Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə125/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   121   122   123   124   125   126   127   128   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

380

 

“Dədə Qorqud” qəhrəmanlarının “qılıncıma doğranım, oxuma 



sancılım kimi andları bu mədəni  hadisənin əksidir” (səh.108). Bu 

qeydlər onu deməyə  əsas verir ki, “Türk savaş  sənəti” (Bakı, 

1996) adlı əsərdə “Kitab”dakı silah və geyim adlarının transkrip-

siyası  və semantikası tarixi-linqvistik baxımdan araşdırılmayıb. 

Bu da təbiidir. Çünki həmin əsər tam başqa problemə həsr olunub. 

Y.Məmmədli  “Azərbaycan dilində hərbi terminlərin tarixi-

müqayisəli təhlili” adlı namizədlik dissertasiyasında (Bakı, 1996) 

“Dədə Qorqud” eposundakı silah adlarına da yer ayırıb. Bu, özü-

nü,  əsasən, iki istiqamətdə göstərir: M.Kaşğarinin “Divan”ı  və 

“Kitab”dakı silah adlarının tarixi-linqvistik müstəvidə izahı; 

“Kitab”da təsvir olunan silahların ən səciyyəvi  cəhətlərinin müx-

təlif mənbələrə istinadən müəyyənləşdirilməsi (altmış batman gürz 

– ağırlığı altmış batman gələn gürz; ağ tozlıca qatı yay – dəstəyinə 

ağcaqayın qabığı sarınmış  bərk, tarım çəkilmiş yay...). Hər iki 

istiqamət barədə dolğun fikirlər söyləyən müəllif haqlı olaraq 

göstərir ki, “dastanın dilində hərbi terminlərin çoxluğu hərb işinin 

kifayət qədər yüksək inkişafını sübut edir” (səh.11); 

M.N.Çobanov və M.M.Çobanlı “Dastan”ın yaranma tarixi, 

hərb sənəti, döyüş taktikası, hərbi marşlar, eləcə də döyüş silahları 

barədə maraqlı və dolğun fikirlər irəli sürürlər. Amma burada onu 

da qeyd  etmək lazım gəlir ki, M.N.Çobanov və M.M.Çobanlının 

“Kitab”dakı döyüş silahları ilə bağlı bəzi fikirləri ziddiyyətli görü-

nür: “Kitabi-Dədə Qorqud” dastanlarının mətnində isə ulu baba-

larımızın döyüşlərdə işlətdiyi fərdi silahlar, əsas etibarı ilə, qopuz, 

cida, sapand, yay, ox və s. olmuşdur. Bu mülahizəni dastandan gö-

türdüyümüz nümunələr də təsdiq edir. Məsələn, “Buğac bəg yeri-

nən uru turdı... Ağ tozlıca qatı yayını əlinə aldı”... “Əlində qopuz 

var”...” (Dədə Qorqud dünyasına səyahətdən parçalar... Bakı, 

1998, səh.8). Fikrimizcə, “Kitab”dan leytmotiv kimi keçən “qo-

puz”un konkret olaraq döyüş silahı kimi, həm də  məhz “Əlində 

qopuz var” cümləsinin ümumi semantik yükünə istinadən səciy-

yələndirilməsi yerinə düşmür; 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

381

 

İ.Qasımov “Müasir Azərbaycan dilində  hərbi terminlərin 



yaranma yolları” monoqrafiyasında (Bakı, 2000) Azərbaycan 

mənşəli hərbi terminlərə müxtəlif bucaqlardan yanaşıb. Konkret 

desək, hərbi leksik qatın Azərbaycan dilinin daxili imkanları hesa-

bına zənginləşməsi (semantik üsul, morfoloji üsul, sintaktik üsul

kalka üsulu...), hərbi leksikoloji qatda alınma və beynəlmiləl hərbi 

terminlərin yeri (ərəb və fars mənşəli hərbi terminlər, rus mənşəli 

hərbi terminlər), hərbi termin və termin-söz birləşmələrinin se-

mantik qrupları (qoşun növləri və hərbi hissə adları, hərbi texnika, 

silah və sursat adları, hərbi geyim və döyüşçü ləvazimatlarının ad-

ları...) kimi məsələləri tarixi-linqvistik müstəvidə  təhlil süzgəcin-

dən keçirib. Müəllif “Azərbaycan dilində  hərbi terminoloji leksi-

kanın təşəkkülü və inkişafı” (Bakı, 2001) kitabında isə qədim türk 

mənbələrindəki, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanındakı 

ox, altun cida, çərik, ordı  və  s.  kimi  hərbi terminlərin leksik-se-

mantik və struktur-qrammatik xüsusiyyətlərini sistemli şəkildə 

tədqiq edib. Burada o da vurğulanmalıdır ki, İ.Qasımov Azərbay-

can dili hərbi terminoloji leksikasının təşəkkülündə Orxon-Yeni-

sey abidələrinin yerini dəqiqləşdirib, “Kitabi-Dədə Qorqud” dasta-

nından başlayaraq Azərbaycan dili hərbi-terminoloji sistemində 

sabitləşmənin müşahidə edilməsini konkret dil faktları ilə  əsas-

landırıb; 

A.Hacıyev “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar” 

kitabında (Bakı, 2007) silah adlarının izahına da yer ayırıb. Dəqiq 

desək, kitabdakı üç bölmə (Yelək-oxqabı; Yayını əlinə alıb ögdü; 

Döyüşə yarar yaraqlar) məhz silah adları ilə bağlıdır. Bu bölmə-

lərdə yelək, gəz, say cida, sadaq və s. kimi silah adları çoxsaylı 

mənbələr kontekstində, həm də tarixi-linqvistik prizmadan şərh 

olunur. A.Hacıyev bir sıra silah adlarına ilkin arxaizmlər konteks-

tində yanaşır ki, bu da qorqudşünaslıqdakı  bəzi mübahisəli mə-

qamlara aydınlıq gətirmək baxımından  əhəmiyyətlidir. Bir cəhəti 

də qeyd edək ki, A.Hacıyevin tənqidi fikirləri heç bir qorqudşüna-

sı incik salmır,  əksinə, qorqudşünaslığın inkişafına təkan verir. 

Məsələn, “...etiraf edək ki, bu yozumda şərhçi təxəyyülü real fakt-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

382

 

lara  əsaslanan dilçi təxəyyülünü üstələyir” (yuxarıda göstərilən 



kitab: səh.126); 

A.Məmmədova “Dədə Qorqud kitabı”nın leksikası” (Bakı, 

2009) monoqrafiyasında qılınc, cida, sapan, işıq (dəbilqə) və s. 

kimi hərbi terminləri tarixi-linqvistik baxımdan  şərh edərkən bir 

sıra məsələlərə aydınlıq gətirir: “Sapand” lekseminin Azərbaycan  

dili  şivələrinin hamısında mühafizə olunduğunu  əsaslandırır; qə-

dim türk abidələrinin dili baxımından səciyyəvi olan “çəri” (əsgər, 

qoşun) sözünün Naxçıvan qrupu dialekt və  şivələrində “qoçaq, 

igid, cəsarətli” mənasında  işləndiyini müəyyənləşdirir; aqın-cəng-

ğəza-qırım-qovqa-qırğun savaş kimi sözlərin sinonimliyini “Ki-

tab” və digər mənbələr müstəvisində şərh edir. Burada bir detala 

da diqqət yetirmək lazım gəlir: müəllif “Dədə Qorqud kita-

bı”ndakı 213 leksemin müxtəlif  fonetik formalarının mövcud ol-

masından bəhs edərkən qılınc sözünün 173 dəfə “qılıc”, 1 dəfə 

“qılınc”  şəklində  işləndiyini göstərir (səh.18). Halbuki “Kitab”ın 

dilində “qılınc” yazılış  şəklinə rast gəlinmir (sonrakı  səhifələrə 

bax); 

Ə.Tanrıverdi sadaq, sapand, taraqa kimi silah adlarının 



Azərbaycan dilinin qərb  şivələrində “Kitab”dakı forma və se-

mantikasına uyğun olaraq işləndiyini göstərir (“Kitabi-Dədə Qor-

qud” və qərb ləhcəsi. Bakı, 2002). 

Bütün bunlar onu deməyə  əsas verir ki, “Kitab”dakı silah 

adlarına müxtəlif prizmalardan münasibət bildirilsə də, kompleks 

və sistemli şəkildə tədqiq olunmayıb. 

 

 

 



 

 

 



 

 

 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə