Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə133/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   129   130   131   132   133   134   135   136   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

404

 

yimlər “Kitab”dakı “qınlu qılıc” (mətndə “qınlu” şəklində verilib; 



şərti olaraq ellipsisə  uğramış “qılıc” sözü ilə birlikdə  təqdim 

edirik), “qınsuz qılıc” ifadələri ilə  səsləşir: “koş  kılıç kınka sığ-

mas” = qoşa qılınc qına sığmaz” (I cild, səh.365). “Divan”da iş-

lənmiş bu deyim həm k(q) səsinin alliterasiyasına (koş, kılıç, kın), 

həm də poetik semantikasına  görə “Kitab”dakı “biri qınlu, bir 

qınsuz”, “qınsuz qılıc”, eləcə  də “qılıc qınını doğramaq” kimi 

ifadələrlə eyni xətdə  birləşir, ən əsası isə türk poetik təfəkkürünün 

nadir inciləri kimi çıxış edir... Bütün bunlar onu da vurğulamağa 

əsas verir ki, Təpəgözün vəhşi obrazı  həm də  qılınc obrazı ilə 

vəhdətdə ustalıqla yaradılıb.  

 

Gəz çıxarmaq 

 

“Kitab”da cəmi bir dəfə  işlənmiş bu ifadəyə    mətn daxi-



lində diqqət yetirək: “Bəkil at cilavısın yeηimədi, bilə uçdı. Sağ 

oylığı qayaya toqındı, sındı. Bəkil aru turdı, ağladı. Aydır: “Ulu 

oğlım, ulu qardaşım yoq. Həman beligindən gəz çıqarub, atınıη 

tərkilərini tartdı urdı. Qaftanı altından ayağını bərk sardı” (D-240-

241). Bu parçadakı  “gəz” sözünün transkripsiyası yox, semantika-

sı ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn: O.Ş.Gökyayın fikrin-

cə,  həmin cümlədəki “gəz” “dəmir ucluqsuz ox” mənasındadır

1



Zeynalov-Əlizadə  nəşrində “gəz” sözü “bez” (parça) mənasında 

sadələşdirilib

2

. V.Bartoldun tərcüməsində “dəmir ucluqsuz ox” 



mənasında verilib (стрелу без перьев)

3

; F.Əhmədova görə, “gəz” 



leksemi “bez” (parça) mənasını ifadə edir

4

; A.Hacıyevin araşdır-



malarında “gəz” arxaizmi “ox” mənasında şərh olunub

5

... Deməli, 



“gəz”  arxaizminin semantikası ilə bağlı iki fikir var: “gəz” sözü 

“dəmir ucluqsuz ox” mənasındadır (V.V.Bartold, O.Ş.Gökyay, 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.211. 



2

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.203. 

3

 Книга моего Деда Коркута. М.-Л., 1962, с.85. 



4

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.123. 

5

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.129. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

405

 

A.Hacıyev...); “gəz” sözü “bez” (parça) anlamlıdır (F.Zeynalov, 



S.Əlizadə, F.Əhmədov...). Heç şübhəsiz ki, “gəz” sözünün seman-

tik yükü “Kitab”dakı sintaktik bütövlər, eyni zamanda qədim türk 

dilinə dair lüğət və  tədqiqatlar kontekstində  dəqiqləşdirilə bilər. 

Bu mənada aşağıdakılara diqqət yetirək:  

Zeynalov-Əlizadə    nəşrində (Bakı, 1988) yuxarıda təqdim 

etdiyimiz parça belə sadələşdirilib: “Bəkil atın cilovunu saxlaya 

bilməyib, keyiklə  bərabər uçundu. Sağ oyluğu qayaya toxunub 

sındı. Bəkil ayağa durub ağladı. Dedi: “Böyük oğlum, böyük qar-

daşım da yoxdur!...” Sonra paltarının qolundan bez çıxarıb, atının 

tərkindəki qayışları dardıb qırdı. Qaftanının altından ayağını ata 

bərk sarıdı...”(səh.203). A.Hacıyev bu sadələşdirməyə, eləcə  də 

mətnin qədim şəklinin ümumi semantik yükünə əsaslanaraq yazır: 

“Bu çevirmədə (Zeynalov-Əlizadə çevirməsi nəzərdə tutulur – 

Ə.T.) bir neçə qeyri-dəqiqliyə yol verilmişdir.  Əvvəla, irəlidə 

söylədiyimiz kimi,  “yelək” oxqabı  mənasındadır.  İkincisi, “gəz” 

arxaizmi “bez” deyil, “ox” anlamında işlənən sözdür. Üçüncüsü, 

Bəkil ayağını ata deyil, oxa sarıyır. Bu kiçik səhnədə böyük həyat 

təcrübəsinin izləri dəqiqliklə əks olunmuşdur. Bəkil sınmış ayağı-

nı atının yəhərindən qoparıb-üzdüyü (bu məqamda  mətndəki 

“dartdı urdı” oxunuşu əvəzinə “dartdu üzdü” oxunuşu daha mənti-

qi görünür) qayışlarla ox qabından çıxartdığı qayın ağacından dü-

zəldilmiş oxa bərk-bərk sarıyır ki, sonradan törənə biləcək fəsad-

ların qarşısını alsın...”

1

. M.Kaşğarinin “Divan”ında “kəz” (gəz) sö-



zü ox deyil, oxun arxa tərəfi, eyni zamanda “Çin ipəklərindən bir 

qumaş növü” mənasında verilməsə idi, bəlkə də, bu mövzuya qa-

yıtmayacaq və qorqudşünas A.Hacıyevin  şərhlərini bütün para-

metrlərinə görə elmi və inandırıcı hesab edəcək idik. Burada ilk 

olaraq “gəz” sözünün mənasını mətn semantikası müstəvisində nə-

zərdən keçirmək zərurəti yaranır: “Həman beligindən gəz çıqarıb, 

atınıη tərkilərini dartdı urdı” (D-241). Bu cümlədəki “belik” sözü 

“qolsuz köynək” (əvvəlki səhifələrdə bu sözün həm də “oxqabı” 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.129. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

406

 

mənasında  çıxış etdiyini göstərmişik), “gəz” (Çin  ipəklərindən 



bir qumaş növü (MK. I, səh.341), “tərki” (yəhərin arxasındakı 

qayış), “ur” (vurmaq, bir şeylə toxundurmaq) mənasında götürü-

lərsə, belə bir fikir reallaşar:  şübhəsiz ki, heç kəs atı sürə-sürə 

sınmış ayağını rahatlıqla sarıya bilməz. Deməli, at belində sınmış 

ayağını sarımaq istəyən igid  əvvəlcə atını saxlamalı, sonra ayağı-

nı sarımalıdır. Bu baxımdan həmin cümləni belə yozmaq olar: 

qolsuz köynəyindən (belik, bellik) parça (bez) çıxaran Bəkil yə-

hərin arxasındakı qayışı dartaraq atını vurur ki, onu saxlasın, sonra 

isə  sınmış ayağını sarısın (əks halda sınmış ayağını sarımaqda 

çətinlik çəkə bilərdi). Mətndəki “dartdı urdı” xəbərindən sonra ve-

rilmiş cümlə  də  məhz həmin semantik dinamikanın məntiqi 

davamı kimi çıxış edir:  

“Qaftanı altından ayağını    bərk sardı” (D-241).  Bu mə-

qamda bir detala aydınlıq gətirmək zərurəti yaranır: mətndəki ur 

(vur) çoxmənalı feli heç də çırpmaq, zərbə endirmək, döymək ki-

mi mənaları deyil, “bir şeylə toxundurmaq” mənasını ifadə edir. 

Atçılıqla məşğul olanlara, ümumən at sürməyi bacaranlara yaxşı 

məlumdur ki, atın boynuna yavaşca vurduqda o dayanır, sanki 

sahibinin nə istədiyini anlayır. Bu cəhət bir sıra heyvanlarda da 

müşahidə olunur: Müq.et: “Mən yavaşca öküzün boynuna vurub, 

həyətə döndərdim” (S.Rəhimov). Buraya qədər dediklərimizi belə 

sistemləşdirmək olar: belikdən “gəz” (parça) çıxarılır  → sürətlə 

gedən at saxlanılır → sınmış ayaq “gəzlə” (qumaşla) sarınır... De-

məli, “Bəkil sınmış ayağını bezlə ata sarıdı” (Zeynalov-Əlizadə), 

yaxud “Bəkil sınmış ayağını oxa sarıdı” (A.Hacıyev) deyil, “Bəkil 

sınmış ayağını “gəzlə” (qumaşla) sarıdı” fikri mətnin ümumi se-

mantik yükü ilə daha  çox səsləşir. Mətndəki “dartdı urdı” feli 

xəbəri də “dartıb qırdı” (Zeynalov-Əlizadə) və ya “dartdı üzdü” 

(A.Hacıyev) yox, “dartdı vurdu” mənasına uyğun gəlir. Bu da, 

qeyd etdiyimiz kimi, atın saxlanması, dayandırılması mənasını ifa-

də edir. Təsadüfi deyil ki, Bəkilin ayağı məhz atının cilovunu sax-

laya bilmədiyi üçün sınır: “Bəkil at cilavısın yeηimədi, bilə uçdı. 

Sağ oylığı qayaya toqındı, sındı” (D-240). Bütün bunlar onu vur-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə