Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə129/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   125   126   127   128   129   130   131   132   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

392

 

nə çevrilmiş misranın “Sadaqda oxum kişin dilər” şəklində trans-



kripsiyasını düzgün hesab edir və onun poetik imkanlarına sintak-

tik bütöv daxilində diqqət yetirməyi zəruri bilirik: 

 

“Hərzə-mərzə söyləmə, mərə itim kafər! 



Altımda Al ayğırım nə bəgənməzsən, - 

                                        səni gördi oynar. 

Əgnimdəki dəmür tonum çignüm qısar. 

Qara polad uz qılıcum qının toğrar. 

Qarğı talı sügüm nə bəgənməzsən, 

Köksüη dəlüb gögə pırlar. 

Ağca tozlu qatı yayım zari-zari iηlər, 

Sadaqda oxum kişin dilər. 

Yanımda  yigitlərim savaş dilər. 

Alp ərə qorqu vermək eyb olur. 

Bərü gəlgil mərə kafər dürişəlim! – dedi” (D-248) 

Göründüyü kimi, “Sadaqda  oxum kişin dilər” misrasındakı 

“dilər” sözü parçadakı alliterativ qafiyələnməni zənginləşdirən 

vasitələrdən biri kimi  çıxış edir: iη (iηlər), in (kişin) ,di (dilər), di 

(dilər). Bu da, heç şübhəsiz ki, mətndəki melodiyalılığı, obrazlılığı 

qüvvətləndirməyə xidmət edir. 

Yuxarıdakı parçada təkcə silahları, döyüş sursatı yox, həm 

də bütün varlığı ilə döyüş meydanına atılaraq düşməni didib-

parçalamağa hazır olan Oğuz igidi Bəkil oğlu Əmranın obrazı son 

dərəcə ustalıqla yaradılıb. Burada  semantik dinamikaya diqqət 

yetirək: Bəkil oğlu Əmranın əynindəki dəmir don çiynini qısır; iti 

qılıncı qınını doğrayır; yayı zar-zar inləyir; oxu yay kişini (kirişi-

ni) diləyir; yanındakı igidləri də döyüş diləyir... Deməli, semantik 

dinamika məhz “İgidlərim döyüş diləyir” cümləsi ilə tamamlanır. 

Bu isə o deməkdir ki, metaforalar kontekstində yaradılmış  qınını 

doğrayan qılınc, zar-zar inləyərək ox istəyən yay, kişini (yay ipini) 

arzulayan, diləyən ox obrazları məhz döyüşməkdə israrlı olan igid 

obrazını qüvvətləndirməyə xidmət edir. Bu qeydlər, daha doğrusu, 

mətnin poetik siqlətini  şərtləndirən bu cür ifadələr (bu sistemə 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

393

 

“Kitab”da obrazlı  şəkildə ifadə edilmiş “Yay çəkmədüη, ox 



atmadıη” cümləsini də  əlavə etmək olar) bir daha sübut edir ki

“Ağca tozlu qatı yayım zari-zari iηlər” və “Sadaqda oxum kişin 

dilər” cümlələrinin ayrılıqda təhlilə cəlb edilməsi qeyri-mümkün-

dür. Ona görə ki, “yay” və “ox” tam müstəqil mənaya malik sözlər 

olsa da, bir silahın adını ifadə etməyə, işarələndirməyə xidmət 

edir: yay – ox: Yəni “ox” dedikdə assosiativ olaraq “yay”, “yay” 

dedikdə “ox” yada düşür. Bu cəhət həmin misralarda metaforalar 

şəklində canlandırılıb: “yay” “ox” üçün zar-zar inləyir, “ox” da 

“kiş”ini ( kirişini) istəyir. Sanki biri (yay) çəkilmədiyi, o biri (ox) 

atılmadığı üçün darıxıb. Burada təbiətlə bağlı bir bayatıdan da yan 

keçmək olmur: 

Dağlar duman arzular, 

Çaylar çimən arzular, 

Mənim bu sınıq könlüm 

Səni yaman arzular. 

Bu bayatının ümumi semantik yükü də “Sadaqda oxum 

kişin dilər” misrası ilə  səsləşir: dağlar dumanı, çaylar çiməni

sevənlər bir-birini arzuladığı kimi, “ox” yay kirişini, “yay” oxunu, 

igid də savaşı, döyüşü diləyir. 

 

Tarıyanda bir oxla nəmlərdim 

“Kitab”ın 1988-ci il Bakı nəşrindən götürdüyümüz (səh.93) 

bu misradakı “tarıyanda” və “nəmlərdim” sözlərinin transkripsiya-

sı  və semantikası ilə bağlı ziddiyyətli, hətta biri digərini təkzib 

edən kifayət qədər fikirlər var. Bir sözlə, tərkibində “ox” sözü 

işlənmiş bu misranın poetik yükü dəqiqləşdirilməyib.  İlk olaraq 

qorqudşünaslıqdakı fikirlərin bir qismini saf-çürük edək: 

− O.Ş.Gökyay həmin misranı belə transkripsiya edib: 

“Tartanda bir ohıla neyleridüm”. Müəllifə görə, “tartan”da sözü 

“çəkdiyi zaman”, “çəkdiyi vaxt”, “neyləridim” isə “nə eylərdim” 

mənasındadır (İstanbul, 2000, səh.96, 290); 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

394

 

− M.Erginin nəşrində: “Tartanda bir ohile nemler – idim” 



(Ankara, 1958, səh.198); 

− Zeynalov-Əlizadə  nəşrində: “Tarıyanda bir oxla 

nəmlərdim” (Yay dartanda bir oxla neyləyərdim?) (Bakı, 1988, 

səh.93, 191); 

− S.Əlizadənin nəşrində:

*

 “Darıyanda bir oxla nəmlərdim” 



(Bakı, 2000, səh.86); 

− V.V.Bartoldun tərcüməsində: «я  знала,  что  я  делаю 

одной  стрелой» (Mən bilirdim ki, bir oxla nə edərəm?) (Книга 

моего Деда Коркута. М.-Л., 1962, с.72)... 

S.Əlizadə yuxarıdakı fikirlərin bir hissəsi barədə yazır: 

“Tarıyanda. HA-da (Həmid Araslının nəşrində - Ə.T.) “darıyan-

da”, Er-də (M.Erginin nəşrində - Ə.T.) “tartanda”. Bu söz H.Araslı 

tərəfindən düzgün yazılsa da, oxunuşca M.Erginə haqq vermək 

lazımdır. Yəqin ki, “r”dan sonrakı iki nöqtə hərfin üstünə qoyul-

malı imiş; yoxsa bu sözün ortasındakı  əlifə  də  ehtiyac olmazdı. 

Sonuncu sözün yazılışı da şübhəlidir: “nəmlərdim” yox, “neylər-

dim” olmalıdır”

1

. Maraqlıdır ki, müəllif 2000-ci ildə həmin misra-



ya tam başqa formada yanaşıb. Dəqiq desək, 1988-ci il nəşrindəki 

“tarıyanda” və “neylərdim” sözlərini, 2000-ci il nəşrində “darı-

yanda” və “nəmlərdim” formasında təqdim edib. Bir cəhəti də 

qeyd edək ki, S.Əlizadə mübahisə obyektinə çevrilmiş misradakı 

sözlərin anlaşılmaz şəklə düşməsini katib xətası adlandırır: “Katib 

yəqin ki, “dartanda” yazmaq istəmişdir; bu sözü “neylərdim kimi 

də oxumaq olar. Ola bilsin ki, hərfin altında nöqtələr unudul-

muşdur”


2

. Fikrimizcə, Drezden nüsxəsinin 200-cü səhifəsindəki 

yazılış şəklinin (“

ڍرط


ہدنا

”) “tartanda”, “darıyanda” şəklində trans-

kripsiyasını düzgün hesab etmək olmaz. Digər tərəfdən, bu yazılış 

şəklində heç bir katib xətasına yol verilməyib. Belə ki, həmin 

                                                            

*

  Qeyd: Nümunələr “Kitabi-Dədə Qorqud” ensiklopediyasından (II cild, Bakı, 



2000) götürülüb. 

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.245. 



2

 Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild, Bakı, 2000, səh.96. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə