Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə14/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   10   11   12   13   14   15   16   17   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

43

 

təhlil süzgəcindən keçirməyi məqsədəuyğun hesab edirik (izahlar-



da “Kitab”da işlənməyən nəticə, quda, bibi kimi qohumluq bildi-

rən sözlərdən də istifadə olunur). 

 

a) Oğuz kişilərinin qohumluğu 

 

Bəri başdan qeyd edək ki, “Kitab”da az və ya çox görün-

məsindən asılı olmayaraq, Qam Ğan, Bayındır, Aruz, Qazan, Uşun 

qoca, Qanturalı kimi obrazların qohumluq əlaqələrinin araşdırıl-

ması həm də türk tarixi və etnoqrafiyasının  bir parçasının öyrənil-

məsi deməkdir. Belə ki, bu tip obrazların əksəriyyətinin prototipi 

tarixi şəxsiyyətlərdir: “Bayındır xan – “xanlar xanı, “padşah” titu-

lu ilə çıxış edir, qədim Oğuz, Göy türk, Xəzər, Qaraxanlı dövlət-

lərində olmuş arxaik ikili (ikihakimiyyətli) dövlətçilik sistemində 

hökmdar... Bayındır xanı bir epik qəhrəman kimi oğuzların qədim 

epik tarixi ənənəsindən ayırmaq və  Ağqoyunlu Bayandurilərin 

“Kiçik Asiyada hərbi hegemonluq” dövrü ilə bağlamaq cəhdləri 

elmi baxımdan əsassızdır”

1

. Qorqudşünaslıqda Aruz, Qazan, Qan-



turalı, Uşun qoca kimi obrazlar barədə  məhz bu cür izahlara rast 

gəlinir. Bu mənada onların hər birini ayrılıqda, həm də kişi xətti 

qohumluğu və ana xətti qohumluğu kontekstində  nəzərdən 

keçirək:  



Alb Ərən. Bu modeldəki apelyativlər, əsasən, eyni semantik 

yuvaya daxil olur: alb (alp) – igid, qəhrəman; ərən – igid, cəsur, 

qəhrəman, qorxmaz. Alb Ərən adı yalnız II boyda, həm də  cəmi 

bir dəfə  bədii təyin daxilində işlənmişdir: “Kafərləri it ardına bu-

rağıb xorlıyan, eldən çıqub Ayqırgözlü suyından at yüzdürən, əlli 

yeddi gəl`əniŋ  kəlidin alan, Ağ  Məlik Çeşmə  qızına nikah edən 

Sufi Sandal Məlikə qan qusdıran qırq cübbə bürünüb otuz yedi 

gəl`ə  bəyiniŋ  məhbub qızlarını çalub bir-bir boynın qucan, 

yüzində - todağında öpən  İlək qoca oğlı Alb Ərən ...”. Bu bədii 

təyinə, eyni zamanda İlək qocanın digər oğulları ilə bağlı parçala-

                                                            

1

 S.Əlizadə. Tarixi-coğrafi qeydlər. “Kitabi-Dədə Qorqud”. Bakı, 1988, s.259. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

44

 

ra əsaslanmaqla Alb Ərənin qohumlıq əlaqələrinə müəyyən qədər 



aydınlıq gətirmək olar: 

atası – İlək qoca 

anası – mətndə təsadüf olunmur 

arvadı – Çeşmə (Ağ Məliyin qızı) 

qayınatası – Ağ Məlik 

qardaşı – Dülək Uran 

qardaşı – Sarı Qalmaş 

Yuxarıdakı  bədii təyindən o da bəlli olur ki, Alb Ərən  əlli 

yeddi qalanın açarını alıb. Qardaşı Dülək Uran da məhz əlli yeddi 

qalanın açarını alan igid kimi təqdim olunur: “... əlli yeddi 

qəl`əniŋ kəlidin alan İlək qoca oğlı Dülək Uran...” . Deməli, Alb 

Ərən  əlli yeddi qalanın açarını  təkbaşına deyil, qardaşı Dülək 

Uranla birlikdə alıb. 

Alp Rüstəm. “Kitab”da Rüstəm obrazı ilə bağlı üç antropo-

nimik model müşahidə olunur: Alp Rüstəm; Dözən oğlı Alp 

Rüstəm; Toğsun oğlı Rüstəm. Bu modellərdən ikincisi daha inten-

sivdir, üçüncüsünə isə cəmi bir dəfə təsadüf edilir. Digər tərəfdən, 

ikinci və üçüncü modellərdəki sözlərdən, daha doğrusu, Toğsun 

və Dözən adlarından belə anlaşılır ki, Rüstəm adını daşıyan iki 

qəhrəman var: Toğsun oğlu Rüstəm; Dözən oğlu Rüstəm. Bəzən 

qorqudşünaslıqda da bu cür təqdim olunur. Amma Toğsun və Dö-

zən adları bir qəhrəmanın (Rüstəmin) atasının iki adla təqdimin-

dən başqa bir şey deyil. Bu, Alp Rüstəmlə Dülək Uranın birlikdə 

təqdim olunduğu sintaktik bütövlərdə daha aydın görünür: Dülək 

Uran obrazı müşahidə olunan birinci sintaktik bütövdə “Toğsun 

oğlı Rüstəm(...Əlli yedi qəl`əniŋ  kəlidin alan İlək qoca oğlı Dülək 

Uran... Üç kərrə yağı görməsə, qan ağlıyan Toğsun oğlı Rüstəm... 

D-206); ikinci sintaktik bütövdə “Dözən oğlı Alp Rüstəm” (Dö-

nəbilməz Dülək Uran, Dözən oğlı Alp Rüstəm... Bəkiliŋ evində 

içərlərdi ... D-260); üçüncü sintaktik bütövdə isə Alp Rüstəm” 

(Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəl-

sün... D-294) şəklindədir. Deməli, Toğsun və Dözən eyni qəhrə-

manın  adıdır. Başqa bir fakta müraciət edək. Toğsun oğlu Rüstə-




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

45

 

min “...yağı görməsə, qan ağlıyan” bədii təyini ilə Alp Rüstəmin 



dilindən verilmiş “eki qardaş bəbəgin öldürüb zəlil gəzən” feli bir-

ləşməsi semantikasına görə,  əsasən, eyni yuvaya daxil olur: düş-

mən görmədikdə, onu öldürmədikdə qan ağlayan Rüstəm; iki qar-

daşı  uşağını öldürərək zəlil gəzən Rüstəm.  Şübhəsiz ki, burada 

ziddiyyətli məqamları da nəzərə almaq lazımdır: düşmənini öldü-

rən Rüstəm  şaddırsa, doğmasını öldürən Rüstəm kədərlidir, zəlil 

gəzir. Deməli, Toğsun da, Dözən də Alp Rüstəmin atasının adı 

kimi çıxış edir. 

Yuxarıda təqdim etdiyimiz antroponimik modellərdəki apel-

yativləri belə  səciyyələndirmək olar: dözən – tab gətirən, dözən, 

igid; toğsun – yüksəlsin, ucalsın, yaxud tokısın – vursun, döysün; 

alp – igid, qəhrəman; Rüstəm – sağlam, cüssəli, pəhləvan, qəhrə-

man. 

Alp Rüstəmin antroponimik modellərinə, eləcə  də dilindən 



verilmiş “eki qardaş  bəbəgin öldürüb zəlil gəzən” feli birləşmə-

sinin semantikasına  əsaslanaraq qohumluq əlaqələri ilə bağlı 

müəyyən fikirlər söyləmək olar: 

babası, nənəsi və anası haqqında məlumat yoxdur. 

atası – Dözən (Toğsun) 

qardaşı – mətndə ona işarə olunur 

qardaşı uşaqları – mətndə onlara işarə olunur. 

Aruz. Antroponimik modeli  bütövlükdə belədir: “At ağuzlu 

Aruz qoca”. Qorqudşünaslıqda “atağızlu” ləqəbi igid, mərd, cəsur,  

“Aruz” bəxt, səadət, xoşbəxtlik, uğurlu, “qoca” isə ağsaqqal, hör-

mətli, möhtərəm mənasında izah olunur. Onun bir sıra səciyyəvi 

cəhətləri, hətta Qazan xanla qohumluq əlaqəsi (Qazanın dayısı 

olması) bədii təyinində açıq-aydın  şəkildə ifadə edilib: “Altmış 

ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı ökəc dəri-

sindən külah etsə, qulaqlarını örtmiyən, qolu-budı  xırancə, uzun 

baldırları incə, Qazan bəgüŋ tayısı At ağızlu Uruz qoca...” (antro-

ponimik modeldəki “Uruz” adının “Aruz”la müvazi olaraq işlən-

diyi qeyd olunur). 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə