Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə126/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   122   123   124   125   126   127   128   129   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

383

 

 



“DƏDƏ QORQUD KİTABI”NDA SİLAHLA BAĞLI 

İŞLƏDİLMİŞ BƏZİ SÖZLƏRİN TRANSKRİPSİYASI  

VƏ SEMANTİKASI STRUKTUR-SEMİOTİK MÜSTƏVİDƏ 

 

“Dədə Qorqud kitabı”nın  leksikasını zənginləşdirən sözlər 



sırasında silah adları xüsusi yer tutur. Bu tip sözlərin hər birini ay-

rılıqda təhlilə cəlb etdikdə bəlli olur ki, bu sözlərdən bir neçəsinin 

semantikası ilə bağlı ziddiyyətli, mübahisəli, hətta səhv fikirlər 

var. Bəzi sözlərin isə transkripsiyası  dəqiq  deyil... Heç şübhəsiz 

ki, bu problemlər qaldıqca qorqudşünaslıqda ziddiyyətli fikir və 

mülahizələrin də sayı artacaqdır... Bu mənada həmin tip sözlərin 

semantikasına mətn kontekstində aydınlıq gətirməyə çalışaq: 

 

Siŋirləmək, qorqut siŋirli, qurt  siŋirli 

 

“Otağın ögində irişi gəldi, keyiki siηirlədi” (D-76). Bu 



cümlədəki “siηirləmək” felinin semantik yükü ilə bağlı müxtəlif 

fikirlər var: O.Ş.Gökyay müxtəlif mənbələrə istinad edərək “siηir-

ləmək” sözünün bir neçə  mənada işləndiyini göstərir: sinir tax-

maq; dəvə, at, qoyun kimi heyvanların arxa ayaq sinirlərini kəsə-

rək onları işə yaramaz hala gətirmək; ayaq sinirini kəsmək; heyva-

nı azarla öldürmək

1

;  F.Zeynalov və S.Əlizadəyə görə, “siηirlə-



mək” qıcıqlandırmaq mənasındadır: “Gəlib çadırın önünə çatdı, 

keyiki qıcıqlandırdı”

2

;  Ə.Sadıqovun fikrincə, “siηirləmək”  əsəbi-



ləşdirmək, qıcıqlandırmaq anlamlıdır

3

; V.V.Bartoldun tərcüməsin-



də belə verilib: “...перерезал жилы козе» (keyikin damarını kəs-

di)


4

… Bu fikirlərdə ziddiyyət açıq-aydın şəkildə görünür: “siηirlə-

mək” damarını  kəsmək, öldürmək və  s.  kimi  mənalardadır 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.280. 



2

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.152. 

3

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.157. 



4

 Книга моего деда Коркута. Москва-Ленинград, 1962, с.34. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

384

 

(V.V.Bartold, O.Ş.Gökyay...); “siηirləmək” qıcıqlandırmaq, əsəbi-



ləşdirmək, hürkütmək mənasındadır (F.Zeynalov, S.Əlizadə, 

Ə.Sadıqov...). Bizə belə  gəlir ki, bu fikirlərdən hansının düzgün 

olmasını mətn semantikası müstəvisində dəqiqləşdirmək mümkün-

dür. Qeyd edək ki, “...keyiki siηirlədi” cümləsindən sonra belə bir 

parça verilib: “Qısırca yengə derlər, bir xatun vardı.  İlərü vardı, 

pay dilədi. “Hey, bəg yigit, bizə  dəxi bu keyikdən pay ver!” – 

dedi” (D-76). Beyrəklə bağlı verilmiş bu cümlələrin ümumi se-

mantik yükü elədir ki, “siηirləmək” sözünü məhz “damarını kəs-

mək”, “öldürmək” mənasında izah etmək lazım gəlir. Belə ki, əgər 

Beyrək keyiki öldürməyibsə, Qısırca yengə onun öldürmədiyi 

keyikdən necə pay diləyə bilərdi? (... bu keyikdən pay ver!). Ya-

xud keyik öldürülməyibsə, qızlar onu götürüb Banıçiçəyin önünə 

necə gətirə bilərdilər: “Qızlar keyiki götürdilər. Gözəllər şahı Ba-

nıçiçəgiη öginə gətürdilər” (D-77). Fikrimizcə, əlavə şərhlərə ehti-

yac yoxdur: “siηirləmək” damarını  kəsmək, öldürmək mənasın-

dadır. Bu sözü silah adları kontekstində izah etməyimizə səbəb isə 

silahla, daha dəqiqi, “yay”la bağlı  işlədilmiş  “Qorqut siηirli” və 

“qurt siηirli” ifadələrindəki “siηir” kök morfemi ilə bağlıdır. Qor-

qudşünaslıqda az öyrənilmiş, həm də mübahisə obyektinə çevril-

miş bu ifadələrin  transkripsiyası  və semantikasına ”Kitab”ın  

Drezden və Vatikan nüsxələri müstəvisində diqqət yetirək. Bəri  

başdan qeyd edək ki, bu ifadələrdən biri  Drezden, digəri isə Vati-

kan nüsxəsində işlənib. Konkret desək, belədir: “Qorqut  siηirli”.  

“Dərsə xan Qorqut siηirli qatı yayın  əlinə aldı” (D-22); 

“qurt siηirli”. “Dərsə xan, qurt siηirli qatı yayı əlinə aldı” (V-12). 

Drezden nüsxəsində işlənmiş “Qorqut siηirli” ifadəsinə S.Əlizadə 

belə bir şərh verib: “Qorqud sinirli – bu metaforik ifadə “yay” 

sözünə yox, Dirsə xana aiddir; yəni “çox qəzəbli...”

1

. Belə hesab 



edirik ki, müəllif bu fikirləri söyləyərkən oğlunu öldürmək məc-

buriyyətində qalan Dirsə xanın sarsıntılı, qəzəbli anlarını  nəzərə 

alıb, qırx namərdin Dirsə xana dediyi “Oğlıη səni öldürmədin sən 

                                                            

1

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.135. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

385

 

oğlıηı öldüri görgil!” kimi cümlələrin semantik yükünü əsas götü-



rüb. Amma bu da var ki, Vatikan nüsxəsindəki “qurt siηirli” ifa-

dəsi olmasa belə, yenə də “Dərsə xan Qorqut siηirli qatı yayın əli-

nə aldı” cümləsindəki söz sırası “Qorqut siηirli” ifadəsini  məhz 

Dirsə xana aid etməyə əsas vermir. Maraqlıdır ki, S.Əlizadə “Ki-

tab”ın Vatikan nüsxəsindəki “qurt siηirli” ifadəsinə “Kitab”ın 

1988-ci il, eləcə də 2000-ci il nəşrlərində  münasibət bildirməyib 

(bu nəşrlərdən birincisi F.Zeynalovla S.Əlizadəyə, ikincisi isə 

S.Əlizadəyə məxsusdur). Bəlkə də, elə bunun nəticəsidir ki, Azər-

baycan qorqudşünaslığında “Qorqut siηirli” və “qurt siηirli” ifa-

dələri geniş şəkildə araşdırılmayıb. Burada təkcə onu qeyd etmək 

kifayətdir ki, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə (Bakı, 

1999) nə “Qorqut siηirli”, nə də ki “qurt siηirli” ifadələrinin izahı-

na rast gəlinir. Ən təəccüblüsü isə budur ki, həmin lüğətdə “qurd” 

(canavar) sözü konkret olaraq təqdim olunmur. Halbuki “qurd” 

sözü “Kitab”da 12 dəfə işlənib: quduz qurt, qurd yüzi mübarəkdir, 

qurtlar-quşlar... Digər araşdırmalara nəzər salaq: X.Koroğlu “Qor-

qud sinirli” və “qurt sinirli” ifadələrində “döyüşçü Qorqud” ob-

razının yaşadığını  əsaslandırmağa çalışır: “Boyda xırda bir detal 

da var və təəssüflər olsun ki, oğuzların qədim tarixi öyrənilmədi-

yindən yozuma gəlmir. Oğulun öldürülməsi epizodunda oxuyuruq: 

“Dirsə xan Qorqud (qurt) sinirli qatı yayın  əlinə aldı”. “Qorqud 

Kitab”ının bütün boylarında Qorquddan yalnız qüdrətli nəğməkar, 

məsləhətçi kimi danışılır, onun döyüşçü kimi bacarığından söhbət 

getmir. Bu, Qorqudun döyüş işi ilə bağlılığının yeganə təsdiqidir. 

Qorqud döyüşçü obrazını  yalnız ilkin mənbələr qoruyub saxlayıb-

dır”


1

Vatikan nüsxəsində işlənmiş “qurt siηirli” ifadəsi ilə bağlı 



O.Ş.Gökyay göstərir ki: “kiriş (yay ipi) xam dəridən düzəldilir

bunun da  ən yaxşısı  dəvə dərisidir, çünki dəvə dərisi də xam ipək 

kimi qışda və yazda eyni qalır, büzülmür... “Dədə Qorqud” dasta-

nında bir yerdə kirişin qurd sinirindən , bir yerdə də buğa dərisin-

                                                            

1

 X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.105. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə