Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə131/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   127   128   129   130   131   132   133   134   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

398

 

−  Ş.Cəmşidovun nəşrində: yeləg (1 dəfə), biləg (3 dəfə) 



(Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.299, 388, 396, 400); 

− S.Əlizadənin nəşrində: biləg (Bakı, 2000, səh. 47, 91, 95, 

96); 

− A.Hacıyevin transkripsiyası: yelək (“Dədə Qorqud 



kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.124, 125); 

− V.V.Bartoldun tərcüməsində:  пояс (kəmər, qurşaq), 

камзол (qolsuz kişi köynəyi) (Книга моего Деда Коркута. М., -

Л., 1962, с.24, 80, 85, 87). Bu tərcümə ilə bağlı A.Hacıyev yazır: 

“V.V.Bartoldun tərcüməsindən belə aydın olur ki, göstərilən işlən-

mə  məqamlarından birincisində bu söz nəzərə alınmayaraq bura-

xılmış (səh.23), ikinci məqamda “yelək” variantında  oxunduğun-

dan əksər türk dillərində işlənən “qolsuz kişi köynəyi” mənasında 

anlaşılaraq “камзол” (səh.80), üçüncü və dördüncü məqamlarda 

isə  -ün mənsubiyyət şəkilçisi qəbul etmiş “bel” sözü kimi düşünü-

lərək “пояс”  anlamında (səh.85, 87) çevrilmişdir”

1

. Buradakı bi-



rinci fikri (göstərilən işlənmə  məqamlarından birincisində bu söz 

nəzərə alınmayaraq buraxılmışdır) qəbul etmək olmaz. Belə ki, 

həmin söz V.Bartoldun tərcüməsində 23-cü yox, 24-cü səhifədə 

məhz “поясницы” (belində)  şəklində verilib: “...стрелами  у 

твоей поясницы, гяур?” (yuxarıda göstərilən əsər, səh.24). 

Təqdim etdiyimiz yazılış şəkillərinin oxunuşu və semanti-

kası ilə bağlı fikirlərin  əksəriyyətini geniş  şəkildə  təhlil süzgə-

cindən keçirən A.Hacıyev yazır: “...nə əski, nə də müasir türk dili 

lüğətlərində “oxqabı” ifadə edən “bilüg//belüg” variantlarına rast 

gəlinmədiyi kimi, “bilək” və “bel” mənasına uyğun yozumu da 

qondarma təsir bağışlayır”

2

. Sonra isə “yelək” (oxqabı) oxunuş 



formasının düzgün olduğunu müxtəlif bucaqlardan əsaslandırmağa 

çalışır. Bu, əsasən, aşağıdakıları əhatə edir:  

− “...sadaq sözü “ox” mənasını bildirən “sa” sözünə -daq 

morfeminin  əlavəsi ilə düzəlib. “Sa” söz kökü isə  həm tarixən

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.125 



2

 Yenə orada, səh.126-127. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

399

 

həm də müasir türk dillərində s~y səs  müvaziliyinə uyğun olaraq 



“ya” variantında “ox” mənasını bildirmişdir... dil faktları sadaq 

sözündəki –daq morfeminin “yelək” sözündəki –lək morfemi ilə 

eyni mənşəli olduğunu söyləməyə əsas verir ki, müasir dilimizdəki 

“qırtlaq-xırtdək” söz variantları da buna əyani sübutdur”; 

− “...yazılışına görə “yelək//yelük//yelik” variantlarında 

oxuna bilən bu arxaizm ilkin mərhələdə “dağ keçisi, ceyran, cüyür 

balası” mənasını bildirmiş və söz önündə “y” səsdüşümü hadisə-

sinə uyğun olaraq “elik” formasını almışdır. Sadağın samur və 

yaxud cüyür dərisindən  tikilməsi onun sinonim variantlarının 

yaranmasında mühüm rol oynamışdır”; 

− “...sol qoldan, yaxud hər iki qoldan geyinərək arxada 

gəzdirilən yelək (oxqabı) tarixi inkişaf prosesində ilkin funk-

siyasını itirsə də, eyni üsulla əyinə geyilən “qolsuz köynək” məna-

sını  hələ  də saxlamaqdadır. Dədə  Ələsgərdə belə bir bənd var: 

Ələsgər köynəkdən çıxartsın sazı...”Köynək sözünün sazın qoyul-

duğu qabı adlandırması “yelək” arxaizminin həm qolsuz köynəyi, 

həm də oxqabını adlandırmasına tamamilə uyğundur”

1

.  



Müxtəlif mənbələrə istinadən söylənilmiş yuxarıdakı fikir-

lər elmi və inandırıcı görünür. Amma Drezden nüsxəsindəki yazı-

lış şəkillərində birinci hərfin daha çox “b” kimi oxunması, həmin 

mətnlərdəki alliterativ qafiyələrin yaranmasında  “b” səsinin həll-

edici rolu, eyni zamanda Azərbaycan dili şivələrində “belə  bağ-

lanan böyük qurşaq” anlamlı “bellik” sözünün işlənməsi həmin 

yazılış  şəkillərinin oxunuşu, semantikası, mətndəki poetik çəkisi 

və s. barədə yeni söz deməyə imkan verir. Bu, aşağıdakı detallarda 

daha   aydın görünür: 

− Drezden nüsxəsində dörd dəfə işlənmiş bu yazılış şəkil-

lərindəki  birinci hərfin “y” deyil, “b” kimi oxunmasını, eyni za-

manda həmin yazılış  şəkillərinin “bilüg//belüg” (O.Ş.Gökyay), 

“bilük” (M.Ergin), “belək” (H.Araslı)  şəklində transkripsiyasını 

əsas götürdükdə “belik” oxunuş forması daha real görünür ki, bu 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.127-130. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

400

 

da assosiativ olaraq “bellik” sözünü yada salır. Zeynalov-Əlizadə 



nəşrindəki “bilək” oxunuş forması isə  mətnin semantik yükü ilə 

səsləşmir. Həmin nümunələrdən birinə  nəzər salaq: “Biləgində 

toqsan oqı seyrək oğlan!” (Bakı, 1988, səh.107). Burada təkcə onu 

qeyd edirik ki, paltarın qoluna – bilək hissəsinə doxsan oxun taxıla 

bilməsi məntiqli görünmür. 

− “belik” şəklində transkripsiya olunmuş söz geyim anlam-

lı “bellik” sözündən yalnız bir “l” səsinə görə fərqlənir ki, bu da 

həmin səsin düşməsi və ya onun  hərfi işarəsinin yazılmaması 

kontekstində izah oluna bilər. Yeri gəlmişkən, “bellik” sözü 

Azərbaycan dilinin qərb şivələrində “belə bağlanan böyük qurşaq” 

mənasında işlənməkdədir (söyləyəni: Billur Paşayeva, 81 yaşında 

Tovuz rayonunun Aşağı Quşçu kəndi); 

− bədən üzvlərinin adını bildirən bir sıra sözlərə -lıq

4

  şə-



kilçi morfeminin qoşulması ilə yaranmış geyim anlamlı sözlər türk 

dilləri, o cümlədən Azərbyacan  dili üçün səciyyəvidir: arxalıq, 

başlıq, əllik (əlcək)... “Belik” (bellik) sözünü də bu sistemə aid et-

mək olar. Yəni “Esləmədi, beligindən bir tutam  ox çıqardı, belinə 

soqdı”(D-225) tipli cümlələrdəki “belik” (bellik) sözü “qolsuz 

köynək”, daha doğrusu, oxun qolsuz köynəyin arxa hissəsinə yer-

ləşdirilməsi və ya taxılması mənasında başa düşülür. Bu da “oxqa-

bı” anlamlı “belik” sözünün ilkin formasını  bərpa etməyə imkan 

verir: bellikdə ox yeri→bellik→belik. Deməli, “belik” sözü tari-

xən həm qolsuz köynək, həm də “oxqabı” mənasında işlənib (bun-

lardan ikincisi birincisindən törəmədir). S.Əlizadə “beligindən” 

(D-225) sözünə tam başqa bucaqdan yanaşıb: “H.Araslının trans-

kripsiyasında bu söz  aid olduğu məfhumdan uzaqlaşır, “bel” anla-

yışı yada düşür. Lakin, əslində, mətndə Basatın paltarının qoluna 

(bilək hissəsinə) taxılmış oxlardan söhbət gedir”

1

. Bu fikirlərlə 



razılaşmaq olmaz: birincisi, ona görə ki, oxqabı paltarın qolunda 

yox, arxa hissəsində olur; ikincisi, qədim mənbələrdə “oxqabının 

döyüşçünün sağ böyründə  aşağıya doğru genişlənmiş  vəziyyətdə 

                                                            

1

 S.Əlizadə. Nüsxə fərqləri  şərhlər.Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.248. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə