Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə130/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   126   127   128   129   130   131   132   133   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

395

 

yazılış  şəklini məhz dağıtmaq, pərən-pərən salmaq anlamlı “tarı-



yanda” sözü kimi oxumaq mümkündür. Bu da “tarıyanda” sözü 

işlənmiş parçanın semantikası ilə səsləşir: 

 

Ala-geη  sığın-keyik qovar idim



Tarıyanda bir oxla neylərdim 

Dəmrənsüz oxla, yigit, səni sınar idim! 

Öldürməgə, yigidim, mən səni qıyarmıdım?!..         

Selcan xatunun dilindən verilmiş bu parçadakı müqayisəyə 

diqqət yetirək: “Selcan xatın, bir tərəfdən, qovaraq pərən-pərən 

saldığı sığın-keyikə bir oxla heç nə etmək mümkün olmadığını” – 

deyirsə, digər tərəfdən də, dəmir ucluqsuz oxla Qanturalını  sına-

dığını, onu öldürməyi isə heç ağlına belə  gətirmədiyini söyləyir. 

Deməli,  əvvəl verilmiş misralar sonuncunun semantikasını qüv-

vətləndirməyə xidmət edir – qənaətinə  gəlmək mümkündür. Bir 

cəhəti  də qeyd edək ki, “tarmaq” (tarımaq) feli M.Kaşğarinin  

“Divan”ında da dağıtmaq mənasında verilib: “...bəg süsin tardı = 

bəy qoşununu yaydı, dağıtdı. Bir adam bir şeyi dağıtsa, yenə belə 

deyilir: tarar, tarmak (III cild, səh.177). Bu fakt da həmin mis-

radakı “tarıyanda” sözünün məhz “dağıdanda”, “pərən-pərən sa-

landa” mənasında olduğunu arqumentləşdirir. Yaxud “Kitab”da 

“ox”la bağlı işlədilmiş bir mübaliğəyə diqqət yetirək: “Ağ yeləklü 

ötkün oxıη maηa vergil//Ərdən  ərə keşçirəyim səniη  işün!” (D-

246).  Buradakı ərdən-ərə  keçirəyim” ifadəsi “oxun bir igidin bə-

dənini dələrək çıxması  və başqa bir igidin bədəninə sancılması 

(keçirilməsi)” mənasını ifadə edir ki, bu da  təqdim etdiyimiz ya-

zılış  şəklinin “neyleridüm”,“nəmlərdim” kimi deyil, “qomlardım 

//qomarlardım” şəklində oxuna bilməsinin düzgünlüyünü əsaslan-

dıran  faktlardan biri  kimi götürülə bilər (“ərdən ərə keçirəyim” 

mübaliğəsindən sonrakı səhifələrdə geniş şəkildə bəhs olunur). 

Yuxarıda qeyd etdik ki, mübahisə predmetinə çevrilmiş  

misranın sonundakı  söz “neylerdim//neylərdim” və “nəmlərdim” 

şəklində transkripsiya olunub. Bunlardan ikincisi (nəmlərdim) heç 

bir məna vermir, birincisinin isə  mətnlə  səsləşdiyini qeyd etdik. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

396

 

Amma bu da var ki, “neylerdim//neylərdim” oxunuş forması da 



şərtidir. Bu mənada Drezden nüsxəsinin 200-cü səhifəsindəki ya-

zılış  şəklinə  nəzər salaq: “

ن

ص

درل



٢

”. Burada assosiativ olaraq da-

ğıtmaq, pərən-pərən salmaq anlamlı “tarımaq” (darımaq) sözünün 

antonimi – yığmaq anlamlı “qomlamaq//qomarlamaq” sözü yada 

düşür. Bu isə belə bir fikri reallaşdırır: həmin yazılış  şəklindəki 

birinci hərfə (ن)  yalnız bir nöqtə işarəsi əlavə olunarsa, onu “qaf” 

(ق) kimi də oxumaq olar. Yəni nəmlərdim, neylərdim deyil

qomlardım//qomarlardım  şəklində oxunuş forması düzgün hesab 

oluna bilər. Məhz burada bir nöqtə qüsurundan bəhs etmək yerinə 

düşür. “Qomlardım//qomarlardım” oxunuş şəklinin mətnin ümumi 

semantik yükü ilə daha çox səsləşdiyini isə  aşağıdakı kimi 

arqumentləşdirmək olar:  

− qovaraq pərən-pərən saldığı    (tarıyanda) sığın-keyikləri 

bir ox atmaqla bir yerə yığmağı (qomlardım//qomarlardım) baca-

ran Selcan xatun mahir ovçu, cəngavər qadın təəssüratı yaradır: 

“Ala-geη  sığın-keyik qovar idim. Tarıyanda bir oxla qomlardım” 

– “Gen yerlərdə - çöllərdə sığın-keyik qovardım. Onları dağıdanda 

bir oxla bir yerə  yığardım” (D-200). Belə bir statusda çıxış edən 

qadının öz sevgilisini dəmir ucluqsuz (dəmrənsiz) oxla sınağa 

çəkməsi təbii qarşılanır: “Dəmrənsüz oxla, yigit, səni sınar idim!” 

(D-200). Ancaq bu da var ki, bu cür sınağa çəkilmə Qanturalını 

həyəcanlandırır: “Qız bir oxla Qanturalıyı atdı şöylə kim, başında 

olan bit ayağına endi” (D-199). Maraqlıdır ki, bu ifadələr həm də 

Qanturalının atası Qanlı qoca ilə bağlı  işlədilib: “Qanlı qoca bu 

başları  və bu canvərləri gördi, başında olan bit ayağına dərildi” 

(D-173). Bu, ata və  oğul obrazlarını eyni gərgin psixoloji anları 

keçirmə xəttində birləşdirir. Digər tərəfdən, bu detal Qanturalının 

sınağa çəkilməsinin adi sınaqlardan olmadığını təsdiqləyir. Burada 

təkcə onu qeyd  etmək kifayətdir ki, Qanturalı ona atılmış oxun 

dəmir ucluqsuz (dəmrənsiz) olduğunu yalnız ox atılandan sonra 

bilir. Bu cəhət Selcan xatunla bağlı verilmiş parçada aydın şəkildə 

görünür: “İki oxıη dəmrənin çıraqdı: birin gizlədi, birin əlinə aldı. 

Dəmrənlü oxla atmağa qıyamadı” (D-198, 199); 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

397

 

− dağıtmaq, pərən-pərən salmaq anlamlı “tarımaq” və yığ-



maq, dövrəyə almaq anlamlı, “qomlamaq//qomarlamaq” sözləri ilə 

antiteza yaradılıb – qənaətinə gəlmək mümkündür; 

− qomlar//qomarlar şəklində transkripsiya həmin parçada  

“q” səsinin alliterasiyası ilə yaradılmış alliterativ qafiyələrlə bir 

xətdə birləşir: qovar, qıyar... Digər tərəfdən, həmin sintaktik bü-

tövdə misraların sonunda işlənmiş feillərin əksəriyyəti  məhz qalın 

saitlidir ki, bu da ahəngdarlığı gücləndirməyə xidmət edir: durar, 

çıqar, avlar, qovar, sınaq, qıyar. Bu detal da qomlar// qomarlar 

şəklində transkripsiyanın daha düzgün olduğunu söyləməyə imkan 

verir. 


 

 

Belik, yoxsa yelək 



 

ب



ل

ک

”, “



ڊ

ي

کل ”.”Kitab”ın Drezden nüsxəsində  işlənmiş bu 



yazılış    şəkillərinin (D-41, D-225, D-241, D-247) transkripsiyası 

və semantikası ilə bağlı müxtəlif fikirlər var. Daha doğrusu, bu 

məsələ qorqudşünaslıqda bu gün də mübahisə predmeti olaraq 

qalmaqdadır. Aşağıdakı transkripsiya və  şərhlərdə  də mübahisəli 

və ziddiyyətli məqamlar  aydın şəkildə görünür: 

− O.Ş.Gökyayın  nəşrində - oxunuşu: bilüg, belüg; mənası: 

sadaq, oxluq, oxqabı (İstanbul, 2000, səh.18, 110, 117, 121, 176); 

− M.Erginin nəşrində - oxunuşu: bilük; mənası:sadaq, ox-

luq, oxqabı ((Ankara, 1958, I c., səh.96, 211, 218, 222; II c., 1963,  

50); 


− S.Tezcan və H.Boeschotenin nəşrində: belüg (Dede 

Korkut Oğuznameleri. İstanbul, 2001, səh.52, 151, 158, 162); 

− H.Araslının nəşrində: bel, belək (Kitabi-Dədə Qorqud, 

Bakı, 1978, səh.33, 120, 127, 130); 

− Zeynalov-Əlizadə  nəşrində: oxunuşu: belüηdə, biləg; 

mənası: belində; paltarın qolu – bilək hissəsi; bilək (Bakı, 1988, 

səh.43, 101, 107, 110; səh. 142, 199, 203, 206); 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə