Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə112/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   108   109   110   111   112   113   114   115   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

340

 

nəqli keçmiş zamanda olan qeyri-müəyyən  şəxsli cümlələrə  də 



təsadüf olunur: “Beyrəgi Qara Dərvənddə öldürmüşlər...” Bu tip 

cümlələrə tarixi-linqvistik prizmadan yanaşan N.Cəfərov maraqlı 

mülahizələr irəli sürür: “Kitabi-Dədə Qorqud”un  sintaktik siste-

mində qeyri-müəyyən  şəxsli cümlələrin mövqeyi həm struktur-

qrammatik, həm də funksional-üslubi amillərlə müəyyən olunur 

ki, bütün bunlar da abidənin təşəkkül tapdığı dövrün ədəbi dil 

təmayülünü əks etdirir”

1

.  



 

 

Ümumi şəxsli cümlələrdə zaman anlayışının ifadəsi 

Türkoloji ədəbiyyatda bu tip cümlələr əsasən belə səciyyələn-

dirilir:  xəbər qütbü əsasən formalaşır; xəbəri daha çox  ikinci 

şəxsin təki və üçüncü şəxsin cəmində olur; daha çox atalar sözləri 

və məsəllərdən, hikmətli sözlərdən ibarət olur; folklor üslubu üçün 

xarakterikdir... Belə cümlələri “Kitab”ın dili kontekstində 

nəzərdən keçirək: “Bir tama dirək ururlar, ol tama tayaq olur”; 

“Qaravaşa ton geyirsəη, qadın olmaz”; “Ata tururkən oğıl əlinmi 

öpərlər?” “Kitab”ın dili üçün səciyyəvi olan bu tip cümlələrin 

xəbərlərinin hansı zamanda işlənməsindən asılı olmayaraq onların 

hər biri ümumi zaman anlayışını ifadə edir.  

 

Şəxssiz cümlələrdə zaman anlayışının ifadəsi 

Xəbər qütbü əsasında formalaşan, daha doğrusu, mübtəda ilə 

xəbərin sintezi əsasında yaranan şəxssiz cümlələrin xəbəri III şəx-

sin təkində olur. Bu cür cümlələrə “Kitab”ın dili müstəvisində  

diqqət yetirək: “Kafərləriη gözünə qorxu düşdü”; “Bunlar böylə 

edicək Baybörə bəgin acığı tutdı”. Bu cümlələrin hər ikisinin xə-

bərində şühudi keçmiş zaman forması işlənib (-dü, -dı). Digər tə-

rəfdən, hər iki şəxssiz cümlənin ümumi semantik yükündə psixo-

                                                            

1

 N.Cəfərov. Cümlənin struktur-semantik təkamülü. Bax: H.Mirzəzadə. Azərbay-



can dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.328. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

341

 

loji halın ifadəsi qabarıq  şəkildə görünür. Bir də var ki, şəxssiz 



cümlələrin ümumi semantik tutumunda psixoloji hal, imkan və gü-

man,  ətraf mühitdəki hal-vəziyyət və digər mənalar yox, “zaman 

bildirmə” qabarıq görünsün, zaman anlayışı  məhz  şəxssiz cümlə 

ilə ifadə olunsun. Məsələn, “Yaza az qalmışdı”, “Qışın oğlan çağı 

idi” kimi cümlələrdə zaman anlayışı məhz şəxssiz cümlə ilə ifadə 

olunur. Bu cür məsələlərdən bəhs edən İ.Tahirov göstərir ki, “za-

man bildirən  şəxssiz cümlələr ismi xəbərli  şəxssiz cümlələrdən 

ibarət olur. Onların  yaranmasında temporal söz və söz birləşmələ-

ri iştirak edir. Azərbaycan dilində şəxssiz cümlələrdə xəbərlə  tə-

səvvür edilən fikir predmetinin, məzmunun indiki zamana aidliyi -

dır

4

 xəbərlik şəkilçisi, keçmiş zamana aidliyi idi, imiş bağlamaları, 



gələcək zamana aidliyi isə olmaq feli ilə reallaşır...”

1

. Bu xüsusiy-



yətlərə cavab verən  şəxssiz cümlələr müasir dilimizdə üstün 

mövqedədir. “Kitab”ın dilində isə belə cümlələrə  az  rast  gəlinir: 

“Məgər ol gün kafərləriη ağır günləriydi”; “Ol zəmanda bəglərin 

alqışı alqış, qarğışı qarğış idi”; “Yemə-içmə idi”. Bu cümlələrdə 

zaman məzmununu reallaşdıran vasitələr  əsasən bunlardan 

ibarətdir: I növ təyini söz birləşməsi (ol gün, ol zəman); III növ 

təyini söz birləşməsi (kafərləriη  ağır günləri); idi (-di) hissəciyi. 

Bu, bir daha sübut edir ki,  zaman bildirən şəxssiz cümlələrdə bir 

neçə temporallıq vasitəsinin zəncirvari bağlılığı “Kitab”ın dili, 

eyni zamanda bütün türk dilləri üçün səciyyəvidir. 

 

 

Adlıq cümlələrdə zaman anlayışının ifadəsi 

Mübtəda qütbü əsasında formalaşan adlıq cümlədəki mücər-

rəd zamandan bəhs olunarkən, heç şübhəsiz ki, onun indiki za-

manla bağlılığı xüsusi olaraq qeyd edilməlidir. Ən azı ona görə ki, 

adlıq cümlələrdə ifadə olunan iş və hadisə birbaşa danışıq vaxtı ilə 

bağlıdır. Burada Q.Kazımovun bir fikri yada düşür: “...adlıq cüm-

                                                            

1

 İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.268. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

342

 

lələrdə predikativlik intonasiya ilə reallaşan hadisələrin indiki za-



manda mövcud olduğunu təsdiq edən sintaktik zaman və sintaktik 

modallıq əsasında yaranır. Adlıq cümlələr ancaq təsdiq cümlələr-

dən ibarət olur. Belə cümlələrdə varlığın mövcudluğu yalnız indiki 

zaman anlamında təsdiq edilir”

1

. Müəllifin irəli sürdüyü tezislər 



inandırıcıdır. Yeri gəlmişkən, İ.Tahirov da Q.Kazımovun mövqe-

yində dayanır: “Adlıq cümlələr real modallıq və indiki zaman 

mənası  təzahür etdirir... Adlıq cümlələrin semantikasında ümumi 

mücərrəd zamanın mövcud olması buna bir daha sübutdur. Möv-

cudolma həmişə indiki zamanla bağlıdır...”

2

.  “Kitab”ın dilinə bu 



cür fikirlər  kontekstində yanaşdıqda bəlli olur ki adlıq cümlələr 

“Dastan”ın dili üçün o qədər də  səciyyəvi olmayıb. Bəzi 

nümunələrə diqqət yetirək: “Souq-souq sular, çayırlar-çəmən-

lər...”; ”Gəlimli-gedimli dünya, Axirət-soη ucı ölümli dünya!” Bu 

tip cümlələrin hər biri təsviri adlıq cümlələr hesab olunur. Burada 

bir cəhəti də qeyd edək ki, “Kitab”dakı  bəzi cümlə modelləri 

işarəedici adlıq cümlələrdən də bəhs etməyə imkan verir. Məsələn, 

“Beyrəgi Qara Dərvənddə öldürmişlər, uş da nişanı, sultanım!” Bu 

cümlədəki “uş da nişanı” (bu da nişanı) modeli bütün parametr-

lərinə  görə işarəedici adlıq cümlə kimi çıxış edir. Belə cümlələr, 

daha dəqiqi, predikativliyi intonasiya ilə reallaşan işarəedici adlıq  

cümlələr müasir dilimiz üçün daha səciyyəvidir. 

“Kitab”da işlənmiş təktərkibli cümlələrə zaman anlayışı kon-

tekstində yanaşma bir həqiqəti də reallaşdırır:  nümunələrin çox və 

ya az işlənməsindən asılı olmayaraq “Kitab” bu müstəvidə  də 

böyük və zəngindir. 

 

 

 

                                                            

1

 Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.191 



2

 İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.264. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə