Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə140/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   136   137   138   139   140   141   142   143   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

425

 

dan düzəldilməsi ehtimalımızın doğruluğuna dəlalət edir: Avcına 



sığmayan əlüklü oğlı//Ərdil təkə buynuzundan qatı yaylı”

1

.Birinci 



misradakı “yağı yurdu” ifadəsi isə, qeyd etdiyimiz kimi, Gürcüs-

tanı, bir də Evnik qalasını  işarələndirir. Amma nəzərə almaq la-

zımdır ki, “yaxşı ərməğanlar Rum elindən – İstanbuldan alınıb. Bu 

da təsadüfi deyil. Belə ki, “Oğuz insanı alış-veriş, ticarət mərkəz-

ləri olan şəhərlərin topoqrafiyasına, onun marginal  aspektinə 

yaxşı bələd idi. Baybörə bəg sakral nəsnələrin – “yaxşı ərməğanla-

rın” gətizdirilməsi üçün bəzirganları uzaq şəhərə - Rum elinə

İstanbula göndərir”

2



Sonuncu misrada  birinci növ təyini söz birləşməsinin asılı 



tərəfi kimi işlənmiş “boğma” sözünün hansı  mənada işlənməsi, 

demək olar ki, müəyyənləşdirilməyib. Konkret desək: O.Ş.Gökyay 

belə təqdim edib: boğaz ağrısı, boğan, boğmaca, kuşpalazı, boğaz 

iltihabı, tık – nefeslik” (İstanbul, 2000). Burada təkcə onu qeyd 

edirik ki, müəllif istinad etdiyi lüğətlərdə “boğma” sözünün qarşı-

sında hansı sözü görübsə, elə onu da tərtib etdiyi lüğətinə daxil 

edib. Əgər belə olmasa idi, müəllif “boğma kiriş” birləşməsindəki 

“boğma”  sözünün izahında ilk söz kimi “boğaz ağrısı” birləşməsi-

ni yazmazdı; Zeynalov-Əlizadə  nəşrində “boğan”  şəklində sadə-

ləşdirilib ki, bu da semantika baxımından “kiriş”lə tam bağlanmır: 

“Buğa verib aldığım boğan kirişim” (Bakı, 1988, səgh.161); “Ki-

tabi-Dədə Qorqud”un izahlı lüğəti”nə isə daxil edilməyib. Daha 

doğrusu, yalnız “boğma çıqarmaq” ifadəsi cüzi fonetik dəyişmə ilə 

təqdim olunub: boğma çıqarmaq – boğma çıxarmaq” (Bakı, 1999, 

səh.38). Bu cür izahla razılaşmaq olmaz. Çünki ən azı bu ifadənin 

“qarğış  əlaməti olaraq iki əlini qabağa gətirərək yumruq göstər-

mək” və ya “boğma xəstəliyinə tutulmaq” mənasında işləndiyi 

qeyd oluna bilərdi. Yeri gəlmişkən, O.Ş.Gökyay da bu ifadənin 

semantik yükünü dəqiq göstərməyib (İstanbul, 2000, səh.178)... 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, yozumlar. Bakı, 2007, səh.138 



2

 R.Kamal. “Dədə Qorqud kitabı”nın xronotop strukturu. Dədə Qorqud günü. XIV 

Elmi sessiyanın materialları. Bakı, 2014, səh.61. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

426

 

Fikrimizcə, “boğma kiriş” ifadəsindəki  “boğma” sözü “boğmaq” 



felindən yaranmış isim kimi “tarım”, “tarım çəkilmiş” mənasın-

dadır ki, bu da “kiriş” sözünün semantikası ilə birbaşa bağlanır: 

boğma kiriş = tarım çəkilmiş kiriş; kirişi (yay ipini) tarım çəkərək 

yaya bağlamaq: müq.et: kirişlə yayı boğmaq – iplə çuvalın ağzını 

boğmaq; kəmərlə beli boğmaq. Təsadüfi deyil ki, V.V.Bartold da 

“boğma” sözünü məhz qeyd etdiyimiz mənada başa düşüb: с ту-

гой тетивой (boğma kiriş – tarım çəkilmiş kiriş) (göstərilən mən-

bə: səh.44). Burada  Azərbaycan-monqol söz paralellərini sistemli 

şəkildə  təhlil süzgəcindən keçirmiş  Ə.Abdullayevin bir qarşılaş-

dırmasını eynilə    təqdim  etmək lazım gəlir: monqolca: baqlas, 

book; rusca: упаковать; Azərbaycanca: bağlamaq, bəzən boğmaq 

da bu mənada işlənir”

1

. Bu fakt da “boğma kiriş” birləşməsindəki 



“boğma” isminin məhz çoxmənalı “boğmaq” feli əsasında yaran-

dığını təsdiq edir. 

 

 

“Buηlu yerdə qodım-gəldim 



Otuz doqquz yoldaşım, iki arğışım! – dedi” (D-109) 

Bu misraların semantik yükü onu deməyə  əsas verir ki, 

Beyrək  kafir  düşərgəsində dustaqlıqda qalan otuz doqquz yolda-

şına işarə edir, onları xatırlayır. Beyrəyin dilindən verilmiş sonun-

cu misra da mətnin  əvvəlki hissələri ilə birbaşa bağlanır: “Otuz 

toquz yigidlən Beyrək tutsaq getdi” (D-90); “Otuz toquz yigidim 

əmanəti, mərə kafər!” (D-100). Təhkiyəçinin (birinci cümlə) və 

Beyrəyin (ikinci cümlə) dilindən verilmiş bu nümunələr dediklə-

rimizi  qüvvətləndirir. Burada bir qarşılaşdırmaya ehtiyac duyulur: 

haqqında bəhs etdiyimiz parçanın yalnız son iki misrasında silaha, 

silahdan istifadəyə birbaşa işarə edilmir. Daha dəqiqi, belədir: 

− üçüncü misrada: qıl kışli = at qılından düzəldilən yay 

kirişi (Yağı yurdu əlümdə qıl kişlim); 

− dördüncü misrada: ayğır malı = təkə buynuzundan yay 

(ayğır malı); 

                                                            

1

 Ə.Abdullayev. Azərbaycan dili məsələləri. Bakı, 1992, səh.316. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

427

 

− beşinci misrada: ayğır verib yay almaq (Ayğır verüb al-



dığım). Bu ifadənin tərkibindəki  verib (verüb) sözü barədə A.Ha-

cıyev maraqlı bir açıqlama təqdim edir: “Bu sözün “verüb” varian-

tında yazılıb oxunmasına baxmayaraq, boydakı hadisələrin mənti-

qinə uyğun tərzdə “urub” kimi oxunub mənalandırılmasını daha 

düzgün hesab edirik; Beyrək yayını at verməklə deyil, yağı üzəri-

nə at  salmaqla – hücum etməklə qazanır”

1

. Qeyd edək ki, müəlli-



fin fikirləri,  bir tərəfdən, həmin parçanın üçüncü misrasındakı 

“Yağı yurdu” ifadəsinin semantik tutumu ilə  səsləşirsə, digər tə-

rəfdən də birinci misradakı “tol-tolara” ifadəsi silahla bağlıdır – 

qənaətini qüvvətləndirir; 

 − altıncı  misrada: tozlu qatı yay = (tozlu qatı yayım); 

 − yeddinci  misrada: boğma kiriş = tarım çəkilmiş kiriş; 

buğa verib boğma kiriş almaq (Buğa verüb alduğum boğma kiri-

şim). 


Bu faktlar həmin parçanın ilk iki misrasında oxunuşu və 

yozumu mübahisəli olan sözlərlə bağlı  təqdim  etdiyimiz arqu-

mentləri qüvvətləndirir. Belə ki, yuxarıda yeddi istiqamətdə qrup-

laşdırdığımız söz və ifadələrin hamısı silahla (yayla) bağlı olduğu 

kimi, ilk iki misranın anlaşılmasını  çətinləşdirən sözlər də  məhz  

silahla, döyüşlə bağlıdır: 

− tol-tolara girmək = silaha (silahlara) girmək, döyüşə 

girmək;  

− tolararı – hər cür silahla  silahlanmış ər (döyüşçü, igid); 

− duxarlıyı = tuğrağlıyı (tuğarlıyı) = xaqan tərəfindən veri-

lən ata minən əsgər. 

Bu cür qarşılaşdırma bir  həqiqəti də xüsusi olaraq vurğula-

mağa imkan verir: parçadakı söz və ifadələrin əksəriyyəti məhz si-

lah və döyüşlə bağlı olan sözlər cərgəsində birləşir. Bu da “Kitab”, 

ümumən qəhrəmanlıq eposları üçün xarakterik cəhətlərdəndir. 

 

 



 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”nın şərhli oxunuşu. I kitab, Bakı, 2014, səh.77. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə