Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə132/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   128   129   130   131   132   133   134   135   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

401

 

olduğu göstərilir”



2

; üçüncüsü, “qədim german dillərində də işlən-

miş bell, belti ingilis dilinin etimoloji sözlüyündə etrusk mənşəli 

sayılır və bu zaman romalı müəllif Varronun məlumatına istinad 

edilir. Belt qədim türk dilində işlənmiş bel (toqqa, kəmər) ilə eyni 

kökdəndir. Qırğız dilindəki beldik (< bel-lik) “toqqa” german 

dillərindəki  belti//belt  üçün ilkin forma sayıla bilər”

1

. Deməli, 



“paltarın qoluna (bilək hissəsinə) taxılmış ox” ifadəsi bu müstəvi-

də  də öz təsdiqini tapmır; dördüncüsü, kürək, dal, bel anlamlı 

“arxa” sözü ilə dal, arxa tərəf anlamlı “bel” sözü eyni semantik 

yuvaya daxil ola bilir. Bu da “arxa” və “bel” sözlərinə -lıq

4

 şəkilçi 



morfeminin qoşulması ilə yaranmış geyim anlamlı “arxalıq” və 

“bellik” (belik) sözlərini eyni xətdə birləşdirir; 

−  Drezden  nüsxəsinin 41-ci səhifəsindəki parçada bir neçə 

misra ilk səsi “b” olan sözlə başlanır ki, bu da ahəngdarlıq yaradan 

alliterativ qafiyələnmədir (Başındağı tuğulğaηı  nə ögərsən, mərə 

kafir? Başımdağı börkümlə gəlməz maηa!): başındağı, başımdağı, 

börkümlə..., yaxud Drezden nüsxəsinin 225-ci səhifəsindəki ya-

zılış  şəklinin “beligindən” formasında transkripsiyası  mətndəki 

ahəngdarlığı, obrazlılığı  qüvvətləndirir: “...beligindən bir tutam 

ox çıqardı, belinə soqdı” (belig – bir – bel). Burada onu da vurğu-

layaq ki, bu cür deyim tərzi  şifahi  ədəbiyyatımızdakı “altdan 

geyinib, üstdən qıfıllandı, üstdən geyinib, altdan qıfıllandı” kimi 

ifadələrlə səsləşir. Bu cür faktlar haqqında geniş şəkildə bəhs etdi-

yimiz yazılış  şəkillərinin “beligində” (belliyində), beligindən” 

(belliyindən)  şəklində transkripsiyasının daha düzgün olduğunu 

sübut edir. 

 

Qınlu qılıc, qınsuz qılıc 

 

İkinci komponenti qılıc (qılınc) şəklində işlənmiş bu ifadə-



lərdən birincisi “Kitab”da bir dəfə, ikincisi isə üç dəfə işlənib. Ma-

raqlıdır ki, bu ifadələrə yalnız “Basatın Təpəgözü öldürdüyü boy”-

                                                            

2

 Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.138. 



1

 Ç.Qaraşarlı. Aralıq dənizi hövzəsinin ilkin sakinləri – Türklər. Bakı,2009,səh.96. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

402

 

da rast gəlinir. Dəqiq desək, belədir: “qınlu” yalnız Təpəgözün 



dilində: “Anda eki qılıc var: biri qınlu, biri qınsuz” (D-230); 

qınsuz qılıc” iki dəfə  Təpəgözün, bir dəfə  təhkiyəçinin dilində: 

Təpəgözün dilində: “...biri qınlu, biri qınsuz” (D-230); “Ol qınsuz 

kəsər  mənim başımı” (D-230); təhkiyəçinin dilində: “Gördü bir 

qınsuz qılıc turmaz, enər, çıqar” (D-230). Fikrimizcə, Təpəgözün 

dilindən verilmiş “Ol qınsuz kəsər mənim başımı” cümləsini 

qeyri-reallığın real, həqiqi olan kimi təqdimi kontekstində araşdır-

maq lazımdır. Bəri başdan qeyd edək ki, “qınsız qılıncla” bağlı 

qeyri-reallığın ilkin kodu Təpəgözün pəri anasının dilində açıq-

aydın  şəkildə ifadə olunub: “Dəpəgöziη  pəri anası  gəlüb oğlanıη 

parmağına bir yüzik keçürdi. “Oğul, saηa ox batmasun, tənüηi 

qılıc kəsməsün!” (D-217). Bu cümlənin mətndəki yerini, poetik 

çəkisini semantik dinamika prizmasından  nəzərdən keçirək: “...tə-

nüηi qılıc kəsməsün!” (Təpəgözün pəri anasının dilindən verilmiş 

bu cümlə ilə semantik dinamika başlanır)  → “Qılıc urdılar, kəs-

mədi” (semantik dinamika təhkiyəçi dili ilə inkişaf etdirilir) → 

“Qara polad uz qılıclar kəsən qılını kəsdirəmədi” (semantika dina-

mika qarıcığın dilindən verilmiş cümlədəki mübaliğə ilə qüvvət-

ləndirilir) → “Ol qınsuz kəsər mənim başımı” (semantik dinamika 

başa çatır. Təpəgöz yalnız qınsız qılıncla  öldürülə bilər). Mətnin 

tamamlanması da birbaşa həmin semantik dinamikanın başa 

çatması ilə bağlanır. Təsadüfi deyil ki, Basat  da Təpəgözü məhz  

“xüsusi qılıncla” (K.Abdulla), qınsız qılıncla öldürür: “Balçağın-

dan ol qılıcı  bərk tutdı... Dəpəgöziη  kəndü qılıcilə boynını urdı” 

(D-234). K.Əliyev bu hadisəni belə  səciyyələndirir: “...Təpəgöz 

Basatı onun xəzinəsinə sahib olmaq üçün günbəzə göndərir və 

oranı darmadağın edir, lakin Basat yenə qurtulur. Bu üç döyüşdən 

sonra Təpəgöz könüllü şəkildə ölmək istəyir, yəni həqiqi ölüm 

arzulayır və mağaranı göstərərək Basata deyir: “Anda iki qılıc var:  

biri qınlu, biri qınsuz. Ol qınsuz kəsər mənim başımı. Var, götür, 

mənim başımı  kəs!” Basat  həmin qılıncı  gətirir və  Təpəgözün 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

403

 

boynunu vurur”



1

. Burada “Təpəgöz həqiqi ölüm arzulayır” fikri 

yerinə düşmür. Çünki  Təpəgöz ölüm arzulamır, əksinə, hiylə ilə 

Basatı öldürmək istəyir. Bu, mətnin sonrakı hissələrində Təpəgö-

zün dilindən verilmiş cümlələrdə aydın  şəkildə verilib: “Mərə,  

oğlan, dəxi ölmədiηmi?” (D-230). Digər tərəfdən, Basatı öldürə 

bilməyən Təpəgözdə sağ qalmaq, yaşamaq istəyi olmasa idi, o, 

Basata “Əmdi qardaşlar, qıyma maηa!” – deyərək yalvarmazdı. 

Burada Basat və Odissey obrazlarını mifoloji nəzəriyyələr müs-

təvisində təhlil süzgəcindən keçirmiş K.Abdullanın  fikirlərini xa-

tırlatmaq lazım gəlir: “Odisseydən fərqli olaraq Basat isə Təpəgö-

zü həm də öldürür. Başını kəsir. Təkgözü məhv etməklə anormal, 

xaotik bir sahmansızlığa qarşı mübarizə aparılırsa (bunu hər iki 

qəhrəman edir), başın bədəndən ayrılması, özü də xüsusi qılıncla 

ayrılması daha qədim mifoloji təsəvvürlərə aparıb çıxarır. Başın 

bədəndən ayrılması kainatdakı sahmansızlığı sahmana gətirmənin 

işarəsi ola bilər – bu  şəkildə Səma Torpaqdan ayrıla bilər, nəticə-

də Oğuzda sahman yaranar...”

1



Qınsız qılıncın sirlərini isə belə  səciyyələndirmək olar: 



mətndəki  “qınsuz qılıc” ifadəsi “döyüşə tam hazır vəziyyətdə ol-

maq” mənasındadır. “Kitab”dakı “qılıc qınını doğramaq” (Qara 

polad  uz qılıcum qının toğrar. D-248) ifadəsi də savaş, döyüş istə-

mək mənasını ifadə edir. Bu isə belə bir fikri reallaşdırır: “qınsız 

qılıc” ifadəsi “qılıc qınını doğramaq” tipli ifadələrin məntiqi dava-

mıdır; boyda təsvir olunur ki, zəncirdən asılmış qınsız qılınc dur-

madan enir-qalxır. Bu, o deməkdir ki, həmin  qınsız qılınc nəinki 

ona toxunanı, hətta onun yanından keçərkən ehtiyatlı olmayan hər 

kəsi yaralaya, öldürə bilər. Deməli, bədənini qılınc kəsməyən 

Təpəgöz elə bir qılınc düzəltdirib və onu zəncirdən elə yerdə  as-

dırıb ki, düşmənini (rəqibini) özünün iştirakı olmadan da məhv 

edə bilər. Burada silahın döyüşçünü (insanı) əvəz etməsi açıq-ay-

dın şəkildə ifadə olunub; M.Kaşğarinin “Divan”ındakı bir sıra de-

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.42. 



1

 K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, səh.256. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə