Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə139/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   135   136   137   138   139   140   141   142   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

422

 

fikirlər söyləməyə imkan verir. İlk olaraq qeyd edək ki, parçanın 



ümumi semantik yükü Drezden nüsxəsindəki yazılış  şəklini (D-

109


2

 ) “tuladarı”, “toladarı”, “tolar əri”, “tulu avarı”, “tula dəri” 

şəklində yox, məhz “tolararı” formasında  transkripsiya etməyə 

imkan yaradır. Bu cür transkripsiya isə, bir tərəfdən, M.Kaşğarinin 

“Divan”ındakı “tolumlug ər” (silahlı adam) (I cild, səh.477) ifadə-

si ilə səsləşir. Digər tərəfdən, “toraları” oxunuş formasının “tolar” 

hissəsi S.Əlizadənin, “arı” hissəsi isə M.Erginin transkripsiyası ilə 

üst-üstə düşür. Burada da ilkin söz formasının fonetik dəyişikliyə 

uğramasından bəhs etmək olar: qeyd etdiyimiz kimi, “tolar” (“to-

lumlar”ın qısaldılmış forması) sözü “silahlar” mənasına uyğun 

gəlir. Bu baxımdan “tolar əri//tolar arı = tolararı” modelindəki “to-

lararı” sözü “silahlara cavabdeh olan şəxs” və ya hər cür silahla 

silahlanmış ər (döyüşçü, igid)” mənasında götürülə bilər. Deməli, 

“tolararı” sözü “tol-tolara girdigim” (silaha girdiyim, döyüşə gir-

diyim) birləşməsinin məntiqi davamı kimi işlənərək birbaşa “qodı-

ğım” (qovduğum) sözü ilə bağlanır, daha doğrusu, feli birləşmənin 

asılı tərəfi kimi çıxış edir. Bu da, qeyd etdiyimiz kimi, “Baş qaldı-

ran kafərləri öldürdi, ğəza eylədi...” (D-72) cümləsinin semantika-

sı ilə səsləşir. Digər tərəfdən, bu cür zəncirvari bağlılıq “şahinçini” 

(Zeynalov-Əlizadə), “toxar xalqı” (Ş.Cəmşidov), “ihtiyarlamak” 

(T.Tekin), “yoldaş kimi” (A.Hacıyev) və s. mənalarda izah olun-

muş “duxarlıyı” (bu cür oxunuş formasını  məqbul hesab edirik) 

sözünü “tuğrağlıyı” (xaqan tərəfindən verilən ata minən  əsgər) 

sözünün fonetik dəyişikliyə  uğramış variantı hesab etməyə  əsas 

verir: birincisi, ona görə ki, “tuğrağlıyı” (Drezden nüsxəsində “du-

xarlıyı”) sözü “tol-tolara girmək” (silaha girmək, döyüşə girmək) 

ifadəsi və “tolararı”  (hər cür silahla silahlanmış  ər – döyüşçü, 

igid)  sözünün məntiqi davamı kimi işlənib. Yəni semantik dina-

mikada dördüncü söz kimi çıxış edir: ikincisi, “tuğrağlıyı” sözü də 

“qodığım” (qovduğum) sözünə idarə əlaqəsi ilə bağlanıb, konkret 

desək, həmin birləşmədə    asılı  tərəf kimi çıxış edir; üçüncüsü, 

“tuğrağlıyı” sözü də “...kafərləri öldürdi, ğəza eylədi” (D-72) 

cümləsinin semantik yükü ilə  səsləşir;  dördüncüsü, “tuğrağlıyı” 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

423

 

sözü fonetik tərkibcə “doxarlıyı” oxunuş formasına çox yaxındır, 



daha doğrusu, “doxarlıyı” forması “tuğrağlıyı” sözünün fonetik 

deformasiyaya uğramış variantı kimi görünür: tuğrağlıyı – 

duxarlıyı. Buradakı  t→d,  ğ→x səsəvəzlənmələri dilimiz üçün 

səciyyəvidir: müq.et: tər-dər; qabığ-qabıx (nümunələr Azərbaycan 

dili şivələri ilə bağlı materiallardan götürülüb). Yaxud həmin sö-

zün “rağ” hecasındakı  səslərin yerdəyişmə ilə işlənməsi (tuğğar-

lıyı) və  yanaşı işlənmiş iki “ğ”  səsindən birinin düşməsi (tuğğar-

lıyı-tuğarlıyı) dilimiz üçün məqbul hesab olunan hadisələrdəndir:  

müq.et:  -gəc-cəg //-cək; -ğac-cağ//-caq; kiçikcik-kiçicik (burada 

söz ortasındakı “k” samiti tələffüzlə bağlı olaraq düşüb). Deməli, 

“duxarlıyı” yazılış  şəkli “tuğrağlıyı” sözünün fonetik deformasi-

yaya uğramış variantı kimi götürülə bilər. Bu da istər-istəməz belə 

bir fikri reallaşdırır: “Tolararı, duxarlıyı qodığım” misrası hər cür 

silahla silahlanmış döyüşçünü (igidi), xaqan  atına minəni qovdu-

ğum” mənasında yozula bilir. Bu isə “Kitab”ı n dilində “yağı qov-

maq”  hadisəsini əks etdirən cümlələrlə eyni xətdə birləşir: “Qan-

turalı baqdı gördi kim, bir kimsənə yağıyı öginə qatmış, qovar” 

(D-195). 

“Yağı yurdu əlümdə qıl kişlim ayğır malı” misrası da tacir-

lərin soyulması  və kafirlərin Beyrək tərəfindən öldürülməsindən 

sonrakı hadisələrlə  səsləşir. Yeri gəlmişkən, təqdim etdiyimiz 

misradakı “yurdu” sözü mətnə daha yapışıqlı görünür (bu mənada 

həmin yazılış şəklini “yordu” deyil, “yurdu” şəklində transkripsiya 

etmiş O.Ş.Gökyay, M.Ergin, H.Araslı  və A.Hacıyev haqlıdır). 

Belə ki, Beyrək hamını heyrətləndirən, məşhur yayını  məhz yağı 

yurdunda görüb: “mərə bazirganlar, bu ayğırı və dəxi bu yayı və 

bu  gürzi maηa veriη” – dedi” (D-72). Bu hadisənin düşmən torpa-

ğında (yağı yurdunda) baş verdiyi “Kitab”da  aydın şəkildə, həm 

də bir neçə  dəfə ifadə edilib: “Evnik qalasının beş yüz kafiri üzə-

rimizə qoyıldı” (D-71); “Əgər səniη oğluη olmasaydı, bizim malı-

mız Gürcüstanda getmişdi, həpümiz  tutsaq olmuşdı”, - dedilər” 

(D-74). Burada xüsusi olaraq vurğulayaq ki, hər iki cümlə Beyrək 

üçün təkcə ayğır və gürz yox, həm də “yay” almış tacirlərin dilin-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

424

 

dən verilib. Burada assosiativ olaraq başqa bir detal yada düşür: 



tacirlərin malı kafirlər tərəfindən qarət olunur: “Bazırgan 

aydır: “... Dan-danışux kafər malın Oğuz bəglərinə gətürür idik... 

beş yüz kafəri üzərimizə qoyıldı... Malımızı, rizqimizi yağmala-

dılar, gerü döndilər...” (D-71); Beyrək tacirlərin malını kafirlə-



rin əlindən alır: “Baş qaldıran kafərləri öldürdi, ğəza eylədi. Ba-

zırganlarıη malını qurtardı” (D-72). Bu qarşılaşdırma onu deməyə 

əsas verir ki, Beyrək həm də ona veriləcək “yayı” xilas edib. 

Belə bir nəticə isə başqa bir hökmü reallaşdırır: “yağı yurdu”, “qıl 

kişli” kimi ifadələrin Beyrəyin dilində işlədilmə (yuxarıdakı misra 

nəzərdə tutulur) səbəbləri məhz bu cür detallar kontekstində araş-

dırılmalıdır. Digər tərəfdən, həmin misradakı “qıl kişlim” ifadəsi 

Beyrəyin düşmən yurdunda tacirlərdən minnətlə almaq istəmədiyi, 

atası Baybörənin yanında isə hədiyyə kimi aldığı “yayı” işarələn-

dirir. Deməli,  Beyrək ilk dəfə düşmən yurdunda gördüyü yayın 

kirişinin nədən düzəldildiyini də yadına salır. Maraqlıdır ki, se-

mantik dinamika sonrakı misralarda məhz “qıl kişlim” ifadəsinin 

assosiativliyi ilə davam etdirilir: ayğır malı = yay; ayğır verib yay 

üçün boğma kiriş almaq. Bu tipli söz və birləşmələrə mətn daxi-

lində diqqət yetirək: 

 

“Yağı yurdu əlümdə qıl kişlim, 



                                                ayğır malı. 

Ayğır verüb aldığım,  

                        tozlu qatı yayım. 

Buğa verüb aldığım boğma kirişim” (D-109) 

Bu misralardakı sözlərin hər biri “yay”la bağlı işlədilib ki, 

bu da “yay”ı müxtəlif  bucaqlardan təyin edir. Misralarda “ayğır” 

sözünün iki dəfə işlənməsi də maraq doğurur. Bu məqamda A.Ha-

cıyevin “Kitab” və digər mənbələrə istinadən söylədiyi fikirlər 

yada düşür: “Demək olar ki, bütün araşdırıcılar bu sözləri eyni an-

lamda “erkək cins at” mənasında dərk etmişlər. Bizcə, birinci 

mənada “ayğır” sözü “erkək təkə”, “erkək dağ keçisi” mənasında 

işlənmişdir... abidənin dilində yayın məhz erkək təkə buynuzun-




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə