvəl gəlir; feli bağlamanın ifadə etdiyi hərəkət bitəndən 

dərhal sonra əsas felin ifadə etdiyi hərəkət başlanır”

1

. Bu tip bir-



ləşmələr “Kitab”ın dilində intensivliyi ilə seçilir: “Qadir təηri 

verməyincə  ər bayımaz” (D-2); ”Qara polad üz qılıcı çalmayın-

ca  qırım dönməz” (D-3); “Qarağuca qıymayınca  yol alınmaz” 

(D-31);“Yalηuz oğlu xəbərin almayınca” (D-139)... “Kitab”da 

belə feli birləşmələrlə obrazlılığın yaradılması da özünü göstərir. 

Burada bir nümunəni təqdim etməklə kifayətlənirik: 

 

“Paralanub Qazlıq atımdan enməyincə, 



Yeηümlə alca qanım silməyincə, 

Qol-put olub yer yüzinə düşməyincə

Yalηuz oğul xəbərin almayınca, 

Kafər yollarından dönmiyəyin! –dedi..”(D-138-139) 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin morfologiyası. Bakı, 2002, səh.423. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

333

 

Bu parçada ikinci tərəfi -yınca, -yincə şəkilçili feli bağlama-



larla ifadə olunmuş birləşmələrin  əmr cümləsinə  qədər (“Kafər 

yollarından dönmiyəyin”) ardıcıl sıralanması müşahidə olunur. Bu 

da, bir tərəfdən, zaman mənasını qabartmağa xidmət edirsə, digər 

tərəfdən, mətndə ahəngdarlığı təmin edən, poetik mənanı qüvvət-

ləndirən vasitələrdən biri kimi çıxış edir. 

Yuxarıda təqdim etdiyimiz birləşmələrdə  -ınca, -incə feli 

bağlama şəkilçisindən əvvəl -ma

2

 inkar forması işlənib. Müqayisə 



və qarşılaşdırmalar göstərir ki, “Kitab”ın dilində sintaktik mühitlə 

bağlı olaraq ikinci tərəfi -ınca, -incə şəkilçili feli bağlama ilə ifadə 

olunmuş  birləşmələrdə -ınca, -incə formantından əvvəl -ma

2

 inkar 



şəkilçisinin işlənməməsi də üstün mövqedədir:  “Adam içməyən 

acı sular sızınca, sızmasa, yeg” (D-4);  “Yalan söz bu dünyada 

olınca, olmasa, yeg”(D-4)... -inca şəkilçisinin həm təsdiq, həm də 

inkar formalarında işlənməsi çeşidli məna çalarları yaradır. Dəqiq 

desək, -ınca, -incə  şəkilçili feli bağlama “təsdiq formasında  əsas 

feillə ifadə olunan hərəkətin bilavasitə və ya qısa bir müddətdə baş 

verdiyini bildirdiyi halda, feli bağlamanın inkar forması həmin za-

manı potensial imkan kimi təqdim edir... Həmin  şəkilçinin inkar 

formasında işlənən feli bağlama əsas felin bildirdiyi hərəkətin za-

man həddini ifadə edir”

1

. Amma burada o da qeyd olunmalıdır ki, 



“Kitab”ın dilində  təsdiq formasında işlənmiş -üncə feli bağlama 

şəkilçili sözlər də əsas feildəki hərəkətin bildirdiyi zaman həddini 

ifadə edib: “Ala  gözlü oğluηızı görüncə  bəg baba, xatun ana

əsən qaluη! – dedi” (D-259). Bu birləşmənin “ala gözlü oğlunuzla 

görüşənədək”  şəklində sadələşdirilməsi də dediklərimizi arqu-

mentləşdirir; 

 − ikinci tərəfi -a

2

 şəkilçili feli bağlama ilə ifadə olunmuş bir-



ləşmələr tərz mənası ilə yanaşı, zaman mənasını da bildirir: “Də-

dəyi qoa-qoa  Dəli Qarçar on yelək yer aşırdı” (D-84); “Ol gün 

baqa-baqa Qazan oğlı Uruzıη eşqi gəldi” (D-132). Bu birləşmə-

lərdən ikincisində zaman mənasının ifadə olunması daha qabarıq 

                                                            

1

 İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.256. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə