Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə136/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   132   133   134   135   136   137   138   139   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

413

 

yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi” (Bakı,  1988, 



səh.208). Bu cür sadələşdirmənin yerinə düşmədiyi A.Hacıyev 

tərəfindən əsaslandırılıb: “...müəlliflər “say” sözünün “yigit” sözü-

nü deyil, “cida(lu)” sözünü təyin etməsini, nədənsə, nəzərdən qa-

çırmış və buna görə də söz sırasını dəyişməli olmuşlar: müqayisə 

et: üç yüz say cidalu yigit – üç yüz nizəli seçmə igid...”

1

.  



− Ə.Sadıqov “say” sözünü düz, dümdüz anlamlı sifət kimi 

təqdim etsə  də, nədənsə, bəlkə  də, assosiativ olaraq “saymağa 

başlamaq” anlamlı “saya varsam” ifadəsindəki “say” (maq) felini 

də sifət hesab edir: “Say. sif. Düz, dümdüz: Üç yüz say cidalu 

bunıη yanına cəm oldı;  saya varmaq – saymağa bağlamaq: Saya 

varsam, dügənsə (tükənsə - Ə.T.) olmaz, Qalın Oğuz bəgləri bin-

di” (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.149);  

− A.Məmmədova “Kitab”ın  dilindəki polisemantiklik və 

omonimlikdən bəhs edərkən “say” sözünün semantikasına da 

münasibət bildirir: I say – seçmə; II say – hesablamaq. I Üç yüz 

say cidalu yigit bunuη yanına cəm oldı; II Otuz biη ər yigit gör-

dümsə, ota saydım”

2

 . Qeyd etdiyimiz kimi, “say” sözü Zeynalov-



Əlizadə nəşrində “seçmə” mənasında verilib (Bakı, 1988, mətnin 

müasir  şəkli nəzərdə tutulur). Bu isə o deməkdir ki, A.Məmmə-

dova araşdırmalarını daha çox Zeynalov-Əlizadə  nəşrinə istinad 

etməklə aparıb; 

− A.Hacıyev “say” sözünü daha geniş  və sistemli şəkildə 

tədqiq edən qorqudşünaslardan biridir. Müəllif mübahisə obyek-

tinə çevrilmiş “say” sözünün semantik yükünü sanballı  mənbələr 

kontekstində araşdırır. Məsələn, V.V.Radlova istinad edərək 

göstərir: “...say cidalu birləşməsində də bu arxaik söz qədim silah 

növlərini yaxşı hazırlanmasına, döyüşə hazır vəziyyətdə olmasına 

görə  səciyyələndirən sifətdir”

3

. Yaxud M.Kaşğarinin “Divan”ına 



əsaslanaraq yazır: “M.Kaşğari lüğətində ümumən yaraq (silah) 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.190. 



2

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.106. 

3

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.190. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

414

 

mənasında işlənən “yaraq” arxaizmini də  səciyyələndirən “say” 



(“say yarıq”. III c., s.158) sözü z>y səs keçidi yolu ilə “saz” sifə-

tindən düzəlmişdir”

1



Yuxarıdakı şərhlərin hər biri ilə müəyyən mənada razılaş-



maq olar. Amma bir sıra faktlar “say” sözünün semantikasına 

nisbətən başqa  prizmadan yanaşmağı diktə edir:  

−  Oğuz igidlərinin sayca çox olması “Kitab”da xüsusi 

olaraq vurğulanır, sanki “Kitab”dan bir leytmotiv kimi keçir: “Sa-

ya varsam, tükənsə olmaz” (D-37); “Sayılmaqla Oğuz bəgləri tü-

kənsə olmaz” (D-63); “Saydıqımca Oğuz  bəgləri dükənsə olmaz”. 

Bu cümlələrdəki “saya varmaq”, “sayılmaqla”, “saydıqımca” 

sözləri assosiativ olaraq “üç yüz say cidalu” ifadəsini yada salır ki, 

bu da “üç yüz sayda” (adlıq halın yerlik halı  əvəz etməsi 

abidələrimizin dili üçün səciyyəvidir), yaxud “sayı üç yüz cidalı” 

mənasına uyğun gəlir. Bu həm də onu deməyə  əsas verir ki

V.V.Bartoldun  tərcüməsi mətnin semantik tutumu ilə səsləşir; 

−  Ə.Cəfəroğlu  “sayaçı” sözünün etimologiyasından bəhs 

edərkən göstərir: “...lüğətlərdə “sayaçı” kəlməsinin yarana biləcə-

yi söz kökləri sırasında “saya”, “əlsavə” və “sayı” söz kökləri 

göstərilməkdədir. Birinci kəlmə,  Əhməd Vəfiqin də anlatdığı ki-

mi, “piyada adam” mənasını bildirir”

2

. Bu mənada təqdim etdiyi-



miz cümlədəki “say” sözü numerativ söz kimi də götürülə bilər: 

üç yüz say (piyada) cidalı... Bütün bunlar belə bir həqiqəti reallaş-

dırır: cəmi üç səsdən  ibarət “say” sözünün semantikası ilə bağlı 

kifayət qədər  söz deyilib və bundan sonra da deyiləcəkdir. Çünki 

“Kitab” sirli-sehirli bir dünyadır. 

 

On yelək 

 

Üçüncü boyda, daha dəqiqi,  Drezden nüsxəsinin 84-cü 



səhifəsində belə bir cümlə verilib: “Dədəyi qoa-qoa  Dəli Qarçar 

on yelək yer aşurdı”. Buradakı “on yelək” ifadəsini V.V.Bartold 

                                                            

1

 Yenə orada, səh.191. 



2

 Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı, 2008, səh.73. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

415

 

“on il” mənasında başa düşüb: “...в  десять  лет …” (göstərilən 



mənbə: səh.37); O.Ş.Gökyayın fikrincə, “yelək” sözü təkcə oxa ta-

xılan tük (quşların qanad tükü, lələk) yox, həm də “Bir ox atımı 

uzaqlıq” mənasını ifadə edir (İstanbul, 2000); həmin cümlə Zey-

nalov-Əlizadə  nəşrində belə sadələşdirilib: “Dədəni qova-qova 

Dəli Qarcar on ox məsafəsini keçdi, arxadan Dədə Qorquda 

çatdı” (Bakı, 1988, səh.154). Bəri başdan deyək ki, “yelək” sözü 

ilə bağlı yuxarıda deyilmiş fikirlərdən yalnız V.V.Bartoldun tərcü-

məsi yerinə düşmür. Digər tərəfdən, qorqudşünaslıqda “on yelək” 

(on ox məsafəsi) ifadəsinin nə qədər və ya neçə kilometr mənasın-

da işləndiyi dəqiqləşdirilməyib. Əvvəlcə, qeyd edək ki, müasir id-

man yarışlarında oxatma məsafəsi ilə bağlı norma bu cür müəy-

yənləşdirilib: kişilər üçün: 30, 50, 70 və 90 metr. “Kitab”dakı “on 

yelək” (on ox məsafəsi) ifadəsini bu normaların maksimum həddi 

(90 m) ilə hesablasaq, cəmi 900 m. olur (10 yeləkx90 m.=900 m.). 

Bu isə “Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşurdı” cümlə-

sindən əvvəl verilmiş “Dədə Qorqut göstəgi üzdi; durmadı, qaçdı. 

Dəli Qarçar ardına düşdi. Toqlı başlu Turı ayğır yoruldı. Dədə 

Qorqud Keçi başlu Keçər ayğıra sıçradı, bindi” (D-84) parçasının 

semantik yükünə, ümumən dastan poetikasına uyğun gəlmir. 

Başqa fakta diqqət yetirək: M.Çobanov və M.Çobanlı müxtəlif 

mənbələrə istinad edərək göstərir: “...hərb tarixində türklərin özü-

nəməxsus döyüş taktikası olmuşdur. Onlar döyüş zamanı, əsas eti-

barı ilə, uzaqdan savaşı üstün tutmuşlar. Onlar böyük döyüşlər ke-

çirərkən at üstündən təxminən 700 metr məsafəyə ox atırdılar...”

1

 

“Kitab”dakı “on yelək” (on ox məsafəsi) ifadəsinin məna yükünü 



“bir ox məsafəsi = 700 m” modelinə uyğun hesablayaq: 10 yelək 

(on ox məsafəsi) x 700 metr = 7.000 metr, yəni  7 km. Bu, mətnin  

semantik yükü ilə səsləşir. Deməli, Dəli Qarcar müdriklər müdriki 

Dədə Qorqudu 7 km. qovub. Bu mənada Dədə Qorqudun yorul-

muş Turı ayğırın  əvəzinə, sıçrayaraq Keçər ayğıra minməsi ol-

                                                            

1

 M.Çobanov, M.Çobanlı. Dədə Qorqud dünyasına səyahətdən parçalar. Bakı, 



1998, səh.42. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə