Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə113/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   109   110   111   112   113   114   115   116   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

343

 

MÜRƏKKƏB CÜMLƏLƏRDƏ                                       



ZAMAN ANLAYIŞININ İFADƏSİ 

 

Qeyd etdiyimiz kimi, zamandan kənar hər hansı bir cümlə 

modeli yoxdur. Daha doğrusu, zaman mənası cümlə modellərində 

ya birbaşa ifadə edilir, ya da cümlənin  ümumi semantik yükü 

kontekstində müəyyən olunur. Bu da bunlardan birincisini qram-

matik, ikincisini isə  məntiqi zaman kateqoriyasına aid etməyə 

imkan verir. Şübhəsiz ki, “Kitab”ın dilində  işlənmiş mürəkkəb 

cümlələrə (eləcə  də digər cümlələrə) bu prizmadan yanaşmaq 

mümkündür. Amma burada mövzu və ya problemlə bağlı olaraq 

yalnız zaman anlayışının ifadəsi daha qabarıq görünən mürəkkəb 

cümlələrə münasibət bildirmək lazım gəlir. Bu isə, əsasən, aşağı-

dakıları əhatə edir: 

 

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr 

 

Türkologiyada bu tip cümlələrə müxtəlif bucaqlardan yanaşı-

lıb. Məsələn, Q.Kazımov  belə cümlələri “birləşdirmə əlaqəli tabe-

siz mürəkkəb cümlələr” başlığı altında təqdim edir: eyni zamanlı 

birləşdirmə (zaman əlaqəsi); ardıcıl-zamanlı birləşdirmə (ardıcıllıq 

əlaqəsi)


1

. Qrammatika kitablarında bu əlaqəni (zaman əlaqəsini – 

Ə.T.) bəzən iki müstəqil əlaqə növü kimi təqdim edirlər: “zaman 

əlaqəsi, ardıcıllıq  əlaqəsi. Bəzən  əlaqəni “zaman əlaqəsi” adı ilə 

qeyd edir, sonra onun iki növünü göstərirlər: eyni zamanlılıq, 

ardıcıllıq. Burada prinsipial fərq yoxdur, hər iki halda eyni əlaqə - 

zaman əlaqəsi nəzərdə tutulur...”

2

. Araşdırmalar “Kitab”ın dilində 



zaman  əlaqəli tabesiz mürəkkəb cümlələrin üstün mövqedə  çıxış 

etdiyini göstərir:  “Qara bağrı sarsıldı, düm yürəgi oynadı, qara 

qıyma gözləri qan-yaş toldı...”; “ərə varan yerindən tura, bən qo-

puz çalam, qol saluban oynaya...; “Beyrək qalqdı, qızlar yanına 

vardı. Surnaçıları qovdı, nəqaraçıları qovdı...”. Bu tip cümlələrlə 

                                                            

1

 Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.286-288. 



2

 Y.Seyidov. Seçilmiş əsərləri. III cild, Bakı, 2007, səh.246. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

344

 

yanaşı, “Kitab”ın dilində zaman əlaqəli tabesiz  mürəkkəb cümlə-



lərin ardıcıl sıralanması və bunun bütöv bir parçanı, sintaktik bü-

tövü əhatə etməsi də özünü göstərir: 

 

“Ol gün cigərində olan ər yigitlər bəlürdi, 



Ol gün müxənnətlər sapa yer gözətdi

Ol gün bir qiyamət savaş oldı, meydan tolu baş oldı,  

başlar kəsildi top kibi,  

Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi, 

Ala-ala köndərlər süsəldi, 

Qara polat uz qılıclar çalındı, yılmağı düşdi, 

Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi, 

Qiyamətin bir güni ol gün oldı, 

Bəg nökərindən, nökər bəgindən ayrıldı”. 

Bu parçanı belə  səciyyələndirən olar: zaman əlaqəli tabesiz 

mürəkkəb cümlələrin zəncirvari bağlılığı özünü göstərir; təsvir 

edilmiş hadisələrin hamısı keçmiş zamana aiddir; keçmiş zaman 

mənası “ol gün” birləşməsi və -dı, -di şühudi keçmiş zaman şəkil-

çisi ilə reallaşıb; mətndəki melodiyalılıq daha çox anafora kimi iş-

lənmiş “ol gün” birləşməsi və feli xəbərlərdə təkrar olunan -dı, -di 

qrammatik forması ilə yaradılıb ki, bu da poetik mənanı qüvvət-

ləndirməyə xidmət edir; Oğuz igidlərinin qələbəsi zaman əlaqəli 

tabesiz mürəkkəb cümlə kontekstində canlandırılıb ki, bu da “Ki-

tab”, eyni zamanda digər qəhrəmanlıq dastanlarının dili üçün sə-

ciyyəvidir. 

 

Zaman budaq cümləsi 

 

 Baş cümlədəki hərəkət və əlamətin zamanını bildirən zaman 

budaq cümləsi “Kitab”ın dili baxımından da səciyyəvidir: budaq 

cümlə baş cümlədən  əvvəl işlənir, budaq cümlə baş cümləyə 

qaçan kim, ol vəqt kim bağlayıcı sözləri ilə bağlanır: “Qaçan kim 

Budaq atsa, Beyrək “Əlüη var olsun!” dedi”; “Mərə  Qılbaş, ol 

vəqt kim, Üç, Boz oq yığnaq olsa, ol vəqt Qazan evin yağma 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

345

 

edərdi”... Birinci cümlədə zaman mənasının ifadə olunmasından 



bəhs edən M.Rəhimov göstərir ki, “Qaçan kim Budaq atsa” cüm-

ləsi “Budaq atanda” mənasında işlənmişdir

1

. Bu isə zaman budaq 



cümləsinin məhz zaman mənasını reallaşdıran vasitə kimi çıxış 

etdiyini bir daha  təsdiq edir. İkinci cümlənin budaq cümləsindəki 

“ol vəqt kim” bağlayıcı söz, baş cümləsindəki “ol vəqt” isə 

qarşılıq bildirən sözdür. 



 

Mübtəda budaq cümləsi 

 “Kitab”ın  dilində zaman məzmunlu “on altı  yıl” ifadəsinin 

intensivliyi diqqəti cəlb edir: “Bunıη üzərinə  on altı  yıl  keçdi”; 

“Qazılıq qoca təmam  on altı yil hasarda tutsaq oldı”; “On altı 



yıllıq  həsrətiη – oğuluη Beyrək gəldi, axır!”. Maraqlıdır ki, 

“Kitab”ın dilində  həmin ifadəyə -dır xəbərlik  şəkilçisinin 

qoşulması ilə reallaşmış mübtəda budaq cümləsi də müşahidə 

olunur. “On altı  yıldır kim, babaηıη tutsaqıyam”. Burada baş 

cümlənin zaman mənası ifadə etməsi qabarıq  şəkildə görünür. 

Türkologiyada bəzən bu tip cümlələr zaman budaq cümləsi hesab 

olunur. Məsələn, N.Hacıyeva “Bir neçə gündür ki, səndən ay-

rıyam...” (Vaqif) cümləsini zaman budaq  cümləsi kontekstində 

izah edir. T.Müzəffəroğlu isə müəllifin bu cür fikirlərinin düzgün 

olmadığını, həm də bu tip cümlələrdə “birinci komponent baş 

cümlə olaraq, özündən sonra mübtəda budaq  cümləsinin gəlmə-

sini  şərtləndirdiyini” konkret faktlarla arqumentləşdirir

2

.  


Yeri gəlmişkən, türkoloji araşdırmalarda bu tip mübtəda bu-

daq cümləli tabeli mürəkkəb cümlələrdə baş cümlənin, zaman bu-

daq cümləli  tabeli mürəkkəb cümlələrində isə budaq cümlənin za-

man mənalı olması xüsusi olaraq vurğulanır. 

 

 

 

                                                            

1

 M.Rəhimov.Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi.1965,səh.170. 



2

 T.Müzəffəroğlu. Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur seman-

tikası. Bakı, 2002, səh.202. 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə