Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3.53 Mb.
səhifə120/174
tarix25.06.2018
ölçüsü3.53 Mb.
1   ...   116   117   118   119   120   121   122   123   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

364

 

olunur: bilirmisiz (-mi sual ədatının  şəxs  şəkilçisindən  əvvəl 



işlənməsi “Kitab”ın dili üçün səciyyəvidir). “Bəglər mən sizi niyə 

qağırdım bilürmisiz?”; dersiz. “Bəglər, ya siz nə deirsiz?”. 



 

 

“Kitab”dakı yazılış şəkilləri və müasir Azərbaycan  

ədəbi dilində sintaktik şəraitdə tələffüz 

 

 “Kitab”ın dilinə bu kontekstdə yanaşma bir sıra məsələlərə 

aydınlıq gətirməyə imkan verir. Burada ilk olaraq müasir Azər-

baycan  ədəbi dilindəki sintaktik şəraitdə  tələffüz məsələlərini 

sistemli şəkildə araşdırmış Ə.Dəmirçizadənin bir fikrini eynilə xa-

tırlatmaq lazım gəlir: “Müstəqil söz ilə köməkçi söz qoşulmasın-

dan düzələn tərkiblərdə ya ikinci tərəfi təşkil edən köməkçi sözün 

başındakı sait ixtisar edilir, birinci tərəfi təşkil edən müstəqil sö-

zün sonundakı sait isə ya iki sözü qovuşdurucu uzun sait  kimi tə-

ləffüz olunur, ya da köməkçi sözün başındakı sait “y” ilə əvəz edi-

lir, müstəqil sözün axırındakı sait isə iki sözü qovuşdurucu bir sait 

kimi “e”, yaxud “i” çalarlığında tələffüz olunur: əmisi ilə - əmisi : 

lə// əmisiylə ... qardaşı üçün-qardaşi:çin//qardaşiyçin, ... gedə idi-

gede:di//gedeydi, oxuya idi-oxuye:di//oxuyeydi və s.”

1

. “Kitab”da 



bu cür tələffüz formalarına uyğun yazılış şəkilləri qabarıq şəkildə 

görünür: 

buğayla. “Bir yazın, bir güzin buğayla buğrayı savaş-

dırarlardı”; 

yoldaşıyla. “Dəli Domrul yüz qırq yıl dəxi yoldaşıyla yaş 

yaşadı”; 

öleydi, vareydi. “Ah, noleydi, bu öleydi, birinə  dəxi 

vareydim”; 

neçün. “Neçün səxtsən, xanım yigit?”; 

səniηçün. “Güni gəldi, kafər başın kəsdürəyim səniηçün”; 

ğeyrətiçün. “Oğul da qılıc quşanur baba ğeyrətiçün”... 

                                                            

1

 Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, 1972, səh.244. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

365

 

Müasir  ədəbi dilimizdə “nə olar” ifadəsinin “nolar”, yaxud 



“nə eylər”in “neylər”  şəklində  tələffüzü məqbul hesab olunur ki, 

bu da “Kitab”dakı “nolur” (nə olur), “neylər” (nə eylər) yazılış şə-

killəri ilə səsləşir: “Qırq yigit bir bəg oğlilə bir qızdan ötri ölmək 

nolur...”; “Qouη nerəyə gedəsə-getsün, neylərsə eyləsün”, - dedi”. 

“Kitab”ın dilindəki çoxsaylı yazılış şəkillərinin müasir Azər-

baycan ədəbi dilindəki dil vahidlərinin leksik, morfoloji və sintak-

tik şəraitdə tələffüz formaları ilə səsləşdiyini arqumentləşdirən yu-

xarıdakı tutarlı faktlar digər həqiqətləri də söyləməyə imkan verir. 

Belə ki, bu faktlar ədəbi dilimizin orfoepik normalarının yaranma 

tarixinə işıq salır, qədim dövr şifahi ədəbi dilimizin ümumi mən-

zərəsi barədə dolğun təəssürat yaradır, 1300 il əvvəl yaşamış 

Azərbaycan türkünün şifahi nitqinin bu gün, əsasən, eynilə yaşa-

dığını sübut edir, ən ümdəsi isə “Kitab”ın məhz Azərbaycan dilin-

də yazıldığını bir daha təsdiq edir. 

 

 

 



 

 

 



 

 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

366

 

III HİSSƏ 

                                      

 

“DƏDƏ QORQUD KİTABI” 



AZƏRBAYCAN DİLİNDƏDİR 

 

Qorqudşünaslıqda “Kitab”ın hansı dildə yazılması  müba-

hisə obyekti olaraq qalmaqdadır. Elə buna görə  də bu məsələ ilə 

bağlı mövcud fikirləri saf-çürük etmək, problemin həlli yollarını, 

onun görünən və görünməyən tərəflərini müəyyənləşdirmək zəru-

rəti yaranır. İlk olaraq qorqudşünaslıqdakı fikirlərə diqqət yetirək: 

− V.V.Bartold “Dastan”ın coğrafi koordinatlarını  məhz 

Qafqaz mühiti ilə  əlaqələndirir və belə  qənaətə  gəlir ki, Dədə 

Qorqud adı ilə bağlı olan “Dastan”ın Qafqaz mühitindən kənarda 

yaranması qeyri-mümkündür (“Турецкий эпос и Кавказ”. Книга 

моего Деда Коркута. М.-Л., 1962, səh.19-129); 

− O.Ş.Gökyay “Kitab”ın dilindən bəhs edərkən əsası olma-

yan, qeyri-dəqiq fikirlər irəli sürür: XIV əsrdə Azərbaycan dili 

müstəqil bir dil kimi ortada yoxdur; “Dastan”ın dili Azərbaycan 

və qədim Anadolu dillərinin parçalanmadığı müştərək “səlcuq di-

li” hesab olunmalıdır... (Dedem Korkudun kitabı.  İstanbul, 2000, 

səh.CXCIV). Burada bir cəhəti də qeyd etmək yerinə düşür: 

O.Ş.Gökyay “Kitab”ın Azərbaycan dilində yazıldığını tutarlı fakt-

larla arqumentləşdirən türk alimlərinin mövqeyini də qəbul etmir. 

Bu hadisəyə münasibət bildirən F.Zeynalov və S.Əlizadə yazır: 

“O.Şaiq dastanların Azərbaycan dilində yazıldığını iddia edən 

M.Ergini tənqid edir. O, M.Erginin əlin qurusun, qulluq etmək, 



incimək, daşa dönmək, əylənmək (durmaq), beşikkərtmə və s. 

söz və ifadələri Azərbaycan dilinə aid etməsinə etiraz edir. Bizcə, 

burada O.Şaiq haqlı deyil...” (Tükənməz xəzinə. Kitabi-Dədə Qor-

qud. Bakı, 1988, səh.13); 

− Azərbaycan qorqudşünaslığının təməlini qoyan Əmin 

Abid “Əşirət dövründəki Azərbaycan ədəbiyyatı haqqında vəsiqə-

lər” adlı məqaləsində “Dədə Qorqud” dastanını Azərbaycanda və 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

367

 

Şimali İranda yaşayan türklərin ədəbiyyatına aid ən qədim vəsiqə 



adlandırır” (Azərbaycanı öyrənmə yolu. 1930, N 3); 

− B.Çobanzadə “Dədə Qorqud” dastanının tədqiqi ilə məş-

ğul olan ilk alimlərdən biri kimi dəyərləndirilir. Burada A.Baba-

yevin dəqiqləşdirdiyi iki faktı eynilə  təqdim edirik: “...Alimin 

Azərbaycan Milli Elmlər Akademiyasının arxivində 153-1957 şif-

ri ilə saxlanan şəxsi işindən öyrənirik ki, alim 1933-cü ilə aid 

elmi-tədqiqat hesabatında  yazır: “Kitabi-Dədə Qorqud” dastanla-

rının dili”  adlı elmi-tədqiqat işini tamamlamışam”. Bu cür faktlar 

onu deməyə  əsas verir ki, Azərbaycan qorqudşünaslığının  əsası 

heç də H.Araslı yox, Bəkir  Çobanzadə, Əmin Abid kimi alimlər 

tərəfindən qoyulub (hər iki alim repressiya qurbanı olub – 1937-ci 

ildə öldürülüb); B.Çobanzadə yazır: “Türk sistemli dillərdə bulu-

nan epik mahiyyətli və “Şahnamə” ilə, bizə görə, daha konkret və 

sıx  əlaqə saxlayan əsərlərdən də  qədim Azərbaycan türk dilində 

yazılmış olan “Dədə Qorqud” kitabıdır. Əvvələn, “Şahnamə” adı-

nın da göstərdiyi kimi, əsas etibarilə İran şahlarının dastanı olduğu 

halda, “Dədə Qorqud” oğuz xanlarının dastanıdır” (Şahnamə  və 

dünya epik ədəbiyyatı.  İnqilab və  mədəniyyət, 1934, N9-10; 

səh.27-29) (Adil Babayev. Bəkir Çobanzadə  və “Dədə Qorqud” 

dastanları. “Dede Korkut ve Geçmişten Geleceğe Türk Destan-

ları”. Uluslararası Sempozyumu. Bildiriler kitabı. Ankara, 2011, 

səh.151-153). B.Çobanzadə fikirlərini elə dəqiq ifadə edib ki, əla-

və izahlara ehtiyac qalmır:  “... qədim Azərbaycan türk dilində 

yazılmış olan “Dədə Qorqud” kitabıdır”. 

− Ə.Dəmirçizadə “Kitab”ın Azərbaycan dilində yazıldığını 

bir neçə prizmadan təsdiqləyir: a) “Kitab”a türk dastan yaradıcılığı 

kontekstində yanaşaraq onun Azərbaycan türklərinə məxsus oldu-

ğunu əsaslandırır: “Alpamış özbəklərin, “Alpamıs” qazaxlarındır. 

İçərisində Alp-Bamsı, yəni Bamsı Beyrəyə aid xüsusi boy olan 

“Kitabi-Dədə Qorqud” dastanları isə azərbaycanlılarındır”; 

b)“Dastan”ın yaranma, formalaşma tarixi ilə bağlı maraqlı mülahi-

zələr irəli sürür: “Buna görə də biz deyə bilərik ki, “Dədə Qorqud” 

dastanlarını IX-XII əsrlər arasında Azərbaycanda ümumxalq 






Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   174


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə