Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə111/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   107   108   109   110   111   112   113   114   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

337

 

-ur, -ür. “Bilürmisən nələr oldı?” 



-ar, -ər. “Köpək Qazanıη atınıη ayağına çap-çap düşər”  

feli xəbərlərdə indiki zamanın ikinci dərəcəli  morfoloji 

göstəriciləri: 

-a

2



  (felin arzu şəklinin qrammatik forması). “Haqluya həqqi 

dəgə, haqsuza yüzi qaraluğı dəgə”. 

feli xəbərlərdə  gələcək zamanın  əsas morfoloji göstərici-

ləri: 

-ur, -ür. “Getdikdə yeriη otlaqların keyik bilür”;  

-ar, -ər. Anlar bizə yetsə, öldürər”. 

feli xəbərlərdə gələcək zamanın ikinci dərəcəli  morfoloji 

göstəriciləri: 

 −felin əmr şəklində işlənmiş sözlər (əvvəlki səhifələrə bax); 

−a

2

 forması (arzu şəklinin morfoloji göstəricisi) “...qırq 



yerdən avaz verəsiz” ; 

−sa


2

 forması  (şərt  şəklinin morfoloji göstəricisi). “...şülən 

yeməgiη yanına varsam”; 

−maq

2

+gərək forması (vacib şəklinin forması). “Oğul, ya 

səni evarmaxmı gərək?” 

−ası, -əsi (lazım  şəklinin forması). “Bəli, xanım,  bulası-

yam”. 

Yuxarıdakı zaman formalarının əksəriyyəti müasir Azərbay-

can dili üçün də səciyyəvidir. Yeri gəlmişkən, bu cür faktlar “Ki-

tab”ın məhz Azərbaycan dilində yazıldığını  təsdiqləyir  (əvvəlki  

səhifələrə  bax: “Kitab”ın dilindəki -ur, -ür (indiki zaman forma-

sı), -ub, üb (nəqli keçmiş zaman şəkilçiləri müasir Azərbaycan 

dilində eynilə işlənir. Müasir Türkiyə türkcəsində isə -ub, -üb for-

ması yoxdur, -ur, -ür forması isə “yor” şəklindədir). 



 

 

 

 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

338

 

ZAMAN ANLAYIŞININ  



ZAMAN ZƏRFLİYİNDƏ İFADƏSİ 

 

 Hərəkət və ya əlamətin zamanını bildirən, xəbərdə ifadə 

olunan fikri zaman baxımından tamamlayan zaman zərfliyi “Ki-

tab”ın dilində üstün mövqedə çıxış edir. Bu tip zaman zərfliklərini 

ifadə vasitələrinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 

− zaman zərfləri ilə ifadə olunanlar: “Görəlim imdi yaradan 

neylər”; “Baya  mırladı”; “Dün yoq, ötəki gün eviη bundan keç-

di”;  

“Həm şimdi nə yersən, nə içərsən və nəyə binərsən?”; “An-



dan öldürərsəη,  mərə kafər,öldür məni...” 

− zaman məzmunlu isimlərlə    ifadə olunanlar: “Yapa-yapa  

qarlar yağsa,  yaza qalmaz”; “Yapağlu gökçə  çəmən  güzə  qal-

maz”...; 

− sual əvəzlikləri ilə ifadə olunanlar: “Qaçan sən məni alub 

kafər sərhəddinə çıqardıη...” 

− zaman məzmunlu söz və birləşmələrə  bərü, soηra,  əvvəl, 

dəkin -dən, -cə... qoşmalarının  qoşulması ilə: “ərə varaludan bə-



rü dəxi qarnım toymadı”; “Öylədən soηra evinə gəldi”;  “Oğuzuη 

ögincə bundan əvvəl kimsə köçməzdi”; “Şimdiyə dəkin Qazanıη 

evin bilə yağma edərdik”; “Öyləyədəncə gəzdi”... 

I növ təyini söz birləşmələri ilə:  “Ol gün baqa-baqa Qazan 

oğlı Uruzıη eşqi gəldi”; “Ol zəmanda oğul ata sözin iki eləməz-

di”; “Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı”; 

Oğul, dan-dansux bu gün Oğuzda nə gördüη?..” 

II növ təyini söz birləşmələri ilə: “Mərə qocalar, ekindü 



vəqti  munı maηa çevirəsiz, yiyəm”; “...dün burcığında Qazan 

bəgiη ordısına gəldi”; “Oğuz zəmanında bir yigit ki, evlənsə, ox  

atardı”... 

− feli sifət tərkibləri ilə: “Bu halları gördügində Qazanın 

qara qıyma gözləri qan-yaş toldı”; “Beyrək  yayı gördügində 

yoldaşların andı, ağladı”... 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

339

 

feli bağlama tərkibləri ilə: “Ağam Beyrək gedəli yayladım 



yoq”;  “Ox atanda  mən səniη oxıηı yarmadımmı?”; “...hər kişi 

sözin söylədikdə  sən orada turasan, ögyəsən”; “Köpəkləri göri-

cək qasqas güldi”... 

Müşahidələr göstərir ki, “Kitab”ın dilində zaman zərfləri, I 

növ təyini söz birləşmələri və feli bağlama tərkibləri ilə ifadə 

olunan zaman zərflikləri  üstün mövqedə çıxış edir. 



 

 

TƏKTƏRKİBLİ CÜMLƏLƏRDƏ 

 ZAMAN ANLAYIŞININ İFADƏSİ 

 

Bəllidir ki, baş üzvlərdən yalnız biri əsasında formalaşan tək-

tərkibli cümlələr iki yerə bölünür: xəbər qütbü əsasında forma-

laşan qeyri-müəyyən  şəxsli, ümumi şəxsli və  şəxssiz  cümlələr; 

mübtəda qütbü əsasında formalaşan  adlıq cümlə. Bu tip cümlələr-

də zaman anlayışının ifadəsini “Kitab”ın dili kontekstində  nəzər-

dən keçirək. 

 

 

Qeyri-müəyyən şəxsli cümlələrdə 

zaman anlayışının ifadəsi 

 

Müasir dilimizdə tam formalaşmış  vəziyyətdə olan bu tip 

cümlələrdən kifayət qədər bəhs olunub. Hətta belə cümlələrin xə-

bərlərinin hansı zamanda olması da dəqiqləşdirilib: “Qeyri-müəy-

yən  şəxsli cümlələrin xəbəri xəbər formasının III şəxs cəmində

əksərən indiki və qeyri-qəti gələcək zamanlarda, bəzən də şühudi 

keçmişdə, qəti gələcək zamanda olur...”

1

. “Kitab”ın dilindəki 



qeyri-müəyyən  şəxsli cümlələrin xəbərləri daha çox şühudi keç-

miş zamandadır. Bu da, heç şübhəsiz ki, “Dastan” poetikası, təhki-

yəçi dili ilə bağlıdır: “Qazanıη ayağına düşdilər, suçların dilədilər, 

əlin öpdilər; “Beyrəgiη ölüsin-dirisin bilmədilər”; “Bir yazın, bir 

güzin buğayla buğrayı savaşdırarlardı”... “Kitab”ın dilində xəbəri 

                                                            

1

 Q.Kazımov. Müasir Azərbaycan  dili. Bakı, 2000, səh.178. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə